Pərakəndə görünən vahid müxalifət

Vaqif Hacıbəyli
Müxalifətin birliyi barədə təkliflər gündəmi zəbt etməyə başlayıb. Müxalifət parçalanmış kimi görünsə də, əslində bir yerdədi.
Fikrimi aşağıda izah etməyə çalışacam.Əvvəla onu qeyd edim ki, mən birlik təklifləri ilə çıxış edən bəzi musavatçı dostlarımızın xoşməramlı istəyini başa düşürəm. Hesab edirəm ki, ən azı Tofiq Yaqublunun, eləcə də müxalif qüvvələrin arasında əməli birliyin səmimi tərəfdarı olan digər dostlarımızın mümkün tənələrindən qurtulmaq naminə bu təkliflərin açıq səslənməsi faydalı oldu. Ən azı kimin hansı mövqedə olduğu aydın göründü.Amma mən birlik təklifini rədd edənləri qınamaq niyyətində də deyiləm. Ən azı onlar bu mövqelərində səmimidilər. Yəni onlar müxalifətdə vahid liderlik iddiasındadırlar və bu iddiaların açıq ortaya qoyulmasında bir qəbahət yoxdur. Bu səbəbdən də onlar digər siyasi qüvvələrlə funksional əməkdaşlığı rədd edir, hər fürsət düşdükcə müxalifətdə olan digər siyasi partiyaları, onların təəssübkeşlərini hədəfə almaqdan, xüsusi zövq alırlar. Bu vəziyyət kimlərisə qane etməyə bilər, amma siyasi riyakarlıq üzərində qurulan saxta birliklərdənsə, “hərə düz bildiyi öz yolu ilə getsin” formulu məncə daha məqbuldu. Bu mənada müxalif qüvvələr arasındakı bugünkü münasibətlər idealdan çox üzaq olsa da, əvvəlki “həm rəqibik, həm də müttəfiqik” kimi anormal durumdan daha anlaşıqlı müstəvidə qurulub.Bu yazını yazmaqda əsas məqsədim isə tamam başqadı. Yəni müxalifətin birliyi hansısa abstrakt məqsədlər üçün deyil, konkret məqsədlər üçün lazımdı. Onlardan ən vacibi mövcud durumla əlaqədar vahid siyasi mövqenin formalaşdırılmasıdı və bu mənada müxalifət qüvvələri heç də zahirən göründüyü kimi dağınıq, parakəndə vəziyyətdə deyillər.Ölkədə siyasi proseslərə bu və ya digər şəkildə təsir etmək imkanı olan siyasi müxalif qüvvələr mövcud siyasi- iqtisadi böhranı hakim rejimin süqutunun başlanğıcı kimi qəbul etsələr də, bu vəziyyətdə ölkənin davamlı sosial partlayışlar və ardınca da idarəolunmaz xaosa sürüklənə biləcəyi ehtimalını nəzərə alaraq hələlik kütləvi etiraz aksiyalarını başlamağı məqsədəuyğun hesab etmirlər. İstisnasız olaraq siyasi müxalifətin bütün cinahlarında siyasi mübarizənin dinc, demokratik, qeyri-zorakı müstəvidə aparılmasının tərəfdarı kimi çıxış edirlər və indiki həssas məqamda bu hal ölkənin böhrandan çıxarılması, ümummilli maraqlar və ölkənin gələcək taleyi baxımından olduqca önəmlidir.Mövcud iqtidar və onun təbliğatçıları bunu layiqincə dəyərləndirə bilməsələr də, Azərbaycanın siyasi müxalifəti tərəfindən bu ölkənin gələcək taleyi naminə böhrandan çıxmaq üçün ən müxtəlif sahələr üzrə təkliflər cəmiyyətə təqdim edilib. Bununla da, Azərbaycan dövlətinin indiki təşəkkülünün bünövrəsini quran mövcud müxalifət siyasi fürsətçiliyi inkar edərək, sağlam siyasi mövqeyi ilə dövlətçiliyə, Azərbaycanın istiqlalı ideyasına sadiqliyin nə demək olduğunu 1993-cü ilin iyun qiyamında qiyamçılara dəstək verən siyasi qüvvələrə bir daha nümayiş etdirir.Bu mənada Azərbaycan müxalifəti vahiddir, Azərbaycan idealı uğrunda öz mübarizəsini şərəflə, namusla və demoktatik vasitələrlə davam etdirməkdədir. Başqa sözlə, müxalifət hansısa bir qurumun çətiri altında birlikdə olmasa da, siyasi mövqeləri və məqsədləri baxımından əslində bir yerdədir. İndiki halda, vacib olan da məhz elə budur.
NUH.az
- Azərbaycanlı iş adamının ŞOK SƏRVƏTİ - Milyardlarla...
