- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
- Tramp Çinə yola düşdü
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
YAPON HOKKULARI - İLQAR TAĞI
Maraqlı26 dekabr 2025 16:50
YAPON HOKKULARI
Vera Markovanın ruscaya çevirmələrindən dilimizə tərcümə etmişəm.
(Matsuo Basyo)
Əsir almışdır məni gecə...
canıma sarmaşaraq
səssizcə mürgüləyib dayanmışam.
***
Səmadakı ay,
gövdəsi qoparılmış ağac
par-par yanırmış kimidir.
***
Saralmış yarpaq üzür.
Hansı sahildəsən, cırcırama
qəfil oyanarmısan?
***
İydə ağacı əyilərək mürgüləyib.
Budağına qonan bülbülü
onun ruhu sandım.
***
Payız küləyi necə də vıyıldayır!
Şeirimi anlayardınız...
zəmidə gecələsəydiniz.
***
Xrizantemanın şehini
sümürür tələsik:
payızı da yaşamaq istər kəpənək.
***
Ehh, oyan, oyan!
Sirdaşım ol,
yatmış pərvanə!
***
Qəfil ayıldım.
Şaqqıltıyla çatlamış su bardağı:
içində su donubmuş axşam.
***
Açıqda hacıleylək yuvası.
Ondan lap aşağıda,
fırtınadan ehmalca gizlənir albalı çiçəyi.
***
Doymadan,
aramsız oxuyur
yazda torağay.
***
Şırıldayır may yağışı.
Nədi belə, çəlləyin çənbərimi qopmuş?
Gecənin anlaşılmaz səsi.
***
Saf çeşmə!
Balaca krab ayağım boyu
yuxarı dırmaşmaq istər.
***
Hava aydındır bu gün.
Hardandır bəs çilənən damcılar?
göydə çəngə-çəngə buludlar.
***
şair Rikə mədhiyyə
Sanki şimşəyi
aldın ovcuna -
zülmətdə şam yandıranda.
***
Süzür sürətlə ay!
Kirimiş budaqlardan
sallanır yağış damcıları.
***
Ağlıma gəlmədi
bərabərin olacaq bir şey,
üçgünlük ay!
***
Qara bulud
göy üzündə donuxub durmuş...
şimşəyi gözlər yəqin.
***
Nə qədər olarmış zəmidə, aman!
Hər biri də çiçəkləyər bildiyi kimi -
budur çıçəklərin ali qüdrəti!
***
Asılan körpüyə
hörüb həyatını
çöl sarmaşığı.
***
Bahar sonucdadır.
Quşlar ağlar.
Balıqların gözləri yaşla dolar.
***
Dağlar, bostanlar tərpəşiblər,
üz tutublar yayın
qapıları taybatay açılmış mənzilinə.
***
May yağışları
şəlalələri dəfn etdilər-
su əndərdilər.
***
Köhnə döyüş meydanında yay otlaqları -
igidlərin röyalar kimi
gözdən itdiyi yer.
***
Adacıqlar... adacıqlar...
xıncım-xıncım edəcək səni dəniz
yay günlərində.
***
Hər yan sakitlik.
Qayaların ürəyində kök salır
cırcıramaların səsi.
***
Kyoray
(1651-1704)
Axı bu necə olur, dostlar?
Adamın nəzərləri çiçək açmış albalıda,
qurşağında uzun xəncər!
***
kiçik bacımın ölümünə ithaf
Heyhat, mənim əlimdəcə,
yavaş-yavaş solaraq,
söndü mənim işıldaquşum.
***
İssyo
(1653-1688)
Həyatda nə varsa
doyunca baxdı gözlərim
qayıtdılar yanına - bəyaz xrizantem.
***
Ransetsu
(1654-1707)
Mavi səmada
tuşla küknar rəsmii çəkir
payızda Ay.
***
Çiçəklər... güllər-çiçəklər...
gavalı necə də çiçəkləyir
beləcə istilər gələr.
***
Gecə yarısı gördüm:
istiqamətini dəyişmiş
səma çayları.
***
Kikaku
(1661-1707)
Dilənçi yolda!
Yayda bütün geyimi -
göy və yer.
***
Sübh çağı yuxuma
anam gəldi... qovma onu
qışqırığınla, ququ quşu!
***
Dzsyo
(1662-1704)
Həm səhraları, həm dağları -
qar ehmalca oğurladı...
birdən boşluq yarandı.
