Mehriban xanım Prezidentə -bu qızın gözləri gözəldir - dedi... - Video
Xırdalan şəhərinin Atyalı qəsəbəsinin dar küçələrindən birində kiçik həyəti olan balaca bir ev var. Bu divarlar arasında 2 istedadlı qız böyüyür. Onlardan biri sözün əsl mənasında səsi ilə hər kəsi heyrətləndirib. Söhbət Prezident İlham Əliyevin Ağdam Muğam Mərkəzinin açılışında ayaq üstə alqışladığı uşaqlardan biri Türrə Hüseynovadan gedir.
Bu reportajda onunla tanış olacaq, arzuları və gələcək planlarından danışacağıq.
“Qafqazinfo” olaraq ifası ilə hər kəsi heyrətləndirən 13 yaşlı Türrənin evinə yollandıq. Kirayə qaldıqları bu evin qapısını da bizə elə özü açdı. Mehriban, sadə və istedadlı bir ailədə böyüyür Türrə. Ondan bir yaş kiçik bacısı Əsnad da özü kimi muğam təhsili alır.
Xıdalan şəhər 6 nömrəli tam orta məktəbin 7a sinif şagirdi olan Türrə eyni zamanda Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin 2-ci sinfində oxuyur. Açılış gününü - 10 mayı qəhrəmanımız belə xatırlayır: “Ağdam Muğam Mərkəzinin açılışında oxuduğumuz “Qarabağ şikəstəsi”ni ifa etməyə hazırlaşmağımız haradasa 20-25 gün vaxt aldı. Hər gün davamlı olaraq məşqlərə gedirdik.
Təbii ki, çox həyəcanlı idim. Ümumiyyətlə, çıxış etdiyim hər bir tədbirdə xüsusi həyəcan olur. Prezidentin kövrəlməsi, bizi alqışlaması məni çox qürurlandırdı. Tədbirdən sonra isə Mehriban xanım mənim gözlərimə baxaraq “gözləri çox gözəldir” dedi. Daha sonra Prezidentimizə tərəf yönələrək “bu qızın gözləri gözəldir, baxın” dedi. Prezidentimiz isə yaxınlaşaraq məni öpdü”.
.jpg)
Ağdamdakı açılışdan sonra həmin uşaqlar eyni tərkiblə Laçındakı tədbirdə də çıxış ediblər: “Bu dəfə bizi üç ölkənin prezidenti dinləyirdi. Təbii olaraq həyəcanımız daha da çoxalmışdı. İlk tədbirdə çıxış edərkən tərəddüd edirdim ki, “birdən yaxşı çıxış edə bilmərəm”. Amma o tədbirdən sonra məndə özünəinam yarandı. Nə qədər həyəcanlı olsam da, bacarmayacağımı düşünmədim”.
Bu hadisə Türrənin həyatında çox şeyi dəyişib. Məktəbdə də uşaqların ona olan münasibəti artıq fərqlidir: “Sinif yoldaşlarım mənimlə fəxr edirlər. Yuxarı siniflərdə oxuyan uşaqlar demək olar ki, məni tanımırdılar. Amma bu hadisədən sonra hamı tanıdı. Mənə yaxınlaşıb salam verirlər, “sən Prezidentin alqışladığı qızsan” deyirlər.
.jpg)
Müsahibim məktəbi əla qiymətlərlə oxuyur. Musiqiyə olduğu qədər məktəb dərslərinə də vaxt və diqqət ayırır. Müəllimləri də bu işdə ona dəstək göstərirlər: “Musiqiyə elə lap uşaqlıqdan marağım var idi. Hələ 5 yaşım olarkən qulaq asdığım mahnıları oxuyurdum. 11 yaşımda isə musiqi məktəbinə daxil oldum. Bacımla birlikdə dərslərimizə hazırlaşırıq. Eyni zamanda musiqi ilə də məşğul oluruq. Əsnad musiqi məktəbində birinci sinifdə olduğu üçün mən irəlidə olan proqramlardan ona öyrədirəm ki, gələcəkdə daha asan olsun. Məsələn, “Heyratı” muğamını çox sevirəm, amma hələ ifa edə bilmirəm. Səbəb isə o muğamın 4-cü sinifdə keçirilməsidir. Həm də səsim hələ ki, gəlib o həddə çatmayıb.
