Qasımovlar ailəsi Balasanyanın həbsini gözləyir

Əlində Azərbaycan bayrağı ilə 23 nəfər Xocalı sakinini xilas etmək naminə düşmənə təslim olan Natiq Qasımovun yayılan fotosu birinci Qarabağ müharibəsində Azərbaycan oğullarının qəhramanlıq rəmzlərindən biridir.
“Qafqazinfo” xəbər verir ki, 31 ildir əsirlikdə itkin düşən bu qəhramanın taleyinə “Oğul” sənədli filmindən sonra sanki aydınlıq gətirilib.
Sözügedən filmdə Xocalı qatillərindən biri Vitali Balasanyanın Natiq Qasımovu əsirlikdə sorğu-sual etdiyi aydın görünür. Düzdür, erməni cəlladı bunu dansa da, faktlar və fotolar Balasanyanın cinayətini bir daha ortaya qoyur.
Natiq Qasımovun qardaşı Nofəl Qasımov saytımıza açıqlamasında deyir ki, həmin sənədli filmə baxdıqdan sonra qardaşının başına gətirilən amansız işgəncələrə əmr verən şəxsin məhz Balasanyan olduğuna əmin olur:
“O filmə baxandan sonra mən bildim ki, mənim qardaşımın əsir düşməsində və yaxud onların hansı işgəncələrə məruz qalmasında, Natiqin əsir götürüləndən sonra onun dindirilməsində birbaşa Vitali Balasanyan iştirak edib. Mən dəqiq bilirəm ki, Natiqin əsir düşməsində və əsir götürülməsində Balasanyan özü iştirak edib. Onun danışıqlarında Balasanyan özü sual-cavab edib. Şəkilləri də var. Şəkillər məndə də var. Yəni, onun öldürülməsimi, yandırılmasımı, doğranılmasımı birbaşa Balasanyanın əli ilə olub.”
Qasımovlar ailəsi Natiqin yolunu illərdir gözləyir. Daha dəqiq desək onun öldürülübsə, harada basdırıldığı yeri və ya hər hansı bir xəbər ümidi ilə yaşayır. 81 yaşlı Dursun ana deyir ki, oğlunun qəhramanlığından hər kəs danışsa da, ondan bir xəbər almaq arzusu ilə yaşayır:
“Natiqdən ötrü yol gözlədik. Bir dəfə bizi aldatdılar ki, Gürcüstanda dəyişəcəklər. Gecə ilə camaat orada Natiqi gözləyirdi. Elə qəhraman oğlan idi. Natiqin qisası dəfələrlə alındı. Amma indi istəyirəm ki, onlar tutulsun, görək Natiqdən bir xəbər çıxarmı. Ancaq ondan xəbər istəyirəm”.
Bu gün ailənin ən böyük arzularından biri Balasanyanın həbsidir. Ümidlər getdikcə artıb.
“Balasanyan tək mənim qardaşımın cinayətində olmayıb. O, Xocalı soyqrımında da iştirak edib. Təbii ki, cəzasını da almalıdır. Mənim üçün də xoş olar, şad olar ki, ən azından qardaşımın qatili cəzalandırıldı” - Nofəl Qasımov deyir.
Yunis Quliyev

- Milli Məclisin sabiq üzvü Rusiyada 17 bina tikəcək - 50 milyon dollarlıq layihə
10 dekabr 2023 17:25
- Dünyanın ən varlı 10 ailəsi (SİYAHI)
10 dekabr 2023 12:51
- Məşhur seysmoloq ağlayaraq XƏBƏRDARLIQ ETDİ - 18 vilayəti FƏLAKƏT gözləyir
5 dekabr 2023 11:48
- Təranənin evində işləyən qadın bütün SİRRLƏRİ AÇDI: Hər gecə 12-də... - VİDEO
4 dekabr 2023 08:50
- Əsabil Qasımovun qardaşı oğlu Nəsimi sakinlərinin hüquqlarını pozur
3 dekabr 2023 20:21
- Vilyam Hacıyevin xanımı və oğlu dövlətdən nə istəyir? (SİYAHI)
18 noyabr 2023 16:18
- Prorektoru belə öldürmüşdülər...
