Özünüzü Arif Rəhimzadə kimi aparmayın
Rasət Pirisoyu
Allah xətrinə, özünüzü Arif Rəhimzadə kimi aparmayın!
Bizdə savadsızlıq, bəzən məqsədli savadsızlıq, bəzənsə lotuyana savadsızlıq ritual səviyyəsinə qalxıb. Kim savadsızdırsa, o daha çox diqqət çəkir, müzakirə mövzusu olur. Arif Rəhimzadə «biz türk deyilik» deyəndə sadəcə savadsız olduğunu nümayiş etdirib. «Türklər ayrı millətdir» deyəndə isə lap gül vurub.
Millətçilik, yəni etnik mənşəyi əsas götürüb birlik yaratmaq milli birlik yaratmığın ən sadə, ən adi, ən çox işlənən yoludur. Burda böyük güc, intellekt, filan sərf etməyə ehtiyac yoxdur. Patriotizm hər şeyi həll edir.
Müasir dünyada milli birlik yaratmağın müxtəlif yolları var. Hətta sinfi, dini prinspləri əsas götürüb (milli?) birlik yaratmaq mümkündür. Məsələn, şiəlik, sünnilik etiqad olmaqdan daha çox milli birlik yaratmaq məqsədi ilə ortaya atılıb.
İndi biz Şah İsmayıl Xətaini günahlandırırıq ki, o niyə İranda şiəliyə rəvac verib.
Bəs bu fağır Şah İsmayıl Xətai neyləyəydi?
Böyründə dini prinsipləri əsas götürüb nəhəng tayfa birliyi yaradan Osmanlı dövləti vardı. Öz tayfa birliyini (səfəviliyi), öz tayfa dövlətini (Səfəvilər dövlətini) qoruyub saxlamaq üçün Şah İsmayıl (və tərəfdarları, qızılbaşlar) hansısa bir mexanizm işləyib hazırlamalıydı, yoxsa yox? Təbii ki hazırlamalıydı…
Bir də var mülki prinsipləri (qanunları, hüquqları, konstitutsiaynı, vətəndaşlığı) əsas götürüb milli birlik yaratmaq. Azərbaycançılıq milli biriliyin mülki formasıdır. Belə milli birlik formasından hazırda ABŞ-da istifadə edirlər. Almanlar, fransızlar (və s.) Avropa Birliyi adı altında bu milli birliyə ("avropalı" olmağa) can atır.
Avropada indinun özündə etnik birlik ənənələri o qədər dərindir ki, bu gün orada modern Avropa əməlli-başlı böhran keçirir, sağlar meydan sulayır.
Etnik birlik xalqları ən azı 15-16-cı əsrlərə çəkir.
Etnik birlikdən o xalqlar istifadə edir ki, onların milli birlik yaratmaq üçün heç bir tarixi təcrübəsi, variantı, şansı olmur. Məsələn, ermənilər kimi…
Bizim milli baxımdan kim olduğumuzu təyin etmək istəyiriksə, ən azı öz milli tariximizi, milli ədəbiyyatımızı nəzərdən keçirməliyik.
Bizim Hacı Qaramız var, ona tük qədərində bircə ştirx də əlavə edə bilmərik. Eləcə də Məşədi İbad, qoçu Əsgər, kefli İsgəndər və s. və i. və q. Hacı Qaranı (və sonrakı azərbaycanlıları) siz Türkiyədə harda tapa bilərsiniz.
Sizcə, hansı türkiyəli öz dövlətini Əsrinin Səyavuşu kimi səciyyələndirə bilər?
Amma Azərbaycandakı Hacı Qara, Məşədi İbad, Qaraca qız, Cəbiş müəllim, Gəray bəy, Ə. Haqverdiyevin Mirzə Səfəri, İsa Muğannanın Qılinc Qurbanı, İ. Şıxlının Cahadar ağası, ən nəhayət Aqşin Yeniseyin «Bit» hekayəsində İsi… türk də ola bilər, talış da, kürd də, tat da, ləzgi də…
Dövlətimiz olmaya - olmaya, bircə Axundovumuzla, həm də fitrətən qonşu olmaq, insan olmaq, hətta acgöz, xəsis, maymaq olmaq bacarığımızla biz o köpəkoğlu Mkrıtçı da azərbaycanlı eləmişdik.
Bax biz özümüzə baxanda bu prizmadan baxmalıyıq.
Allah xətrinə, özünüzü Arif Rəhimzadə kimi aparmayın!
NUH.az
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 2026 13:10
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 2026 11:52
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 2026 10:21
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 2026 09:46
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 2026 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 2026 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 2026 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 2026 16:15
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 2026 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 2026 14:30
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
