Qubanın qara ləkəsi kimi təqdim etdiyimiz Alibek Kurbanovun törətdiyi qanunsuz əməllərlə bağlı apardığımız araşdırmalar bu təhlükəli insanın yaratdığı cinayətkar şəbəkənin qurduğu qorxulu oyunlara aid daha dərin qatları da üzə çıxarıb. Bu qatlar altında nələr gizlənməyib?!
Məsələn, Arazpress.com-un bu mövzuda dərc etdiyi ötən yazılarında qeyd olunduğu kimi, bu şəbəkənin ən fəallarından biri və şəbəkə rəhbərinin qızı olan Sevda Alibekovnanın cinayətlərini də bu qatların qaranlıqları görünməz edib. Lakin etibarlı mənbə tərəfindən redaksiyaya ötürülən təkzibolunmaz faktlar bu “qaranlıqlara işıq salıb”.
Məlum olub ki, özünü paytaxtın elitar dairələrinə “işinin əvəzsiz mütəxəssisi” kimi sırımağa çalışan Sevda Alibekovnanın “parıldayan” Instagram həyatının (@sevapodoloq) arxasında savadsızlıq, manipulyasiya və saxtakarlıqdan başqa heç nə əsas kimi dayanmır. Acı həqiqətlər deyir ki, Sevdanın özünə seçdiyi podoloq peşəsi belə nə qədər “bəzəkli” görünsə də, reallıq tam fərqlidir.

Sevda Alibekovna Kurbanovanın böyüdüyü Quba rayonunun Digah kəndinə baş çəkən Arazpress.com-un araşdırmaçı əməkdaşı onun keçmişi ilə bağlı maraqlı faktlar əldə edib. Kənd sakinləri bildiriblər ki, məktəb illərindən Sevdanın kənddəki davranışı fırtınalı həyat tərzi kimi dildən-dilə gəzib. Kənd orta məktəbindən əldə etdiyi məlumatlara görə, onun attestatı “3”-lərlə doludur. Təəssüflə danışan şahid həmkəndlilər və həmin dövrün müəllimləri məktəb üzü görməyən, lakin çoxdan özünü “podoloq” kimi təqdim edən bir digahlının hərəkətlərinin utancverici olduğunu xüsusi vurğulayıb və onun haqqında eyni sözləri təkrarlayıblar:
“Sevda heç vaxt dərslə maraqlanmayıb. Onu məktəbdə nadir hallarda görürdük. Yaxınları isə, onun qiymətlərini birtəhər kafi yazdıra bilirdilər. Attestatındakı o “üçlər” sadəcə qiymət deyil, dərsə getmədiyindən, təhsillə heç bir əlaqəsi olmadığından onun verilən payıdır. Bu, həm də, elementar orta məktəb proqramından uzaq olan bir şəxsin tibb kimi ağır, məsuliyyətli bir sahədən nə qədər uzaq olduğuna vurulan rəsmi möhürdür. Əslində, orta məktəbi kafi qiymətlərlə bitirən birisinin tibbi təhsili olmadan insanların sağlamlığı ilə oynaması, özünü podoloq kimi tanıtması cəmiyyəti açıq şəkildə ələ salmaq deməkdir…”.

