Nazir tapşırıq verdi: Aparat rəhbəri baş redaktoru məhkəməyə verdi
Müsahibə14 iyun 2016 15:04
Rövşən Cəlilov və Malik Rzayev mətbuatla necə dil tapır?
Ekologiya Nazirliyinin Aparat rəhbəri Rövşən Cəlilov qlobal.az saytını və saytın baş redaktoru Mübariz Məmmədovu məhkəməyə verib.
Belə ki, Cəlilov Qlobal.az saytında 2016-cı ilin fevral ayının 24-də 02.01 tarixdə (mənbə Qaynar.info), Gundelik-baku.com və Xalq.az saytlarına istinadən dərc olunmuş yazıları əsas gətirərək bu addımı atıb.
Bərdə rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək özünün "işgüzar nüfuzu”na xələl gətirdiyini iddia edib. May ayının 26-da Bərdə rayon Məhkəməsinin hakimi Cavid Tagıyev tərəfindən hazırlıq iclası keçirilib.
Bərdə rayon məhkəməsində Cavid Tağıyevin hakimliyi ilə keçirilən hazırlıq iclasından Qlobal.az saytının xəbəri olmayıb. Saytımızdan heç bir şəxs hazırlıq iclasında iştirak etməyib.
Məsələ ilə bağlı saytın baş redaktoru Mübariz Məmmədovdan mövqe öyrəndik.
Baş redaktor hesab edir ki, bu məsələ qərəzli və sifarişlidir: "Nazir Hüseynqulu Bağırovun xəbəri olmadan Rövşən Cəlilov belə bir addım ata bilməzdi. Hesab edirik ki, məhz bu nazirin tapşırığıdır. Rövşən Cəlilova gəlincə, bu adamın, deyəsən, qanunvericilikdən xəbəri yoxdur. Bilmir ki, dövlət məmurunun işgüzar nüfuzu olmur. Amma deyəsən, Rövşən Cəlilov özünü iş adamı və ya biznesmen hesab edərək "işgüzar” nüfuzunu önə çəkir”.
Baş redaktor onu da bildirib ki, yaydıqları məlumata görə, qarşı tərəfin onu məhkəməyə verməsi absuddur: "Biz bu yazıları istinadla dərc etmişik. Qanunda göstərilir ki, əgər məlumat bir mənbədən yayılıbsa və təkzib olunmayıbsa, həmin məlumatı istənilən şəxsin yaymaq hüququ var. Rövşən Cəliovun KİV haqqında Qanundan xəbəri yoxdursa, bunu hardasa, ona bağışlamaq olar. Amma ona tövsiyə edirik ki, Azərbaycan Respublikasının Konstitusiyasını oxusun. Ana Yasamızın 50-ci maddəsində bu məsələlər öz əksini tapıb.
Bizim istinadən verdiyimiz bu yazılarda ilkin mənbə göstərilən saytların heç birində təkzib getməyib. Rövşən Cəlilov haqqında gedən bu informasiyalar qeyd edim ki, hazırda ilkin mənbələrin bəzilərindən çıxarılıb. Bu "yol”u özünə daha məqsədəuyğun hesab edən Rövşən Cəlilov bununla qanunsuz əməllərinin mediada işıqlandırılmasına qarşı çıxır. Qeyd edim ki, hazırda Rövşən Cəlilovun hansı İnformasiya saytları ilə əlaqəsinin olduğu haqda əlimizdə kifayət qədər məlumat var. Rövşən Cəlilovun bu işdə media kuratorluğunu nazirliyin meşələrin inkişafı Departamentinin hüquqşünası Rzayev Malik həyata keçirir. Onun hansı media orqanları ilə necə işbirliyində olması da çoxlarına bəllidir. Maraqlıdır ki, Rövşən Cəlilov məhz öz qanunsuz əməllərini bu "qaranlıq yollar”la ört-basdır edir. Amma narahat olmasın, biz onun və nazirliyin hüquqşünası Malik Rzayevin fəaliyyəti ilə bağlı müntəzəm oxuculara məlumat verəcəyik. Məhkəməyə gəlincə, qanunvericilikdə nəzərdə tutulan bütün vasitələrdən istifadə edərik. Ölkə başçısı cənab İlham Əliyev özünü dəfələrlə medianın dostu adlandırıb. Amma prezidentin mediaya qayğı göstərdiyi və söz azadlığının vacibliyini vurğulaması deyəsən, Hüseynqulu Bağırova və onun ətrafına aid deyil. Məhz ona görə də nazir və ətrafı mediadan "qorunmaq” üçün müxtəlif yollara əl atırlar. Təbii sərvətlərimizin talan olunmasına görə də məhz Hüseynqulu Bağırov məsuliyyət daşıyır. Məsələ ilə bağlı cənab prezidentə də müraciət edəcəyik. Ümid edirik ki, bu məsələ ədalətli şəkildə həllini tapacaq. Yaxşı olardı ki, Hüseynqulu Bağırov özünün, ətrafının və oğlunun qanunsuz əməlləri barədə düşünsün”.
Qlobal.az
Sənubər
Oxşar xəbərlər
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
1 mart 2026 18:39
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
1 mart 2026 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
1 mart 2026 13:43
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı — ŞOK AÇIQLAMA
25 fevral 2026 01:40
Xəbər lenti
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
Video & Fotoqalereya
Video
Fotoqalereya
