Müşahidə etdik ki, qonşularımızın irəli getməsinin səbəbi qəzetlər, kitablar, məktəblər və teatrlar imiş
Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri, alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist Əli bəy Hüseynzadənin (24 fevral 1864, Salyan – 17 mart 1940, İstanbul) doğum günüdür. Əli bəy Hüseynzadə "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar" məqaləsi ilə "təhsilin fasiləsizliyi konsepsiyası"nın əsasını qoymuşdur”.
Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Etibar Əliyev deyib. O, daha sonra çıxışına bunları əlavə edib:
“Həmin məqalədən: "Məktəblər açmağa cəhd edirik, lakin nə kifayət qədər pul, nə milli proqrama müvafiq kitablar və nə də öz din və dilini yaxşı bilən müəllimlər tapmırıq. Fədakar və qeyrətli gənclər bir yerə gəlib müxtəlif adlar altında ictimai təşkilatlar yaradırlar. Ancaq təşkilatçılıqların qeyri-müntəzəm və zəif əlaqələri olduğu üçün çox keçmədən dağılırlar. Teatrın faydasını anlayan mədəni gənclərimiz incəsənət ocaqları yaratmaq üçün tamaşalar təşkil edirlər. “Həmiyyət”, “Birinci şirkət”, “İkinci şirkət” filan meydana gətirilər. Lakin nə təsiredici bir repertuar tapırlar, nə də xalq tərəfindən yetərli rəğbət görürlər.
Bütün işlərimiz belədir. Bu durumun səbəbi nədir? Burda bir hekayəni xatırlamaq istərdim: hələ ibtidai məktəbdə oxuyarkən mənim dərs yoldaşlarımın içində iki şagird var idi ki, ikisinin də rəssamlığa qarşı fövqəladə istedad və həvəsləri mövcud idi. Bunların çəkdikləri şəkillərə digər yoldaşlar hər zaman qibtə edərdi. Bir gün bu həvəskar rəssamların birini atası məktəbdən çıxarıb özünə köməkçi etmək üçün satıcı etdi. Digər yoldaşımız isə məktəbə davam edərək bir neçə ildən sonra təhsilini tamamlayıb öz istedadı istiqamətində rəssamlıqda inkişaf etmək üçün Peterburqa getdi. Orada incəsənət Akademiyasına daxil oldu. Bu məktəbdə də üç-dörd il təhsil aldıqdan sonra gözəl bir şəhadətnamə almaqla kifayətlənməyərək, Almaniyanın Drezden və Münxen şəhərlərinə gedib bu şəhərlərdəki digər müəllimlərdən dərs aldı. Ən nəhayət isə, incəsənət sahəsində daha yetkin hala gəlmək üçün Hollandiya, Belçika və Paris muzeylərində gəzdikdən sonra İtaliyanın paytaxtı Romaya yollandı. O, burada da bir-iki il qalıb Rafaellərin, Korrecioların, Mikelanceloların, Leonardo da Vinçilərin, Tissiyanların, Botiçellilərin əsərlərini tədqiq etdi. Bizim rəssam yoldaşımız ancaq bu qədər zəhmətdən sonra öz vətəninə qayıdıb rəssamlığa başladı. Satıcı olan yoldaşımla bu rəssamın bir-birindən ayrıldıqlarının üzərindən tam iyirmi il keçmişdi. Bir gün bizim satıcının yolu Moskva şəhərinə düşdü, orada bir rəsm sərgisi açılmışdı. Satıcı da sərgini gəzməyə getdi. Bir neçə rəsm əsərinin üzərində öz köhnə yoldaşının imzasını görüb tanıdı.
Rəsmlərin altında isə bir kağız parçasında qiymətlərini göstərən bu sözlər yazılmış idi: üç min manat, beş min manat, yeddi min manat...
