Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Allahverənov deyib.
O bildirib ki, erməni mənbələrin məlumatına görə, görüşdən sonra tərəflər birgə bəyanat verəcəklər:

“Lakin bəyanatın müddəaları açıqlanmır. Bildirilir ki, tərəflər öz aralarında razılığa gəliblər ki, bəndlər barədə məlumat öncədən verilməsin.
Şübhəsiz ki, iki istiqamət üzrə – Ermənistan–Azərbaycan və Türkiyə–Ermənistan münasibətləri üzrə müzakirələr aparılacaq. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması məsələsi danışılacaq, bunun ətrafında müzakirələr aparılacaq. Nəzərə alsaq ki, 17 bənddən ibarət olan sülh sənədi razılaşdırılıb, sülh sənədinin bəndləri müzakirə olunmayacaq”.
Deputatın sözlərinə görə, görüşdə müzakirə edilə biləcək digər məsələlər bunlardır:
“İki məsələ danışıla bilər. Birincisi, Azərbaycanın tərəfinin sülhün imzalanmasına dair konkret şərtləri – Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğv edilməsi. İkinci məsələ isə sülhün harada imzalanması məsələsi ola bilər.
Bundan başqa, Ermənistanla Türkiyə arasında sərhədin açılması da danışıla bilər. Zəngəzur dəhlizinin açılması da müzakirə edilə bilər. Görüşdə başqa məsələlərin də müzakirəsi mümkündür. Bunlar sadəcə fərziyyədir”.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 20-də Ankaraya səfər edəcək. O, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla bir araya gələcək.