- Məhkəməni təxirə saldırıb vaxt qazanan Gülnarə Bayramova qardaşı Gündüz Əliyevlə qurduğu plandı?
- Bakcell F1 Star Azərbaycanda ən sürətli fiber internetini təqdim edir
- Anası ayrılmaq istəyib, məşqçi də hirsini Fəriddən çıxıb – Şahid DANIŞDI
- Zakir Fərəcov məhkəməyə verildi
- Ziba Osmanova iki azyaşlını maşınla vurdu
Baş redaktor da “MTN işi”nə cəlb olunub
Ləğv edilmiş MTN-nin hazırda həbsdə olan və məhkəməsi davam edən polkovniki Vüsal Ələkbərovun cinayət işi üzrə istintaqa cəlb olunan şəxslərdən biri də media nümayəndəsidir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, zərərçəkən Hüseyn Səfərovun epizodu üzrə dindirilən baş redaktor MTN generalı Mövlam Şıxəliyevlə bağlı suallara cavab verib.
H.Səfərov istintaqa ifadəsində bildirib ki, əvvəllər Vergilər Nazirliyinin bir neçə rayon idarələrinin rəisi, 2004-2009-cu illərdə “Kapitalbank”ın “Tərəqqi” filialının müdiri olub.
2008-ci ildə MTN-ə çağırılıb və orada Vüsal Ələkbərovun təzyiqi ilə Zal Yusifovun əleyhinə ifadə almağa çalışıblar: “Həmin gün Zalla əlbir olaraq övladlarımın banka qoyduğu pulların mənimsənilməsində şübhəli bilinərək tutuldum. Qızlarım Səkinə 100 min, Günay 30 min, oğlum Rüstəm isə 125 min dollar əmanət qoymuşdu. Vüsal 2 günə 2 milyon dollar verməyimi tələb etdi, verə bilməyəcəyimi dedim. O dedi ki, pulu özünə istəmir, Eldar Mahmudov Mövlam Şıxəliyev vasitəsilə bu tələbi qoyub. İki gün sonra barəmdə 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi. Həbsdə olanda Vüsal tez-tez yanıma gəlib təklikdə mənlə görüşüb pulu tələb edirdi. Öyrəndim ki, bacımın qaynı Nizami Kazımovu da tutub pul alıb buraxıblar. Vüsal özü dedi ki, “bax Nizami pulu çatdırdı buraxdıq, sən isə içəridə qalacaqsan”. Mən də məcbur olub vəkilimlə evə xəbər göndərdim ki, artıq həbsdə qala bilmirəm, 2 milyon dollar tapsınlar. Oğlum Rüstəm 1 milyon 650 min dollar pulu gətirib Vüsala verdi. O da məndən həbsdən çıxandan sonra pulun qalanını da verməyi tələb etdi. Həkim komisiyası çağırıb ağır xəstəliyim olması barədə rəy verdilər.
Vüsal “hələ rəhbərlik deyir gözləsin” dedi və Eldar Mahmudovun qərarını gözlədiklərini bildirdi. Axşama kimi Vüsalın otağında oturub Eldar Mahmudovdan cavab gözlədik. Axşam Mövlam Şıxəliyev Vüsala zəng edib Eldar Mahmudovun razılıq verdiyini dedi. Çıxandan sonra bildim ki, mənim və övladlarımın “Hyundai”, Lexus”, “Range Rover”, “BMW X6” maşınları, evimizdə olan bütün qızılları satıb, bir nəfərdən 400 min dollar borc alıb, qalanını da qohumlardan toplayıb pulu düzəldiblər. Mən də bankdan 350 min dollar kredit götürüb onu da Vüsala verdim. Bundan sonra mənim barəmdə cinayət işinə xitam verildi. Bir ay sonra Vüsal zəng edib onun üçün 2 ədəd “Vertu” telefonu almağımı istədi, 13 min manat verib telefonları aldım və aparıb xidməti otağında Vüsala verdim. Bir müddət sonra isə evimdə olan “Vinçester” markalı tüfəngi məndən aldı”.
H.Səfərov müstəntiqin sualına cavab olaraq bildirib ki, Mövlam Şıxəliyev barəsində “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərziliyə müsahibə verməyib, sadəcə bu barədə söhbət ediblər.