Bizim dükançı xəyala daldı. Vaxtilə yoldaşından daha çox istedadlı və qabiliyyətli olduğu bir sənəti tərk edib satıcılıqla məşğul idi. Dükançılıqda isə ayda yüz əlli, iki yüz manatdan, yəni ildə iki min manatdan çox pul qazana bilmirdi. Rəssam olan yoldaşı isə, şübhəsiz, ildə qırx-əlli min manat qazanırdı. Atası o zamanlar vəfat etmiş olan bizim dükançı şəhərə qayıdar-qayıtmaz dükanı bağladı. Rəssamlıqdan otuz-qırx min manat qazanmaq mümkün ikən dükanın nə lüzumu var idi. Dükançı bir mağazaya gedib rəssamlığa dair bir çox alətlər və rənglər alıb yenidən rəssamlığa başladı. Bir neçə böyük rəsm çəkib sərgiyə göndərdi... Lakin heyhat! Bu lövhələrə otuz, ya qırx manatdan çox pul verən müştəri tapılmadı!.. Çünki dükançı bir məqamı unutmuşdu. O, bilmirdi ki, rəsmlərin üç, dörd min manata satılması üçün əvvəlcə peterburqlarda, berlinlərdə, drezdenlərdə, münxenlərdə, romalarda iyirmi ilə qədər çalışmaq lazımdır...
Dükançı elə zənn edirdi ki, yaşıl çəmənlərin, ağacların rəsmi yaşıl ilə boz rəngli daşların, qayaların rəsmi də ağ və qaradan ibarət rənglərlə çəkilir...
Beləliklə, bizim vəziyyətimiz də bu dükançının halına oxşayır: Biz inqilab gurultusu və dalğalarının təsiri ilə oyanıb gördük ki, "Karvan gedib, hələ biz yolun yarısındayıq."
Biz müşahidə etdik ki, qonşularımızın irəli getməsinin səbəbi qəzetlər, mətbəələr, kitablar, məktəblər, mədrəsələr, sənət nümunələri, cəmiyyətlər, şirkətlər, təşkilatlar, teatrlar imiş!.. Biz də tələsərək bunları yar-yarımçıq düzəltməyə başladıq. Bilmirik ki, qonşularımız qırx, əlli ildən bəridir çalışırlar. Bilmirik ki, on min manatlıq rəsmlər çəkmək üçün Ayvazovskilər əvvəlcə otuz ilə qədər əmək sərf etmişlər...
Yaxşı ki, millətimizdə təbii bir istedad, keçmiş mədəniyyətlərimizdən bizə irsən keçən bir qabiliyyət var imiş. Yoxsa rəsmlərimiz, portretlərimiz heç qırx, əlli manata da satılmayacaq idi!.. Lakin hər halda müvəqqəti qəzetlərdən, məktəblərdən, məscidlərdən, cəmiyyətlərdən, incəsənət mərkəzlərindən ibarət qırx, əlli manatlıq bu ictimai rəsmlərimiz də “qırmızı qaranlıqlar içində yaşıl işıqlardır...” Əksəriyyəti, daimi olmasalar da, gündən-günə ədədləri çoxalır. İşığın biri söndükcə, yerinə digər ikisi yanır." 1906-CI İL”.
- bu gün Ağdamda qəzada ölənlər hərbçilər imiş - FOTO
10 may 2026 23:09
- Portağal min bir dərdin dərmanı imiş...
10 may 2026 21:23
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Qəbiristanlıqda meyiti tapılan Qarabağ qazisi tələbə imiş - Foto
15 aprel 2026 11:59
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
7 fevral 2026 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
6 fevral 2026 23:21
- Vətən müharibəsi iştirakçısı DƏM QAZINDAN ÖLDÜ (FOTO)
29 yanvar 2026 16:29
- 1799-cu ildə Suvorov Alpları niyə aşmışdı? - Rusiyanın köləlik naminə qanlı savaşları
10 yanvar 2026 11:21
- Tı kto takoy, Rasim Balayev? Səni adam edən mən olmuşdum – Şeyx Əbdül Mahmudovla ŞOK MÜSAHİBƏ
9 yanvar 2026 20:03
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
- Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
11 may 22:48
- Azərbaycanda hər gün bu qədər insan ÖLÜR - RƏSMİ
11 may 18:21
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 17:43
- Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR
11 may 17:24
