Ələkrəmə Kremlin pulunu bu deputat gətirmişdi – Polis rəisi
1993-cü il: bir tərəfdə erməni separatizminin doğurduğu dəhşətli müharibə, digər tərəfdə iç savaşları: Surət Hüseynov, Ələkrəm Hümbətov…
Tariximizə “Ələkrəm Hümbətov qiyamı” kimi qara ləkə olaraq düşən olayları həmin vaxt Lənkəran rayonunun polis rəisi olan polkovnik Əlövsət Əliyev 31 ildən sonra ilk dəfə olaraq qələmə alır. Əlövsət Əliyevin təqdim etdiyi faktlar həm də ona görə olduqca mühüm və əhəmiyyətlidir ki, polis rəisi kimi o, prosesin içində olub, hakimiyyətdə, daxili işlər və xüsusi xidmət orqanlarında gedən prosesləri bilib, eyni zamanda, Ələkrəm Hümbətovun fəaliyyət dairəsi haqda əməliyyat məlumatlarına malik olub.
Ələkrəm Hümbətova hakimiyyət daxilindən kimlər dəstək verirdi? Bu qiyamın səbəbi və hədəfi nə idi?
Kult.az sabiq polis rəisi Əlövsət Əliyevin sensasion məqamları əks etdirən yazısını təqdim edir:
III Hissə
Yazdıqlarım bəlkə də kimlərəsə uzaq və lazımsız tarix kimi görünəcək. Kimlər üçünsə bunlar indiyə qədər eşitdiklərinin, oxuduqlarının tam əski olacaq. Bəlkə də hadisə şahidlərindən kimlərsə öz həqiqətini əlavə edəcək, hətta tənqidlər də eşidəcəyəm. Amma heç nə baş verənlərin əsl mahiyyətini dəyişməyəcək. Tarix saxtakarlığı sevmir...
***
İyunun 11-də səhər saat 6-da telefon zənginə oyandım. Bakıdan böyük qardaşım Sabir Rüstəmxanlı zəng vurmuşdu. Hal-əhval tutdu və ona baş verənlər haqqında məlumat verdim. “Çalışın ki, qarşıdurma olmasın, qan tökülməsin, imkan olan kimi mən də Lənkərana gələcəyəm”, - dedi və sağollaşdıq.
Haftonu meşəsində Ələkrəm Hümbətovun “Müdafiə Nazirliyinin əməkdaşları”nın da daxil olduğu dəstəsini zərərsizləşdirmək barədə ayrı-ayrı vəzifəli şəxslərin təkliflərinə baxmadım. Daxili İşlər Nazirliyindən belə bir əmr və ya göstəriş gözlədim, lakin olmadı.
Həmin dövrdə Lənkəranda çox işgüzar bir komanda formalaşmışdı. Polis rəisinin (mənim) müavinlər Fəxrəddin Əzimov və Fəxrəddin Salayev (Allah hər ikisinə rəhmət eləsin), istintaq şöbəsinin rəisi Zülfi Həsənov, cinayət axtarış şöbəsinin rəisi Hüseynağa Həsənov, İqtisadi cinayətkarlığa qarşı mübarizə bölməsinin rəisi Aydın Hüseynov, İTB rəisi Sədaqət İsmayılov, DYP bölməsinin rəisi Firudin Mirzəyev, eləcə də başqaları, yəni peşəkar əməliyyatçılar və müstəntiqlərlə işlər öz axarında davam edirdi, yaxşı nəticələr vardı, əhali də, rəhbərlik də razı görünürdü.
