- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
O problemli adamdır – No problem
Stalinin məşhur bir sözü var, deyir, adam varsa, problem var, adam yoxdur, problem də yoxdur.
Ola bilər, Stalin heç belə söz deməyib, bunu onun adından düzüb-qoşublar. Təcrübədə belə şey yayğındır. Məsələn, qədim filosofların elə kəlamları var ki, qılınc vurmaqda ad çıxaranların adından gedir, təkzib, düzəliş edən yoxdur.
Ancaq Stalinin belə bir söz deyib-demədiyi tam dəqiq olmasa da, bu kəlamın onun devizi, həyat və iş kredosu olduğu dəqiqdir.
Özü də “ellər atası” “adam yoxdur, problem də yoxdur” deyərkən, zəhmətkeşləri, fəhlə-kəndli sinfinin nümayəndələrini nəzərdə tutmayıb, əsasən ona problem yaradanları, öz silahdaşlarını nəzərdə tutub. Ondan aşağı vəzifədə olanlar isə özlərinə problem yaradanlarla işləyiblər. Bu minvalla kolxoz sədrinə problem yaradan briqadir də Sibirin gedər-gəlməzinə göndərilib ki, kənddə problem olmasın.
Sovet hökuməti qurulanda Lenindən sonra partiya və dövlətdə ikinci adam Yakov Sverdlov imiş. O, Leninə də problem yaradırmış, Stalinə də. Sverdlov 1919-ci ildə “ispan qripi”nə (indiki koronavirusun analoqu) yoluxub, ölüb. Şübhə var ki, onu Leninin göstərişi ilə zəhərləyiblər. Doğrudan da bu, necə epidemiya imiş ki, o boyda partiyadan cəmi bir nəfəri öldürüb, başqa heç kəs yoluxmayıb?
Ötən əsrin 20-ci illərində vətəndaş müharibəsinin şücaətli bir komandanı olub – Qriqori Kotovski. Problemli yoldaş olub, ipə-sapa yatmırmış. 1925-ci ildə güllələyiblər. Qatil Zeyder gizlənməyib, tutulub, 10 il iş veriblər, amma türməyə rəis göndəriblər, istəyəndə şəhərə-filana da çıxırmış. Bir ildən sonra buraxıblar. 1930-cu ildə onu da güllələyiblər. Problem yerli-dibli həll olunub.
Kompartiyanın 1934-cü ilin yanvar-fevral ayında keçirilən qurultayında Sergey Kirov Stalinə problem yaradıb, partiyanın rəhbər orqanlarına seçkidə ondan daha çox səs alıb və partiyanın ən sevimli, perspektivli kadrı olduğu üzə çıxıb. Həmin ilin dekabrında onu Smolnıda peysərindən güllə ilə vurublar. Daha sonra ona səs verənlərin də hamısını bir-bir, üç-bir, beş-bir güllələyiblər. Həmin qurultay tarixə “güllələnmişlərin qurultayı” kimi düşüb.
Marşal Tuxaçevski 1937-ci ildə Yakir, Uboreviç, Kork, Eydeman, Putna, Feldman, Primakov, Qamarnik kimi generalları başına toplayaraq Stalinə problem yaratmaq, daha dəqiqi, onu devirmək istəyib, üstü açılıb, tutulublar, məhkəmələri cəmi 1 gün çəkib, elə həmin gün də hamısını güllələyiblər. Marşal və generallar yoxdur, problem də yoxdur. İntəhası, Hitler hücum edəndə məlum oldub ki, orduda problem var – savadlı generallar çatışmır.
Trotski, Buxarin, Zinovyev, Kamenev, Rıkov, Radek da tez-tez Kobaya problem yaradırmışlar. Stalin bu problemi də həll edib. Birincini ölkədən qovub, sonuncunu türmədə öldürtdürüb, o birilərinə güllələtdirib. Trotski Türkiyədə, İsveçdə, Meksikada yaşadığı vaxt yenə Stalinə və sovet hökumətinə problem yaradırmış, bu problemi də sovet agenti Ramon Merkader buz baltası ilə həll edib, qaçıb gəlib Moskvaya, orden-medal, o cümlədən Sovet İttifaqı Qəhrəmanı fəxri adı, mənzil və bağ evi alıb, problemsiz yaşayıb. Arada hətta gedib Kubada XİN-də müşavir vəzifəsində də işləyib.