1 sentyabr 2025 11:10
- DƏHŞƏT: 5 ildə Azərbaycanda ABORT-un SAYI - 300000, Gürcüstanda, Ermənistanda ?
25 avqust 2025 23:54
- Məhəmmədtağı müəllim və Qurgen ( hekayə ) - KÖNÜL AYDIN
23 avqust 2025 13:11
- Çilingərin milyarder oğlu: -Razin uşağı- dünyanı necə fəth etdi?
15 avqust 2025 17:13
- Qazaxıstanın yarısını Rusiyaya verin! : Türk torpaqlarını satan və qoruyan liderlər
14 avqust 2025 16:21
- Vahid Əhmədov Nəcməddin Sadıkovla bağlı sensasion fakt açıqladı
13 avqust 2025 22:27
- Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
13 avqust 2025 13:06
- Putinin ölümündən sonra Ukraynada savaş bitəcəkmi? -Yuşşenko cavab verir...
10 avqust 2025 10:28
- Bakıda =od qiyməti=nə, Xaçmazda 17 QƏPİK - Səbəb nədir?
7 avqust 2025 02:17
- Azərbaycanın paytaxtı Bakı HƏYAT indeksinə görə dünyada 236-cı yerdədir
23 iyul 2025 11:34
- Ukraynadakı müharibədə 2000-ə yaxın Şimali koreyalı əsgər ölüb
02 sentyabr 12:22
- Tramp bu gün vacib açıqlama verəcək - Ağ Ev
02 sentyabr 11:57
- Prezident Powerchina group şirkətlər qrupunun icraçı vitse-prezidenti ilə görüşdü (FOTO)
02 sentyabr 11:49
- Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu
02 sentyabr 10:51
- Astarada məsciddə MOLLA AĞZINDAN bıçaqlandı - KREDITƏ görə..
02 sentyabr 10:27
- Ölkədə bir dənə də olsun gözəllik salonu qalmayacaq
02 sentyabr 00:37
- Azərbaycanlı qadın Finlandiyada öldürüldü
01 sentyabr 23:33
- Ərdoğan və Pezeşkian Çində görüşdü
01 sentyabr 23:17
- Eldar Namazov Seçim Komissiyasının üzvü oldu
01 sentyabr 22:08
- Külli miqdarda RÜŞVƏTƏ görə ... AZADLIĞA BURAXILDI ...
01 sentyabr 17:06
- Lisey direktorunun ölkədən çıxışına STOP qoyuldu
01 sentyabr 15:34
- Naxçıvanda 75 yaşlı qarını qəddarlıqla öldürən 2 qadının məhkəməsi keçirildi
01 sentyabr 13:53
- Prezident Paşinyanla görüşdü - Video
01 sentyabr 13:10
- Bakıda Mərkəzi Park-da 2 yaşlı UŞAQ KANALİZASİYA QUYUSUNA DÜŞDÜ - Fotolar
01 sentyabr 13:03
- Seymur Orucovun həbsdə olan qohumu mənimsədiyi pulları geri qaytaracaq - Qərar verildi
01 sentyabr 12:41
- Prezident Əliyev Ərdoğanla görüşdü (YENİLƏNİB)
01 sentyabr 11:18
- Azərbaycanlı iş adamının ŞOK SƏRVƏTİ - Milyardlarla...
01 sentyabr 11:10
- Ərdoğanla Paşinyan görüşdü - Video
01 sentyabr 10:30
- Əfqanıstanda güclü zəlzələ - 622 nəfər öldü - Fotolar - Yenilənib
01 sentyabr 10:26
- İlham Əliyev Çində Maldiv Prezidenti ilə görüşdü (FOTO)
01 sentyabr 10:08
- Çin Gürcüstanı parada niyə dəvət etməyib ?
31 avqust 21:37
- Çində BU AN! Putin Paşinyanla görüşdü, Əliyevlə GÖRÜŞƏCƏK
31 avqust 20:37
- Putin Çində Paşinyanla görüşüb
31 avqust 20:33
- Ermənistan və Pakistan diplomatik münasibətlər qurdu
31 avqust 20:21
- Azərbaycanlı iş adamı Rusiyada ən böyük mağazalarını itirdi
31 avqust 14:56
- Əfsanəvi Azərbaycan futbolçusu Banişevski 1997-də dərman üçün 100 manat tapmayıb və...
31 avqust 13:23
- Ərdoğanla Putin də Çindədir - Fotolar
31 avqust 12:01
- Turistlər Azərbaycanda ən çox nədən narazı qalıblar? (SİYAHI)
31 avqust 11:09
- ŞOK: ABŞ kəşfiyyatında daxili savaş - Direktor gizli agentlərin SİYAHISINI YAYDI
31 avqust 10:14
- Prezident Çin Sədri ilə görüşdü - Fotolar
31 avqust 09:54