“Umico Bank”ın adından vətəndaşlara qarşı dələduzluq ...
Hüquq-mühafizə orqanları, Mərkəzi Bank hara baxır..? Aldanmış müştəri polisə müraciət etməyə hazırlaşır...
Ölkəmizin bank sistemi ilə bağlı xeyli müddətdir yazırıq. Bank sistemindəki süründürməçilik, əlavə, lazımsız sənədlərin tələb olunması, kimlərinsə mütləq zamin durması və daha nələr... Bu hələ harasıdır..? Banklarımız verdiyi məbləğdən elə faizlər tələb edirlər ki, heç sələmçilər belə faiz tələb etmirlər. Bu mövzu dəfələrlər, Milli Məclisdə deputat Vahid Əhmədov, Əli Məsimli, Siyavuş Novruzov və digər millət vəkilləri tərəfindən səsləndirilib. Hətta millət vəkilləri daha sərt şəkildə ölkənin banklarını soyğunçu adlandırıblar. Fikir verdinizmi, dövlətin rəsmi tribunasından bankların ünvanına SOYĞUNÇU yarlıkı yapışdırılıb. Tanışlarımızın dediyinə görə, qonşu Qazaxstanda, Qırğızstanda və digər postsovet ölkələrində banklar vətəndaşlara, iş adamlarına kreditləri asan və aşağı faizlə verirlər. Bəs bizdə vəziyyət niyə belə dözülməzdir..? Bircə misal çəkəcəyik. Deməli, bankların özündə deyil, hətta filiallarının müdirləri ayda 14-15 min manat maaş alırlar. Təsəvvür edirsiniz filial müdiri 14-15 min manat maaş alır. İndi görün bankın özünün nüdiri nə qədər maaş alır..? Adamdan soruşarlar ki, banklar yer əkmir, məhsul istehsal etmir, ticarətlə məşğul olmur..bəs bu boyda gəlir haradandlr ki, filial müdirinə bu qədər maaş verir. Bu sualın bircə cavabı var: əhalini soymaq, soyğunçuluq hesabına. Bu hələ harasıdır..? Son bir neçə ildə banklar dələduzluqla məşğuldur. Bəli, məhz dələduzluqla. Belə banklardan biri də “Umico Bank”dır. Bu bank eyni adlı, yəni “Umico Bank” adı ilə instagram səhifəsi açaraq vətəndaşları aldatmaqla məşğuldur. Gəlin, bu bankın dələduzluq mexanizminə nəzər salaq. Deməli, bank öz instagram səhifəsində müştəriləri şirnikləndirmək üçün yalançı vədlər verirlər. Öz səhifələrində qeyd edirlər: Rəsmi iş yeri olmayanlara da kredit-pul veririk.... Qeyri-rəsmi işləyənlər üçün də gündəlik tələbat kreditləri veririk... Sizə təcili pul lazımdır ? Biz kömək edə bilərik... Bu təkliflərdən əlavə bank öz səhifəsində kataloq təqdim edir: 1000 manat üçün 60 manat rüsum, 2000 manat üçün 70 manat rüsum, 3000 manat üçün 80 manat rüsum, 4000 manat üçün 90 manat rüsum, 5000 manat üçün 100 manat rüsum, 10000 manat üçün 200 manat rüsum və s. Beləcə Umico Bank müştərini tora salmağa başlayır. Konkret olaraq redaksiyamıza müraciət edən vətəndaş Kəmalə Hüseynzadə müxbirimizə bildirib ki, mən bankın instagram səhifəsində bu reklamı görən kimi bankla əlaqə saxladım və mənə 070-836-64-41 mobil telefonla əlaqə saxlamağı bildirdilər. Müştərinin dediyinə görə, telefonla əlaqə saxlayandan sonra ondan şəxsiyyət vəsiqəsi tələb olunub ki, baxaq görək sizə kredit vermək olarmı. Və müştəri şəxsiyyət vəsiqəsini göndərib. Bankın nümayəndəsi deyib ki, siz 10 min manata qədər kredit götürə bilərsiniz. Müştəri soruşanda ki, pulu haradan götürəcəm, bankın nümayəndəsi deyib ki, gəlməyə ehtiyac yoxdur, biz online fəaliyyət göstəririk, pulu kartınıza köçürəcəyik. Bankın nümayəndəsi onu da xüsusi olaraq vurğulayıb ki, 2000 manat kredit üçün 70 manat dövlət rüsumu ödəyin 10 dəqiqəyə 2000 manat pul kartınza köçəcək. Bankın nümayəndəsi onu da deyib ki, 70 manat pulu terminaldan köçürməyin, kartdan karta köçürün, əgər 10 dəqiqə ərzində 70 manat pulu köçürməsəniz müqavilə avtomatik ləğv olunacaq. Beləliklə bankın nümayəndəsi müştəriyə bank şifrəsi göndərib və müştəri 70 manatı ödəyib. Sonra müştəridən göndərilən 70 manat pulun çeki tələb olunub, müştəri çekin də şəkilini göndərib. Və sonra bankın verdiyi nömrəyə zəng çatmayıb, müştərinin telefonu bloka qoyulub. Sonda aldanan müştəri Kəmalə Hüseynzadə hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirdi. Mövzunu gündəmdə saxlayacağıq. Bizi izləyin.
Oxşar xəbərlər
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 2026 00:29
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
5 mart 2026 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
5 mart 2026 12:35
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
Xəbər lenti
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
Video & Fotoqalereya
Video
Fotoqalereya
