Mübariz Ağayev niyə "vuruldu?"

Göyçayın sabiq icra başçısı, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Texniki siyasət şöbəsinin müdir müavini Mübariz Ağayevlə bağlı sensasion məlumat yayılıb.
Vizual.Az xəbər verir ki, Nəqliyyat naziri Ziya Məmmədovun adamı olan və nazirin qudasının rəhbərlik etdiyi KTN-də vəzifəyə tutmuş eks-başçının "vurulması”nın təfərrüatı üzə çıxıb.
M.Ağayevin Qubadan Göyçaya icra başçısı gətiirilməsi və bu vəzifədə qısa müddət qalmasının səbəbi MTN işi olub. Sabiq icra başçısının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış, Bakı İstintaq Təcridxanasında intihar etdiyi bildirilən İlqar Əliyevlə əlaqələri onun Göyçayla vidalaşmasına səbəb olub.
İntihar etmiş MTN vəzifəlisinin qardaşı İsmayıl Əliyev "Yeni Müsavat” qəzetinə müsahibəsində də dolayısı ilə bu faktı təsdiqləyib. İsmayıl Əliyev bildirib ki, qardaşının həbsindən sonra keçmiş iş yoldaşlarından heç kim onlara baş çəkməyib:
"Heç kim gəlmirdi. Min ilin dostları gəlib bizə salam vermirdilər. Qorxurdular ki, əlaqəni müəyyən edərlər. Vəzifədə olanlar xüsusən qaçır bizdən. İlqarın ətrafında olanlar atamın hüzrünə gəlmədilər. Bircə Mübariz müəllim gəldi. İlqarın hüzründə, gələ bilməmişdi, xəstə olmuşdu, amma gəlib başsağlığı verdi”.
İsmayıl Əliyevin bu fikirlərində diqqətçəkən məqam İlqar Əliyevin həbsindən sonra da onlarla əlaqəni kəsməyən Mübariz adlı şəxsdir. İlqar Əliyevin qardaşı bu şəxsin kimliyini açıqlamayıb. Lakin məlumata görə isə İsmayıl Əliyevin "Mübariz müəllim” dediyi şəxs Göyçay rayonunun keçmiş icra başçısı Mübariz Ağayevdir.
Mübariz Ağayev İlqar Əliyevlə möhkəm dost olub. Onun icra başçısı vəzifəsindən çıxarılmasının bir səbəbi kimi İlqar Əliyevlə yaxın münasibətləri göstərilir.
Xatırladaq ki, M.Ağayev 2006-cı ildə Göyçaya icra başçısı təyin edilib, 1 il sonra görəvdən alınıb. İkinci dəfə isə 2015-ci il yanvarın 27-də sözügedən rayonun icra başçısı postuna gətirlib.
Bu dəfə Mübariz Ağayevin rəhbərliyi təxminən 1 il 5 ay çəkib. O 2016-cı il iyunun 10-da vəzifəsindən uzaqlaşdırılıb. 2006-cı ildən icra başçısı vəzifəsində çalışmasına baxmayaraq, Mübariz Ağayev "zəngin” məmur taleyi yaşayıb.
Belə ki, o, 2006-2007-ci illərdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı, 2007-2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, 2012-2015-ci illərdə isə Quba rayonunun icra başçısı olub. Bu postlarda onun keçdiyi yolun hansı dərəcədə uğurlu olduğunu görmək üçün qısaca olaraq ötən illərin medya xülasəsinə nəzər salmaq kifayətdir.
Göyçay və Mingəçevirdə rəhbərlik etdiyi dönəmlərdə sərt tənqidlərə məruz qalan, korrupsiyalaşmış məmurlar sırasında adı ön sıralarda çəkilən M. Ağayev məlum Quba hadisələrindən sonra rayona başçı təyin olunub. Düşünmək olardı ki, məmur özbaşınalıqlarının az qala üsyan həddinə gətirdiyi Qubada M. Ağayev əsaslə dönüş yaradacaq. Lakin, onun rəhbərliyinin "Quba dövrü” ən uğursuz mərhələ hesab oluna bilər.
Qubada aparılan kosmetik təmir-tikinti işləri zamanı mənimsənilən milyonlarla dövlət vəsaiti, rayon sakinləri ilə yaranan, bəzi hallarda münaqişə həddinə çatan münasibətlər haqqında zamanında ətraflı məmlumatlar verilib.