Baş redaktor A.Mərzili də bu işdə adı hallandığı üçün “MTN işi”nin istintaqına cəlb olunub. O, şahid qismində dindirilərkən deyib ki, H.Səfərovla Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin iş adamı Arzu Kazımovun barəsində verdiyi şikayətlərlə bağlı jurnalist araşdırması apararkən tanış olub: “Hüseyn Səfərovun 2014-2016-cı illərdə verdiyi şikayətlərini və iqtisadçı ekspert kimi müsahibərlərini qəzetdə dərc etmişik. Bununla bağlı aramızda xoş münasibətlər yaranıb. H. Səfərov MTN-də “Texnikabank işi” üzrə aparılan istintaq zamanı Mövlam Şıxəliyev və Vüsal Ələkbərovun ondan 2 milyon dollar aldığını mənə demişdi. Həm də bir dəfə Nərimanovrayonunda “Şuşalılar” restoranının yanında yerləşən adını bilmədiyim bir restoranda görüşdük. Xüsusi kabinetdə geniş söhbət etdik, Hüseyn Səfərov MTN-də başına gələnləri təfsilatı ilə danışdı”.
Qeyd edək ki, V.Ələkbərovun cinayət işi ayrıca icraata götürlüüb və hazırda məhkəmə prosesi davam edri. M.Şıxəliyev barəsində isə cinayət işinin istintaqı aparılır. M.Şəxliyev zamindədir.
NUH.az
- Məhkəməni təxirə saldırıb vaxt qazanan Gülnarə Bayramova qardaşı Gündüz Əliyevlə qurduğu plandı?
16 may 2024 21:40
- Anası ayrılmaq istəyib, məşqçi də hirsini Fəriddən çıxıb – Şahid DANIŞDI
13 may 2024 11:42
- Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto
11 may 2024 16:39
- Prezident Füzulidə açılış etdi - Fotolar - Yenilənib
10 may 2024 16:17
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
10 may 2024 12:00
- Azərbaycanda Qələbə Günü qeyd olunur
9 may 2024 11:57
- Putin and içdi - Video - Yenilənib
7 may 2024 16:18
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
7 may 2024 11:42
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
7 may 2024 02:13
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
7 may 2024 01:46
- Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat
16 may 21:27
- Məhkəməni təxirə saldırıb vaxt qazanan Gülnarə Bayramova qardaşı Gündüz Əliyevlə qurduğu plandı?
16 may 21:00
- Oliqarx Mikayıl İsmayılovun keçmiş gəlinindən ŞOK AÇIQLAMALAR-VIDEO
16 may 18:03
- Prezidentlərin geniş tərkibdə görüşü oldu - Fotolar - Yenilənib
16 may 17:47
- Prezident bu qurumun ləğv edilməsinin vaxtı çatdığını bildirir
15 may 13:22
- Bakcell F1 Star Azərbaycanda ən sürətli fiber internetini təqdim edir
15 may 13:11
- Prezident qəbul keçirdi - Fotolar - Yenilənib
14 may 13:17
- Zakir Fərəcov korrupsiyaya bulaşanları niyə qoruyur
14 may 13:00
- Anası ayrılmaq istəyib, məşqçi də hirsini Fəriddən çıxıb – Şahid DANIŞDI
13 may 11:42
- Prezident qəbul keçirdi - Fotolar
13 may 11:13
- Prezident məni bağrına basdı, çox həyəcanlı idim - Fotolar
12 may 12:09
- Zakir Fərəcov məhkəməyə verildi
11 may 19:34
- Ziba Osmanova iki azyaşlını maşınla vurdu
11 may 19:18
- Ramiz Tahirov vəzifəsindən azad olundu - Foto
11 may 16:54
- Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto
11 may 16:39
- Prezident Füzulidə açılış etdi - Fotolar - Yenilənib
10 may 16:17
- Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi
10 may 16:10
- İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad (VİDEO)
10 may 12:27
- Prezident Zakir Fərəcovla Gündüz Əliyevin işini nəzarətə götürsə... - Sahibkarlar xahiş etdi
10 may 12:20
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
10 may 12:00
- Sənədsiz evi olanlara şad xəbər
09 may 23:29
- Rusiya sərhədçiləri Ermənistanın hansı bölgəsində qalacaq?
09 may 23:20
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
09 may 23:03
- Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
09 may 12:11
- Bu ölkədə ilk dəfə qadın prezident seçildi
09 may 12:06
- Azərbaycanda Qələbə Günü qeyd olunur
09 may 11:57
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22