Ziya Məmmədovun “sağ əli” problemə çevrilib
Qulam Ələkbərov Kiyevdə oturaraq, Bakıda tenderlərə nəzarət edir, milyonlarla vəsait nazirin əlindən çıxa bilər
Nəqliyyat naziri Ziya Məmmədov çox çətin duruma düşüb.
Politika.Az xəbər verir ki, bütün səlahiyyətləri əlindən alınan, habelə külli miqdarda sərvəti əlindən çıxan nazirin yüksəlmək cəhdləri nəticə vermir. Bunu şərtləndirən ən ciddi səbəblərdən biri isə onun ən yaxın adamlarından biri sayılan, eyni zamanda, adı qalmaqallara qarışmış şəxsin əməllərinin artıq hökumətə ciddi zərər vurmasıdır.
Məlumatda vurğulanır ki, Ziya Məmmədovun “sağ əli” olaraq tanınan Qulam Ələkbərovun Azərbaycanla yanaşı, Ukrayna vətəndaşı olması artıq təsdiqlənib. Qanunla Ələkbərov həbs olunmalı və vətəndaşlığı ləğv edilməlidir. Lakin Bakıdan qaçıb, Kiyevdə gizlənən Ələkbərov, orada fəaliyyətini davam etdirir. Bu isə nəqliyyat nazirinə ciddi şəkildə zərər vurmaqdadır. Məlumata görə, Qulam Ələkbərov əsasən Ziya Məmmədovun tenderlərinə nəzarət edir, onların icrasına baxır, habelə nazirin pullarını xaricdə yerləşdirməklə mə.ğuldur.
İkili vətəndaşlıq səbəbindən Bakıdan qaçan sözügedən şəxs, artıq Ziya Məmmədova zərər vurmaqla, prosesi davam etdirməyə çalışır. Belə ki, Ələkbərov Kiyevdə əyləşərək, Bakıda həyata keçirilən tenderlərə qatılır, pul qoyur və pul qazanır. Paralel olaraq onun hakimiyyət tərəfdarlarına qarşı münasibətində ciddi qüsurların olduğu aşkarlanıb ki, bu da yuxarıların heç də xoşuna gəlməyib. Hətta onun Kiyevdə hakimiyyət dairələrində təmsil olunan bəzi şəxslərin qohumlarına problem yaratdığı da vurğulanır. Mənbə bildirir ki, Ziya Məmmədov artıq Azərbaycan hakimiyyətinə zərər vurulmasını bilir və bununla bağlı Qulam Ələkbərovla bir neçə dəfə danışmağa cəhd etsə də alınmayıb. İddia olunur ki, Ələkbərov nəqliyyat nazirini artıq saymır və Azərbaycana dönmək istəməməsi səbəbindən münasibətləri korlamaq üçün bəhanələr axtarır. Qulam Ələkbərovun yanaşması, onların ortaq bizneslərinin dağılmasıyla nəticələnəcək. Həmçinin Ziya Məmmədova məxsus olan böyük məbləğlərdə pulların artıq “sağ əl”in əlində olduğu vurğulanır. Bu isə nazirin milyonlarla manat pul itirməsi mənasını daşıyır. Çünki Ələkbərov onunla münasibətlərini korladıqdan sora nəqliyyat nazirinə məxsus əlindəki pulları da özüylə apara bilər.
NUH.az
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 2026 17:21
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 2026 00:27
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
5 fevral 2026 12:48
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
2 fevral 2026 21:25
- Keçmiş vəkil Cavidan Osmanlı hakimin adından saxta sənəd düzəltdi - Qadın 20 min manat əlavə ziyana düşdü
19 yanvar 2026 17:30
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