…Rusiya arxivlərindən, ələlxüsus, mötəbər mənbələrdən əldə etdiyimiz doğum və atalığın tanınması haqqında sənədlər isə, daha qaranlıq məqamları üzə çıxarır. Açıq-aydın görünür ki, Alibek Kurbanov qızını yalnız o doğulandan 3 il sonra öz adına keçirib. Yəni, atalığını 3 il sonra tanıdıb. Bu “gecikmiş atalıq” kurbanovlar sülaləsinin bir çox üzvünün hələ o vaxtdan qanuni prosedurlardan qaçdığını, həyatını saxta sənədlər üzərində qurduğunu, hüquqi münasibətlərlə bağlı manipulyasiyalar etdiyini, Sevdanın isə, bu sistemli saxtakarlıq mühitində formalaşdığını sübut edir. Buna görədir ki, onun hətta öz övladını — Süleymanov Sultan Cəbrayıl oğlunu ata ailəsinin üstünə atması, onun nənə və babasının himayəsində böyüməsi kənd camaatı arasında böyük qınaqla qarşılanıb.
İndi Sevda özünü “ana” kimi qələmə versə də, əslində, bu düz deyil. Çünki, o, paytaxt Bakıda imkanlı soyadlar, mülkiyyət və mənzil ovuna çıxan birisi kimi tanınır. Və öz doğma uşağından yalnız bir vasitə kimi istifadə edir. Onu “Uniser” kimi bahalı məktəbə yerləşdirib, təhsil haqqını isə, toruna saldığı “imkanlı qurbanlara” ödətdirir. Bu, mənəviyyatdan uzaqlıq, bir növ, “gözə kül üfürmək” kimi qəbul olunur. Təhsil ödənişlərini edənlər isə anlamaq istəmirlər ki, o, bir uşağın təhsilinə deyil, bir fırıldaqçı sülalənin maddiyyat uğrunda apardığı əməliyyatlara pul yatırır.
Dəhşət ondadır ki, Digah sakinlərinin də Sevdanın çoxdan Bakıda nə işlə məşğul olduğundan xəbərləri var. Yaxşı bilirlər ki, başqa ailələri dağıtmaqla, heç yerdə işləməyən anasının adına olmaqla, az müddət ərzində özünə çox bahalı ev də ala bilib. Paytaxt Bakının ən görməli yerlərindən birində yerləşən “Pediatriya — 2” klinikasında, heç yerdə işləməyən anasının adına, qeydiyyatçı kimi işə girməyi də bacarıb. Və bu resepşn əməkdaşı, atasının cinayətkar şəbəkəsinə dəstək üçün, özünə burada yalançı biznes şəbəkəsi qura bilib. Klinikanın stomatologiya mərtəbəsində yer icarəyə götürüb. Guya, podoloq kimi ayda 15000 manat pul qazana bilir və onun iki min manatını icarə pulu kimi ödəməsi heç ruhunu da incitmir. Lakin bu qədər mənfəət müqabilində vergi ödəmək onun heç yadına da düşmür. Bu, daha bir cinayət əlamətidir və bu da onu qorxudan deyil. Çünki, özlərinin dediklərinə görə, onların müdafiəçisi nüfuzlu bir generaldır.

Həmin klinikada işləyən dostlarımızın və digahlıların sözlərinə görə, elə o vaxtdan da, bu klinika ciddi təhlükələrlə üz-üzə qalıb. Podoloq maskası altında gizlənən Sevda öz iyrənc əməlləri ilə klinikanın nüfuzuna ciddi zərbələr vurur. O, yalnız qeyri-qanuni balzam istehsalından ayda külli miqdarda haram pul qazana bilir. Saxtakarlıqla üzləşən alıcıların əksəriyyəti isə, balzamın saxta olduğunu biləndən sonra burada hay-küy qoparırlar. Lakin onun bu qanunsuz işinə son qoymaq olmur.
Doğrudan da, kiminsə stomatoloqlar arasında özünə podoloq kimi qanunsuz iş yeri açması ciddi təhlükə deməkdir. Bu, birbaşa, hüquqi və sanitar normaları heçə saymaq deməkdir. Çünki stomatoloqlarla eyni mərtəbədə qanunsuz əməliyyatlar aparan savadsız birisinin cərrahi alətlərlə çalışması çarpaz yoluxma (hepatit, QİÇS və s.) riskini qaçılmaz edir. Açıq-aydın görünür ki, stomatoloqlar arasında fəaliyyət göstərən bu şəxs, Digah kəndində dərslərdən qaçdığı kimi, indi qanunlardan qaçmağı bacarıb. Lakin artıq şahidlər danışır, sənədlər ortadadır.
“Podoloq” uydurma bir addır. Arxa planda da, orta məktəbi “3”-lərlə bitirən, öz övladını maddi maraqlara qurban verən, ailə dağıtmaqda ixtisaslaşan bir manipulyator dayanır. Bir media vasitəsi olaraq, hüquq-mühafizə orqanlarını və Səhiyyə Nazirliyini bu “saxta doktorun” və “ailə qəniminin” iyrənc fəaliyyətinə dərhal son qoymağa çağırır, əldə etdiyimiz bütün audio-sübutları və sənədləri müvafiq orqanlara təqdim etməyə hazırıq olduğumuzu bildiririk. Çünki saxta “doktorların”, “ailə qatillərinin” maskası mütləq düşməli, belə birisinin “podoloq” mifi darmadağın olmalıdır.
Məhi ELSEVƏR
araz.az xəbər portalı.
