- Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi
- Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq... (FOTO)
- Rus dilli məktəblər ödənişli olmalıdır - Elçin Şıxlı
- Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı: Qabırğalardan birini tapa bilmədik
- Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim - Rəisdən ŞOK AÇIQLAMA
Telman İsmayılov çox şeyə aydınlıq gətirdi - MÜSAHİBƏ
Müsahibə7 fevral 2017 14:23

Azərbaycanlı milyonçu Telman İsmayılov baku.ws saytına müsahibə verib. NUH.az müsahibəni təqdim edir.
- Siz KİV-lə ünsiyyətdən çəkinirsiniz. Bu nə ilə bağlıdır?
- Mən tez-tez eşidirdim ki, məşhur insanlar müsahibədə başqa şey danışırlar, amma mətbuat tamamilə təhrif edilmiş formada deyiləni təqdim edir. Jurnalistlər müsahibin sözlərini tez-tez dəyişdirərək, fikri kontekstdən çıxarırlar. İstəməzdim ki, mənim də sözlərim təhrif olunsun. Bundan başqa, mən məşhur olmaq üçün çalışmıram. Bu mənə lazım deyil.
- Telman İsmayılov həqiqətən də müflis olub?
- Mən öz borclarımın yenidən strukturlaşdırması prosedurunu aparıram. Bütün borcların ödənməsi və yeni biznesin başlanğıcı üçün lazım olanı etmək fikrindəyəm. Necə deyərlər, yeni səhifə açıram.
- Amma sizin haqqınızda çox tez-tez yazırlar ki, birinci müflis olmuş milyonçusunuz...
- Xeyr. Artıq çox məşhur biznesmenlər də bu prosedurdan keçiblər. Məsələn, anoloji problemlərlə ABŞ prezidenti Tramp da rastlaşıb. Amma o, problemləri həll etməyi və hər şeyə yenidən başlamağı bacardı. Mən də həmçinin bunu bacarmaq istəyərdim. İtirməsən – qazanmazsan.
- Siz Donald Trampla şəxsən tanışsınız?
- Amerikada olanda Tramp məni evinə dəvət etmişdi. Bizim uşaqlarımız dostlaşdılar və bir-birinin evinə qonaq gedirlər.
- Bu gün "AST" Şirkətlər Qrupu deyəndə nələr nəzərdə tutulur?
- Əvvəllər "AST" Şirkətlər Qrupu ən müxtəlif bizneslə məşğul olmuş 30-dan çox şirkətdən ibarət böyük holdinq idi: mehmanxana, restoran, icarə, ticarət və s. Hazırda şirkət öz fəaliyyətini dayandırıb.
- Bu nə ilə əlaqədardır?
- Mən kredit vəsaitləri cəlb edərək öz biznesimi yaratdım. Bildiyiniz kimi banklar krediti hansısa əmlakın girov qoyulması müqabilində verir. Buna görə də mən məcbur olub öz əsas aktivlərimi-Moskvada yerləşən 3 böyük binanı- "Praqa" restoranı,"İzmayılov" ticarət mərkəzini və "Krasnaya Presnya" ofis və ticarət mərkəzini girov qoymalı oldum.
Artıq bir neçə ildir ki, mənə kredit verən banklar sözügedən obyektləri əlimdən almağa çalışır. Mən də bu problemlərimi həll etmək üçün bütün qüvvəmi bura yönləndirməli oluram. Banklar nəinki bu obyektləri əlimdən almaq istəyir, üstəgəl verdikləri krediti bütövlüklə geri istəyirlər. Buna görə də bu vəziyyət yoluna düşənə qədər Rusiyadakı biznesimi məhdudlaşdırmalı oldum.
- Konkret olaraq nə baş vermişdi? Bu problemlər hansı səbəblərdən qaynaqlanırdı?
- Mənim üçün vəziyyət xoşagəlməz hal almışdı. Şirkətlərim ən yaxşı aktivlərim müqabilində pul kredit götürmüşdü. Mən isə zamin idim. "Çerkizov" bazarı bağlananda Moskva bankına kreditlərin ödənilməsində bir sıra problemlər ortaya çıxdı. Bu zamana qədər bankla münasibətlər konstruktiv idi. Mən onlara 50 milyon və təkcə faizi ilə 70 milyon dollar ödəmişəm.
