Etibar Məmmədov rəsmi Bakının qərarını bəyənmədi
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram. Küsüb kənarda dayanmaqla bir iş görmək olmaz. Avropa Parlamenti ilə işləmək lazım idi”.
Bu barədə AMİP-in fəxri lideri Etibar Məmmədov Azərbaycan Milli Məclisin Avropa Parlamentinin qərəzli mövqeyinə etiraz olaraq bu qurumla bütün əməkdaşlıq əlaqələrinə son qoymaq barədə qərarına münasibət bildirərkən moderator.az-a açıqlamasında qeyd edib.
Etibar Məmmədov deyib ki, AP-də çox müxtəlif fraksiyalar, çox müxtəlif partiyalar fəlaiyyət göstərir və onların arasından bizə münasib, bizə uyğun olan qruplarla əməkdaşlıq etməliydik, yaxınlaşmalıydıq:
“Təəssüf ki, indiyədək bunlar baş verməyib. Halbuki bu günədək yalnız parlament deyil, həm də hakim partiya başda olmaqla digər siyasi partiyalar da Avropa Parlamenti ilə işləməli idi. Bunlar edilmədiyi üçün həmin qurumun qərarlarına bizim heç bir təsirimiz olmayıb. Deyilənləri ona görə etməliydik ki, Azərbaycan əleyhinə danışan çox olsa da, heç olmasa bir neçə nəfər də bizim lehimizə danışsın. Bu günə qədər belə bir şey görməmişəm”. E.Məmmədova görə, Azərbaycanın Avropa qurumları ilə əlaqələrini dayandırması Rusiya hakimiyyətinin ürəyincədir:
“Əslində hər bir dövlət nə qədər beynəlxalq strukturlar varsa, hamısında təmsil olunmalı və onlara təsir imkanları axtarmalıdır. Bu həm də həmin dövlətin siyasi təşkilatları və diplomatik korpusunun vəzifəsidir...”
Milli Məclisin deputatı Aydın Hüseynov isə Musavat.com-a bildirib ki, Azərbaycan demək olar bütün nüfuzulu beynəlxalq təşkilatlarla yaxşı əməkdaşlıq münasibətlərinə malikdir: “Azərbaycan demək olar bütün nüfuzlu beynəlxalq təşkilatların üzvüdür. Həmin təşkilatlarda aktiv fəaliyyət göstərir, əməkdaşlıq edir. Azərbaycan rəsmi üzv olmadığı beynəlxalq statusli təşkilatlarla isə əməkdaşlıq əlaqələri qurub. Bizim beynəlxalq qurumlarla əlaqələrimiz milli maraqlarımızın tələb etdiyi səviyyədə qurulur. Milli maraqlarımızı nəzərə almayan, Azərbaycana qarşı qərəzli mövqeyini daim davam etdirən, anti-Azərbaycan mövqeyi xroniki xəstəlik səviyyəsində çatan Avropa Parlamentinin qərəzli mövqeyinə göz yummaq mümkün deyildi. Azərbaycan neçə illərdir səbr nümayiş etdirirdi, bu qurumun nəhayət ədalətli mövqedən çıxış etməsi üçün əməkdaşlıq münasibətlərini davam edirdik. Ancaq Avropa Parlamenti yanlış, qəzərli mövqeyini dəyişmədi və Azərbaycana qarşı sayca 15-ci qondarma qətnaməsini qəbul etdi. Bunun qraşılığı başqa cür ola bilməzdi, Azərbaycan Milli Məclisi əməkdaşlıq münasibətlərini dayandırmalı idi. Vəziyyətin bu həddə çatmasının günühkarı, səbəbkarı Avropa Parlamentidir”.
Ədalət Partiyasının sədri Mütəllim Rəhimli isə bildirib ki, Azərbaycan tərəfi uzun illərdir Avropa Parlamentinin ikili standartlardan çıxış etdiyini bəyan edir.
Xüsusilə, Qarabağ münaqişəsi dövründə Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı obyektiv daha balanslı və prinsipial mövqe nümayiş etdirməyib. Bu da rəsmi Bakıda və Azərbaycan ictimaiyyətində ciddi narazılıq yaradıb:
“Azərbaycan milli maraqlarına və suveren mövqeyinə hörmət tələb etməkdə haqlıdır. Azərbaycan xalqı da bu münasibəti dəstəkləyir. Avropa Parlamenti Azərbaycanı haqsız, heç bir əsası olmayan məsələlərdə qınayaraq bununla bağlı ölkəmizə qarşı bir kampaniya başlayır. Bizim buna səbrli münasibətimiz onların daha da irəli getməsinə və özlərini haqlı hesab etməsinə gətirib çıxarır. Nəticədə dünya ictimaiyyəti də bizim günahkar olduğumuz qənaətinə gəlir. Ona görə də Avropa Parlamentinin oyunlarına cavab verilməsi doğru yanaşma hesab olunmalıdır. Yaxşı olardı ki, münasibətlər qarşılıqlı hörmətə əsaslanan, lakin prinsipial mövqeni qoruyan siyasi əməkdaşlıq modelinin qurulması əsasında tənzimlənsin. Təəsüf ki, qarşı tərəf bunu istəmədiyini dəfələrlə nümayiş etdirib. Münasibətlərdə sevgi birtərəfli olmur. Biz Avropa Parlamentinə yaxınlaşdıqca qarşı tərəfin bunu səhv başa düşdüyü görünürdü”.
- Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım etdi
9 may 2026 11:06
- ETİMADIN SƏSSİZ DİLİ.... - Qəvami Sadıqbəyli
9 may 2026 00:29
- Bu gün faşizm üzərində qələbənin ildönümüdür
9 may 2026 00:20
- Ərəblər niyə sağdan sola, biz isə soldan sağa yazırıq: Maraqlı faktlar
8 may 2026 22:43
- 14 ildir işlədiyim KİTABXANAÇI vəzifəsində qalmağım üçün 2500 manat istədi - Açıqlama
8 may 2026 18:54
- AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: Dolabda dollar PAÇKALARI vardı
8 may 2026 14:25
- Sirus Təbrizliyə həsr edilən -Kəramət Mücahidi- adlı kitabın təqdimatı keçirildi
8 may 2026 01:04
- Penisyalar bu tarixdə VERİLƏCƏK - RƏSMİ
7 may 2026 20:34
- Bakının mərkəzində dəvəni dirəyə bağladılar
7 may 2026 19:12
- ÖLÜMÜNDƏN SONRA ....1 MİLYON MƏNİMSƏYİB ))))
7 may 2026 16:27
- İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli sakinləri ilə görüşdülər
09 may 18:45
- Cinsini dəyişdirən türk MƏŞHURLAR
09 may 16:22
- QAZ ehtiyatına görə dünyanın ən böyük 10 dövləti –SİYAHI
09 may 15:58
- Əli Kərimlinin atası vəfat etdi
09 may 15:38
- Prezident və birinci xanım Cəbrayıla səfər etdi
09 may 15:28
- DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi
09 may 14:09
- Dünən həbs edilən Fidanı bu gün məhkəmə azad etdi - Foto
09 may 13:07
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər - Fotolar
09 may 12:05
- Bakı nefti olmasaydı, faşizm üzərində qələbə də olmazdı
09 may 11:52
- Cavanşir Feyziyev: Heydər Əliyev bütün ömrünü Azərbaycan xalqının taleyini dəyişmək amalı ilə yaşayıb
09 may 11:44
- Dünyanın siyasi xəritəsini dəyişəcək plan – Kanada Avropaya birləşir
09 may 11:29
- Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım etdi
09 may 11:06
- ETİMADIN SƏSSİZ DİLİ.... - Qəvami Sadıqbəyli
09 may 00:29
- Bu gün faşizm üzərində qələbənin ildönümüdür
09 may 00:20
- Fidan Abbasovanın ANASI Baş prokurora və DİN rəhbərinə müraciət etdi
08 may 23:04
- Ərəblər niyə sağdan sola, biz isə soldan sağa yazırıq: Maraqlı faktlar
08 may 22:43
- 14 ildir işlədiyim KİTABXANAÇI vəzifəsində qalmağım üçün 2500 manat istədi - Açıqlama
08 may 18:54
- Nazir bu instituta direktor təyin etdi
08 may 18:41
- Xəlil Göyüşov camış əti aşkarlanan RAMİN -NURun adını dəyişdi (FOTO)
08 may 16:04
- AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: Dolabda dollar PAÇKALARI vardı
08 may 14:25
- Ədliyyə Nazirliyi yanında İctimai şuranın yaradılmasının 1 ili tamam oldu
08 may 13:16
- İlham Əliyev Roma Papasına məktub göndərdi
08 may 13:06
- Azərbaycan-İtaliya: Qarşılıqlı etimada və strateji maraqlara əsaslanan tərəfdaşlıq modeli - Cavanşir Feyziyev yazır
08 may 13:01
- Xanlar Vəliyevin qızı bu vəzifəyə təyin edildi
08 may 11:17
- Dünyanın ən sağlam ədviyyatı seçildi — Zəncəfil deyil
08 may 11:08
- Bu gün işdən 1 saat tez çıxacağıq - 9, 10, 11 may tarixləri istirahət günləridir.
08 may 10:46
- Sirus Təbrizliyə həsr edilən -Kəramət Mücahidi- adlı kitabın təqdimatı keçirildi
08 may 01:04
- Akif İslamzadə infarkt keçirdi - Xəstəxanadadır
08 may 00:44
- Putinin KARİKATURASINI çəkən RƏSSAM həbsxanada ÖLDÜ
08 may 00:05
- Prezidentin mükafatlandırdığı 86 yaşlı xalq artisti : Xoş xəbəri eşidəndə namaz üstündə idim, qonaqlıq verəcəm
07 may 23:07
