Mikayıl İsmayılovun keçmiş gəlini cənab Fuad Ələsgərovdan KÖMƏK İSTƏYİR
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərova
Abbasova Fidan Loğman qızı tərəfindən
ƏRİZƏ-MÜRACİƏT
Bir qadın, bir ana, bir Azərbaycan Respublikasının vətəndaşı kimi Son ümidim olan ölkə Rəhbərliyinə müraciət edirəm. Qarşılaşdığım haqsızlıqlar və mənə qarşı edilən təzyiqlərdən Sizə sığınmaqdan başqa çarəm yoxdur.
Ümumilli Liderimiz cənab Heydər Əliyevin gözəl bir kəlamı var.
Dövlət iki şeydən sarsılar:
1. Günahsıza cəza veriləndə.
2. Günahkar cəzasız qalan
Eyni zamanda diqqətinizə çatdırmaq istərdim ki, hazırkı yazılı müraciətimdən qabaq cənab Fuad Ələsgərova Prezident Administirasiyasının vətəndaşların qəbul şöbəsində 06.02.2024-cü ildə video müraciət etmişəm. Qarşılaşdığım qanun pozuntuları və övladımın hüququnun tapdalanması ilə bağlı aşağıdakıları diqqətinizə çatdırmaq istəyirəm.
İsmayılzadə Orxan Mikayıl oğlu ilə faktiki nikahımız 2012-ci ilin may ayında baş tutmuş və faktiki nikahımızı rəsmi nikaha çevirənədək cavabdehlə birlikdə yaşamışıq. Birlikdə yaşadığımız müddətdə 2012-ci ildən başlayan faktiki ailə münasibətlərimiz 03 sentyabr 2016-cı il tarixədək davam etmişdir. Faktiki nikahımızdan 05 may 2015-ci il tarixdə Nil adlı övladmız anadan olmuş, lakin cavabdeh uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşməmiş, nə də atalığı qəbul etməmişdir. Bəhanə olaraq bildirmişdir ki, ailəsi buna razı deyil o da ailəsinin sözünü yerə sala bilməyəcək. Belə ki, Orxanın atası İsmayılzadə Mikayıl həmin vaxt yüksək vəzifəli məmur idi və istədiyi kimi istədiyi şəxsə təzyiq etmək imkanında idi.
Tərəfimdən həmin vaxt Sabunçu rayon Məhkəməsində iddia qaldırılaraq övladımın atasının müəyyən edilməsi xahiş edilmişdir. Məhkəmə prosesinin gedişatında İsmayılzadə Orxan Mikayıl oğlu və İsmayılzadə Mikayıl şəxsən özü mənimlə görüşərək onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etmiş və bildirmişdilər ki, əgər iddiamı geri çəksəm Orxan məhkəmədən kənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcəkdir.
Onların yalan vədinə inanıb ərizəmi məhkəmədə geri çəkdim. Həmin vaxt məni aldadaraq iddiadan imtina etdirdilər.
İddiadan imtina barədə ərizəm Sabunçu rayon Məhkəməsinə təqdim edilmiş, həmin vaxt işə baxan hakim cənab Anar Rzayev tərəfindən 2(008)-2074/2017 saylı qərardad ilə iş üzrə icraata xitam verilmişdir.
Hakim Anar Rzayev isə iddiadan imtinanı qəbul edərək MPM-nin tələblərini kobud şəkildə pozumuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.5. “İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır”.
Məhkəmədə olan mübahisə azyaşlı uşağın hüququnun təminatı ilə bağlı mübahisə idi və qəyyum himayəçi kimi bunu yalnız mən anası edə bilirdim. Həmin iş üzrə icraata xitam verilməsi mənim yox, azyaşlı övladımın hüququnun pozulması ilə nəticələnmişdir.
Mənim hüquqi savadsızlığım və Orxan İsmayılovun atası Mikayıl İsmayılov tərəfindən edilən təziqlər, verilən şirin vədlər belə bir addım atmağıma, yəni iddiadan imtina etməyimə gətirib çıxarmışdır.