Bank biləndən sonra ki, girov olaraq mənim 3 nəhəng binam qoyulub. Kreditin qaytarılması ilə bağlı problemi həll etmək üçün görüşməyə razı oldu.Biz birgə səylərlə girov qoyulmuş 3 binadan ikisinə alıcı tapdıq.Alıcı banka 15 milyon civarında avans verdi.Bu razılaşmanın baş tutacağı təqdirdə problem öz həllini tapacaqdı. Lakin bundan sonra Bank Moskvanın özündə müəyyən problemlər yarandı. Belə ki, onun bütün aktivləri Bank VTB-yə verildi. Sözügedən Bank məndən bütün obyektləri və üstəgəl götürülən kreditlərin bütöv məbləğini tələb etdi. Mənim vəkillərim hesab edir ki, Bank VTB mənim daşınmaz əmlaklarımı zəbt edib. Biz hazırda problemlərimizi hüquqi yola həll etməyə çalışırıq.
Problemin həllini çətinləşdirən məqamlardan biri isə binaların ayda stabil olaraq 1 milyondan çox gəlir gətirməsidir.Bank əslində borcun miqdarını azalda bilərdi. Lakin o bu pullarla öz vəkillərinin xərcini ödəyir.Sözügedən Bankın zəbt etdiyi obyektlərdən biri isə Rusiyada məşhur "Praqa" restoranıdır. Bu bina 10 min kavadrat metr sahəni tutan möhtəşəm tikilidir. Onun üçün "ovçular" həmişə olub. Vaxtilə bu bina üçün mənə 500 milyon dollar təklif ediblər. Ərəb ölkələrindən biri hətta orada öz səfirliyini də açmaq istəyirdi.
- Bu gün geriyə göz gəzdirərək deyə bilərsiniz ki, nələri itirdiniz və ya Moskvada "Çerkizov" bazarının və Antalyada "Mardan Palace" layihəsinə xərclənən puldan nə əldə etdiniz?
- Əlbəttə, mənim həyatımda maddi itkilər və gəlirlər olub. Bu tamamilə normal haldır. Mən xoşbəxt insanam – böyük və mehriban ailəm, çox yaxşı və sadiq dostlarım var. Bu ən vacibidir. Biznesdə isə hər şey olur. Ağ və qara zolaqlar mövcuddur.
"Çerkizov" bazarına gəlincə, onun haqqında çox şey deyir və göstərirdilər. Amma əslində heç kim bilmir ki, mənim üçün bu sırf icarə biznesi idi. Biz keçmiş stadionun yerində böyük sahələri kirayələdik və onları arzu edənlərə icarəyə verirdik. İcarədarların arasında mənim həmyerlilərim də var idi – azərbaycanlılar. İnsanlar "Çerkizov"da ticarətlə məşğul olaraq pul qazana bilirdilər. Bazar bağlanandan sonra isə çoxları işsiz qaldı və müflis oldu. Bu haqda isə nədənsə nə bir məqalədə, nə də bir kanalda demədilər.
Düşünürəm ki, azərbaycanlılar "Çerkizov" bazarında işləmək imkanını itirdilər, eyni zamanda, Türkiyədə "Mardan Palace" kimi çox gözəl mehmanxanada dincəlmək imkanını əldə etdilər. Bu mehmanxananı mən öz atamın şərəfinə tikdim və öz xəyalımı yerinə yetirdim. Mən həmişə istəyirdim ki, mənim valideynlərim mənimlə fəxr etsinlər. Bu mehmanxana məhz bu məqsədlə tikilib. Mən çoxlarının hesab etdiyi kimi heç kəsə heç nə sübut etmək istəmirdim. Əslində "Mardan Palace" layihəsi - mənim arzularımın reallaşmasıdır. Hər bir insanda xəyallar var, amma mən onu reallaşdırmağı bacardım. "Mardan Palace" əslində mənim mehmanxanam deyil, o mənim reallaşdırdığım xəyalım oldu. Mən o vaxtları xatırlayıram. "Mardan Palace"ın yerində keçilməz bataqlıqlar idi və mən layihə müəllifləri ilə birlikdə çəkmələrdə gələcək mehmanxananın ərazisində gəzirdim. Layihəçilərə nə vaxtsa mənim mehmanxanam olacaq ərzaini təqdim edirdim. İndi mətbuatın bütün nifrətinə baxmadan otel Türkiyənin ən gözəl mehmanxanalarından biridir.