Mən 1992-ci ilin dekabr ayında Lənkəran Polis Şöbəsinə rəis təyin olunmuşdum, həm də sabiq daxili işlər naziri İsgəndər Həmidovun (rəhmətlik) ikinci təkidindən sonra. İsgəndər Həmidovla Şuşada tanış olmuşdum. Şuşa səfərinin də maraqlı tarixçəsi vardı. O zaman İ.Həmidov hələ nazir deyildi, mən isə Masallı Polis Şöbəsində müstəntiq işləyirdim. Şuşada separatçı ermənilər əleyhinə əməliyyatlar keçirmək üçün İstintaq Əməliyyat Qrupu yaradılırdı. Bunun üçün Bakı şəhərinin polis idarələrinin istintaq bölmələrindən müstəntiqləri toplayırdılar. O dövrdə Bakıda işləmədiyimə baxmayaraq, mən də raport yazmış və könüllü olaraq Şuşaya yollanmışdım. Şuşada olduğum zaman vəziyyəti öyrənmək üçün İsgəndər Həmidov, Etibar Məmmədov və başqa fəallar Şuşaya gəlmişdilər. Tanışlığımız o zamana təsadüf etmişdi, hətta birlikdə axşam yeməyi də yemişdik.
Lənkəran Polis Şöbəsinə məni rəis kimi o zaman DİN-in Kadrlar İdarəsində şöbə rəisi olan Ramil Usubov təqdim etmişdi. Həmin vaxta kimi Lerik Rayon Polis Şöbəsinin rəisi işləyirdim.
Beləliklə, mən Lənkərana göndərildim və işlədiyim qısa müddətdə polis xeyli uğur qazandı. Əvvəlki illərdən bağlı qalan cinayətlərin bəzilərinin açılmasına nail olmuşduq. Lənkəranda cinayətlərin açılmasında ilk dəfə idi ki, belə yüksək göstəriciyə nail olunmuşdu. Cinayətkarlıq xeyli azalmışdı, bunun təsirləri gündəlik həyatda da hiss edilirdi.
Həmin dövrdə polisin nüfuzdan düşməsinin səbəblərindən biri də İran İslan Respublikasına sadələşdirilmiş keçid qaydalarında növbələrin satılmasında ənənəyə çevrilmiş rüşvət idi. Az zamanda bu sahədə rüşvəti tam yığışdırdıq. Buna görə Pasport-masa rəisi işləyən xanımın məndən anonim şikayətlər yazdırmasını indiyə qədər xatırlayıram...
8-13 iyun tarixlərində Ə.Hümbətov Haftonu meşəsində məşhur Əlizadə qardaşları (Zərdüşt və Araz – red.) ilə iki dəfə görüşdü. İkinci görüşə keçmiş deputat Araz Əlizadə tək getmişdi. Eyni zamanda, meşədə onunla görüşə o zaman Etibar Məmmədovun partiyasının (AMİP) üzvü olan Vaqif Musayev də yollanmışdı. Vaqif Musayev daha sonra mənimlə də görüşdü və Ə.Hümbətovun tərəfdarlarının sayının sürətlə çoxaldığını bildirdi. O vaxt daxil olan məlumatlarda Araz Əlizadənin Ə.Hümbətova Moskvadan maliyyə dəstəyi gətirdiyi bildirilirdi. Ə.Hümbətovun tərəfdarlarının artması səbəblərindən biri də bununla bağlı idi. Bu, o zamanın şərtləri daxilində tamamilə mümkün görünürdü. Bir çoxları puldan imtina edə bilmirdi və aldıqları pulun mənbəyi, səbəbi, məqsədi onları maraqlandırmırdı.
Həm də bu səbəbdən 8 iyunda meşəyə 28 nəfər silahlı hərbiçi ilə qaçan Ə.Hümbətov qısa müddətdə, daha dəqiq desəm, 13 iyun 1993-cü ilədək ətrafına 180 nəfərdən çox silahlı toplaya bilmişdi.
Ələkrəm meşəyə çəkiləndən sonra Lənkəran şəhərində strateji əhəmiyyətli obyektlərin mühafizəsini daha da gücləndirdik. Rayon İcra Hakimiyyətinin, poçtun, bankın, dəmir yolu vağzalının, hüquq-mühafizə orqanlarının inzibati binalarının, elektrik stansiyasının və s. siyahısını İcra Hakimiyyəti başçısının birinci müavini Arif İsmayılbəyli ilə hazırlayıb daha sonra rayon icra başçısı ilə razılaşdırmışdıq. Bir qayda olaraq hər axşam bütün postlar yoxlanılırdı. Fövqəladə vəziyyət olduğu üçün həm də İcra Hakimiyyətinin və inzibati orqanların əməkdaşları növbəlilik əsasında iş yerində növbətçi qalırdılar. İcra Hakimiyyətinin binasının mühafizəsi Daxili Qoşunların Lənkəran dəstəsi və bələdiyyə polisinin əməkdaşları tərəfindən təmin edilirdi. Binanın mühafizəsinə 30 nəfərdən çox adam cəlb olunmuşdu.