Mənə verilən şirin vədlərə əməl edilməməsi, tələb etdiyimdə isə mənə qarşı edilən hədə-qorxu və təzyiqlərə baxmayaraq 2023-cü ildə yenidən atalığın müəyyən edilməsi məqsədi ilə Bakı şəhər Sabunçu rayon Məhkəməsinə müraciət etdim. Yuxarıda qeyd etdiyim kimi mənə “iddia tələbini geri götür, mübahisəni öz aramızda sülh yolu ilə həll edəcəyik” deyən Orxan İsmayılzadə və atası Mikayıl İsmayılzadə məni şirin vədləri ilə aldatmışdı. Yəni hələ də iddiadan imtina etdiyimi bilmirdim.
Sabunçu rayon Məhkəməsinin 2(008)-1308/2023 saylı qətnaməsi ilə iddia tələbi əsas hissədə tam, aliment hissəsində qismən təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra vərəqəsinə əsasən azyaşlı Nilin sənədləri yenidən dəyişdirilmişdir.
Cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlu qətnamədən Apellyasiya şikayəti vermişdir. Cavabdeh tərəfindən şikayət verilərkən, Sabunçu rayon Məhkəməsinin 2(008)-2074/2017 saylı 12.05.2017-ci il tarixli qərardadına istinad edilərək həmin vaxt iddiaçı F.L.Abbasovanın iddia tələbindən imtina etməsi əsas kimi götürülmüşdür.
Bakı Apellyasiya Məhkəməsinin hakimi cənab Azad İmanovun sədrliyi ilə 2(103)-6420/2023 saylı, 20.12.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-1308/2023 saylı qətnaməsi ləğv edilmiş iş üzrə icraata xitam verilmişdir.
Hakim Azad İmanov tərəfindən də azyaşlı övladımın hüquqları pozulmuş, düzgün olmayan qərarla övladımın atasını tanımaq və atasından imtiyazlar əldə etmək hüququ məhdudlaşdırılmışdır. Belə ki, ailə münasibətləri, uşağa dair olan münasibətlər davam edən ailə münasibətlərinə daxil olmasına baxmayaraq hakim Azad İmanov tərəflər arasında olan iddiadan imtinanı bu işə tətbiq etmişdir.
Bundan başqa Sabunçu rayon Məhkəməsinin 2(008)-1308/2023 saylı qətnaməsi 28.04.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır.
Lakin iş üzrə cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlu Sabunçu rayon Məhkəməsinin 2(008)-1308/2023 saylı qətnaməsindən 23.09.2023-cü il tarixdə Apellyasiya şikayəti vermiş, şikayətə buraxılmış prosesual müddətin bərpa edilməsinə dair ərizə əlavə etməmişdir.
Göründüyü kimi qətnamə qüvvəsini aldıqdan beş ay sonra qətnamədən prosesual müddət bərpa edilmədən şikayət verilmişdir və apellyasiya inistansiyası məhkəməsi işin mümkünlük məsələsinə baxarkən bu halı nəzərə almamışdır.
Belə ki, Apellyasiya inistansiyası Məhkəməsi apellyasiya şikayətinin mümkünlük məsələsinə baxarkən, birinci instansiya məhkəməsinin iclas protokollarından icra işinin tələb edilərək öyrənilib-öyrənilmədiyi, icra işinin araşdırılıb-araşdırılmadığı, icra sənədi ilə bağlı icra məmuru tərəfindən hansı icra hərəkətlərinin həyata keçirilməsi, cavabdehin izahatının alınıb-alınmaması, cavabdehin qəbul edilmiş məhkəmə aktından məlumatlı olub-olmamasını araşdırılmadan, işin apellyasiya qaydasında baxılmasını mümkün hesab etmişdir.
Sabunçu rayon İcra və probasiya Şöbəsindən əldə etdiyimiz məlumata əsasən iş üzrə cavabdeh ismayılzadə Orxan Mikayıl oğluna Sabunçu rayon Məhkəməsinin qətnaməsi ilə bağlı müvafiq məlumat (SMS Bildiriş) göndərilmişdir.
Qətnamədən məlumatlı olan şəxsin qətnamədən vermiş olduğu şikayət üzrə prosesual müddət bərpa edilməmiş və apellyasiya inistansiya məhkəməsi bu hala qiymət verməmişdir.
Məhkəmədə olan mübahisə azyaşlı uşağın hüququnun təminatı ilə bağlı mübahisə idi və qəyyum himayəçi kimi bunu yalnız mən anası edə bilirdim. Həmin iş üzrə icraata xitam verilməsi mənim yox, azyaşlı övladımın hüququnun pozulması ilə nəticələnmişdir.