-Çerkizov bazarının bağlanmasından sonra bir sıra ölkələrdə - Qazaxıstan, Ukrayna, Çeçenistan və Dağıstanda olan uğursuzluqları sizin ayağınıza yazdılar... Bununla bağlı nə deyə bilərsiniz?
-Jurnaslistlər mənimlə heç bir əlaqəsi olmayan biznes layihələri haqqında mənə suallar ünvanlayırlar. Mənim sahibi olduğum biznes sahələrinin isə fəaliyyətini bank VTB ilə problemlər öz yoluna düşənə qədər dayandırmağa məcbur olmuşam.
-Yeni biznes layihələrinə hazırlaşırsız?
- Əlbəttə mən bizneslə məşğul olmağa, yeni şirkətlər, yeni layihələr üzərində işləməyə adət etmişəm. Lakin bunun üçün hər şeydən əvvəl pul lazımdır. Hazırda bu mənim üçün mümkünsüzdür. Buna başlamaq üçün mən kreditorlarla münasibətləri yoluna qoymalıyam
-Bəs Moskvada necə biznes qurmağa hazırlaşırsız?
-Mən Rusiya vətəndaşıyam əlbəttə ki, orada stabil biznesimin olmağını çox istəyirəm. Təəssüf ki hazırda bu mümkün deyil.
- Rusiyanın "Tam məxfi" qəzeti belə bir məlumat yaymışdı ki, Telman İsmayılov ABŞ xüsusi xidmət orqanlarına işləyir. Başqa bir mətbuat orqanı isə sizin "Mossad"a çalışdığınızı iddia edirdi. Bununla bağlı nə deyə bilərsiniz?
- Mən sadəcə biznesmenəm. Ancaq bizneslə məşğul oluram. Heç vaxt heç bir siyasi partiya və təşkilata qoşulmamışam. Ona görə də bütün bu məlumatlar əsassızdır və mənimlə heç bir əlaqəsi yoxdur.
- Bəzi televiziya verilişlərində sizin adınız müğənni Avraam Russonun həyatına sui-qəsdin mümkün sifarişçisi kimi xatırlanırdı…
- Mənim onunla heç bir əlaqəm yoxdur. Həqiqətən, onun karyerasının başlanğıcında mən Russoya pulla və öz əlaqələrimlə kömək edirdim. Amma nəticədə, məşhurluğunun artması müddətincə mənim ona köməyim oldu. Ancaq sonradan yollarımız ayrıldı.
- Hansı ölkəni əsas Vətəniniz hesab edirsiniz?
- Azərbaycan mənim birinci Vətənimdir. Mən bu ölkədə doğulub, böyüyümüşəm. Azərbaycanda qayğısız uşaqlıq illərim keçib. Dost-tanışlarımın çoxu Azərbaycanda yaşayır. Şübhəsiz ki, mən Azərbaycanı çox sevirəm. İndiyə kimi azərbaycanlı kimi fikirləşirəm. Amma biznesim və həyatım uzun illər birbaşa Rusiyayla bağlı olub. Mən Rusiya vətəndaşıyam. KİV-də haqqımda müxtəlif ölkələrdə bir neçə pasportum və bir neçə vətəndaşlığım olduğu barədə tez-tez yazılar çıxır. Rəsmən bildirirəm – mənim Rusiya pasportum var və mən Rusiya vətəndaşıyam. Mən bu ölkəni sevmişəm və həyatımda bununla əlaqədar olaraq heç nə dəyişdirməyə hazırlaşmıram.
