Rusiyada son 7 ildə 100 min azərbaycanlı vətəndaşlıq alıb - sevinək, yoxsa...
Azər Allahverənov: “Aidiyyəti strukturlar müəyyən strateji planları nəzərdə tuturlar, odur ki...”
2023-cü ilin 8 ayı ərzində (yanvar-avqust) 7 min 457 azərbaycanlı Rusiya vətəndaşlığı alıb. Bu rəqəmlər Rusiya Daxili İşlər Nazirliyinin açıqladığı rəsmi məlumatda əks olunub.
2022-ci ildə 23 min azərbaycanlıya Rusiya vətəndaşlığı verilib.
2021-ci ildə 30 min azərbaycanlı Rusiya pasportu alıb.
2019-cu ildə 13 min 500 azərbaycanlı Rusiya vətəndaşlığı alıb.
2017-ci ildə 10 397 azərbaycanlı Rusiya pasportu alıb.
2016-cı ildən 2020-ci ilə qədər dövrdə 49 min 700 azərbaycanlı Rusiya vətəndaşlığı alıb. Bu rəqəmləri topladıqda məlum olur ki, son 7 il ərzində 100 mindən çox Azərbaycan vətəndaşı Rusiya pasportu alıb.
Azərbaycanlıların Rusiyadan vətəndaşlıq almasına sevinəkmi, yoxsa bu, hansısa problemlərə yol aça bilər? İkincisi, müharibə aparan, sanksiyalar altında çabalayan bir ölkədə soydaşlarımızı vətəndaşlığa çəkən nədir, hansı səbəblərdir?

Azər Allahverənov
“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin mütəmadi açıqladığı statistik rəqəmlər var və burada həqiqətən də Azərbaycandan olan vətəndaşların Rusiya vətəndaşlığı əldə etməsi barədə geniş məqamlar öz əksini tapır: “Söhbət kifayət qədər böyük rəqəmlərdən gedir. Amma son on ilin statistikasını biz götürsək, bunlar daha çox 2022-ci ilə qədər olan dövrə şamil olunur. Çünki 2022-ci ilə qədər Rusiyanın Ukraynada müharibə aparması kimi planları və ya vətəndaşlığın əldə olunmasını ləngidən, ya da problem yaradacaq hər hansı digər amillər də nəzərə çarpmırdı deyə vətəndaşlar həmin dövrdə çox sayda müraciət ediblər. Yəni son 12 ildə. ABŞ-ın, Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar var idi, bu sanksiyaların fonunda Rusiya iqtisadiyyatının bir çox sahələrində artıq müəyyən durğunluq yaşanmağa başladı. Bir çox istehsalat sahələri, tikinti layihələri dayandırıldı. Bu da nəticə etibarilə vətəndaşlıq əldə etmək istəyən insanların bu niyyətdən çəkindirən amilə çevrildi. Nə üçün bizim vətəndaşlar Rusiya vətəndaşlığını qəbul etmək istəyirdilər? Birincisi, qanunvericilik müəyyən mənada imkan verirdi ki, Azərbaycan Respublikası vətəndaşı qalaraq həm də RF vətəndaşlığını əldə etsinlər. Sonradan gördülər ki, çox sayda insan bunu tətbiq edir, müəyyən qadağalar tətbiq etdilər. Yəni öz vətəndaşlığınızdan çıxın, sonra RF-nin vətəndaşlığını əldə edin. Bu 2005-2009-cı illərə təsadüf edir. O vaxt baş nazir artıq Rusiyada əmək miqrasiyası sahəsində bir sıra yeniliklər tətbiq olunmağa başladı. RF vətəndaşı olmayan şəxslər 2007-ci ilin yanvarından etibarən apteklər şəbəkəsində spirtli içkinin satışını apara bilməzlər. İlin axırına yaxın da bəzi pərakəndə ticarət sahəsindən də vətəndaşlar uzaqlaşdırılmağa başladı. Nəticə etibarilə çox sayda əvvəlki miqrantlar, hansılar ki bu sahədə təmsil olunmuşdular, onlar işsiz qalmağa başladılar, müxtəlif variantlar axtarmağa çalışdılar. Tez bir zamanda RF vətəndaşlığını qəbul etməyə başladılar. Təqribən 10 minə yaxın həmvətənimiz RF vətəndaşlığını qəbul etdi. Qanunvericilik şərait yaratdı ki, insanlar bu imkandan maksimum yararlansın. Sonrakı mərhələdə, 2014-2015-ci illərdə artıq Rusiya yeni qaydalar tətbiq etməyə başladı. Yəni şəxs öz vətəndaşlığından çıxmalıdır. Belə olan halda, statistik rəqəmlərə çox ciddi şəkildə təsir etmədi, amma müəyyən azalmalar müşahidə edilməyə başladı. Bu, tək azərbaycanlılarla bağlı yox, digər respublikalardan olan şəxslərə də şamil olunur. Bir qayda olaraq bütün əcnəbilərə. O