Daş karxanasından Prezident Adminstrasiyasına...

Son günlərdə qiymət artımı ilə bağlı müxtəlif rayonlarda lokal etiraz aksiyaları baş verir, əhali narazılığlnı bildirir.
Kimlərsə bu aksiyaları alkaşların, müxtəlif partiya təmsilçilərinin, ya da ekstremist qüvvələrin təxribatı adlandırırır.
Bu məqamda yadıma düşür ki, 1989-90-cı illərin etiraz mitinqlərini o zamankı Azərbaycanın rəhbərlərindən biri, rəhmətlik Elmira xanım Qafarova ən yüksəsk tribunadan “narkomanların, ekstremist qüvvələrin təxribatı..” adlandırırdı. Sonu nə oldu?
Sözün qısası, son aksiyalarda bir məsələ qabarıq görünür. Narazı əhalinin qarşısına ən azı çıxa biləcək yerli rəhbərlər, icra başçıları yoxdur.
Əhalinin qarşısına çıxan icra başçıları isə ancaq vətəndaşlara söyüş söyməklə, “ əə, köpəkoğlu…əə it oğlu..” deməklə vəzifələrini yerinə yetirmiş olurlar.
Bütün bunlar onu göstərir ki, dövlətin siyasətini yerlərdə yerinə yetirməli olan icra başçılarının çoxu yerində deyil.
…Məlumdur ki, istənilən hakimiyyət üçün ən zəif və həssas məsələ kadr məsələsidir. Bu bütün ölkələrdə belədir. Ölkənin birinci şəxsinin öz siyasi komandasını formalaşdırması çox mürəkkəb və çətin prosesdir. Aydındır ki, birinci şəxsin bütün komanda üzvlərini, o cümlədən 70-80 rayonun icra başçılarını şəxsən tanıması və onlara yaxından bələd olması hətta fiziki cəhətdən mümkün deyil.
Ona görə də ölkə başçısı öz komandasını formalaşdırarkən inandığı şəxslərin məsləhətlərinə qulaq asmalı olur. Ümumiyyətlə, Azərbaycan kimi gənc, dövlətçilik təcrübəsi az olan ölkələr tez-tez kadr problemi ilə üzləşir. Hətta kifayət qədər yüksək siyasi və idarəetmə təcrübəsi olan Heydər Əliyevin də bəzi komanda üzvlərinin yolu həbsxanadan keçdi.
Son illərdə neçə-neçə azərbaycanlı nazir, yüksəkçinli dövlət məmuru, generallar həbsxana həyatı yaşamalı oldu.
Son vaxtlar “MTN işi” ilə bağlı cəmiyyətimiz şok yaşadı. Ölkənin təhlükəsizliyi etibar edilmiş nazir və onun müavini olan generallar vətəndaşlarla bandabaşçısı kimi davranırmış.
Axırıncı aksiyalar həm də icra başçılarının əhali arasında heç bir nüfuzunun olmamasını, hadisələrə hazır olmaqdıqlarını ortaya qoydu. Bu əslində belə də olmalı idi. Çünki icra başçılarının çoxunun tərcümeyi-halına sadəcə göz atmaq yetər ki, yerli rəhbərlərin hansı durumda olduğunu biləsən.
60-70 minlik, bəzən 100-150 minlik rayona rəhbər təyin olunan şəxslərin nə vaxtsa hansısa kənddə, yolqırağında kafe midiri, kooptorqda müdir müavini, daş-çınqıl karxanasında rəis, yaxud “zavqar”-qaraj müdiri işləmələri biabırçılıqdan başqa bir şey deyil.
Axı, hansısa kənddə yol qırağındakı kafe nədir ki, orda müdir müavini, yaxud müdir vəzifəsi ola..? Ona görə də icra başçısı təyin olunan şəxs rayona da “ yol qırağı” kimi baxır, rayonu karxana kimi işlədir. Görəsən, adi çınqıl sexinin, daş karxanasının müdirinə birdən-birə PA-da baş məsləhətçi işləmək zərurəti haradan yaranır?
