ADNA-dakı terrorla bağlı Akif Çovdarov danışmalıdır
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
“MTN generalları”nı göz bəbəyi kimi "qorumalıyıq"
Nə qədər ağır olsa da etiraf etməliyik ki, şərti olaraq “MTN işi” adlandırılan məsələ Azərbaycan dövləti və cəmiyyəti üçün ən azı rüsvayçılıqdır. Bunun başqa bir adı yoxdur.
Millətin və dövlətin təhlükəsizliyinə məsul olan dövlət qurumu illər uzunu öz rəhbəri Eldar Mahmudovun başçılığı altında dövlət səviyyəsində reketçiliklə, iş adamlarına işgəncə verməklə, quldurluqla və s. məşğul olub.
Bütün bunlardan dövləti idarə edən şəxslərin, hüquq mühafizə orqanlarının xəbəri olub-olmayıb sualını hələlik bir kənara qoyaq.
Nə qədər rüsvayçılıq olsa da “MTN işi” artıq baş verib və bunu bütün ölkə bilir. Sadəcə, bundan düzgün nəticə çıxartmaqdan söhbət gedə bilər.
“MTN işi” ilə bağlı xeyli sayda dövlət məmurları, generallar, nazir müavinləri həbs olunub.
Mətbuatda gedən rəsmi xəbərlərdən bəlli olur ki, hazırda istintaq prosesi gedir və növbəti ildə həbslər davam edəcək.
Ancaq “MTN işi”ndə əsas fiqurlardan biri MTN-nin Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev təcridxanada intihar edib və digərlərinin də intihar etməyəcəyinə heç kim zəmanət verə bilməz. Daha doğrusu, həmin şəxslər intihardan sığortalanmayıb.
Hiss olunan odur ki, istintaqın obyektiv və sonadək aparılmasında çoxları maraqlı deyil.
Hətta vəziyyət o dərəcədə biabırçıdır ki, tanınmış media kapitanı hörmətli Eynulla Fətullayev “MTN işi”nin başçısı sabiq nazir Eldar Mahmudovu intihara çağırır:
“ Eldar Mahmudov, sən də özünə bir güllə çax, qurtul bu rüsvayçılıqdan!!! Adam kişi olar!!!”.
Axı, Eynulla Fətullayev sıradan biri deyil ki, hirslənib, özündən çıxıb emosional tərzdə belə status yaza. Deməli, ortada sifariş, yaxud nəsə var...
Mən hətta hörmətli Fətullayevin sifarişlə yazmasının da əleyhinə deyiləm. Amma sifarişi də belə primitiv tərzdə yerinə yetirmək olmaz axı...
Və ən əsası normal cəmiyyətdə kimisə intihara səsləmək, adamı sui-qəsdə təhrik etmək ciddi əks səda doğura bilərdi. Təəssüf ki, bizdə belə olmadı.
Deməli, “MTN işi” yenidən təkrar oluna bilər və belə olan halda biz bir dövlət və cəmiyyət olaraq bu lənətlənmiş dairədən çıxa bilməyəcəyik.
Nə qədər gec deyil, biz “MTN işi”nin obyektiv aparılması üçün çalışmalıyıq. Qoy hər kəs öz günahına və əməlinə görə cavab versin. Və son 10-15 ildə qaranlıq qalan məsələlər açılsın.
...Yeri gəlmişkən, mən bu günlərdə 30 aprel 2009-cu ildə baş vermiş Neft Akademiyası terroru ilə bağlı mətbuatda gedən yazılara nəzər saldım.
Məlumdur ki, həmin terror hadisəsində 13 nəfər vətəndaşımız həlak oldu və 13 nəfər yaralandı. Bu boyda terroru dövlət rəsmlərinin dili ilə mətbuatımız “qanlı hadisə...faciə...təsadüf..” adlandırdı. Hətta məhkəmə materaillarında terrorçu Fərda Qədirovun guya “ sevdiyi qızla evlənməsinə valideynlərinin icazə verməməsi səbəbindən aqressiv olduğu” və cinayət törətdiyi də qeyd olunur.
Bax Azərbaycanın hüquq mühafizə orqanları bu gündədir.
Mən yoğurub-yapıb hər şeyi MTN-in və onun generallarının üzərinə yıxmağı da düzgün hesab etmirəm.
Ancaq vaxtilə Baş prokurorluğun və Ali Məhkəmənin qorxub-çəkindiyi MTN artıq ləğv olunub.
Deməli, ortada həqiqi siyasi iradə və sağlam niyyət olsa istintaqı obyektiv aparmaq mümkündür.
Məncə, Fərda Qədirovla, ümumiyətlə, Neft Akademiyasında baş verən terrorla bağlı Akif Çovdarov çox şey deyə bilər...
Elə bilirəm Akif Çovdarovu, digər MTN generallarını və Eldar Mahmudovu göz bəbəyi kimi qorumalıyıq.
Bu bizim dövlətimizin gələcəyi üçün çox vacibdir.
28 DEKABR 2015-Cİ İL
- O da azadlığa çıxdı
13 dekabr 2025 23:31
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 2025 12:59
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 2025 12:11
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 2025 01:03
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 2025 21:44
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 2025 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 2025 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 2025 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 2025 11:03
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
- İlham Əliyev Keniya Prezidentini təbrik etdi
11 dekabr 10:44
- Melonidən Zelenskiyə: Ağır güzəştlərə hazır ol !
11 dekabr 00:26
- İlham Əliyev Donald Trampa təşəkkür edib
10 dekabr 23:44
- Qaqarini niyə ölümcül döyüblər? - Onun rütbə almasına müdafiə naziri qarşı çıxıb
10 dekabr 23:10
- Prezident rektoru işdən çıxardı - Yeni rektor təyin etdi
10 dekabr 20:54
- DOST Validə Vəliyevadan yenə ofis icarəyə götürdü - 5,2 milyon manat ödəyəcək
10 dekabr 12:50
- Prezident John Deere şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidentini qəbul etdi
10 dekabr 11:49
- Şərurlu İsfəndiyar-ın binasında FACİƏ - Fəhlə yıxılıb öldü - VİDEO
10 dekabr 11:42
- Heydər Əliyev Mərkəzində forum keçirilir - Fotolar
10 dekabr 11:16
