Türkiyənin yeni baş naziri olacaq Binali Yıldırım kimdir?
Sabah Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayında nəqliyyat, dənizçlik və rabitə naziri Binali Yıldırımın yeni partiya sədri seçiləcəyi yəqinləşib. AKP sözçüsü Ömer Çelik B.Yıldırımın partiya sədrliyinə namizədliyinin irəli sürüləcəyini açıqlayıb.
B.Yıldırımın AKP-nin 22 may növbədənkənar qurultayından sonra baş nazir vəzifəsinə seçiləcəyi də şübhə doğurmur. Artıq bütün Türkiyə Ərdoğanın şəxsən namizədliyini irəli sürdüyü B.Yıldırımın baş nazir vəzifəsində Davudoğlunu əvəzləyəcəyindən baş vermiş fakt kimi danışır.
B.Yıldırım 1955-ci ildə Ərzincanda anadan olub. İstambul Texnika Universitetinin Gəmi inşaatı və dəniz elmləri fakultəsini bitirib. Bu fakultədə magistr dərəcəsini alıb.
Universitei bitirdikdən sonra Türkiyə Gəmi Sənayesi Baş İdarəsi və ölkənin ən qədim tərsanələrindən olan Camiialtında mühəndis və digər məsul vəzifələrdə işləyib.
1990-1991-ci ilərdə İsveçdə BMT-nin Beynəlxalq Dənizçilik Təşkilatının Dünya Dənizçilik Universitetində ixtisas artırma kurslarında təhsil alıb.
B.Yıldırımın Ərdoğanla yaxın münasibətləri indiki prezidentin 1994-99-cu illərdə İstanbul Böyük şəhər bələdiyyəsinə rəhbərlik etdiyi vaxtlarda yaranıb. O zaman Yıldırım İstanbul Dəniz Avtobusları Baş İdarəsinə rəhbərlik edib. B.Yıldırım ictimai nəqliyyatın dəniz üzərindən həyata keçirilməsi üçün müxtəlif uğurlu layihələr həyata keçirib.
2001-ci ildə Ərdoğanın çevrəsində olan bir sıra şəxslər kimi, o da AKP-nin qurucuları sırasında yer alıb. 2002-ci ildə hakimiyyətə gəldikdən sonra AKP-nin həmin il, 2003, 2007, 2011, 2014-cü illərdə qurduğu hökumətlərdə B.Yıldırım nəqliyyat naziri vəzifəsini tutub.
Onun nazir olduğu, 2004-cü ildə “Pamukova faciəsi” adlandırılan qatar qəzası zamanı 41 sərnişin vəfat edib. O zaman istefa tələblərinə baxmayaraq, B.Yıldırım vəzifəsində qalıb.
AKP hökumətinin nəqliyyat nazirinin bacanağı Cemallettin Haberdarın adı 2015-ci ildə hökumətdə korrupsiya halları ilə bağlı araşdırmalarda hallanıb. İzmirdə liman və gömrükdə korrupsiya faktlarını araşdıran prokuror Ali Çeliyin dindirdiyi şəxslər sırasında Haberdarın adı vardı. Bu dindirmələrdən sonra isə prokurorun iş yeri dəyişdirilmişdi.
4 fevral 2014-cü ildə ana müxalifət partiyası CHP lideri Kemal Kılıcdaroğlu Binalı Yıldırım haqqında hazırlandığı bildirilən dosyeni açıqlamışdı. Kılıcdaroğlunun açıqladığı dosyedə bildirilirdi ki, Yıldırım ATV və “Sabah” qəzetinin satılması zamanı iş adamlarından pul toplanması üçün AKP-nin təmsilçisi kimi əlaqələndirici rolunda çıxış edib və bu media orqanlarının Ərdoğana yaxın iş adamları tərəfindən alınması üçün 630 milyon dollar vəsait toplanmasına nail olub.
CHP lideri iddia etmişdi ki, bu vəsaiti verən şirkət və iş adamlarına 87 milyard 832 milyon dollar dəyərində dövlət sifarişi verilib.
Bu iddialar Yıldırım və hökumət tərəfindən təkzib olunub.
Türkiyə Böyük Millət Məclisinə İstanbul, Ərzincan, İzmirdən millət vəkili seçilib. 2014-cü ildə nazir vəzifəsindən istefa verərək bələdiyyə seçkilərində iştirak edib.CHP-nin əsas dayaqlarından olan İzmirdə şəhər bələdiyyə sədri seçilə bilməsə də, AKP-nin səslərini 36% qədər yüksəldə bilib.
2014-cü ildə baş nazir və sonra prezident Ərdoğanın müşaviri vəzifəsinə təyin olunub.
AKP-nin 1 noyabr 2014-cü ildə qurduğu hökumətdə yenidən nəqliyyat, dənizçilik və rabitə naziri vəzifəsini tutur.
O, Türkiyə Respublikası tarixində nəqliyyat naziri vəzifəsini ən uzun müddət tutan siyasətçi kimi rekorda imza atıb. Nazir olduğu dövrdə 17500 km yol çəkib, hava limanlarının sayını 22-dən 55-ə çatdırıb. Onun nazir olduğu dövrdə Türkiyədə hava nəqliyyatı ildə 15% inkişaf edib.
AKP-nin 12 sentyabr 2015-ci il böyük qurultayından əvvəl partya sədrliyinə namizədlərdən biri kimi nəzərdən keçirilirdi. Onun 1353 qurultay nümayəndəsindən 900-nün imzasının topladığı barədə məlumatlar yayılmışdı. Amma Ərdoğanla Davudoğlunun anlaşması Yıldırımın iddialarının gerçəkləşməsinə imkan vermədi.
Evlidir, 3 övladı var. İngilis və fransız dillərini bilir. Strateq.az
NUH.az
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 2026 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 2026 14:44
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9 fevral 2026 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
9 fevral 2026 20:54
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
9 fevral 2026 12:46
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
8 fevral 2026 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
7 fevral 2026 13:28
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
6 fevral 2026 21:20
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
07 fevral 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
