Dağüstü Park necə Şəhidlər Xiyabanı oldu? – Şahid danışır
“1990-cı il yanvarın 20-də səhər tezdən Mərkəzi Komitənin (indiki Prezident Administrasiyasının binası – red.) qabağına getdim.
Binada və ətrafında silahlı rus əsgərləri var idi, amma buna baxmayaraq, iki minə yaxın insan ora toplaşmışdı”. Bunu Qafqaznews.az-a 26 il əvvəl 20 yanvar hadisələrinin iştirakçısı olmuş iqtisadçı Aydın Kazımov bildirib. “Orda AXC liderlərindən kimsə görmədim. Sabir Rüstəmxanlı və Milli Qurtuluş Partiyasının sədri Hatəmi Tantəkin var idi. Sabir bəy yanvarın 13-də AXC-dən çıxmışdı, şair kimi ora gəlmişdi.AXC-nin qərargahı isə dağılmışdı, rəhbərliyin təqib olunduğunu deyirdilər. Həmçinin Abdulvahab Manafov və Əbülhəsənov soyadlı hərəkat fəalı da toplaşanlar arasında idi… İnsanlar qəzəbli idi, silahlı rus əsgərləri bizi qovmağa çalışsalar da, getmədik.Biz istədik Mərkəzi Komitənin qarşısındakı hündür yerə çıxıb insanlara müraciət edək, amma bizi ora çıxmağa qoymadılar” , – deyə Aydın Kazımov yada salır.Daha sonra isə, onun sözlərinə görə, ora toplaşanlar Hatəmi Tantəkinin gətirdiyi qara lentləri bağlayıblar. “Tələsik elə ordaca toplaşaraq qərar verdik ki, belə olmaz, nəsə etməliyik. Ən azından şəhidlərin dəfni ilə bağlı addım atılmalı idi. Sabir Rüstəmxanlı və Hatəmi Tantəkin təşəbbüsü ələ aldılar. Elə ordaca qərar verildi ki, Dağüstü Parkı şəhidlər üçün dəfn yeri edək. Bu şəxslər həmin gün pərişan durumda təşəbbüsü ələ alıb, şəhidlərin dəfni üçün tədbirlər görməyə başladılar. Ölkə rəhbərliyindən heç kimin səsi çıxmırdı. İnsanlar parka gedərək təcili məzarlar qazmağa başladılar, beləliklə, Şəhidlər Xiyabanı yarandı”, – şahid bildirib.“Şəhər və park rəhbərliyi ilə danışılmışdımı, elə ayaqüstü verilən bu qərar kimsə tərəfindən etirazla qarşılanmadı?”, – deyə əməkdaşımız soruşdu. “Çox ağrılı gün idi. Mərkəzi Komitənin qarşısında, ətrafda silahlı rus əsgərləri ola-ola nəsə etməyə çalışırdıq. Səsimizə səs verən yox idi. Mən o ziyalıları, orda toplaşan insanları hörmətlə xatırlayıram. Dağüstü Park şəhərin ən seçilən yeri idi. Elə müzakirələr zamanı da ora seçildi. O vaxt vəziyyət elə idi ki, xalq qərar verdi buna… mən bilən, şəhər rəhbərliyindən heç bir reaksiya olmadı. O qədər insan qırılmışdı, onlara sahib çıxan da xalq özü oldu”, – deyə Aydın Kazımov qeyd edib. Rüfət Əhmədzadə Qafqaznews.az
NUH.az
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 2026 09:46
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 2026 21:18
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 2026 16:15
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 2026 14:39
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 2026 00:03
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 2026 17:43
- Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR
11 may 2026 17:24
- Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi... - Fotolar
11 may 2026 13:13
- Heydər Əliyevin şəxsi FOTOQRAFI : Əsəbiləşdi, dedi ki, səninlə Bakıda danışacağıq
10 may 2026 21:59
- Heydər Əliyevin şəxsi mühafizəçisi: Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı
10 may 2026 19:40
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
