Atam və qardaşlarımın başını erməni məzarının üzərində kəsiblər- əsir götürülən Xocalı sakini!

Müzəffər prezidentimiz cənab İlham Əliyevin apardığı düzgün siyasəti və onun dəmir yumruğunun zərrəsi olan qeyrətli vətən oğullarının sayəsində döyüş meydanında düşməndən başımıza gətirdikləri bütün müsibətlərin qisasını aldıq. Onların sayəsində biz alnımızın Qarabağ adlı ləkəsini silə bildik. Qalib sərkərdəmizin Xocalıda bayrağımızı sancması, ucaltması, həm də əyilmiş qəddimizi, başımızı dikəldi. Xocalı adı gələndə daha Azərbaycan oğlu utanmır, başını yerə əymir. Elə Mürvət Məmmədov kimi: Onu bir çoxumuz yaxşı tanıyırıq. Hələ illər əvvəl Çingiz Mustafayevin çəkdiyi kadrlardan o gecə Xocalıda yaşadıqları müsibətləri necə təmkinlə danışmasının şahidi olmuşduq.
Xocalı dəhşətini, eyni zamanda da zəfərimizı yaşamısınız. Bu zəfəri yaşayacağımıza ümid edirdinizmi?
Soyqırımın bilavasitə göstərişcisi və iştirakçısı olan, türk qanına susayan o cəlladların bu gün Bakıda istintaq təcridxanasında saxlanılmaları, və qanun qarşısında cavab vermələri sizə o günlərin acısına bir az da olsa təsəlli verirmi?

Moderator.az- ın suallarını atasını və iki qardaşını erməni vəhşiliyi nəticəsində itirmiş Xocalı sakini cavablandırıb.
M.Məmmədov o günləri belə xatırlayır:
"Xocalıya gələn sonuncu vertolyot vurulandan sonra, hər yer ilə hava əlaqəmiz tamamilə kəsildi. Xocalı əhalisi işıqsız, sussuz, ərzaqsız şəraitdə düşmənin atəşi altında çətinliklə yaşayırdı. Buna baxmayaraq, heç kim şəhəri tərk etmirdi. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə isə, atışma heç səngimədi. Atam Məmməd, qardaşım Söhbət və Möhlət də Xocalıdakı könüllü bataliyonlara qoşularaq, postlarda keşik çəkirdilər. Ermənilər evimizi hər tərəfdən mühasirəyə almışdılar. Həmin gecə isə atamgil evdə idi, postda yaralanan döyüşçüləri həkimə gətirmişdi.
Gücümüz bərabər olmasa da, atam və qardaşlarım da onlara qarşılıq verirdilər, atamın mərmisi bitdikdən sonra ermənilər evə əl qumbarası atdılar. Evə düşən qumbara anamı kürəyindən, atamı qolundan, məni isə ayağımdan yaraladı. Bizi tərki silah edib, bir otağa yığdılar. Biz Xocalılar hər cür işgəncələrə qatlaşdıq, heç birimiz düşmənə boyun əymədik.
Heç vaxt yadımdan çıxmaz, həmin gün qardaşımın ad günü idi, ermənilər bunu bildilər, Ona dedilər ki, silah versək atarsan? Qardaşım da hə dedi: Silahın lüləyini qardaşımın əlinin içinə qoyub, atəş açdılar. Dedilər ki, bu sənə bizdən ömürlük bir ad günü hədiyyəsidir. Bundan sonra nə silah tut, nə də qələm. Ardınca qaynayan qəfədanı qardaşımın yarasının üzərindən tökdülər. Anam yaralı olmasına baxmayaraq, girovluqda özünü bizə sipər edərək, qorumağa çalışırdı".

Xocalılar 6 gun Əsgəran polis şöbəsində ermənilər tərəfindən insanlığa sığmayan işgəncələrə məruz qalırlar:
"6 gündən sonra isə girov saxlanıldığımız otağın qapısını açdılar. Bizi təpikləyərək çölə çıxardılar. Oradakı Erməni sakinləri əllərinə daş və başqa nə tapsalar götürüb, bizi vurmağa başladılar.
Daha sonra bizi avtobusa mindirib, Ağdamla- Əsgəran arasındakı sərhəddə gətirdilər. Şəhidimiz, milli qəhrəman Allahverdi Bağırov 80 nəfər azərbaycanlı yaralı əsirləri ermənilər tərəfindən muzdla döyüşən qaradərilinin meyidi ilə dəyişdirdi. Həmin 80 nəfər yaralı azərbaycanlının 5 nəfəri isə mənim ailə üzvüm idi. Sonra Ağdam rayon xəstəxanasına gətirildik. Ermənilər həmin xəstəxanaya da raket atdılar. Cərrahiyyə əməliyyatında idim, otaqda olanlar hərəsi bir yana qaçdı. Xocalıdan sonra Qobustanın Mərəzə qəsəbəsinə pənah gətirdik. Oranın mehriban, gülərüz insanları var. Ora da mənə doğmadır, əzizdir. Amma ən böyük arzum tezliklə Xocalıma qayıdıb, orada yaşamaqdır.
Uzun illər isə atam və qardaşlarımın taleyindən xəbərsiz olmuşuq. İllər sonra, 2009-cu ildə H.Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə sənədli film çəkildi. Həmin o filmdə Xocalı şahidlərinin verdiyi müsahibələrdən bizə məlum oldu ki, ata və qardaşlarımın başını erməni məzarı üzərində kəsiblər".