Axı, ölkəmizdə kifayət qədər dövlətin pulu ilə xaricdə təhsil almış savadlı kadrlar var…O da maraqlıdır ki, icra başçısı təyin olunan şəxsin sənədləri, “delo”su ölkə başçısına çatana kimi mühüm instansiyalardan keçir. Necə olur ki, belə təsadüfi adamlar prezidentin etimadını qazana bilir, mühüm vəzifələrə təyin olunurlar və sonda öz əməlləri ilə ölkə başçısının da imicinə kölgə salırlar. Ən dəhşətlisi odur ki, vətəndaşların dövlətə olan inamı itir.…
...Yaxşı yadımdadır, mərhum prezident Heydər Əliyevin səhhətində problem olduğu vaxt icra başçılarından biri iclasda “Mən ürəyimi cənab Heydər Əliyevə verməyə hazıram” təklifini verəndə ölkə başçısı bunu pis qarşıladı və “Mənə heç kimin ürəyi lazım deyil” cavabını verdi. Bu olaydan bir-iki həftə sonra məlum oldu ki, müvafiq dövlət qurumları həmin icra başçısının fəaliyyətini yoxlayırmış və külli miqdarda yeyinti var imiş. Bir müddət sonra həmin icra başçısı 7 il müddətinə həbs olundu.
Sözümün canı odur ki, icra başçısı kimi mühüm vəzifəyə normal, savadlı, təcrübəli şəxsləri seçib təyin etmək lazımdır ki, nə vətəndaşlarımız əziyyət çəksin, nə də dövlətimizin imicinə zərbə dəysin.
NUH.az-ın Baş redaktoru Kamran Məhərrəmli
- Prezident bu şəxsləri təltif etdi
13 oktyabr 2025 22:09
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 2025 11:15
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 2025 00:47
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 2025 22:58
- Prezident Misirə getdi (FOTO)
12 oktyabr 2025 18:45
- 92 yaşlı prezident yenidən NAMİZƏD OLDU
12 oktyabr 2025 16:33
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 2025 13:57
- İlham Əliyev İspaniya Kralını təbrik edib
12 oktyabr 2025 12:04
- Bəşər Əsəd bütün gün İQRA oynayır...
12 oktyabr 2025 11:07
- ARA QARIŞDI: Prezident paytaxtdan naməlum istiqamətdə QAÇDI - FOTO, VİDEO
11 oktyabr 2025 22:19
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 22:38
- Prezident bu şəxsləri təltif etdi
13 oktyabr 22:09
- Elçin Mirzəbəyli ƏHD Partiyasından ayrıldı
13 oktyabr 22:04
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 11:15
- Ərdoğana çox hörmət edirlər - Tramp
13 oktyabr 09:53
- Çoxsaylı QƏTLLƏR TÖRƏTMİŞ cinayətkar Bakı aeroportunda tutuldu
13 oktyabr 09:47
- Əlisəmid Kür vəfat etdi
13 oktyabr 09:35
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 00:47
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 23:25
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 22:58
- Timoşenko AÇIQLADI: Müharibənin sonu yaxınlaşır
12 oktyabr 19:50
- Sabah leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12 oktyabr 19:31
- Prezident Misirə getdi (FOTO)
12 oktyabr 18:45
- 92 yaşlı prezident yenidən NAMİZƏD OLDU
12 oktyabr 16:33
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 13:57
- Azərbaycanda 16 yaşlı qız ana oldu - ATA TAPILMIR
12 oktyabr 13:26
- Tufan Sadıqov büdcədən 30 MİLYARD mənimsəyib? - ŞOK
12 oktyabr 13:11
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 12:22
- İlham Əliyev İspaniya Kralını təbrik edib
12 oktyabr 12:04
- Pakistan Əfqanıstanla sərhəddə 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirdi
12 oktyabr 11:14
- Bəşər Əsəd bütün gün İQRA oynayır...
12 oktyabr 11:07
- Geyim markasını REKLAM etmək üçün 32 MİLYON QONORAR alacaq
12 oktyabr 10:46
- Əfqanıstan-Pakistan sərhədində döyüşlər gedir
12 oktyabr 01:06
- Pişik saxlayanlar daha uzun ömür sürür - ARAŞDIRMA
12 oktyabr 00:35
- ARA QARIŞDI: Prezident paytaxtdan naməlum istiqamətdə QAÇDI - FOTO, VİDEO
11 oktyabr 22:19
- Qara Qarayevin qızından 750 minlik mənzillə bağlı açıqlama
11 oktyabr 22:05
- Gədəbəydə ŞOK: müəllim siqaretə görə HƏBS OLUNDU
11 oktyabr 20:31
- Əsəd ailəsi Moskvada KRAL HƏYATI sürür – Kreml lüksü, onlayn oyunlar və 20 mənzillik imperiya
11 oktyabr 18:24
- 6 aylıq körpəyə baxanda belə həzz alırlar - Pedofillər axtalansınmı?
11 oktyabr 17:38
- Prezident Sevil Əliyevanı ŞƏRƏF ordeni ilə təltif etdi
11 oktyabr 16:38