Keçmişi oxumaq gələcəyi öyrənmək üçündür…
Keçmişi oxumaq gələcəyi öyrənmək üçündür
Azərbaycan atalar sözü
Həzarat! Heç bilirsinizmi ki, o kişi, yani və yəni, Üzeyir bəy Hacıbəyli o zaman necə yazardı? Nələr danışardı? Bəs biz?!. Bəs biz indi necə yzırıq? Nələrdən və necə danışırıq? İndi deyim.
O kişi yazanda da, danışanda da heç vaxt bir şeyi yaddan çıxartmayıb. Onu hər şeydən əfzəl bilib, hər şeydən öndə tutub. O şey nədir? O şey – millətdir. Necə yəni millət? Nə millət? indi deyim.
Bu millət cəfakeşinin bir kitabı var: “Ordan – burdan”. Bu kitab ümumən müsəlmanlardan, yani və yəni, milləti islamdan, qısa kəsim, təmamən bizlərdən, bizim içimizdən və çölümüzdən bəhs edir. Halon ki, bizlər haqqındadır, gərəkdir ki, biz də onu oxuyaq. Biz də günlərin bir gözəl günü onu oxuduq və qərar qoyduq ki, o kitabdakı bəzi mətləblərdən bir tamaşa düzək – qoşaq. Və başladıq. Axırı noldu? Axırı belə oldu. шndi deyim.
Həzarat! Bəlli bir şey ki, bu zaman deyilən şeyin üzü olmur, bilmərrə. Onun üzü, əlbəttə ki, “bu gün” dediyimiz haman bu gerçəklikdir. Sizi bilmirəm, amma məncə, bu “gerçəklik” deyilən şey nədirsə, heç onun da üzü yoxdur. O, yani və yəni, bu gerçəklik əslində bir niqabdır. Bu “zaman” filan – filanın niqabıdır. Bütün məğzi – mətləblər də, bütün əsli – həqitlər də bax bu niqabın arxasındadır – gizlindədir. Bir çin atalar sözü var: “İndi kim olduğunu bilmək istəyirsənsə, keçmişdə nə etdiyini öyrən, gələcəkdə nə edəcəyini bilmək istəyirsənsə, onda indi kim olduğunu öyrən”.
İndi isə gəlim mətləb üstünə. Bir ay bundan əqdəm MEDİA COMPANY – nin nəznində M.TEATR PRODUCTİON adlı teatrın əsasını qoyduq. Gənc və istedadlı sənətçiləri ətrafımıza topladıq. Səhər-axşam bilmədən, istirahət və bayram günləri belə dincəlmədən çalışdıq. Nəhayət, Ü. Hacıbəylinin “Ordan-burdan” kitabı əsasında bir bölümlü mükalimə – tamaşa ərsəyə gətirdik. Bu tamaşada iştirak edən beş sənətçi, sanki beş zaman səyyahı kimi bizi keçən əsrin əvvəllərinə, o illərin gizlinlərinə səyahətə aparırlar. Amma, bu səyahət “bu gündən” keçmişə deyil, əslində “ keçmişdən” bu günə səyahətdir. Bəs görəsən, ordan – keçmiş adlı uzaq bir “məmləkətdən” baxanda yaşadığımız bu gerçəklik necə görünür? Bəs qarasınca güdükçü düşdüyümüz o “gələcək” adlı xəyali “diyara” nə ilə və nə üzlə gedirik? Bilmirsiz? Dogrudan, bilmirsiz? Düzünü deyim ki, heç mən də bilmirəm. Amma, mən bir şeyi dəqiq bilirəm. O şey nədi? İndi deyim.
Həzarat! Əgər 29 MART 19.00-da R.Behbudov adına Mahnı Teatrında baş tutacaq M.TEATR PRODUCTİON – nun təqdimatına və ilk tamaşasına gəlsəniz, onda yəqin bilin ki, sizi düşündürən və narahat edən bir çox sualların cavabını tapa bilərsiniz. Tamaşaya biletləri nağd və ya hesaba köçürmə yolu ilə ve ya, (+994 51)-797-43-76 nomresine zeng vuraraq əldə edə bilərsiniz.
Həzarat! Bu yazı – pozunu məhşur alman dramaturqu və rejissoru B.Brextin sözləri ilə itmamə yetirirəm: “İncəsənətin bütün növləri sənətlərin ən böyüyünə – insaların həyatda yaşaya bilmək sənətinə xidmət edir”.
M.TEATR PRODUCTİON-nın bədii rəhbəri :
VİDADİ HƏSƏNOV
əməkdar artist
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 2026 14:22
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 2026 21:54
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Ermənilər barışığa can atır, amma heç vaxt inanmaq olmaz – Xankəndili sabiq deputat
21 yanvar 2026 17:09
- İranda aksiyalarda ölənlərin sayı 500-ü keçdi
12 yanvar 2026 11:18
- Nyu Yorkun müsəlman meri: Trampa zəng etdim və dedim, bunu səhv eləmisən - VİDEO
5 yanvar 2026 14:35
- 2000 il əvvəlki Azərbaycan: Roma tarixçsinin heyran qaldığı xalq
4 yanvar 2026 11:45
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 2025 00:41
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
01 mart 13:43
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 16:17