- Rusiyada yaşayan azərbaycanlı milyonçularla münasibətiniz necədir?
- Mən insanlarla onların milliyyətindən və maddi rifahlarından asılı olmayaraq ünsiyyət saxlayıram. Mənim üçün əsas - insani keyfiyyətlərdir. Buna görə mən maliyyə parametrlərinə görə öz ünsiyyət dairəsimi seçmirəm. Sadə insan və ya milyonçu insan çox yaxşı da ola bilər, həm də əksinə. Azərbaycanlılara gəlincə – mənim onların arasında çox dostlarım var, amma mən heç vaxt onları zəngin və kasıblar olaraq təbəqələrə bölmürdüm.
-Dünyadakı Azərbaycan diasporlarının fəaliyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycanlılara bir-birini dəstəkləməyindən və harada yaşamaqlarından asılı olmayaraq birləşmək lazımdır. Mən tam səmimiyyətimlə deyə bilərəm ki, azərbaycanlılar vahid liderin ətrafında birləşməlidir və onu dəstəkləməlidir. Əlbəttə, söhbət Azərbaycan prezidenti İlham Əliyevdən gedir. Mən Azərbaycanda tez-tez oluram və görürəm ki, ölkə necə dəyişirək inkişaf edir. Bütün dünyada Azərbaycana münasibət dəyişir. Turistlərin də böyük bir hissəsi Azərbaycana gəlməyə başlayıb və bu hələ son deyil. Əminəm ki, Bakı çox perspektivli turizm şəhəridir. Bura daha çox turistlər gəlməlidir və mən inanıram ki, belə də olacaq. Bu dəyişikliklər məni çox valeh edir. Mənim fikrimcə əsas odur ki, dayanmayaq. İnkişaf etdirməyə və ölkəmizi sevməyə davam etməliyik. Azərbaycanın bugünkü lideri bunu anlayır və mümkün olan hər şeyi edir. İlham Əliyevə qarşı olan-mənə də qarşıdır.
-Bir müddət əvvəl Rusiya və Türkiyə arasında münasibətlərdə soyuqluq müşahidə olundu. Bununla bağlı nə deyə bilərsiniz?
- Mən çox ümüd edirəm ki, hər iki ölkə arasında münasibətlər tamamilə bəra ediləcək. Mən bunun üçün əlimdən gələni edəcəyəm.Türkiyənin yüksək vəzifəli məmurları, biznesmenləri tez-tez mənim qonağım olur. Mən həmişə onlarla görüşdə Moskva ilə dostluq münasibətlərinin vacibliyindən danışmağa çalışıram.
- Keçmiş Moskva meri Yuri Lujkovla hələ də əlaqələriniz qalıb?
- Bəli. Biz Yuri Mixayloviçlə dostuq. Onun həyata münasibəti, optimizmi, yaxşı gələcəyə inamı məni ruhlandırır.
-Telman İsmayılov öz xeyriyyəçiliyi ilə də məşhurdur. Bununla bağlı nə deyə bilərsiniz?
- Mən düşünürəm ki, xeyriyyəçiliyin səs-küyə və nümayişə ehtiyacı yoxdur. Onun haqqında danışmaq olmaz. Əlbəttə ki, mənim gücüm buna imkan verdiyi zamanlarda mən konkret insanlar, təşkilatlara-teatr, kilsə və uşaq evlərinə yardım göstərmişəm. Allah bundan sonra da mənə imkan versə gələcəkdə də edəcəyəm.
- Siz Türkiyənin "Antalyaspor" futbol klubuna sponsorluq etmisiniz. Gələcəkdədə hər hansı kluba maliyyə dəstəyi verməyə hazırsınız? Futbol azarkeşisiniz?
- Buna imkanım olan zamanlarda bir sıra futbol klublarına eləcə də "Anatlayaspora" sponsorluq etmişəm. Hesab edirəm ki, legionerlərə ehtiyac olmadan keçinmək üçün öz gənc idmançı kadrların yetişdirilməsi vacibdir.