Bundan başqa övladımın hüquqlarının müdafiə edilməsi və atalıq faktının müəyyən edilməsi üçün tərəfimdən Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsinə etdiyim rəsmi müraciət nəticəsiz qalmış, Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi tərəfindən bundan əsassız olaraq imtina edilmişdir.
Bütün cəhdlərim tükənməyə başlamış və artıq həyata olan bütün ümidim itmişdir. Tərəfimdən “kanal 24” televiziyasına müsahibə verilmiş və həmin müsahibəmdə övladım qız olduğundan onun atasının müəyyən edilməsində Orxan İsmayılov və atası Mikayıl İsmayılovun yaratdığı maneələr bildirilmişdir. Sonuncular bundan sui-istifadə etməklə mənə qarşı Xətai rayon Məhkəməsində Şərəf və Ləyaqətin təhqir edilməsinə dair iddia qaldırmış və mümkün bütün güclərdən istifadə etməklə məni haqlı olduğum durumdan haqsız vəziyyətə salmağa çalışırlar.
Məhkəmələr tərəfindən Azərbaycan Respublikası Konsititusiya Məhkəməsinin qərarı heçə sayılır və hüququn aliliyinə xələl gətirən düzgün olmayan qərarlar qəbul edirlir.
Azərbaycan Respublikası Konsititusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında” 18 mart 2019-cu il tarixli qərarında qeyd edir ki, “iş yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlanır (Mülki Prosessual Məcəllənin 5.1-5.3-cü maddələri). İddiaçı iddiadan imtina edə bilər, cavabdeh iddianı etiraf edə bilər, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlaya bilər (Mülki Prosessual Məcəllənin 5.4, 52.1-52.3-cü maddələri).
Bununla belə nəzərə almaq lazımdır ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır”.
Göründüyü kimi 2017-ci ildə Sabunçu rayon Məhkəməsinin hakimi Anar Rzayev, 2023-cü ildə isə Bakı Apellyasiya Məhkəməsinin hakimi Azad İmanov tərəfindən həm Mülki Prosesual Məcəllənin tələbləri pozulmuş, eyni zamanda onlar tərəfindən qəbul edilmiş qərarlar Konsititusiya Məhkəməsinin qərarına zidd olmuşdur.
Uzun mübarizədən sonra tərəfimdən buraxılmış prosesual müddətin bərpasına dair vermiş olduğum ərizə Bakı Apellyasiya Məhkəməsində baxılmış, məhkəmənin (sədrlik edən Fuad Talışınski) 2(103)-3568/2024 saylı 27.05.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2074/2017 saylı işi üzrə 18.04.2024-cü il tarixli qərardadı ləğv edilmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2074/2017 saylı işi, 12 may 2017-ci il tarixli qərardadından şikayət verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilmişdir.
Bundan sonra Sabunçu rayon Məhkəməsinin 2(008)-5306/2024 saylı qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2074/2017 nömrəli, 12.05.2017-ci il tarixli qərardadı ləğv edilərək işə mahiyəti üzrə baxılmasının davam etdirilməsi qərara alınmışdır.
İşə mahiyyəti üzrə baxılarkən Sabunçu rayon Məhkəməsinin 2(008)-5306/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək:
Cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlu iddiaçı Abbasova Fidan Loğman qızının 05.05.2015-ci il təvəllüdlü uşağı Abbasova Nil Orxan qızının atası olması müəyyən edilmiş;
Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün 19.09.2024-cü il tarixdən hesablanaraq hər ay 500 (beş yüz) manat sabit pul məbləğində aliment cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlundan tutularaq Abbasova Fidan Loğman qızına ödənilməsi qət edilmişdir.
Cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlu qətnamədən Apellyasiya şikayəti vermişdir. Cavabdeh tərəfindən şikayət verilərkən, Sabunçu rayon Məhkəməsinin 2(008)-2074/2017 saylı 12.05.2017-ci il tarixli qərardadına istinad edilərək həmin vaxt iddiaçı F.L.Abbasovanın iddia tələbindən imtina etməsi əsas kimi götürülmüşdür.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1456/2025 nömrəli, 23 may 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5306/2024 nömrəli, 23 sentyabr 2024-cü il qətnaməsinin alimentin məbləğinin müəyyən olunması hissəsində dəyişdirilməsi, 19 sentyabr 2024-cü il tarixdən başlayaraq 05 may 2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlundan Abbasova Fidan Loğman qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,45 (345 x 1,45 = 500 manat) misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı Abbasova Fidan Loğman qızına verilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. (hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Musayeva Cəmilə Ceyhun qızı və Abdıyev Fuad Vilayət oğlundan ibarət tərkibdə)
Cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlu qətnamədən Kassasiya şikayəti vermişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2789/2025 saylı qərarı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 may 2025-ci il tarixli, 2(103)-1456/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Hazırda 2(103)-6597 saylı iş Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun icraatındadır və iş üzrə məhkəmə baxış iclası 16.12.2025-ci il tarixə saat 09:30 təyin edilmişdir.
Hörmətli Fuad müəllim.
Ölkəmizdə uşaq hüquqları hər şeydən üstündür və birbaşa dövlət tərəfindən qorunur. Mən hazırda tək ana olaraq qız övladı böyüdürəm və istəmirəm ki, övladımın gələcəkdə atasının qeyd edilməməsi onun talehinə ləkə olsun. Axı faktiki olaraq onun atası var.
Heç kim bu faktı təkzib edə bilməz və heç kim qanundan üstün deyil. Azərbaycan Respublikası Konsititusiyası Azərbaycan Respublikası vətəndaşlarının azadlıqlarına onların Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsidə göstərilir: “Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”.
Qeyd edim ki, dəfələrlə məhkəmə iclaslarında bioloji ekspertizanın keçirilməsi təyin edilsə də cavabdeh qərəzli olaraq ekspertizada iştirak etməmiş, ekspertizanın keçirilməsi barədə bildiriş Bakı Apellyasiya Məhkəməsində keçirilimiş məhkəmə iclasında vəkili və nümayəndəsi olmuş Məmmədov Məhəmməd Əziz oğlunun təqdim etdiyi ünvana və e- məhkəmədə yerləşən elektron kabinetinə yerləşdirilmiş, Orxan İsmayılzadə bundan məlumatlı olmuş lakin məhkəmə tibbi-genetik ekspertizasında qərəzli olaraq iştirak etməmişdir. Məhkəmə ekspertiza mərkəzinin müvafiq rəyi 24.04.2025-ci ildə Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş lakin, hazırkı işdə şikayət verən və guya ekspertizanın keçirilməsindən məlumatları olmadıqlarını qeyd edən vəkil Əmirxanova Kəmalə Fərman qızı işə vəkil və nümayəndə kimi buraxılmaq üçün 21.05.2025-ci il tarixdə müraciət etmişdir.
Bakı Apellyasiya Məhkəməsinin 23 may 2025-ci il tarixli, 2(103)-1456/2025 nömrəli qətnaməsindən şikayəti isə cavabdeh (vəkil-Əmirxanova Kəmalə Fərman qızı) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Şikayət onunla əsaslandırmışdır ki, maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe normalarına müvafiq olaraq qiymət verilməmiş, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib(dəlillər) edilməməsini əsaslandırılmamış, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verməmişdir. Belə ki, nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrində atalığın müəyyən olunması üçün mülki iş üzrə təyin edilmiş məhkəmə tibbi-genetik ekspertizasının keçirilməsinin yeri və vaxtı barədə cavabdehə rəsmi məlumat verilməmişdir. Mülki işdə bu məsələ ilə bağlı məlumat mövcud deyil. Bununla yanaşı, Bakı Apellyasiya Məhkəməsinin hazırki iş üzrə 23 may 2025-ci il tarixli iclasında cavabdehin vəkili tərəfindən məhkəmə tibbi-genetik ekspertizasının keçirilməsi barədə vəsatət verilməsinə baxmayaraq, vəsatət təmin edilməmişdir.
Qeyd edim ki, bütün bu addımlar yalnız və yalnız ədalətli məhkəmə araşdırmasının gecikdirilməsinə və övladımın atasının kimliyinin müəyyən edilməsində süni maneə yaratmağa hesablanmışdır.
Hörmətli Fuad müəllim.
Son ümid, son çarə olaraq Sizdən yardım istəyirəm və düşdüyüm məchul durumdan, övladımın hüququnun bərpa edilməsində mənə kömək etməyinizi xahiş edirəm.
Öncədən öz dərin təşəkkürümü bildiriəm.