Əslində, İcra Hakimiyyətinin başçısı H.Məmmədovla (rəhmətlik) münasibətlərimiz elə də yaxşı olmadığı üçün binanın mühafizəsini bizə, yəni Polis Şöbəsinə etibar etmirdi. Şəxsi münasibətlərdən doğan bu etibarsızlıq, yəni qeyri-peşəkar yanaşma hadisələrin axarına təsirsiz ötüşmədi…
Bələdiyyə polisinin rəisi Mirhüseyn Kazımov adlı şəxs idi. İşinə kifayət qədər məsuliyyətlə yanaşan zabit idi və səhv etmirəmsə, vaxtilə Baltikyanı respublikaların birində polis idarəsində işləmişdi. İcra Hakimiyyətinin binasının təhlükəsizliyi üçün özü şəxsən məsuliyyət daşıyırdı.
Saat 19 radələrində Daxili Qoşunların Lənkəran bölməsinin rəisi Elxan Hüseynov və icra başçısının birinci müavini Arif İsmayılbəyli ilə əlaqə saxladım, vəziyyətlə maraqlandım, xüsusi bir durum olmadığını dedilər və ancaq bundan sonra evə getdim. Saat 22:20-də məlumat verdilər ki, saat 22:10 radələrində Ə.Hümbətov silahlı dəstə ilə İcra Hakimiyyətinə hücum edərək, binanı zəbt edib və bina artıq Milli Ordunun əsgər və zabitləri tərəfindən qorunur. Eyni zamanda bildirdilər ki, binanın qarşısına zirehli texnikalar yerləşdirilib. İlkin şifahi araşdırma zamanı bəlli oldu ki, Ə.Hümbətovun binaya silahlı hücumu zamanı orada cəmi iki mühafizəçi olub. İcra Hakimiyyətinin əməkdaşları da gücləndirilmiş iş rejiminin tələblərinə əməl etməyiblər, yəni hadisə baş verən zaman binada olmayıblar.
Səhərə yaxın məlumat verildi ki, icra başçısı Hüseynbala Məmmədov İcra Hakimiyyətinin binasına gedib və Ə.Hümbətov tərəfindən həbs edilib. Bunu eşidəndə dərhal rəis müavini F.Salayevlə birlikdə İcra Hakimiyyətinin binasına yollandıq. Qapıda bizi əsgərlər qarşıladı. Bizi içəri buraxmaq istəməsələr də, güclə içəri keçdik, bundan sonra bizə mane olmadılar. Ə.Hümbətovun və H.Məmmədovun harada olduğunu soruşdum. Mənə onların birlikdə olduqların dedilər. Biz də yuxarı mərtəbəyə qalxdıq və hər ikisini otaqda gördük.
H.Məmmədovdan nə baş verdiyini soruşdum. Mənə dedi ki, binanın zəbt olunduğun eşidib əraziyə gəlib və Ə.Hümbətova dərhal binanı tərk etməli olduğunu bildirib. Ə.Hümbətov isə guya artıq rəsmi Bakının onu “tanıdığını”, AXC hakimiyyətinə son qoyulduğunu və ölkə rəhbərliyi ilə razılaşdığını söyləyib.
Biz otaqda olan zaman Ə.Hümbətov Rəhim Qazıyevlə telefonla danışdı. Lənkəran İcra Hakimiyyətinin binasının ardıq “Milli Ordu tərəfindən” qorunduğunu və özünün isə başçının otağında olduğunu ona dedi.
