 
  
 
 
 
			  
                                
                           
				   
							
							
							
						
                            
                                
                                    
                            
							
							
							
Texniki Universitetdə qalmaqal- Rektor Vilayət Vəliyev niyə 100-dən çox tələbəni xaric edib?
 
  Azərbaycan Texniki Unversitetində elm qalıb bir yanda, rəhbərlik "oyunbazlıqla” məşğuldur…
Bu iddia Azərbaycan Texniki Unversiteti ilə bağl XALQ.AZ-a ünvanlanan müraciətdə yer alır. Aktuallığını nəzərə alıb, müraciəti müəyyən ixtisar və düzəlişlərlə dərc edirik:
Azərbaycan Texniki Unversitetində universitetində ezamiyyətə ancaq universitet rəhbərliyi və onların öz yaxın ətrafı (rektor, özünə yaxın olan prorektorlar, dekanlar, kafedra müdirləri, şöbə müdirləri və ən çoxda  "seçilmiş” kadrlar) göndərilir. İş o yerə çatıb ki, ayrı-ayrı qrant layihələri üzrə ezamiyyətə gedənlərə belə mane olmağa çalışılır, orda da öz adamlarını göndərmək istəyirlər.
Sonrada deyirlər elm niyə inkişaf etmir? Elmin inkişafı üçün bir alimi bir beynəlxalq konfransa göndərmək ıazımdır,  bir xarici elm mərkəzləri, nümayəndələri ilə münasibət qursun. Ancaq yaxın adamları Universitetin pulları hesabına xaricdə guya təhsil alırlar.
Vilayət Vəliyevin qeyri-qanuni işlərindən biri də, Unversitetin ayrı-ayrı işlərini aldadıb müxtəlif adlar altında unversitetə gətirdiyi müəyyən şəxslərə gördürüb, pulunu ödəməməsi, puldan söhbət açılmasın deyə həmin şəxslərə təzyiq göstərməsidir. Ziyalıları, alimləri yaxşı vəzifə adıyla işə dəvət edirlər, sonra ona kiçik işlərdən başlamaqla  unversitetin çatışmazlıqlarını düzəltməyi tapşırırlar. İşlər yerinə yetirildikcə, azğınlaşır, daha böyük xərcli işlər tapşırılır. Sonrada, "işlərin öhdəsindən gələ bilmirsən” deyilərək, işdən azad edirlər. İnsanların "işə” cəlb olunmasında isə hətta prorektorlar, "seçilmiş” dekan və kafedra müdirləri iştirak edirlər. Tam bir qapalı "moşenniklik” sxemi qurulmuşdur.  Təzyiq vasitəsi kimi, müxtəlif oyunlar" qurur və bu çirkin oyunlara Unversitetdəki öz adamlarını cəlb edir. Odur ki, Unversitetdə təhsil, elm qalıb bir yanda, "oyunbazlıqla” məşğuldur. Bu işlərə onun çirkin əməllərinə kölə olmuş prorektorlar, dekanlar məcburən cəlb olunur. Bu adamlarında bəzisini onun rəhbər olduğu elmlər namizədi üzrə ixtisaslaşmış şuranın işi ilə, bəzilərinin fakultəsinin adını dəyişdirərək işdən xaric etməklə təhdid edərək müti vəziyyətə salmışdır. Ona görədə bu adamlar məcburiyyətdən Vilayət Vəliyevin məddahlığı ilə məşğuldurlar.
