Kərəm Həsənovun qaz turbası...dəmir yolu biznesi
Azərbaycandakı sənədsiz yaşayış evləri və digər tikililərin rəsmi dövlət qeydiyyatına alınması ilə bağlı cənab İlham Əliyevin tapşırığından 5 ildən artıq vaxt keçsə də, bu məsələ hələ də həllini tapmayıb. Xatırladaq ki, dövlət başçısı bu problemi 2011-ci il martın 9-da Bakı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə səsləndirib. Həmin tədbirdə prezident aidiyyəti qurumlara məsələnin tez bir zamanda həll edilməsi barədə tapşırıq verib. Prezident bu problemin əhalinin sosial vəziyyətinə və mülkiyyət hüquqlarının qorunması işinə mənfi təsir göstərdiyini söyləyərək məsələnin maksimum dərəcədə əhalinin xeyrinə həll etməyi tapşırmışdı.
Ölkə başçısı həmin müşavirədəki çıxışında bu məsələni son dərəcə konkret qoymuşdu:”Bakıda evlərin qeydiyyata alınması problemi var. Ancaq biz elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısını tam şəkildə ala bilək. O evlər qeydiyyata alınmalıdır. Amma sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər də irəli sürülə bilər, rüşvət, əsassız maraqlar da ola bilər. Bu da reallıqdır. Ona görə də göstəriş vermişəm, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər”.
Bəli, atalar demişkən, “Pir mənimdir kəramətinə bələdəm”.
Cənab Prezident 5 il öncə xalqın xeyrinə təşəbbüs irəli sürəndə Əmlak Məsələləri Dövlət Komitəsində və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində çalışan məmurların kəramətinə gözəl bələd idi.
Bilirdi ki, bəzi məmurlar tamah ucabatından bu təşəbbüsə imkan verməyəcək.
Əlimizdə olan xeyli sayda materiallar bunu təsdiqləyir.
Vətəndaş 10 ilə yaxındır fərdi evində yaşayır, evinə pasport qeydiyyatına alınıb, hüquqi qeydiyyatla bağlı məhkəmə qərarı var. Üstəlik icra hakimiyyətinin sərəncamı ilə vətəndaş evinə hüquqi qeydiyyata alınıb və fərdi yaşayış evinin layihəsi təsdiq edilib. Prezidentin də qəti tapşırığı öz yerində. Daha nə lazımdır, cənablar..?
NUH.az-a daxil olan sənədlərdə DRX tərəfindən vətəndaşa cavab verilir ki, fərdi yaşayış evi guya qaz turbasına yaxındır, yaxınlıqdan dəmir yolu keçir və s.
Onda sual oluna bilər ki, yaşayış massivindəki digər evlərə necə və neçə min manata “kupça” verilib..? Deməli rüşvət veriləndə qaz turbasına, dəmir yolu xəttinə göz yumulur, verilməyəndə, yaxud rüşvət az olanda ortaya çeşidli səbəblər çıxır. Həm də bu səbəblər ona görə gülməlidir ki, həmin qaz turbasının, dəmir yolu xətiinin daha çox yaxınlığında xeyli sayda dövlət idarələri tikilib, orada məmurlar çalışır. Bəs bu necə olur? Deməli, söhbət rüşvətdən gedir. Özü də hansı miqdarda..?
Bütün bunlardan əlavə axı ortada məhkəmə araşdırması var, icra hakimiyyətinin sərəncamı var, məhkəmə dövlətin adından qərar çıxardıb. Bəs, bunları hara yazaq..?
Bir sözlə, Reyestr Xidmətinin məmurları qaz turbasını, dəmir yolu xəttini özlərini üçün şəxsi qazanc mənbəyinə çevirib və Prezidentin 5 il öncə verdiyi tapşırığı qulaqardına vururlar.
Məlumat üçün qeyd edək ki, ölkə üzrə tikililərin reyestrinin yaradılması və qeydiyyata alınması üçün 2008-ci ildə Dünya Bankı Azərbaycana 30 milyon dollar həcmində kredit ayırıb.
Bu bəyənmədiyimiz əcnəbilərin kəraməti, bu da bizim harınlamış milli məmurların kərəməti...
NUH.az
- Zakir Həsənov general-mayora yüksək vəzifə verdi
17 may 2024 19:00
- Ərdoğan bu generalları əfv etdi
17 may 2024 12:24
- Məhkəməni təxirə saldırıb vaxt qazanan Gülnarə Bayramova qardaşı Gündüz Əliyevlə qurduğu plandı?
16 may 2024 21:40
- Zakir Fərəcov korrupsiyaya bulaşanları niyə qoruyur
14 may 2024 13:28
- Ramiz Tahirov vəzifəsindən azad olundu - Foto
11 may 2024 16:54
- Prezident Füzulidə açılış etdi - Fotolar - Yenilənib
10 may 2024 16:17
- Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
9 may 2024 12:11
- Azərbaycanda Qələbə Günü qeyd olunur
9 may 2024 11:57
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
7 may 2024 08:55
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
3 may 2024 18:30
- Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul etdi (FOTO)
21 may 12:19
- Tut yuyulmalıdırmı?
21 may 11:55
- Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz
20 may 23:20
- Türkiyədə matəm elan edildi
20 may 23:08
- Qarabağ Universitetinə rektor təyin olundu
20 may 20:33
- İran Prezidenti və heyəti həlak olub - Mehr Agentliyi
20 may 12:06
- Bu xəbər bizi ciddi şəkildə narahat etdi - İlham Əliyev
20 may 11:57
- Fotoda Tağı Əhmədov...
19 may 16:14
- İlham Əliyev sərhəddə İran Prezidenti ilə görüşdü - Fotolar
19 may 12:33
- Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi
18 may 16:46
- Prezidentlə xanımı AĞALI hotelinin açılışında iştirak edib
18 may 16:32
- Hərbi Hava Qüvvələrinə yeni komandan təyin olundu - Foto
18 may 13:52
- İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
18 may 11:06
- Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion detal
18 may 10:50
- Xaricdə oxuyan nə qədər məzunumuz geri qayıdıb? - açıqlama
18 may 10:00
- Təzyiq ölçərkən ən çox yol verdiyi səhvlər
18 may 09:49
- Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada zərərsizləşdirib...”
17 may 23:22
- Prezidentlər naharda nələr yeyiblər - Fotolar
17 may 22:09
- Mikayıl İsmayılovun keçmiş gəlini Fidan Abbasova HƏBS OLUNMAYIB
17 may 19:55
- Azərbaycan Bəstəkarlar İttifaqının və MHUİB-nin üzvü, bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
17 may 19:09
- Zakir Həsənov general-mayora yüksək vəzifə verdi
17 may 19:00
- Prezidentlər Cıdır düzündə - Fotolar
17 may 18:42
- NAR-an voleybol üzrə milli komandalarımıza dəstək
17 may 18:09
- Ərdoğan bu generalları əfv etdi
17 may 12:24
- Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat
16 may 21:27
- Məhkəməni təxirə saldırıb vaxt qazanan Gülnarə Bayramova qardaşı Gündüz Əliyevlə qurduğu plandı?
16 may 21:00
- Oliqarx Mikayıl İsmayılovun keçmiş gəlinindən ŞOK AÇIQLAMALAR-VIDEO
16 may 18:03
- Prezidentlərin geniş tərkibdə görüşü oldu - Fotolar - Yenilənib
16 may 17:47
- Prezident bu qurumun ləğv edilməsinin vaxtı çatdığını bildirir
15 may 13:22
- Bakcell F1 Star Azərbaycanda ən sürətli fiber internetini təqdim edir
15 may 13:11