Bunlar hələ məşhur simalardır, dövlətə, partiyaya problem yaradan yüzlərlə, minlərlə adam harada yaşamağından asılı olmayaraq Stalinin devizinə qurban gedib.
Yəni əldə NKVD-nin tarixi və mötəbər təcrübəsi var, Kremldəkilər problemi həll etməyin yolunu bir kərə tapıblar və yeni nəsillər bu irsə sadiqdirlər.
Ona görə də son 21 ildə Rusiyada ölən və öldürülən “problemli adamlar”ın siyahısnını artması heyrət doğurmamalıdır. Əslində doğurmur da. Hər dəfə elə bir xəbər gələndə çox adam məmnuniyyətlə gülümsəyir, yəni, elə də olmalıdır, dövlətlə dövlətçilik eləmək olmaz. Xalqımız yumşaq rəhbərləri sevmir.
Stalindən sonra Xruşov bir az yumşaq oldu, xeyir tapdı? Axırda onun özünə problem yaratdılar, istirahətdə olduğu zaman sözləşib, qərarlaşıb adamı təqaüdə göndərdilər. Daha sonra Qorbaçov iş yoldaşlarını güllələtmədi, onlar da onu da Xruşov kimi etmək istədilər, amma bacarmadılar.
Amma indiki rəhbərlik möhkəmdir, Stalin kimi düşünür, Beriya kimi hərəkət edir.
Düzdür, Qərbdə deyirlər ki, bu dövlət terrorudur, amma onlar belə şeyləri bilməzlər, ruslar buna “dövlətin təhlükəsizliyini və milli mənafeyi, sabitliyi qorumaq” deyirlər.
Vaxtilə Rusiyaya, Putinə problem yaratmış Saakaşvili o gün deyib ki, Navalnı öldü, indi növbə mənimdir. Adam işini bilir. Sabah onun da qara xəbəri gəlsə, xeyli adam rahat nəfəs alacaq və deyəcək: “Demişdik dəəə”.
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 2026 09:46
- Qəbir yerləri ilə bağlı biabırçı vəziyyət – Bakıda 15 minə...
10 may 2026 23:26
- Heydər Əliyevin şəxsi FOTOQRAFI : Əsəbiləşdi, dedi ki, səninlə Bakıda danışacağıq
10 may 2026 21:59
- Prezident sakinlərlə görüşdü, Zangilan City Park Hotelin təməlini qoydu (YENİLƏNİB)
10 may 2026 13:46
- AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: Dolabda dollar PAÇKALARI vardı
8 may 2026 14:25
- Prezidentin mükafatlandırdığı 86 yaşlı xalq artisti : Xoş xəbəri eşidəndə namaz üstündə idim, qonaqlıq verəcəm
7 may 2026 23:07
- Həkim ağ xalatda olmalıdır, xəstə məni dikdabanda görə bilməz - Videomüsahibə
7 may 2026 11:55
- Ramiz Mehdiyevin GƏLİNİ-nin BANKI ilə bağlı açıqlama
6 may 2026 13:38
- Ramiz Mehdiyev kimi QORXAQ adam görməmişəm - Rəsul Quliyevdən ŞOK SÖZLƏR
5 may 2026 23:24
- Gecələr dözülməz olan SƏS - Binada yaşamaq mümkün deyil
4 may 2026 23:10
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
15 may 00:52
- Yavaşlamış iqtisadi artım trayektoriyasından sürətlənmiş artım trayektoriyasına keçid obyektiv zərurətə çevrilib - Əli Məsimli
14 may 23:07
- Kiyevdə matəm elan edildi
14 may 19:43
- Prezident yeni Dövlət Agentliyi yaratdı (FƏRMAN)
14 may 19:26
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 18:27
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 16:37
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 14:31
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