Problemlərim öz həllini tapdıqdan sonra Moskvada və Azərbaycanda yaxşı bir idman məktəbi açmağı çox istərdim. Gələcəkdə yeni Azərbaycan Futbol Klubu açmağa hazıram. Bu arada Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində uğurla çıxış etdiyini qeyd etmək istərdim. İki qələbə və 3 heç-heçə qəlbimizi Azərbaycan idmanına olan qürur hissi ilə doldurdu.
- Sizin tərəfinizdən təşkil edilən tədbirlərə dünyaca məşhur müğənnilər tez-tez dəvət edilir. Ad günlərinizdə və başqa əyləncə gecələrində Şakira, Cennifer Lopez, Riki Martin, Robbi Uilyams, Meray Kerri, Uitni Hyuston, İosif Kobzon, Filipp Kirkorov, Nikolay Baskov və başqaları ifa edirdi. Bu haqda az qala əfsanələr danışılır. Amma indi bu haqda daha az yazılır.
- Mənə indi məşhur artistlər tez-tez gəlirlər. Çoxu ilə mənim yaxşı dostluq münasibətlərim yaranıb. Məsələn, 2016-cı ilin oktyabrında 60 illik yubileyimə çox məşhur ifaçılar gəldilər. Həm də onlar tamamilə pulsuz çıxış etdi. Hər şeydən əvvəl, mən Nikolay Baskovu nəzərdə tuturam. Həmçinin, Filipp Kirkorovla və digər çox məşhurlarla əlaqələrim yaxşıdır.
- Hansı Azərbaycan müğənnilərinin ifası xoşunuza gəlir?
- Sara Qədimovanın mahnılarına qulaq asmağı çox sevirəm. Zeynəb Xanlarova və Akif İslamzadənin ifaları da çox xoşuma gəlir. Gənc müğənnilərdən Eyub Yaqubovu, Xəyyam Nisanovu, Elton və Abbası seçərdim.
- Azərbaycan telekanallarına baxırsınız?
- Bəli. Sovet illərində çəkilmiş köhnə Azərbaycan filmlərinin retrospektiv nümayişləri xoşuma gəlir. Onlarla mən öz keçmişimə, uşaqlığıma, gənclil illərimə qayıdıram. Onlar məndə Vətən həsrətinə səbəb olur.
- Əvəllər siz "Parni iz Baku" KVN komandasını dəstəkləyirdiniz. Son iki ildə "Planet Parni iz Baku" KVN Teatrı Azərbaycan telekanallarında yayımlanmır. Siz bu haqda nə düşünürsünüz?
- "Planet Parni iz Baku" KVN Teatrı komandasına belə münasibəti bağışlanılmaz səhv olaraq qəbul edirəm. Bu istedadlı uşaqlar Azərbaycanın mədəniyyətinin təbliğatı naminə çox şey etdilər və etməyə də davam edirlər. Əminəm ki, onlar Rusiya telekanallarında "Uralskim pelmenyam" və "Comedy Club"la ləyaqətli rəqabət təşkil edə bilərdilər. Mən ümumiyyətlə hesab edirəm ki, Azərbaycan mədəniyyəti bu gün kütləvi informasiya vasitələrlərində kifayət qədər təbliğ olunmur. Azərbaycan xalqının özündən danışmaq və bunu göstərmək üçün çox şeyi var.
- Aktrisa Monika Belluçi və həyat yoldaşı Vensan Kasselinin ayrılığına səbəb kimi mətbuatda sizin aktrisa ilə münasibətlərinizin olması göstərildi. Bəs bu xəbər sizin ailənizdə necə qarşılandı?
- Mənim adım məşhur musiqiçilər və şou-biznes nümayəndələri ilə birlikdə tez-tez hallanır.Əlbəttə ki, adımın planetin ən gözəl qadını ilə hallanması mənə zövq verir. Lakin ailəm mənə çox əzizdir və mən həyat yoldaşımı sevirəm.
- Ailə sizin üçün nə deməkdir? Sizin üçün hansı birincidir ailə yoxsa iş?
