ASİF ATА HАQQINDА
Asif Ata 1935-ci il sentyabrın 25-də Qərbi Azərbaycanın Çəmbərək (Krasnoselsk) rayonunun Çaykənd kəndində, müəllim ailəsində anadan olmuşdur.
Əslən Qaraqoyunlu soyundandır. Babaları ruhanı olmuşlar. İlk təhsilini doğulduğu kənddə almış, orta təhsilini Gəncə şəhərində davam etdirmiş, 1951-ci ildə Ağstafa şəhərində başa vurmuşdur. Mətbuatda ilk dəfə 1952-ci ildə "Azərbaycan pioneri" jurnalında dərc olunan "Məktəb xatirələri" şeiri ilə çıxış etmişdir. 1952-1957-ci illərdə Moskvadakı M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda oxuyub. Təhsil illərində müstəqil olaraq dünya tarixini, ədəbiyyatını, fəlsəfəsini, dinlərini, musiqisini, incəsənət tarixini – bir sözlə, özünəcən insanlığın yaradıb ortaya qoyduğu bütün dəyərli bilikləri mənimsəyib. M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda, Dillər Universitetində, Bakı Musiqi Akademiyasında, Bakı Dövlət Universitetində Qərb ədəbiyyatı, rus ədəbiyyatı, estetika, fəlsəfə, incəsənət tarixi fənlərindən mühazirələr oxuyub. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda baş elmi işçi vəzifəsində işləmişdir (1969-1975. 1975-ci ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetində “Etik və Estetik Tərbiyə Klubu”nu yaradıb və iki ildən artıq fəaliyyət göstərən klubun toplantılarında minlərlə insana Azərbaycan və onun mahiyyəti, ruhani dəyərləri, oçağkı və gələcək taleyi ilə bağlı uca sözlər deyib. Klub tez bir zamanda Azərbaycanın hər yerində səs-soraq salıb, onun toplantılarına bölgələrdən də qatılanlar çoxalıb. Bundan qorxan universitet rəhbərliyi klubun fəaliyyətini yasaqlayır. Ata məcbur olub toplantılarını “Bilik” cəmiyyətində davam etdirir. 1978-ci ilin noyabrından klub Ocağa çevrilir, onun sədri Asif Əfəndiyev isə ardıcılları tərəfindən Asif Ata adlanır. Ocaq tarixi isə 1979-cu il mart ayının 1-dən hesablanır. 1982-ci ildə İnam Atanın Mütləqə İnam Ocağı dəhşətli basqılara uğrayır və qapadılır. Ata özü işdən və məcburən üzv olduğu Kommunist Partiyasından çıxarılır, ailəsi dağıdılır, yörəsindəkilərin çoxu pərən salınır. Həmin ildən başlayaraq Ocaq bir neçə il gizli fəaliyyət göstərir. Asif Ata ən dəhşətli təqib illərində kitablarını yazır, yaratdığı Mütləqə İnam Dünyabaxışını sistemləşdirir, xalq içərisində olur, saysız görüşlər keçirirdi. Onun yalnız dünyabaxışını əhatə edən əsərləri 44 kitabdan ibarətdir ki, Mütləqə İnam Ocağı indi onu “On Kutsal Bitiq”də bir araya gətirib.
- Keçmiş vəkil Cavidan Osmanlı hakimin adından saxta sənəd düzəltdi - Qadın 20 min manat əlavə ziyana düşdü
19 yanvar 2026 17:30
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Sərəncam
25 dekabr 2025 19:20
- İcra başçısına 15 TON ARPA satdım, PULUNU VERMİR..)))
14 noyabr 2025 12:48
- Prezidenti təbrik etdilər - Yenilənib
6 noyabr 2025 23:31
- İlham Əliyevə təbrik məktubları gəlir
4 noyabr 2025 22:24
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 2025 13:57
- MDB liderlərinin Düşənbədə kritik sammiti başladı
10 oktyabr 2025 09:53
- Azərbaycan diaspora rəhbəri deputatlığa gedir – Rusiyada görünməmiş hadisə
7 sentyabr 2025 21:47
- -Tağıyev- filmi Oskar-a namizəd təqdim edildi
5 sentyabr 2025 10:20
- Prezident media nümayəndələrini təltif etdi (SƏRƏNCAM)
22 iyul 2025 01:24
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