Dərhal şöbəyə qayıdıb vəziyyəti DİN rəhbərliyinə məruzə etdim. Lakin mənə nə etməli olduğumuzla bağlı konkret göstəriş verilmədi. “Gəncə hadisələri təkrar olunmamalı və qan tökülməməlidir” tapşırığını aldım, ancaq bunu necə etməli olduğumuza dair heç nə deyilmədi. Hərbçilər İcra Hakimiyyətini ələ keçirdiklərinə görə hər an polisə hücum ola bilərdi. F.Əzimovun əsaslandırılmış raportu əsasında silahların Polis Şöbəsinin binasından çıxarılaraq kənar yerdə gizlədilməsinə qərar verdik. Bunu həm də ona görə etdik ki, Gəncə hadisələri zamanı ilk hücumun polisə edildiyi və polisdə saxlanılan silahların ələ keçirildiyi bildirilirdi. Bu hadisənin Lənkəranda da təkrarlanmaması lazım idi.
Bundan başqa, 1990-cı ildə Lənkəranda AXC fəalları hakimiyyəti ələ keçirən zaman məhz Ə. Hümbətovun təkidi ilə ilk olaraq Polis Şöbəsinə hücum edərək, əvvəlcə orada saxlanılan silahları, sonra isə İcra Hakimiyyətini tutmuşdular. Yəni Ə.Hümbətovun bu işdə təcrübəsi vardı və bu, onun ağlına gəlməmiş deyildi. Odur ki, qarşıdurmadan yayınmaq üçün silahların Polis Şöbəsinin binasından çıxarılması və gizlədilməsinə qərar verdik. Lənkəran Polis Şöbəsinin anbarında olan silahların bir hissəsini, səhv etmirəmsə, o zaman polis kapitanı rütbəsində olan Nazim Əhmədovun evində gizlətdik. Nazimin atası da uzun illər polis orqanlarında qüsursuz işləmişdi. Silahların digər hissəsi isə, zənnim məni aldatmırsa, polis əməkdaşı Məcid Cavadovun evinə yerləşdirildi.
Ə.Hümbətov İcra Hakimiyyətinin binasını ələ keçirdikdən sonra başçının səlahiyyətlərini “icra edirdi”, bina hərbçilər tərəfindən mühafizə olunurdu və binanın qarşısında hərbi texnika qoyulmuşdu. İlk günlər Ə.Hümbətov hətta İcra Hakimiyyətinin binasında və ya hərbi hissədə yatırdı. Maraqlı idi ki, İcra Hakimiyyətini ələ keçirdikdən sonra iki gün içində rəsmi Bakı ilə münasibətləri də hansısa formada nizama sala bilmişdi. Bakıdan gələn hakimiyyət nümayəndələri hər kəsin gözü qarşısında İcra Hakimiyyətinə rəhbərlik edən şəxs kimi onun yanına gedirdilər. Bundan istifadə edən Ə.Hümbətov da yerli camaata Bakı ilə razılaşdığını və bölgənin idarəçiliyinin ona tapşırıldığını deyirdi. Nə qədər qəribə olsa da, mərkəzdən onun sözlərini inkar edən də yox idi…
O zaman Bakıdan Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, şeyxülislam Allahşükür Paşazadə ilə yanaşı, Vaqif Musayev, Rəhim Qazıyev, Hadı Rəcəbli, Araz Əlizadə, Arf Rəhimzadə, Soltan Məmmədov, Əsgər Məmmədov Lənkərana gəlmişdilər.
Qısa müddətdə Ələkrəm hətta komandasını da formalaşdırdı: birinci müavini və müavinləri, şöbə müdirlərini təyin etdi.
Ə.Hümbətov İcra Hakimiyyətini ələ keçirəndən 2 gün sonra mənə daxili telefonla zəng etdi və görüşmək istədiyini dedi. İcra Hakimiyyətinə gedərək onunla gürüşdüm. Bu, İcra Hakimiyyəti başçısının vəzifələrini qeyri-rəsmi “icra edən” şəxs kimi onunla ilk görüşümüz idi.