- Həyatda mənim üçün ən vacibi ailədir. Mənim həyat yoldaşım, uşaqlarım, nəvələrim-mən biznesi onlar üçün qurmuşam. Mənim iki oğlum-4 nəvəm var. Bir oğul nəvəm, 3 qız nəvəm var ki, onlardan biri bu yaxınlarda fevralın 3-də dünyaya gəlib. Oğlum ona anasının-həyat yoldaşımın adını verib. Mən düşünürəm ki, bu faktın özü belə mənim nə qədər mehriban bir ailəyə sahib olduğumun sübutudur.
- Övladlarınız hansı işlə məşğuldur?
- Mənim oğullarım artıq ailə başçısıdır.Onlar öz həyatlarını özləri qurub. Hazırda onların hər ikisi öz biznesləri ilə məşğuldur. Hər biri öz pullarını qazanır və ailələrini təmin edirlər.
- Siz dünya iqtisadiyyatında baş verən qlobal tendensiyaları izləyirsiz? ABŞ federal Ehtiyatlar xidməti 2017-ci il üçün dolların uçot dərəcəsini 3 dəfə aşağı salıb. Bu sizcə dünya valyuta bazarına necə təsir edəcək?
- Bəli, dünya iqtisadiyyatı son bir neçə ildə çox güclü sarsıntı keçirir. Əlbəttə ki, bu da ölkələrin iqtisadiyyatına təsir edir. Avropa ölkələrinin defolt borcları Asiya bazarında kifayət qədər tərəddüdə, dünya xəritəsində siyasi dəyişikliklərə səbəb olub ki, bunlar da öz növbəsində iqtisadiyyata zərər verir. Lakin mən əminəm ki, qarşıdakı 10-15 il ərzində dollar dünyada əsas valyutaya çevriləcək.
- Neftin dünya birjalarındakı qiyməti haqda proqnozlarınız necədir?
- Güman edirəm ki, neft qiymətləri kəskin şəkildə dəyişəcək, Yaya qədər qiymət ucuzlaşacaq. Fikrimcə, bu vəziyyət dünya iqtisadiyyatına mənfi təsir edəcək.
- Müasir milyonçu. O, işgüzarlıq və uzaqgörənlikdən başqa daha hansı keyfiyyətlərə malik olmalıdır?
- Təmiz vicdan. Əlbəttə, hər şeyə hazır olmaq. Əsas - baş verənlərə düzgün yanaşmaq və heç vaxt təslim olmamaq.
- Siz nə vaxtsa memuarlarınızı yazmağa başlamaq istəyirsiniz?
- Mənim memuarlarımı bir tanışım artıq üç ildir ki, yazır. Onun adını hallandırmayacağam. Nə vaxt ki, mən ondan soruşuram yazını nə vaxt bitirəcək, o cavab verir: "Sənin ətrafında o qədər hadisə olur ki, həmin anları daim yazmaq lazım gəlir". Ona görə, hətta bilmirəm, mənim haqqımda memuarlar işıq üzü görəcəkmi. Amma mənim üçün memuarlarda əbədiləşmək deyil, yaxınlarımın və dostlarımın ürəklərində yaşamaq əsasdır.
NUH.az
Oxşar xəbərlər
- Korrupsiyaya qarşı Mübarizə İdarəsi Ağsu RİH-nin başçısı Rövşən Bağırovun əməllərini görmür ?
29 iyun 2025 21:57
- Ağsuda əməliyyat: 2 ay əvvəl Prezidentin MEDAL verdiyi Sənan Feyzullayev həbs olundu
29 iyun 2025 16:02
- Oliqarx oğlu son anda alimenti ödədi, ADINI da, SOYADINI da QIZINA VERDİ - FOTO
25 iyun 2025 22:04
- Orxan İsmayılzadə atalıq testindən qaçır, aliment ödəmir – sabah məhkəmə var
25 iyun 2025 03:08
- Misir Mərdanov tapşırdı, Fərhad Bədəlbəyli Rəşid Behbudovun qızına iş vermədi - MÜSAHİBƏ
22 iyun 2025 20:11
- Milli Məclis ölkə iqtisadiyyatı üçün çox önəmli qanun layihəsini qəbul etdi
21 iyun 2025 13:58
- Ölkəyə səs salan QƏTLLƏR
20 iyun 2025 00:23
- Ağsu sakinləri Baş prokurorun qəbulunda oldu - Amma Mikayıl İsmayılov haqqında heç bir tədbir görülmədi
19 iyun 2025 22:00
- Bakıda Osmanlı əsirləri və qardaş yardımı mövzusunda beynəlxalq konfrans keçirildi (FOTO)
17 iyun 2025 21:23
- Milli Məclisdə ailə modeli: çoxuşaqlı deputatlar, subaylar - 7 övlad atası deputat kimdir?
