Rəsulzadənin Nizaminin türk mənşəyi haqqında
Atif İslamzadə
Filologiya üzrə fəlsəfə doktoru
Bütün Şərqdə ilk milli demoqrafik respublikanın qurucusu olan milli öndərimiz M.Ə.Rəsulzadə zaman-zaman öz siyasi-ictimai və elmi-ədəbi fəaliyyətində türklüyümüzü bəyan etmişdir. Belə ki, hələ Türkiyə Cumhuriyyəti yaranmasından beş il əvvəl yəni 1918-ci ildə Azərbaycan adlanan respublikanın əsas əhalisinin adının rəsmi sənədlərdə türk yazılmasına öz silahdaşları ilə birlikdə nail olmuşdur.
Halbuki indi türk deyəndə ilk dəfə yada düşülən Türkiyə türkləri, o zaman rəsmi şəkildə "osmanlı", türk dili isə osmanlı dili adlanırdı. Böyük Məhəmməd Əmin "Azərbaycan şairi Nizami" monoqrafiyasında dahi mütəfəkkir şairi türk adlandırmaqla türk adının heç də müasir bir ad kimi siyasi leksikonda qəbul olunmamasına, əksinə daha qədim olmasına da aydınlıq gətirir.
O, Nizami Gəncəvi haqqında yazır: “Bütün dünya tədqiqatçılarının ümumi rəyinə görə Nizami ən böyük bir qələm türküdür. Bu böyük türk, müasirlərindən şikayət edən bir yazısında "bu həbəşlikdə türkcəmi anlayan yox" deyə oxucularla dərdini bölüşdürərək aşağıdakı beytləri yazır:
Torkiyəm-ra dər in həbəş nə xərənd,
Lacərəm, duğba-ye xoş nə xorənd.
Türkcəsi;
Türkcəmi bu həbəşlikdə alan yox,
Dovğamı bir yemək deyə sayan yox.
Başqa bir yerdə Məmməd Əmin bəy Nizaminin türklüyünü öz misralarından nümunə verməklə dəqiqləşdirir. Böyük N.Gəncəvi "Xosrov və Şirin"əsərinin sonunda yazır;
Əgər şod torkəm əz xərgəh nəhani,
Xodayə, torkzadəmva to dani.
(Əgər türküm çadırdan gizlinə çəkildisə də,
Xudaya, türk balasını sən özün qoru.)
Məlumdur ki, bu misralarda şair çox sevdiyi Afaqın dünyadan köçməsindən bəhs açır, ona "türküm" deyir, Afaqdan olan oğlu Məhəmmədi isə "türk balası" adlandırır.
Nəsil şəcərəsinin ta kökü ilə götürülməsini də nəzərə alsaq Nizami məhz burada özünün türk olduğunu, Afaq ilə izdivacdan doğulma övladının türk balası olmasını qeyd edir. Ümumiyyətlə Nizami təfəkkürünün bədii məhsulları içərisində türk sözü müxtəlif mənalarda işlənməklə bütöv bir gözəllik və ləyaqət məcmusu, epik-estetik baxışlar sistemidir. Məhəmməd Əmin bəy bu barədə yazır: "Heç bir əsərdə türk məfhumu Nizamidə olduğu qədər sevgi və məntiqi bir silsilə ilə ifadə edilməmişdir. Şairin təhlil etməkdə olduğumuz “Xəmsə”sində bu müddəanın 80-dən artıq müxtəlif dəlil və əsaslarını tapmışıq".
Təbii ki, Nizamidə türk anlamının bu qədər geniş semantik səviyyəsi onun türklüyə sevgi və məhəbbətindən irəli gəlirdi. "İskəndərnamə"də İskəndəri "rum papaqlı türk" adlandıran şair "Kəbənin sultanı" qəsidəsində Muhamməd Əleyhissəlamı "ərəb bədənli türk" adlandırır.
Nizamidə böyük olanın, gözəl olanın, yaxşı olanın, bir sözlə yüksək keyfiyyətlər təcəssüm etdirən anlamın "türk" sözü ilə işarələnməsini ciddi tədqiq edən təd- qiqatçı M.Ə.Rəsulzadə məntiqi şəkilə yekun qənaətini irəli sürür: "Nizaminin türklüyünü inkar etmək onun 800 il sonra da təravətini mühavizə edən "türkcəsi"ni anlamayan faciəvi bir "həbəşlik” olardı".
NUH.az
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 2026 11:13
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
9 fevral 2026 10:56
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
8 fevral 2026 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Prezidentdən bu milli parklarla bağlı - Fərman
6 fevral 2026 19:07
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
6 fevral 2026 01:30
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
