Əliməmməd Nuriyev Oqtay Gülalıyevdən sübut istəyir

“Söhbət bizim kimisə məhkəməyə verməyimizdən getmir. Yalan və böhtanla danışan bir insandan sadəcə olaraq məsələyə məsuliyyətli yanaşmasını tələb edirik. İstənilən məsələylə bağlı açıqlama verərkən onun sübutlarını da istəyirik”. Bu sözləri Modern.az saytına hüquqşünas Əliməmməd Nuriyev Milli Şuranın üzvü Oqtay Gülalıyevin İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasına qarşı irəli sürdüyü ittihamlarına cavab verərkən söyləyib. Ə.Nuriyev deyib ki, artıq müvafiq dövlət orqanları əsassız korrupsiya ittihamı ilə bağlı maraqlanırlar: “İrəli sürülən korrupsiya ittihamı cəfəngiyat və yalandan ibarətdir. Bunun heç bir əsası yoxdur. Əgər əsası varsa, sübutlarını tez bir zamanda gətirsin. O fikri söyləmişik ki, koalisiyanın fəaliyyətinə kölgə salınır və korrupsiya ittihamı irəli sürülür. Vəziyyətin araşdırılması ilə bağlı müvafiq qurumlar cəlb oluna bilər. Onlar artıq bu məslə ilə bağlı maraqlanırlar. Onlar maraqlanırlar ki, bu 400 min manat məsələsi nədir? İstənilən KİV-də gedən məsələyə bağlı faktlar yoxlanılır. Bunlar yoxlanılmalıdır. Burada söhbət dövlət vəsaitinin mənimsənilməsi ittihamından gedir”. Əliməmməd Nuriyev Oqtay Gülalıyev haqda “biz belə “qəhrəmanları” çox görmüşük” deyib: Koalisiyada kimsə mənim fikrimi qəbul etmirsə və düşünürsə ki, koalisiyada siyasətlə məşğul olmalıdır, o zaman biz məsafələrimizi müəyyən edə bilərik”. Ə.Nuriyev qurumun bundan sonra da siyasətdən tam uzaq duracağını bəyan edib: Koalisiyanın böyük əksəriyyəti belə düşünür ki, koalisiya siyasətlə məşğul olmamalıdır. Konkret məqsədlər istiqamətində fəaliyyət göstərilməldidir. Bunu anlamayan və bilmək istəməyən varsa, bizim onunla yollarımız bir yerdə ola bilməz. Əgər kimsə koalisiyaya qarşı irəli sürülən 400 min manat rüşvət ittihamını sübut edə bilirsə, buyursun. Amma təəssüf ki, bunu sübut etmək mümkünsüzüdür. Çünki koalisiya şəffaf fəaliyyət göstərir, büdcəsi ilə bağlı bütün hesablar öz əksini tam açıq şəkildə tapır. Qeyd edək ki, Milli Şuranın üzvü Oqtay Gülalıyev İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının bəzi üzvlərini hökumətə satılmaqda, hakimiyyətdən qeyri-qanuni yolla 400 min manat almaqda və saxtakarlıqda ittiham edib.
NUH.az
|
- 92 yaşlı prezident yenidən NAMİZƏD OLDU
12 oktyabr 2025 16:33
- QƏDRİNİ BİLMƏDİYİMİZ NƏSİHƏT - HUMAY NƏHMƏTLİ
10 oktyabr 2025 21:45
- MDB liderlərinin Düşənbədə kritik sammiti başladı
10 oktyabr 2025 09:53
- Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)
6 oktyabr 2025 15:34
- Oqtay Şirəliyev VƏFAT ETDİ
3 oktyabr 2025 21:06
- Metro və avtobuslarda gediş haqqının artırılması çox yolverilməz bir addımdır..
30 sentyabr 2025 11:17
- Xan qızının kötücəsi onu məhkəməyə verir: Natəvanı küçə qadını obrazında yaradıblar
30 sentyabr 2025 00:52
- Küçə ticarəti bolluq deməkdi
29 sentyabr 2025 10:55
- Sabiq nazirdən SENSASİON YAZI - Neçə-neçə vəzifəli şəxsin...
29 sentyabr 2025 01:13
- Rəsmilər Zəfər abidəsini ziyarət edir - Fotolar
27 sentyabr 2025 10:48
- Prezidentin Trampla görüşündən - Fotolar
14 oktyabr 02:56
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 22:38
- Prezident bu şəxsləri təltif etdi
13 oktyabr 22:09
- Elçin Mirzəbəyli ƏHD Partiyasından ayrıldı
13 oktyabr 22:04
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 11:15
- Ərdoğana çox hörmət edirlər - Tramp
13 oktyabr 09:53
- Çoxsaylı QƏTLLƏR TÖRƏTMİŞ cinayətkar Bakı aeroportunda tutuldu
13 oktyabr 09:47
- Əlisəmid Kür vəfat etdi
13 oktyabr 09:35
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 00:47
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 23:25
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 22:58
- Timoşenko AÇIQLADI: Müharibənin sonu yaxınlaşır
12 oktyabr 19:50
- Sabah leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12 oktyabr 19:31
- Prezident Misirə getdi (FOTO)
12 oktyabr 18:45
- 92 yaşlı prezident yenidən NAMİZƏD OLDU
12 oktyabr 16:33
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 13:57
- Azərbaycanda 16 yaşlı qız ana oldu - ATA TAPILMIR
12 oktyabr 13:26
- Tufan Sadıqov büdcədən 30 MİLYARD mənimsəyib? - ŞOK
12 oktyabr 13:11
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 12:22
- İlham Əliyev İspaniya Kralını təbrik edib
12 oktyabr 12:04
- Pakistan Əfqanıstanla sərhəddə 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirdi
12 oktyabr 11:14
- Bəşər Əsəd bütün gün İQRA oynayır...
12 oktyabr 11:07
- Geyim markasını REKLAM etmək üçün 32 MİLYON QONORAR alacaq
12 oktyabr 10:46
- Əfqanıstan-Pakistan sərhədində döyüşlər gedir
12 oktyabr 01:06
- Pişik saxlayanlar daha uzun ömür sürür - ARAŞDIRMA
12 oktyabr 00:35
- ARA QARIŞDI: Prezident paytaxtdan naməlum istiqamətdə QAÇDI - FOTO, VİDEO
11 oktyabr 22:19
- Qara Qarayevin qızından 750 minlik mənzillə bağlı açıqlama
11 oktyabr 22:05
- Gədəbəydə ŞOK: müəllim siqaretə görə HƏBS OLUNDU
11 oktyabr 20:31
- Əsəd ailəsi Moskvada KRAL HƏYATI sürür – Kreml lüksü, onlayn oyunlar və 20 mənzillik imperiya
11 oktyabr 18:24
- 6 aylıq körpəyə baxanda belə həzz alırlar - Pedofillər axtalansınmı?
11 oktyabr 17:38