DYP-də “ASAN XİDMƏT” göstərilir
Müşfiq Rəhimovun fəaliyyəti narazılıq doğurur
Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan-Qeydiyyat şöbəsi ilə bağlı xoşagəlməz hallar barəsində cəmiyyətdə mövcud olan fikirlər mətbuatın da diqqətindən yayınmır. Elə bu günlərdə “Kivnews.com” Informasiya portalının əməkdaşı Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan-Qeydiyyat şöbəsində olaraq baş verənlərlə yerində tanış olması və bu quruma müraciət edən vətəndaşlarla söhbəti də cəmiyyət arasında mövcud olan fikirlərin əsassız olmadığını göstərdi. Əməkdaşımız qeyd olunan idarədə olarkən diqqətini bir məsələ cəlb edib. Bu da, nəqliyyat vasitəsinin texniki baxışını həyata keçirən, avtomobilin qeydiyyatı, dövlət nömrə nişanlarının alınması və.s ilə bağlı məsələlərin yoluna qoyulması istiqamətində atılan addımlar zamanı ortaya çıxan problemlərin həll olunmasının asan yolu ilə bağlıdır. Belə ki, qeyd olunan və olunmayan əməliyyatlardan hansısa birini həyata keçirmək istəyən vətəndaş öz nəqliyyat vasitəsi ilə texniki baxış məntəqəsinə (Xırdalanda) yaxınlaşır. Bu zaman sürücü ilk dəfə deyilsə, maksimum səviyyədə çalışır ki, problemi özü yoluna qoysun. Yox əgər sürücünün bu quruma yaxınlaşdığı ilk dəfədirsə, yaxud da həll etmək istədiyi məsələ bir qədər vaxt tələb edirsə, bu zaman “boks”larda “öz şikarını gözləyən” ştatlı və ştatsız işçilərə yaxınlaşa bilər. Əslində bu işçilərin özləri də, çox vaxt sürücülərə “köməkliklərini” təklif edirlər. Onların köməyinə ehtiyac duyan sürücülər sənədlərini və digər tələb olunanları verməklə öz işlərini asanlaşdırırlar. Onu da nəzərinizə çatdıraq ki, bu şəxslərlə iş görmək istəyənlər dövlət rusumunu fikirləşməməlidirlər.
Əməkdaşımızın sürücülərlə söhbəti zamanı məlum olub ki, avtomobili bir qeydiyyatdan çıxarıb digər şəxsin qeydiyyatına saldırmağın dövlət rüsumu ümumilikdə 27 manat olduğu halda, ştatlı və ştatsız işçilər bu işi görmək müqabilində 200-250 manat vəsait tələb edirlər. Onların təklifi ilə razılaşan şəxslər sənədləri və pulu verdikdən sonra bir kənarda duraraq sənədlərinin hazırlanmasını gözləyirlər və digər sürücülər kimi 3-cü, 1-ci, 403-cü otaqları gəzməli olmurlar. Yəni heç bir əsəb gərginliyi keçirmədən, otaqlara girib-çıxarkən kimlərinsə qanunsuz tələbləri ilə üzləşmədən lazımi sənədini alıb yola düşürlər.
“Kivnews.com” olaraq qeyd edək ki, bütün yaşananlar təbii ki, Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan-Qeydiyyat şöbəsinin rəisi Müşfiq Rəhimovun diqqətindən kənar qala bilməz. Çünki adıçəkilən məkanın dörd bir tərəfi müşahidə kamerası ilə təchiz olunub. Belə olduğu halda görünür, hər bir addım rəhbərliyin göstərişi əsasında həyata keçirilir. Əks halda sürücülər incidilməz, onlar əsassız olaraq get-gələ salınmazlar.
Onu da nəzərinizə çatdıraq ki, mətbuatda Müşfiq Rəhimovun fəaliyyəti ilə bağlı yetərincə tənqidi məlumatlar dərc olunub. Hətta nömrə biznesindən tutmuş bir çox məsələlərə toxunulub.
Növbəti yazılarımızda ətraflı olaraq bu məsələlərə işıq salacağıq. Və onu da nəzərinizə çatdıracağıq ki, avtomobilin rəngini dəyişdirməyin qeydiyyatının dövlət rüsumu 37 manat olduğu halda vətəndaşlar necə narazı salınır. Və onlar birbaşa 1-ci otağa polis mayoru İlqar müəllimin yanına niyə göndərilir?
“Kivnews.com”
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 2026 17:21
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 2026 13:50
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 2026 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 2026 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 22:25
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 22:10
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 19:38
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 17:41
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 17:21
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 17:11
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 14:22
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 13:52
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 19:05
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 18:51
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 14:32
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 14:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16