Hörmətlə: ________________ F.L.Abbasova __.__.2025
- Atalıq testindən qaçış, NARKOTİK damğası - Mikayıl İsmayılovun gəlininin işi qaranlıq məcraya sürüklənir
17 aprel 2026 14:00
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
14 aprel 2026 23:23
- Qaqarinin varisləri - İlk kosmonavtın qızlarının başına nə gəlib?
12 aprel 2026 14:45
- İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? /DOSYE
12 aprel 2026 00:02
- Ramiz Mehdiyevə yaxın kəşfiyyat rəhbəri haqda şok iddialar
11 aprel 2026 13:44
- Sabiq agentlik sədri açıqladı - Pullar Vasif Talıbovun oğlu Seymura çatırdı
10 aprel 2026 21:12
- QALİB KİMDİR: ABŞ, İRAN, YOXSA…
9 aprel 2026 22:43
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
8 aprel 2026 14:09
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
6 aprel 2026 23:04
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Paytaxtda 100 minə yaxın bina SÖKÜLƏCƏK
19 aprel 00:22
- Almaniyada minlərlə QABAN məhv edildi
19 aprel 00:17
- Meloni Azərbaycana gələcək
18 aprel 23:38
- İspaniyanın baş naziri: BMT-yə QADIN RƏHBƏRLİK etməlidir
18 aprel 20:43
- Azərbaycan qlobal təlatümlərin əhatəsində sabitlik adasıdır
18 aprel 19:56
- Şahmat dünyasının yeni lideri türksoylu ola bilər
18 aprel 19:11
- Mehriban Əliyeva Antalyada Fələstinlə bağlı paneldə iştirak etdi (FOTO)
18 aprel 16:23
- Paşinyandan müxalifətə: Onlar Qarabağı ələ keçirmək istəyirlər, bu, Ermənistanın sonu olar
18 aprel 15:59
- Abdin Fərzəliyev JURNAL satan şirkətdən 96 000 manatlıq ƏT ALIR
18 aprel 14:55
- Bazar günü 25 dərəcə isti olacaq
18 aprel 13:47
- Sevinc Çılğınla -Poeziya saatı- keçiriləcək
18 aprel 13:33
- Banklardan SOYĞUNÇULUQ - Faizlər görün NEÇƏ DƏFƏ ARTIB
18 aprel 12:36
- Şahbaz Şərif və İlham Əliyev Antalyada ikitərəfli tərəfdaşlığı müzakirə ediblər
18 aprel 12:21
- Dostlarından İsa Arasla bağlı İNANILMAZ SÖZLƏR– Mənim və Viktorun sevgilisi idi
18 aprel 12:09
- Bakının bu ərazilərində torpağın 1 SOTU 2 MİLYONDUR
18 aprel 11:49
- Prezident Diplomatiya Forumu ilə bağlı paylaşım etdi
18 aprel 00:46
- Başlıbel qətliamından 33 il keçir
18 aprel 00:21
- Birinci xanımlar Antalya Forumununda - Foto
17 aprel 21:39
- Bir qrup şair və yazıçıya Prezident təqaüdü verildi - EKSKLÜZİV
17 aprel 20:40
- Tramp Hörmüz boğazını açdığına görə İrana təşəkkür etdi
17 aprel 20:18
- Prezidentlə xanımı Antalyada tədbirdə iştirak edir
17 aprel 16:49
- 4200 manata DOVŞAN və QURBAĞA ALIR
17 aprel 15:55
- QOÇ ƏT- lə bağlı böyük qalmaqal: Menyuda 5.5, qəbzdə 8.2 manat...
17 aprel 15:38
- Atalıq testindən qaçış, NARKOTİK damğası - Mikayıl İsmayılovun gəlininin işi qaranlıq məcraya sürüklənir
17 aprel 14:00
- Kişinyovdan Moskvaya zərbə: Rusiyalı komandanlar...
17 aprel 13:50
- Əliyevlə Şaraa görüşdü - Fotolar - Yenilənib
17 aprel 12:36
- Kərkükdə 100 il sonra bir İLK
17 aprel 11:34
- BOZ kardinal-ın boz günü...
17 aprel 11:21
- Rusiyada deportasiya dalğası gözlənilir
17 aprel 00:12
- General adından sui-istifadə, aldadılan insanlar və… — Alibek Kurbanovun qorxu ssenarili oyunları: General kimdir?
16 aprel 23:03