.jpg)
Davamlı olaraq müsabiqələrdə iştirak edirik. Bu sahədə özümə örnək gördüyüm çox sənətçilərimiz var. Elə öz müəllimim Humay Məmmədova da onlardan biridir. Mən bu sahədə uğur qazanmaq, irəliləmək, böyük xanəndə olmaq istəyirəm. Bunun üçün də çox çalışmalıyam”.
.jpg)
Bacıların istedadlı olduqlarını duyan və onlara ilk dəstəyi göstərən məhz analarıdır. İlahə Hüseynovanın musiqi təhsili var. Hazırda özü də el şənliklərinə dəvət alır. O deyir ki, hələ qızı Türrənin 5 yaşı 000olarkən onun səsinin olduğunu anlayıb: “Əsnadın səsi bir az vokala meyillidir, Türrənin səsi isə sırf xanəndəliyə. Ona görə də dedim, niyə də yox?! Qoy ikinci Gülyaz-Gülyanaq bacıları yetişsin Azərbaycanda.
.jpg)
Sırf bu sahədədə uğur qazanmalarını istəyirəm. Mən onları başqa sahədə görmürəm. Hərdən görürəm ki, iki bacı öz aralarında danışırlar. Biri o birinə deyir ki, “mən diş həkimi olacağam”, digəri də deyir, “mən polis olacağam”. Elə ki, mən səsimi çıxardıram ki, “bəs səs?” həmin an özlərini yığışdırırlar. Mən özüm müəyyən səbəblərə görə bu sahədə irəliləyə bilmədim. Ona görə istəyirəm onlar uğur qazansınlar”.
.jpg)
İlahə xanım həyat yoldaşını 1 il 3 ay əvvəl itirib. Ailə başçısı özü də vaxtilə tar ifaçılığı üzrə musiqi təhsili alıb. Onun qəfil vəfatı həm ananı, həm də uşaqları sarsıdıb: “Övladları ilə qürrələnirdi. Ən böyük arzusu da elə övladlarının uğurunu görmək idi. Təəssüf ki, bu günləri görmək ona qismət olmadı. Amma əminəm ki, ruhu şaddır”.
Bacılarla birgə hazırlaşıb Gülablı kənd Uşaq Musiqi Məktəbinə üz tuturuq. Bu gün onların məktəbdə məşqləri var. Uşaqlar məşq edir, biz isə qızların muğam müəllimi olan Humay Məmmədova ilə həmsöhbət oluruq. O da bacıların hər ikisinin istedadından söz açır: “Əsnad da Türrə də çox istedadlı və çalışqan uşaqlardır. Bizə məlumat gələndə ki, Ağdam Muğam Mərkəzinin açılışı olacaq və ora ifaçılar lazımdır, heç düşünmədən Türrəni seçdik.
.jpg)
Çünki əmin idik ki, bacaracaq. Uşaqların səslərinə Əməkdar artist Təyyar Bayramov qulaq asdı və çox bəyəndi. Uşaqlar üzümüzü ağ elədilər. Hər üçü bizim məktəbin şagirdləridir. Əhədlə Türrənin müəllimi mənəm, Rüfətə isə bu peşənin incəliklərini Habil Məmmədov öyrədir. Uşaqların çıxışı bizi çox qürurlandırdı. Gözlədiyimizdən də artıq nəticə əldə etdilər”.
Türrənin və Əsnadın uğur yolu hələ yeni başlayır. Balaca bir evdən yüksələn bu səslər, gələcəkdə Azərbaycanın musiqi səhnəsində böyük izlər buraxa bilər.