Qubanını problemlərinin həllinə biganə münasibət göstərdiyi halda M. Ağayevin rayonda özünə məxsusluğu heç kimdə şübhə doğurmayan biznes obyektlərinin yağışdan sonra çıxan göbələklər kimi çoxalmasını da bilməyən yoxdur.
İcra başçısı işlədiyi bütün ərazilərdə - Göyçayda və Mingəçevirdə çoxsaylı ticarət obyektləri, digər biznes strukturları olan M. Ağayev Qubada da öz şəbəkəsini genişləndirməyi bacarıb.
NUH.az
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 2025 12:22
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
7 oktyabr 2025 11:25
- Bakı Dövlət Sirkinin DİREKTORU olmaq istəyən Murad Abdullayev KİMDİR ?
6 oktyabr 2025 09:56
- Kimlər qazi, kimlər yalnız müharibə veteranıdır? - ARAŞDIRMA
4 oktyabr 2025 23:29
- 102 tələbə Prezident təqaüdü alacaq
4 oktyabr 2025 12:24
- Qarabağ veteranı icra başçısından şikayətçidir - Rəsmi açıqlama
2 oktyabr 2025 17:54
- SSRİ-də niyə qapılar içəri açılırdı? - qəribə səbəb
2 oktyabr 2025 10:19
- Dənizkənarı Bulvar İdarəsinin həbsdə olan sədri AÇDI SANDIĞI, TÖKDÜ...
1 oktyabr 2025 13:12
- Satışda olan balıqlarla bağlı qorxunc iddia: İnsan NƏCİSİ İLƏ QİDALANDIRILIR
30 sentyabr 2025 14:11
- Süleyman Dəmirəl 1967-ci ildə Sumqayıta niyə gəlmişdi? -VİDEO- NADİR GÖRÜNTÜLƏR
30 sentyabr 2025 12:35
- Prezidentin Trampla görüşündən - Fotolar
14 oktyabr 02:56
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 22:38
- Prezident bu şəxsləri təltif etdi
13 oktyabr 22:09
- Elçin Mirzəbəyli ƏHD Partiyasından ayrıldı
13 oktyabr 22:04
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 11:15
- Ərdoğana çox hörmət edirlər - Tramp
13 oktyabr 09:53
- Çoxsaylı QƏTLLƏR TÖRƏTMİŞ cinayətkar Bakı aeroportunda tutuldu
13 oktyabr 09:47
- Əlisəmid Kür vəfat etdi
13 oktyabr 09:35
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 00:47
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 23:25
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 22:58
- Timoşenko AÇIQLADI: Müharibənin sonu yaxınlaşır
12 oktyabr 19:50
- Sabah leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12 oktyabr 19:31
- Prezident Misirə getdi (FOTO)
12 oktyabr 18:45
- 92 yaşlı prezident yenidən NAMİZƏD OLDU
12 oktyabr 16:33
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 13:57
- Azərbaycanda 16 yaşlı qız ana oldu - ATA TAPILMIR
12 oktyabr 13:26
- Tufan Sadıqov büdcədən 30 MİLYARD mənimsəyib? - ŞOK
12 oktyabr 13:11
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 12:22
- İlham Əliyev İspaniya Kralını təbrik edib
12 oktyabr 12:04
- Pakistan Əfqanıstanla sərhəddə 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirdi
12 oktyabr 11:14
- Bəşər Əsəd bütün gün İQRA oynayır...
12 oktyabr 11:07
- Geyim markasını REKLAM etmək üçün 32 MİLYON QONORAR alacaq
12 oktyabr 10:46
- Əfqanıstan-Pakistan sərhədində döyüşlər gedir
12 oktyabr 01:06
- Pişik saxlayanlar daha uzun ömür sürür - ARAŞDIRMA
12 oktyabr 00:35
- ARA QARIŞDI: Prezident paytaxtdan naməlum istiqamətdə QAÇDI - FOTO, VİDEO
11 oktyabr 22:19
- Qara Qarayevin qızından 750 minlik mənzillə bağlı açıqlama
11 oktyabr 22:05
- Gədəbəydə ŞOK: müəllim siqaretə görə HƏBS OLUNDU
11 oktyabr 20:31
- Əsəd ailəsi Moskvada KRAL HƏYATI sürür – Kreml lüksü, onlayn oyunlar və 20 mənzillik imperiya
11 oktyabr 18:24
- 6 aylıq körpəyə baxanda belə həzz alırlar - Pedofillər axtalansınmı?
11 oktyabr 17:38