***
Göydən ay işığı süzülür
bütxananın kölgəsində gizlənmiş
gözləri qamaşan bayquş.
Onisura
(1661-1738)
Çəndəki suyu indi
hara əndərim mən -
hər yanda cırcırama oxur!
Tiyo
(1703-1775)
Gecəylə sarmaşıq dolaşıb
quyumun badyası boyunca...
suyçün qonşuya gedim!
***
balaca oğlumun ölümünə ithaf
A mənim dəcəl balam!
Sən indi hansı gizli yerdə
qaçıb gizləndin?
***
On dörd gecəlik aylı gecə!
Quşlar da bağlamazlar
yuvalarında qapılarını.
***
Zəfəran yarpağında şeh damcısı!
Yerə damcılayaraq
adi suya çevriləcək...
***
Şəfəqli ay!
Gəlirəm, gəlirəm sənə sarı
sən yenə çox uzaqlarda.
***
Ancaq qışqırıqları qulağımda
bəyaz vağlar görünməz
səhərin təzəcə yağmış qarında.
***
Asılmış ağır zəng.
Onun lap küncündə
mürgü döyən kəpənək.
***
Sərin külək.
Zəngləri tərk edərək
gecə zınqıltısıtək süzülər.
***
Kənddə köhnə quyu.
Köpüklər arxasında kürü salmış balıqlar
dərindən gələn gurultulu küt səs.
***
İldırımlı leysan!
Otdan güclə yapışmış
qarğa dəstəsi.
***
Ay necə də işıq saçır!
Mənimlə qəfildən toqquşdu kor
gülümsəyib, rişxənd etdi.
***
"Fırtına başladı!"
Qarətçi yolum üstə
qorudu məni o...
***
Soyuq sancı kimi ürəyimə basıldı:
yataq otağında mərhum arvadımın
darağını basdaladım.
***
Zərblə balta çaldım
matım qurudu... qış bağında
ənbər ətri əsdi!
***
Ay işığı üzü qərbə hərəkətdə
çiçəklərin kölgələri
şərqə tərəf yönəlik.
***
Cırcırama, ağlama!
Sevgi hicransız olmur
səmada ulduzlarçün də.
***
Qarlar əridi -
kənd birdən dolub, aşıb-daşdı
səs-küylü uşaqlardan!
***
Elədi, sən keçmiş həyatında
bacımdın mənim,
qəm-qüssəli ququ quşu...
***
Ağac - odunluğa doğranacaq...
Quşlar qayğısız
yuva hörürlər!
***
Yol boyu küsüşməyin,
hayan olun bir-birinizə, qardaş kimi,
köçəri quşlar!
***
balaca oğlumun ölümünə ithaf
Həyatımız - şeh damcısı.
qoy olsun şeh damcısı
yenə də - həyatdır ki...
***
Yavaş-yavaş sürün, ilbiz
Fudzi qayalığı boyunca
yuxarıya, lap zirvəyədək!
***
Çalınmış ot kolluğunda,
baxın, necə də gözəl
kəpənəklər doğulurlar!
***
Məhzun dünya!
Hətta albalı çiçəklərkən də...
hətta onda...
***
Mən qabaqcadan bilirdim,
ki, onlar gözəldirlər, həmin göbələklər,
zəhərli, ölümcül göbələklər!
****************************
Müasir yapon haykuları
(ruscadan tərcümə - İlqar Tağı)
***
Gözləyir sürət qatarı
Və ötən bahara qüssələnir.
Violonçel futlyarı.
***
Dağlar arasında zavod -
Payız buludlarının istehsalçısı.
Tam gücüylə işləyir.
***
Amerikanın
Diş məcununun rəngarəngliyində
Üfürülmüş üzgüçülük həlqəsi.
***
Polis itinin
Burnunun tən ucunda -
Yağış mövsümünün qaranlığı.
***
Təzə yarpaqtək
Xışıldayır küləkdə
Körpənin köynəyi.
***
Bilirəm,
möhtəşəm Budda heykəlinin
Ovcundan doğulur Ay.
***
Yazıram mamontların
Məhv olması səbəbindən.
Qazlı su qarşımda.
***
Kapitanın yanında
Pinqvin.
Günəşli qış günü.
***
Uçuşçün göstərış gözləyən
Uçuş zolağından
Qar qoxusu yüksəlir.
***
Gün eynəyimi çıxarıb
Baş-başa qalacam
Dənizin mavisilə.
***
Körpənin ilk qışqırıği.
Qışdır, istidir.
Və... üzlər, üzlər, üzlər.