Lamiyə Məmmədova
Foto-Video: Pərvin Zeynal

- Dostlarından İsa Arasla bağlı İNANILMAZ SÖZLƏR– Mənim və Viktorun sevgilisi idi
18 aprel 2026 12:09
- Prezident Diplomatiya Forumu ilə bağlı paylaşım etdi
18 aprel 2026 00:46
- Birinci xanımlar Antalya Forumununda - Foto
17 aprel 2026 21:39
- Prezidentlə xanımı Antalyada tədbirdə iştirak edir
17 aprel 2026 16:49
- Prezident və birinci xanım Türkiyəyə səfərə yollandı (FOTO)
16 aprel 2026 15:03
- Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə xanım Sadıxova haqqında…
16 aprel 2026 11:59
- Rusiya AZAL təyyarəsininə görə kompensasiya ödəyəcək - Razılığa gəlindi
15 aprel 2026 19:16
- Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2026 10:54
- Bu ölkə həm də Şərq ənənələrinə bağlıdır
14 aprel 2026 11:35
- Lalə Şövkət daha siyasətlə maraqlanmır (AÇIQLAMA)
13 aprel 2026 21:11
- Banklardan SOYĞUNÇULUQ - Faizlər görün NEÇƏ DƏFƏ ARTIB
18 aprel 12:36
- Şahbaz Şərif və İlham Əliyev Antalyada ikitərəfli tərəfdaşlığı müzakirə ediblər
18 aprel 12:21
- Dostlarından İsa Arasla bağlı İNANILMAZ SÖZLƏR– Mənim və Viktorun sevgilisi idi
18 aprel 12:09
- Bakının bu ərazilərində torpağın 1 SOTU 2 MİLYONDUR
18 aprel 11:49
- Prezident Diplomatiya Forumu ilə bağlı paylaşım etdi
18 aprel 00:46
- Başlıbel qətliamından 33 il keçir
18 aprel 00:21
- Birinci xanımlar Antalya Forumununda - Foto
17 aprel 21:39
- Bir qrup şair və yazıçıya Prezident təqaüdü verildi - EKSKLÜZİV
17 aprel 20:40
- Tramp Hörmüz boğazını açdığına görə İrana təşəkkür etdi
17 aprel 20:18
- Prezidentlə xanımı Antalyada tədbirdə iştirak edir
17 aprel 16:49
- 4200 manata DOVŞAN və QURBAĞA ALIR
17 aprel 15:55
- QOÇ ƏT- lə bağlı böyük qalmaqal: Menyuda 5.5, qəbzdə 8.2 manat...
17 aprel 15:38
- Atalıq testindən qaçış, NARKOTİK damğası - Mikayıl İsmayılovun gəlininin işi qaranlıq məcraya sürüklənir
17 aprel 14:00
- Kişinyovdan Moskvaya zərbə: Rusiyalı komandanlar...
17 aprel 13:50
- Əliyevlə Şaraa görüşdü - Fotolar - Yenilənib
17 aprel 12:36
- Kərkükdə 100 il sonra bir İLK
17 aprel 11:34
- BOZ kardinal-ın boz günü...
17 aprel 11:21
- Rusiyada deportasiya dalğası gözlənilir
17 aprel 00:12
- General adından sui-istifadə, aldadılan insanlar və… — Alibek Kurbanovun qorxu ssenarili oyunları: General kimdir?
16 aprel 23:03
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
16 aprel 19:43
- Bakıda 1 kilosu 238 MANATA gilas satılır – FOTO
16 aprel 19:08
- Sahibə Qafarova Simonyanla görüşdü - Foto
16 aprel 17:25
- Prezident və birinci xanım Türkiyəyə səfərə yollandı (FOTO)
16 aprel 15:03
- Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb
16 aprel 14:33
- İran və ABŞ arasında razılaşma mümkünsüzdür
16 aprel 13:06
- Prezidentin fərmanı icra olundu: Bu gündən ETİBARƏN...
16 aprel 12:47
- 18 gündür infarkt keçirən Nərgiz türmədə ağır durumda...
16 aprel 11:52
- Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
16 aprel 10:59
- Azərbaycan Ermənistandan mal idxal etməyə BAŞLADI
16 aprel 10:54
- Baku Kids Company MMC şirkəti yayılan xəbəri TƏKZİB ETDİ
16 aprel 10:45