17 noyabr 2023 00:31
- Məhkəmədə Xaçatryanla üz-üzə dayanan Murad Hüseynov kimdir?
14 oktyabr 2023 18:44
- Natiq Qasımovun fotohekayəsi...
4 oktyabr 2023 18:16
- Çar 2-ci Nikolayı güllələmiş çekist: Şahzadə Alekseyə 11 güllə vurduq, ölmürdü
11 sentyabr 2023 14:34
- İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
11 dekabr 22:50
- Ömrü 5 il uzatmaq üçün necə yatmaq lazımdır?
11 dekabr 20:16
- KXCP növbədənkənar seçkiləri müzakirə etdi
11 dekabr 18:35
- Bərdədə 10 hektar taxıl sahəsi susuzluqdan məhv olur – Fərdi sahibkar Zaur Mikayılovdan kömək istədi
11 dekabr 16:34
- İlhamə Quliyevanın bacısı Əli Mirəliyevi məhkəməyə verir
11 dekabr 14:35
- Əsir hərbçilər nə zaman Azərbaycana veriləcək?..
11 dekabr 12:28
- Qarabağdan köçən ermənilər Ermənistanı tərk edir
11 dekabr 10:56
- Bu erməni qadının oğlu Qarabağda şəhid olub (VİDEO)
11 dekabr 10:43
- Nuridə Atəşidən Faiq Sücəddinova qarşı İTTİHAM....
10 dekabr 21:27
- Yaqub Zurufçunun oğlu Atilladan “Oyan, Təbriz” - VİDEO
10 dekabr 21:16
- Misir Mərdanov və Mirşahinə qarşı sui-qəsd hazırlanıbmış: Saxlanılanlar var - Video
10 dekabr 20:43
- Ali təhsilli Vətən müharibəsi iştirakçısının xadimə təyin edilməsi ilə bağlı..
10 dekabr 20:08
- Milli Məclisin sabiq üzvü Rusiyada 17 bina tikəcək - 50 milyon dollarlıq layihə
10 dekabr 17:25
- İlham Əliyev Serbiyaya getdi - FOTOLAR
10 dekabr 14:57
- Dünyanın ən varlı 10 ailəsi (SİYAHI)
10 dekabr 12:51
- Qazaxın işğal altında olan kəndlərindən illər sonra ilk görüntülər - Video
10 dekabr 12:44
- Rusiyanın Baş prokuroru yumurtanın bahalaşmasını yoxlamaq üçün göstəriş verdi
09 dekabr 15:40
- Bu ölkələrin əksəriyyəti Azərbaycanı dəstəkləyir
09 dekabr 15:02
- Bakıda metroda müəllimi döydü və 2 il 6 ay həbs...
09 dekabr 13:51
- Kabinetində güllələnən icra başçısının qızı ....
09 dekabr 12:35
- Prezident Məhərrəm Əliyevi vəzifəsindən azad etdi - Yeni təyinat
09 dekabr 12:26
- Bakcell dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu!
08 dekabr 15:09
- Tokayev Ermənistana səfər edəcək
08 dekabr 15:02
- Azərbaycan Hüseynlə Aqşini erməni əsirliyindən xilas edir
08 dekabr 10:57
- Moskvada Putinlə Rəisi arasında görüş keçirilir
08 dekabr 00:35
- Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək
08 dekabr 00:18
- Şuşada mina partlayıb - xəsarət alan var
07 dekabr 13:32
- Gələn il fevralın 7-si qeyri-iş günü olacaq
07 dekabr 13:10
- Azərbaycanda növbədənkənar PREZİDENT SEÇKİSİ keçiriləcək
07 dekabr 12:54
- Şagird sinif yoldaşını öldürüb sonra intihar etdi - Daha 5 yaralı var
07 dekabr 12:42