İlk baxışdan çox səmimi görünürdü, hətta çay gətizdirdi. Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarına icra hakimləri təyin olunmasının zəruriliyindən söhbət saldı. Hətta Yardımlı, Cəlilabad və Lerik rayonlarında kimləri icra başçısı görmək istədiyimi soruşdu. Mən də tanıdığım bəzi namizədlərin adlarını çəkdim, onun bu təkliflərə münasibəti, ümumiyyətlə, prosesin nə qədər davam edəcəyi mənə maraqlı idi.
Daha sonra iddia etdi ki, Bakıda danışıqlar gedir. Müsbət nəticə olarsa, qısa müddətdən sonra Bakıya gedəcək. “Lakin Lənkəranda olduğum müddətdə bəzi işlər görməliyəm, eyni zamanda bölgənin inkişafına yardım etməliyəm” deyirdi.
Dediyim kimi, özünü həddən artıq səmimi aparırdı. Hətta “Ruslardan qalmış qənimətlərdən sənə bir hədiyyə versəm, etiraz etməzsən ki?” deyə soruşdu. Etiraz etmədim. Durub arxa otağa keçdi və əlində balaca bez torba ilə qayıtdı. Torbadan bir ədəd “Makarov” tapançasını – həm də dolu - çıxarıb mənə təqdim etdi. Həmin silahdan Sovet Silahlı Qüvvələrində və hüquq-mühafizə orqanlarında müdafiə olunmaq üçün polisin şəxsi tabel silahı kimi istifadə olunurdu. Silahı qəbul etdim və axtarışda olub-olmadığını soruşdum. Bildirdi ki, Rusiyaya aparılan silahların siyahısındadır, yəni axtarışda deyil. Əmin olmaq üçün bir daha yoxlatdıracağımı dedim. Bildirdim ki, hədiyyə geri qaytarılmır və silaha görə təşəkkür etdim. Torbanı isə geri qaytardım, tapançanı xidməti silahımın yanında kəmərin altına yerləşdirdim.
Sonra söhbətimiz davam etdi. Ə.Hümbətov bildirdi ki, onun tabeliyində olan və sonradan həbs edilən bir qrup hərbçini, o cümlədən Əvəz Ramazanovu azad etdirmək istəyir. Proseduru soruşdu. Mən belə bir qayda bilmədiyimi və Daxili İşlər Nazirliyinin belə səlahiyyətinin olmadığını dedim. Həmçinin bildirdim ki, Ə.Ramazanov Lerik Polis Şöbəsinə silahlı basqın edib və bu səbəbdən də onun sərbəst buraxılmasının əleyhinəyəm. Buna baxmayaraq, Ə.Ramazanovun həbsdən azad olunması üçün kimlərə müraciət olunmasının mümkünlüyü haqqında ona məlumat verdim.
Barəsində Ə.Hümbətova danışdığım Lerik hadisəsi isə belə olmuşdu:
Mən Lerikdə polis rəisi idim. 1992-ci ilin noyabr ayında Əvəz Ramazanov və Yaşar Ağayev digər hərbçilərlə birlikdə təpədən dırnağa silahlanmış halda polisə hücum etmişdilər. Onlar polisdə saxlanılan İlham Əsədullayevin azad olunmasını tələb edirdilər. Lakin Lerik Polis Şöbəsinin həmin vaxt şöbədə olan əməkdaşlarının -Əlaslan Ağayev, Özbək Quliyev, Məzahir Rəsulov, Altay Mirzəyev, Ruslan Əsədullayev, İsmiəli Kazımov, Ayaz Babayev və başqalarının hesabına istəklərinə həyata keçirə bilməmişdilər.
Həmin hadisədən bir müddət sonra onların bəziləri həbs edilmişdi. İndi isə Ə.Hümbətov onları azad etdirmək istəyirdi…
Ardı var
- Əli Nağıyev və Orxan Sultanov Xankəndidə iclasda - Fotolar
14 noyabr 2025 15:05
- İcra başçısına 15 TON ARPA satdım, PULUNU VERMİR..)))