səbəbdən Rusiya hökuməti bir neçə ildən sonra 2021-ci ildə bu praktikadan imtina etdi. Rusiya prezidentinin xüsusi sərəncamı ilə yeni qanun qüvvəyə mindi. Bu qanuna görə, şəxs öz ölkə vətəndaşlığından çıxmaya bilər. Sanki Rusiya hökuməti marağını bir növ ifadə etmiş oldu. Sonrakı mərhələdə 2021-ci ilin sonu, 2022-ci ilin yanvar ayından etibarən iqtisadi sanksiyalar tətbiq olunmağa başladı. Bundan sonra artıq vətəndaşlıq üçün müraciət edənlərin sayında müəyyən azalma müşahidə edildi. Söhbət bizim vətəndaşlardan gedir. Baxmayaraq ki, Rusiya hökuməti Azərbaycan vətəndaşlığından çıxmaq kimi məsələni şərt olaraq qoymadı. Amma bizim qanunvericiliyə görə, əgər şəxs başqa bir ölkənin vətəndaşlığını əldə edirsə, bu Azərbaycan vətəndaşlığına xitam verilməsi üçün əsas yaradır. Hətta bu səbəbdən də sonrakı mərhələdə RF vətəndaşlığını əldə edən şəxslərin də AR vətəndaşlığını əldə etməsi hallarına rast gəlməyə başladıq. Bu da RF vətəndaşlığını əldə etmək istəyənlər üçün əlverişsiz bir mühit yaratmış oldu. Bütün bunlar 10 il müddətində baş verən tendensiyalar idi”.
A.Allahverənov əlavə edib ki, əmək qabiliyyətli şəxslərin başqa ölkənin vətəndaşlığını əldə etməsi müəyyən mənada əmək resurslarının itirilməsi deməkdir: “Çünki vətəndaşlığı olan şəxslər əmək qabiliyyətli şəxslərdir. Onlar Azərbaycanda əmək qabiliyyəti ilə məşğul olduqda öz ölkəsinə daha böyük fayda verə bilərlər. Digər tərəfdən, bizdə demoqrafiya sahəsində vəziyyət bir çox faktorlara görə kifayət qədər müsbət məcrada mövcud olmaqdadır. Bizdə yüksək emiqrasiya templəri, demoqrafiya ilə bağlı problem yoxdur. Bu yaxınlarda rəqəmlər də açıqlandı. İl ərzində 7-8 min, 10 min insanın Rusiya vətəndaşlığını əldə etmək istəyində olması narahatlıq doğuran məsələ də olsa, əmək bazarına təsir göstərə biləcək ciddi məsələ deyil. Hamısı əmək qabiliyyətli şəxslərdir. Amma bu tendensiya azalmağa doğru gedir. Son iki ildə bu tendensiya azalıb. 2022-ci ilin statistikası ilə mən tanış olmuşdum, 6700 nəfər şəxs var idi. Bu, azalmanı göstərir. Digər tərəfdən də Rusiya ilə aramızda sıx iqtisadi, həm də mədəni cəhətdən bağlılıq var. İstər-istəməz iki dövlət arasında miqrasiya mübadiləsi hər zaman yüksək olub. Ona görə mən düşünmürəm ki, bu, dövlət üçün ciddi problemlər yaradan hala çevrilsin. Digər tərəfdən də bizim bununla bağlı aidiyyəti strukturlar müəyyən strateji planları nəzərdə tutur. Ən azı əmək bazarı ilə bağlı olan proseslərdir, bunlar tam nəzarətdə saxlanıla bilən məsələlərdir. Əminəm ki, bu istiqamətdə işlər görüləcək”.
Qeyd edək ki, dekabrın 18-də Rusiya prezidenti Vladimir Putin Belarus, Qazaxıstan və Moldova vətəndaşlarına Rusiya vətəndaşlığının qəbulunu sadələşdirib. Bununla bağlı o, fərman imzalayıb. Fərmana əsasən, Belarusun 18 yaşına çatmış vətəndaşları Rusiyada yaşama müddəti nəzərə alınmadan vətəndaşlıq üçün müraciət edə biləcəklər. Belarus vətəndaşları Rusiya vətəndaşlığına qəbul üçün ərizə ilə yanaşı, yaşayış icazəsi və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər.
Qazaxıstan və Moldova vətəndaşları üçün ərizə verərkən ölkədə müəyyən edilmiş yaşayış müddətinə (beş il) riayət etmək, Rusiya tarixini və qanunvericiliyini bilmək məcburi olmayacaq. Ancaq rus dilini bilmək tələbi onlar üçün hələ də qalır. Bu ölkələrin vətəndaşları da rus dilini bilmələrini təsdiq edən sertifikat təqdim etməlidirlər.
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Təbrizə də zərbələr endirildi
28 fevral 2026 16:11
- Azərbaycan 1 ildə 23 ton qurbağa əti satıb
28 fevral 2026 15:41
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