***
Payız bitir.
Quruldaşır
Prospektdə göyərçinlər.
***
Gecə qatarı.
Yataq rəfində
Yay şlyapası.
***
İrəli yeriyirəm, ancaq irəli
Labirintdəymişəm kimi.
Albalı çiçəyinə qərq olub bu yol.
***
Qarlı səhrada
Qatarın fitinə
Təəccüb etdi dovşan.
***
Büsbütün islanmış
Köynəyin altında
Gizlənir böcək.
***
Yazda gündüz uzun gələr...
Maşının güzgüsündə
Bapbalaca səma.
***
Meşədə tullanmış avtobus.
Pasının rənği belə
Hortenziyaya çalır.
(Hortenziya - iri çiçəkləri olan bitki)
***
Gecə aydınlandı.
Bax indi, sanki
Ay yerindən qopacaq!
***
Gözqamaşdıran Günəş.
Boş məktəb həyətində
Pişik.
***
Təzə qarın üstündə
Kəsişən parabolalar.
Sidikdən şırımlar.
***
Soyuq yay yağışı.
Heç cürə, dəyişmir
İşıqforun qırmızısı.
***
Yolun başına sərilib
bircə dənə gül buketi.
Göyqurşağı.
***
Şirin-şirin, tələsmədən
Döş əmir.
Tərləyib!
***
Xəstəxana palatasından
Ad yazılmış lövhəciyi götürüblər.
Hortenziya çiçəkləyir.
***
Əlcəyin içində
gizlənir üzük.
Çoxdandır səninlə görüşmürdük.
***
Gecə məktəbi.
Öyrəndiklərini sakitcə təkrarlayır
Qızın çənəsi.
***
Sahibsiz itlərin
Ulaşdığı bataqlıq.
Suyun üzündə albalı ləçəkləri.
***
Yağış mövsümünün başlanğıcı.
Min sayda çətir
Donanmanı yola salır.
***
İsti yay küləyi.
Əməyə görə medal alınan gün
Atamın qaşları.
***
İt olub
Qapır, təqib edir
Tabutu boran.
***
Yazdır, soyuqlar qayıdıb
Çadırına küçə tacirinin.
Protez divara söykənilib.
***
Binada yanğın söndürüldü.
Çirkli suların içindən
Boylanır zənçirotu.
***
Xallı buludlar süzür
Dəmir barmaqlıqlarda.
Təknəfərlik kamera.
18.06.21
Oxşar xəbərlər
- Nərgiz Məhəmmədi azadlığa buraxıldı, Tehrandakı xəstəxanaya aparıldı
11 may 2026 12:56
- Pensiyaya çıxanları təhlükə gözləyir - Çıxış yolu açıqlandı
7 may 2026 00:54
- SAKURA BUDAĞI, Vilnüs universiteti və...AYDIN bəyin yaratdığı VEYSƏLOĞLU
5 may 2026 16:28
- Qonaq balıq kimidir - üç gündən sonra iyi gəlir
4 may 2026 13:32
- İlqar Əliyev həbsdə vəfat etdi
1 may 2026 11:23
- Gəlini Milli Qəhrəmanın adını daşıyan nəvəsinin şəklini paylaşdı - FOTO
27 aprel 2026 10:30
- Prezident onları təltif etdi - Siyahı
7 aprel 2026 16:45
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
3 aprel 2026 18:29
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- DTX səfirliyə terror hücumunun qarşısını aldı - Xüsusi əməliyyat - Video
27 yanvar 2026 11:44
Xəbər lenti
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
- Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
11 may 22:48
- Azərbaycanda hər gün bu qədər insan ÖLÜR - RƏSMİ
11 may 18:21
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 17:43
- Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR
11 may 17:24
- Məktəbli qızı nişanlısı öldürdü: məzun geyiminə görə
11 may 14:51
- Ana sevgisi günü : dünyanın ən səmimi bayramı 10 mayda qeyd olunur - xarici media
11 may 13:37
- Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi... - Fotolar
11 may 13:13
- Nərgiz Məhəmmədi azadlığa buraxıldı, Tehrandakı xəstəxanaya aparıldı
11 may 12:56
- 29 yaşlı azərbaycanlı alim Tehranda edam edildi
11 may 11:03
- Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilindi
11 may 10:49
- Sevil Əliyevadan atası ilə bağlı paylaşım - Foto
11 may 00:55
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
11 may 00:48
Video & Fotoqalereya
Video
Fotoqalereya