10 iyun 2025 21:48
Xəbər lenti
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - SİYAHI
01 iyul 19:04
- Əsir Qafqaz - Rusiya regiona gənə kimi yapışıb, qoparılma prosesi ağrılı gedir
01 iyul 18:42
- Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi
01 iyul 16:20
- Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq... (FOTO)
01 iyul 15:39
- Rus dilli məktəblər ödənişli olmalıdır - Elçin Şıxlı
01 iyul 15:18
- Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı: Qabırğalardan birini tapa bilmədik
01 iyul 13:57
- Mənim oğlumun ölümündə bu hakimiyyət günahkardı - ƏHMƏD ORUC
01 iyul 13:34
- Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim - Rəisdən ŞOK AÇIQLAMA
01 iyul 11:36
- İlham Əliyev Ruanda Prezidentini təbrik edib
01 iyul 11:27
- Slovakiya azərbaycanlı diplomatı Azərbaycana səfir təyin etdi
01 iyul 11:18
- Evdən döyülərək çıxarıldılar - Öldürülən həmyerlilərimizin qardaşı qızı hadisə barədə DANIŞDI VİDEO
01 iyul 11:05
- DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
01 iyul 10:48
- Rusiyanın hüquq-mühafizə orqanlarının hüquqazidd əməllərinin arxasında siyasi motivlər dayanır ŞƏRH
01 iyul 00:29
- DGK-nın şöbə rəisi: Mən RÜŞVƏT almamışam, 55 MİN manat ŞİRİNLİK almışam
30 iyun 23:55
- Ərdoğan Azərbaycana GƏLİR
30 iyun 22:58
- Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir? – DOSYE
30 iyun 17:51
- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
30 iyun 17:46
- Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı BUNKER: Harada yerləşir? (FOTO)
30 iyun 16:59
- Veysəloğlu-nun elan etdiyi -Qida Təhlükəsizliyi Ayı- çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
30 iyun 16:49
- Təyyarəmizi Qazaxıstan vurubmuş – Samir Vəliyev özünü rüsvay etdi
30 iyun 16:43
- İki İosifin və iki ittifaqın intriqası – Tito dirənməsə, Moskva və London Balkanı böləcəkmiş
30 iyun 16:26
- Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
30 iyun 16:19
- Cümşüd Cümşüdlünün ölümünə səbəb olan kanal bu qurumun balansındadır, cinayət işi başlandı
30 iyun 15:48
- Yekaterinburqda öldürülən qardaşların cənazələri yaxınlarına təhvil verildi
30 iyun 15:30
- Rusiyanın imperiya siyasəti açıq formaya keçir
30 iyun 12:28
- Ruslar Ukraynaya qarşı döyüşmək istəmirlər – daha bir hərbi çağırış məntəqəsində yanğın...
30 iyun 11:20
- ŞOK! Putinin mümkün varisləri açıqlandı – Rusiya elitası yeni dövrə hazırlaşır
30 iyun 11:13
- Azərbaycanda BAYRAM- Qeyri-iş günü bir də 4 aydan sonra olacaq
30 iyun 10:46
- Qarabağdakı məğlubiyyətiniz bu həqiqətin dərs çıxarmalı olduğunuz parlaq bir təzahürüdür
30 iyun 09:31
- Kəngərliyə növbəti köç karvanı yola salındı (FOTO)
30 iyun 09:17
Video & Fotoqalereya
Video
Fotoqalereya