II qrup Qarabag əlili Kərəm Həsənovun işçisindən prezidentə şikayət etdi
Neftçala şəhəri VI-məhəllədə yaşayan Qarabağ Müharibəsinin II qrup əlili Novruzov Heydər Vaqif oğlu Bizimxeber.az İnformasiya Portalı vasitəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun işçisi, 7 saylı Şirvan ərazi idarəsində yaradılmış hərrac və müsabiqə komissiyasının rəisi Məhəmməd Qambayevdən Prezident İlham Əliyevə şikayət edir.
II qrup əlili Novruzov Heydər Vaqif oğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı müraciəti olduğu kimi təqdim edirik…
Cənab Prezidnet!
Mən, II qrup əlili Novruzov Heydər Vaqif oğlu,Bakı şəhərində doğulmuşam və Neftçala rayonunda böyüyüb boya-başa çatmışam. Respublikamızın hər qarış torpağı mənim üçün doğmadır və əzizdir. Məhz buna görə bu torpaqların müdafiəsində can qoyaraq II qrup əlil olmuşam. Mətbuatdan və televiziyadan aldığım məlumatlar, eləcə də rayon ərazisində torpaq almaq istəyən vətəndaşların başına açılan oyunlar məni təəccübləndirir və təəssüfləndirir.
Belə ki , vətəndaş özünə fərdi yaşayış evi almaq istəyi ilə yerli bələdiyyə orqanına ərizə ilə müraciət etdikdən sonra əsl müsibətlər başlayır. Sən demə mülkiyyətçi bələdiyyə olduğu halda torpağın satışı ƏMDK-nin yerli qurumları tərəfindən həyata keçirilməlidir.
Əvvəlcə torpağa müayinə aktı, Reyestr Xidmətinin rayon şöbəsindən yazılmalıdır. Əgər bələdiyyənin Dövlət Aktı yoxdursa şöbənin müayinə aktını yazan məmuruna xahiş etməlisən, yoxsa torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmaması cavabını almalı olacaqsan. Bu səddi keçdikdən sonra Reyestr Xidmətinə qayıdıb, ƏMDK-nin Ərazi Şöbəsindən rəy almaq üçün “ hörmət” edərək onu əldə edib bələdiyyəyə qaytarmalı, prosedura başlanılması haqqında qərardan çıxarışla Reyestr Xidmətinə rüsum və xidmət haqqlarını ödəyib torpağın mülkiyyət hüququna dair çıxarış əldə etməlisən.
Bundan sonra yaşadığın ərazidən 100 (yüz) km-lə məsafədə yerləşən ƏMDK-nin 7 saylı ərazi idarəsində yaradılmış hərrac və müsabiqə komissiyasına getməlisən ki, hərrac və ya müsabiqədə iştirak edəsən və burada da “hörmət” göstərib qalib olman barədə şəhadətnamə əldə edəsən. Orada ƏMDK-nin sədri Kərəm Həsənovun təyin etdiyi Məhəmməd Qambayev adlı bir quldur əyləşib. Camaatı soymaqla məşğuldur. Bu adam özünü ali irq hesab edir. Və deyir ki, hamı mənim ayağıma gəlməlidir. Hər verilən torpağa haqqlar müəyyənlişdirilib. Bundan sonra alqı-satqı müqaviləsi ilə təzədən Reyestr Xidmətinin rayon şöbəsinə qayıdaraq özün üçün yeni mülkiyyət hüququ barədə çıxarışı rüsum və xidmət haqqını ödəyərək əldə etməlisən. Baxın bu prosedurun təsviri artıq ərizəmin yarı səhifəsini fəth etdi, indi görün bununla bağlı sənədlərin tərtibatına nə qədər əsəb, nə miqdarda kağız, nə məbləğdə rüsum və xidmət haqqı, nə məbləğdə “ hörmət” lazımdır?
Televiziyadan ƏMDK-nin nümayəndələri bəyan edirlər ki, torpaq ayırma sənədləri ilə bağlı prosedurlar asanlaşdırılmış “vahid pəncərə” yaradılmışdır. Əgər bu pəncərəyə sənədlə bağlı beş-altı dəfə baş çəkməli oluruqsa bunun harası “vahid pəncərə” oldu?
Möhtərəm Prezident!
Mən çoxsaylı müharibə iştirakçıları və əlilləri adından sizə müraciət edərək xahiş edirəm ki, bu sahədə Qanunvericilik aktlarına yenidən baxılsın, məmur özbaşınalığına qarşı ciddi tədbirlər görülsün, torpaq mülkiyyətçisi olan yazıq bələdiyyələ bu sahədə müstəqillik və səlahiyyət verilsin.
Redaksiyadan:
Ümumiyyətlə, son aylar Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətində ciddi narazılıq müşahidə olunmaqdadır. Ölkə prezidentinin son qərarı – Dövlət əmlakının özəlləşdirilməsi işinin Komitədən alaraq öz nəzarəti altına götürməsi bir daha subut etdi ki, bu qurumda vəziyyət ürəkaçan deyil.
Doğurdan da qəribədir. Kərəm Həsənovun qurduğu sistem kökündən səhvdir və bu sistem yalnız rüşvət almağa, işin bir əldən idarə olunmasına istiqamətlənib. Məsələn, niyə hərrac və müsabiqə üçün kasıb vətəndaşlar yüz kilometrlərlə yol gedərək vaxt və maliyyə itkisi ilə üzləşməli olmalıdır?
Prezident İlham Əliyev dəfələrlə bildirib ki, vətəndaşlara xidmət rahat və asan həyata keçirilməlidir. Elə isə, Kərəm Həsənovun qurduğu sistemdə niyə vətəndaşlar incidilir? Niyə, Məhəmməd Qambayev kimilər vətəndaşdan rüşvət istəməlidir? İş düzgün qurulsa, hər bir vətəndaş öz rayonunda hərrac və müsabiqəyə qatılsa daha asan rentabelli olar.
Yəqin ki, yaxın aylarda prezident İlham Əliyev bu məsələyə də noqtə qoyacaq. Gözləyək…
NUH.az
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
5 mart 2026 12:35
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 2026 23:21
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Əliyev Ərdoğana zəng etdi
26 fevral 2026 22:21
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 2026 22:18
- Prezident və birinci xanım Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi
26 fevral 2026 13:36
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
