XAYA, yoxsa HAYA ?
Haya, yoxsa xaya..?
Ortaq türkcə problemi
Xalq artistimiz Brilliyant xanım Dadaşovanın Türkiyə türkcəsinə uyğunlaşdırdığı bir Azərbaycan mahnısını hər dəfə eşidəndə məni əcaib gülmək tutur. Sevimli müğənnimiz mahnıda tez-tez təkrar olunan “xəyallar, xəyallar” ifadəsini “xayalar, xayalar” kimi ifa etməkdən sanki ləzzət alır və doymaq bilmir. (Şübhəsi olanlar mahnıya qulaq asa bilərlər.)
Mən gözəl müğənnimizin xoş niyyətini anlayıram və bunu haradasa təqdir edirəm. Brilliyant xanım da uzaq Altaydan tutmuş Balkanlara və İstambula qədər geniş bir coğrafiyada yayılan və sayı 300 milyondan artıq olan türk xalqlarının mədəniyyətinin və dilinin yaxınlaşmasına, inteqrasiyasına öz əvəzsiz töhfəsini vermək istəyir. Niyyət çox gözəldir. Ancaq “xaya” əvəzinə “haya” deməklə inteqrasiya olmur axı.
Bu, Brilliyant xanımın xətası deyil...
Çünki neçə illərdir dilçi alimlərimiz, şairlərimiz, siyasətçilərimiz ortaq türk əlifbasından, ortaq türk dilindən o qədər basıb-bağlayırlar ki, yazıq müğənni neyləsin. Bəzi alimlərimiz hətta Azərbaycan əlifbasındakı “x” səsini “h” səsi ilə əvəz etmək barədə təkliflər verirlər. Və eybəcər şəkildə bir neçə dili “remiks” edib ortaya ortaq türkcə qoymaq istəyirlər. Ancaq izah etmirlər ki, belə olan halda “haya” ilə “xaya”nın nə fərqi olacaq.
Bir neçə il əvvəl bu məsələ ilə bağlı hörmətli yazıçımız Anar da öz fikrini bildirmişdi. Anar müəllim “x” hərfini “h” ilə əvəz edəndə “xal” və “hal” sözlərinin qarışacağını, “halın necədir” əvəzinə “xalın necədir” deyiləcəyini misal göstərmişdi.
Bu xırda qeydləri etməkdə mənim məqsədim kimlərisə günahlandırmaq deyil. Birincisi, kimlərisə günahlandırmaqla problem həll olunmur. İkincisi, ortaq əlifba, ortaq dil kimi çox ciddi problemləri tələm-tələsik həll etmək olmaz. Bu məsələlər on illər, bəlkə də yüz illər tələb edir. Əsas məsələ istiqaməti düzgün götürməkdir. Məni narahat eləyən budur.
Ən ciddi məsələ isə odur ki, ortaq dildən öncə ortaq dəyərlər yaradılmalıdır. Heç kimə sirr deyil ki, bu gün özünü türk dilli hesab edən Özbəkistan, Qazaxstan, Türkmənistan, Qırğızstan və s. dövlətlərin hərəsinin başında bir “Türkmənbaşı”, “Elbaşı”-nə başı oturub və cəmiyyəti öz “Ruhnaməsi” ilə idarə edir. Bu ölkələri xərçəng kimi məhv edən korrupsiyadan, rüşvətxorluqdan, mənəi və həqiqi dilənçilikdən, insan haqlarına sayqısızlıqdan, məddahlıqdan, yaltaqlıqdan, saxtakarlıqdan, saxta sseçkidən isə danışmağa dəyməz. Belə olan halda biz ortaq nə yaratmalıyıq: Ortaq korrupsiya dili, yoxsa ortaq yaltaqlıq əlifbası? Biz türklər bir-birimizdən nə öyrənə bilərik? Axı rəhmətlik İsmayıl Qaspralı “Əməldə birlik” deyib. Biz hansı əməllərimizi birləşdirə bilərik? Görürsünüz, problem çox qəlizdir. “Xayalar, xayalar” deməklə məsələ həll olunmur.
Kamran Məhərrəmli
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 2026 15:25
- Azərbaycan, HAZIR OL ! - Amerikadan ŞOK XƏBƏRDARLIQ gəldi
12 yanvar 2026 11:56
- Ramiz Mehdiyev dosyesində azyaşlı qızların oğurlanması epizodu - DTX-ya müraciət
9 yanvar 2026 20:18
- Tı kto takoy, Rasim Balayev? Səni adam edən mən olmuşdum – Şeyx Əbdül Mahmudovla ŞOK MÜSAHİBƏ
9 yanvar 2026 20:03
- Dünya çox təhlükəli mərhələyə girir – Əli Məsimlidən sensasion müsahibə
4 yanvar 2026 13:26
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