14 noyabr 2025 12:48
- Həbsdəki eks-generalın istintaqdan gizlətdiyi əmlakı üzə çıxdı – Dəyəri bu qədərdir
13 noyabr 2025 13:38
- Ağzın sarısı, ağlın yarısı: deputat Fazil Mustafadan professor Tahirzadəyə sərt cavab
11 noyabr 2025 11:04
- Ramiz Mehdiyev dəstəsinin İKİNCİ ADAMI bilindi: Oqtay Əsədov həbs oluna bilər
11 noyabr 2025 00:21
- Deputat Fazil Mustafa : Cəmil Həsənli SİYASİ DƏLƏDUZDUR
10 noyabr 2025 13:11
- Zəfərin 5 ili: Bakıda hərbi parad keçirildi (YENİLƏNİB)
8 noyabr 2025 21:33
- Bulvarın uzunluğu 25 kilometrə çatacaq - RƏSMİ
7 noyabr 2025 01:51
- Amerikalı general Şəhidlər xiyabanında - Fotolar
6 noyabr 2025 12:06
- Fəzail Ağamalının gizli saxladığı nəvələri görün kimlər imiş - ADLARI MƏLUM OLDU
5 noyabr 2025 00:30
- Prezident onları təbrik etdi - Yenilənib
18 noyabr 11:22
- Asiya İnkişaf Bankının prezidenti VEYSƏLOĞLU-nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu (FOTO)
18 noyabr 10:42
- Zaur Mirzəyev azadlığa çıxdı
17 noyabr 22:31
- Əhməd Oruc insult keçirdi - Vəziyyəti ağırdır
17 noyabr 19:25
- Prezident Milli Dirçəliş Günü ilə bağlı paylaşım etdi
17 noyabr 11:45
- Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
17 noyabr 00:38
- Milli Qəhrəmanın qızının toyu oldu - VİDEO
17 noyabr 00:18
- Prezidentin səfəri başa çatdı - Fotolar
16 noyabr 23:59
- İlham Əliyev liderlərin iclasında (YENİLƏNİR)
16 noyabr 11:08
- Kaş boşanmış olardım - Şəhid xanımı Gülüstan Əliyeva
16 noyabr 10:59
- Polad Həşimovun qızı: Paraddakı hərbçilərin arasında atamı da görürdüm...
16 noyabr 10:49
- Sadəcə sənin adın var könlümdə... - Günün mahnısı
16 noyabr 01:28
- Ukrayna və Rusiya razılığa gəldi
16 noyabr 00:49
- İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
15 noyabr 22:51
- İlqar Hacıyev də Baş Prokurorluğa çağırıldı
15 noyabr 21:58
- Tanınmış jurnalistlər Özbəkistanda səfir və rektorla görüşdü (FOTO)
15 noyabr 16:15
- Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü oldu
15 noyabr 16:05
- LEŞ TOFİQ-lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
15 noyabr 12:31
- Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
15 noyabr 11:53
- İlham Əliyev Mahmud Abbası təbrik etdi
15 noyabr 11:42
- Gürcüstanda plastik qab-qacaq qadağan olunur
15 noyabr 11:08
- Alim ölkə başçısına müraciət edib — Tariyel Pənahovun istəyi nədir?
14 noyabr 18:21
- Payızın qızıl vaxtı - Şahnaz Şahin yazır
14 noyabr 17:47
- Utanılası tarix - Mirzoyan azərbaycanlı bolşevikləri bir-birinə qırdırırmış
14 noyabr 17:38
- Zelenski İlham Əliyevə zəng etdi
14 noyabr 17:12
- BAKCELL MMC-nin meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
14 noyabr 16:55
- Zəngilanın Ağalı kəndinə növbəti köç karvanı yola salınıb
14 noyabr 15:28
- Əli Nağıyev və Orxan Sultanov Xankəndidə iclasda - Fotolar
14 noyabr 15:05
- İcra başçısına 15 TON ARPA satdım, PULUNU VERMİR..)))
14 noyabr 12:48
- TƏBİB-də yoxlama olacaq: Qurum 1,8 milyonluq kənar audit xidməti alır
14 noyabr 12:19
