Daş karxanasından Prezident Aparatına baş məsləhətçi

İcra başçılarının çoxunun tərcümeyi-halına nəzər salanda adamı soyuq tər basır.
60-70 minlik, bəzən 100-150 minlik rayona rəhbər təyin olunan şəxslərin nə vaxtsa hansısa kənddə, yolqırağında kafe midiri, kooptorqda müdir müavini, daş-çınqıl karxanasında rəis, yaxud “zavqar” işləmələri biabırçılıqdan başqa bir şey deyil.
Axı, hansısa kənddə yol qırağındakı kafe nədir ki, orda müdir müavini, yaxud müdir vəzifəsi ola..?
Ona görə də icra başçısı təyin olunan şəxs rayona da “ yol qırağı” kimi baxır, rayonu karxana kimi işlədir.
Mənim üçün maraqlıdır ki, icra başçısı təyin olunan şəxsin sənədləri, “delo”su ölkə başçısına çatana kimi mühüm instansiyalardan keçir.
Necə olur ki, belə təsadüfi adamlar prezidentin etimadını qazana bilir, mühüm vəzifələrə təyin olunurlar və sonda öz əməlləri ilə ölkə başçısının da imicinə kölgə salırlar.
Yaxşı yadımdadır, mərhum prezident Heydər Əliyevin səhhətində problem olduğu vaxt icra başçılarından biri iclasda “Mən ürəyimi cənab Heydər Əliyevə verməyə hazıram” təklifini verəndə ölkə başçısı bunu pis qarşıladı və “Mənə heç kimin ürəyi lazım deyil” cavabını verdi. Bu olaydan bir-iki həftə sonra məlum oldu ki, müvafiq dövlət qurumları həmin icra başçısının fəaliyyətini yoxlayırmış və külli miqdarda yeyinti var imiş. Bir müddət sonra həmin icra başçısı 7 il müddətinə həbs olundu.
Sözümün canı odur ki, icra başçısı kimi mühüm vəzifəyə normal, savadlı, təcrübəli şəxsləri seçib təyin etmək lazımdır ki, nə vətəndaşlarımız əziyyət çəksin, nə də dövlətimizin imicinə zərbə dəysin.
Son bir neçə ayda “MTN işi” ilə bağlı baş verən rüsvayçılıq da kadr siyasətindəki ciddi pozuntunun nəticəsidr. Bunu açıq etiraf etmək lazımdır.
Söhbət “MTN işi”ndən, ümumiyyətlə, kadr məsələsindən düşmüşkən, Yardımlı rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmovun tərcümeyi halı da bu köntektdə yaxşı “nümunə” ola bilər..?
Daş karxanasında çalışan bu şəxs birdən birə Prezident Adminstrasiyasına necə tullandı..? Özü də PA-da baş məsləhətçi...
Doğrudanmı, PA-ı kadrları daş-çınqıl karxanasında axtarır..?
Digər tərəfdən, layiq olmayan şəxsləri mühüm vəzifəyə təyin edəndən sonra həmin şəxslərdə “böyük iştah” yaranır və daha böyük vəzifələrə təyin olunmaq üçün hər yola əl atırlar.
Daş karxanasından PA-a, oradan isə Yardımlıya icra başçısı təyin olunan Sevindik Hətəmov artıq kənd rayonuna sığmadığını düşünərək paytaxtın rayonlarından birinə icra başçısı təyin olunmaq istəyir. Bunun üçün keçmiş MTN şefi Eldar Mahmudovun ən yaxın adamı olan, Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Akif Hacıyevlə məsləhətləşərək “şef”lə görüşüblər.
Eldar Mamudov isə Hətəmovun Binəqədi rayonuna icra başçısı təyin olanacağına söz verib. Ancaq bildirib ki, icra başçısının birinci müavini Akif Hacıyev olmalıdır. Görüşdə başqa məsələlər də müzakirə olunub. Ancaq fələyin gərdişi bu planı yarımçıq qoyub.
Sözün qısası, yararsız kadr siyasəti sonda çirkin qrup oyunlarına, intriqalara yol açır ki, bu da dövlətçiliyimizə ziyan vurur.
Əlbəttə, bizim bu yazıda qeyd etdiklərimiz icra başçılarının hamısına olmasa da çoxuna aiddir.
NUH.az-ın Baş redaktoru Kamran Məhərrəmli
- Prezidentin Trampla görüşündən - Fotolar
14 oktyabr 2025 02:56
- Prezident bu şəxsləri təltif etdi
13 oktyabr 2025 22:09
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 2025 11:15
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 2025 00:47
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 2025 22:58
- Prezident Misirə getdi (FOTO)
12 oktyabr 2025 18:45
- 92 yaşlı prezident yenidən NAMİZƏD OLDU
12 oktyabr 2025 16:33
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 2025 13:57
- İlham Əliyev İspaniya Kralını təbrik edib
12 oktyabr 2025 12:04
- Bəşər Əsəd bütün gün İQRA oynayır...
12 oktyabr 2025 11:07
- Prezidentin Trampla görüşündən - Fotolar
14 oktyabr 02:56
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 22:38
- Prezident bu şəxsləri təltif etdi
13 oktyabr 22:09
- Elçin Mirzəbəyli ƏHD Partiyasından ayrıldı
13 oktyabr 22:04
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 11:15
- Ərdoğana çox hörmət edirlər - Tramp
13 oktyabr 09:53
- Çoxsaylı QƏTLLƏR TÖRƏTMİŞ cinayətkar Bakı aeroportunda tutuldu
13 oktyabr 09:47
- Əlisəmid Kür vəfat etdi
13 oktyabr 09:35
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 00:47
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 23:25
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 22:58
- Timoşenko AÇIQLADI: Müharibənin sonu yaxınlaşır
12 oktyabr 19:50
- Sabah leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12 oktyabr 19:31
- Prezident Misirə getdi (FOTO)
12 oktyabr 18:45
- 92 yaşlı prezident yenidən NAMİZƏD OLDU
12 oktyabr 16:33
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 13:57
- Azərbaycanda 16 yaşlı qız ana oldu - ATA TAPILMIR
12 oktyabr 13:26
- Tufan Sadıqov büdcədən 30 MİLYARD mənimsəyib? - ŞOK
12 oktyabr 13:11
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 12:22
- İlham Əliyev İspaniya Kralını təbrik edib
12 oktyabr 12:04
- Pakistan Əfqanıstanla sərhəddə 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirdi
12 oktyabr 11:14
- Bəşər Əsəd bütün gün İQRA oynayır...
12 oktyabr 11:07
- Geyim markasını REKLAM etmək üçün 32 MİLYON QONORAR alacaq
12 oktyabr 10:46
- Əfqanıstan-Pakistan sərhədində döyüşlər gedir
12 oktyabr 01:06
- Pişik saxlayanlar daha uzun ömür sürür - ARAŞDIRMA
12 oktyabr 00:35
- ARA QARIŞDI: Prezident paytaxtdan naməlum istiqamətdə QAÇDI - FOTO, VİDEO
11 oktyabr 22:19
- Qara Qarayevin qızından 750 minlik mənzillə bağlı açıqlama
11 oktyabr 22:05
- Gədəbəydə ŞOK: müəllim siqaretə görə HƏBS OLUNDU
11 oktyabr 20:31
- Əsəd ailəsi Moskvada KRAL HƏYATI sürür – Kreml lüksü, onlayn oyunlar və 20 mənzillik imperiya
11 oktyabr 18:24
- 6 aylıq körpəyə baxanda belə həzz alırlar - Pedofillər axtalansınmı?
11 oktyabr 17:38