Mürvət Məmmədov qeyd edir ki, bir müddət öncə anam ilə əsir götürüldüyümüz evimizə və girov saxlanıldığımız polis şöbəsinə getdik:
"Polis şöbəsinə getməzdən əvvəl Allahverdi Bağırovun məzarını ziyarət edib , şəhidlərimizin ruhuna dualar oxuduq. Bu ziyarət bizim üçün vəfa borcu idi.
Həmin polis şöbəsində başımıza müsibətlər gətirilmişdi. Ziyarət zamanı anamın səhhəti pisləşdi, məlum oldu ki, elə orada da infarkt keçirib.
İllər əvvəl işgəncə gördüyümüz, şəhidlərimizin qanı ilə sulanan müqəddəs torpağımıza yenidən ayaq basmaq qürurvericidir. İllərdir həsrəti ilə böyüdüyüm Xocalının dağına, düzünə, meşələrinə baxdım. Biz heç zaman ümidsiz olmamışıq. Çünki hər zaman Ali Baş Komandanımıza, qüdrətli Azərbaycan ordusuna guvənmişik. Bilirdik ki, bu qisas qiyamətə qalmayacaq. Elə də oldu. Bu gün mən də ədalət məhkəməsində H. Arturyanın və digər cinayətkarların gözünə dik baxaraq, bu vəhşiliyin, törədilən cinayətlərin səbəbini soruşa bilirəm. Suallarıma verilən cavab isə yalnızca cəfəngiyatdan ibarətdir...
Daha şəhidlərimizin də, Xocalının da qısası alındı.
Bunun üçün qalib sərkərdəmizə, şəhidlərimizə, qazilərimizə, igid Azərbaycan ordusununa minnətdarıq".
Oxşar xəbərlər
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 2025 12:22
- Gədəbəydə ŞOK: müəllim siqaretə görə HƏBS OLUNDU
11 oktyabr 2025 20:31
- Özü düşmənə əsir düşən, oğlu Qarabağda şəhid olan xalq artisti
11 oktyabr 2025 01:53
- Bakıda dəhşətli QƏTL: Qonşunun arvadına təcavüz edən kişini öldürüb,quyuda basdırdılar - VİDEO
9 oktyabr 2025 22:03
- Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
9 oktyabr 2025 10:57
- Tovuzda itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü
8 oktyabr 2025 01:52
- Ermənistanın Bərdəni raket atəşinə tutmasından 5 il ötür
5 oktyabr 2025 02:11
- Ukraynada dron azərbaycanlının avtomobilinin üzərinə düşdü və HƏLAK oldu - Foto
4 oktyabr 2025 17:30
- Cəbrayıl şəhərinin azad olunmasından 5 il ötür
4 oktyabr 2025 01:13
- Bakıda 50 qəpiyə limon satır, amma hesabında 1 MİLYONU VAR - VİDEO
4 oktyabr 2025 00:09
Xəbər lenti
- Prezidentin Trampla görüşündən - Fotolar
14 oktyabr 02:56
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 22:38
- Prezident bu şəxsləri təltif etdi
13 oktyabr 22:09
- Elçin Mirzəbəyli ƏHD Partiyasından ayrıldı
13 oktyabr 22:04
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 11:15
- Ərdoğana çox hörmət edirlər - Tramp
13 oktyabr 09:53
- Çoxsaylı QƏTLLƏR TÖRƏTMİŞ cinayətkar Bakı aeroportunda tutuldu
13 oktyabr 09:47
- Əlisəmid Kür vəfat etdi
13 oktyabr 09:35
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 00:47
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 23:25
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 22:58
- Timoşenko AÇIQLADI: Müharibənin sonu yaxınlaşır
12 oktyabr 19:50
- Sabah leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12 oktyabr 19:31
- Prezident Misirə getdi (FOTO)
12 oktyabr 18:45
- 92 yaşlı prezident yenidən NAMİZƏD OLDU
12 oktyabr 16:33
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 13:57
- Azərbaycanda 16 yaşlı qız ana oldu - ATA TAPILMIR
12 oktyabr 13:26
- Tufan Sadıqov büdcədən 30 MİLYARD mənimsəyib? - ŞOK
12 oktyabr 13:11
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 12:22
- İlham Əliyev İspaniya Kralını təbrik edib
12 oktyabr 12:04
- Pakistan Əfqanıstanla sərhəddə 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirdi
12 oktyabr 11:14
- Bəşər Əsəd bütün gün İQRA oynayır...
12 oktyabr 11:07
- Geyim markasını REKLAM etmək üçün 32 MİLYON QONORAR alacaq
12 oktyabr 10:46
- Əfqanıstan-Pakistan sərhədində döyüşlər gedir
12 oktyabr 01:06
- Pişik saxlayanlar daha uzun ömür sürür - ARAŞDIRMA
12 oktyabr 00:35
- ARA QARIŞDI: Prezident paytaxtdan naməlum istiqamətdə QAÇDI - FOTO, VİDEO
11 oktyabr 22:19
- Qara Qarayevin qızından 750 minlik mənzillə bağlı açıqlama
11 oktyabr 22:05
- Gədəbəydə ŞOK: müəllim siqaretə görə HƏBS OLUNDU
11 oktyabr 20:31
- Əsəd ailəsi Moskvada KRAL HƏYATI sürür – Kreml lüksü, onlayn oyunlar və 20 mənzillik imperiya
11 oktyabr 18:24
- 6 aylıq körpəyə baxanda belə həzz alırlar - Pedofillər axtalansınmı?
11 oktyabr 17:38
Video & Fotoqalereya
Video
Fotoqalereya