Vilayət Vəliyevin nə üçün 2024-cü ildə 117 tələbəni qovmasının səbəbini açıqlamaq əvəzinə (Bu işdə Nəqliyyat və logistika dekanı Allahverdi Şərifov və Energetika fakultəsi dekanı Hüseyqulu Quliyev xüsusi fəallıq göstərmişdir) qazilərə qarşı mənfi münasibətini bir az da inkişaf etdirərək, Energetika fakultəsi Elmi Şurasının yarısını bir qazinin imtahanda suallara cavab verə bilməməsinə (axırda bir Elmi Şura üzvü bildirib ki, qazilər lazımi yerdə — cəbhədə öz cavablarını vermişdir), Unversitetin Fizika kafedrasının dosenti Cuməli müəllimin Vilayət Vəliyevin ədalətsiz işlərinə qarşı heç nə edə bilməyəcəyindən danışmışdır.  Cuməli müəllimin əsas iradlarından biridə Vilayət Vəliyevin qızını, oğlunu, baldızını və neçə belə qohumlarını unversitetə yığması, lakin tədris-köməkçi heyətini ixtisara salmasıdır. Artıq unversitetin bütün aparıcı alimləri, kafedra müdirləri  – prof. Nizami Yusifov, dos.Hikmət Əliyev, prof. Ələkbər Hüseynov hətta iclaslarda belə açıq şəkildə rektorun şərait yaratdığı biabırçı kadr axınının qarşısının alınmasının vacibliyindən danışır.
Cuməli müəllim (fizika kafedrası) bu məsələləri, unveristetin çatışmazlıqların, hərc mərcliyi, qanunsuzluğu, moşennikliyi, dələduzluğu dediyinə görə Vilayət Vəliyev onun qeyd etdiyi qanunsuzluqları "araşdırmaq” üçün bir "komissiya” düzəltdi. Komissiya elə işlədi ki, Cüməli müəllim "borclu”, "günahkar” çıxdı (50 ilin dosenti guya  "laboratoriya” dərsi deyə bilmirmiş).
Vilayət Vəliyev bir alimin ard-arda ixtiraları olduğunu, qrant udduğunu bildikdə onu qiymətləndirmək əvəzinə, həmin alimin işlərini  aşağılamağa, qiymətdən və həvəsdən salmağa çalışır. Özü isə, ancaq Unversitetdən gələn pulları sağa-sola dağıtmaqdan başqa bir iş görmür. Ödənişli təhsildən gələn milyonlarla pullar (1 tələbənin illik ödənişi 2000-3000 manatdır, unversitetdə ən azı 3000-4000 ödənişli əsaslarla oxuyan tələbə-magistr on milyon ətrafında vəsait alınır) hara xərclənir, necə silinir bilinmir. Bütün qanunsuzluqlara "qanuni” don geyindirmək üçün Unversitetin Elmi Şurasını "Milli Məclisə” çevirib, Əmək məcəlləsinin maddələrinə "düzəlişlər” etdirir.
Cüməli müəllim demişdi ki, necə olur bir ailənin 3 üzvü unversitetdə işləyir? Qızı kimya kafedrasının müəllimidir, ancaq iqtisadiyyat üzrə enerji ixtisaslarında  magistr dissertasiyasına rəhbərlik edir. Rəhbərliyi ilə hazırlanan magistr dissertasiyası bir kurs işi səviyyəsində deyil. Hər halda bu qanunsuzluğu, Elm və Təhsil naziri Emin müəllim araşdırılmasına göstəriş verər. Yoxsa, bu elə belə davam edəcək, ildənilə saxta dissertantların sayı artacaq. Keçən il Vilayət Vəliyevin professoru olduğu, kuratorluq etdiyi, iqtisadiyyat kafedrası üzrə 200-dən çox magistr dissertasiyasının pulla işlənildiyi meydana çıxdı. Unversitet bu xəbərlə çalxalandı, ancaq o fakultədən indidə bakalavr qrupları qan ağlayır. Maraqlıdır, dərsi oldu-olmadı bütün müəllimləri unversitetə yığır, görəsən qızı da müəllimdi, o da unversitetə gəlirmi?
Guya kaferdra müdirlərini, dekanları yığıb tapşırır ki, tələbə "tapşırmaq” olmaz, müstəsna hal kimi özüm həll edəcəm, deyir. Halbuki, oğlu qapı-qapı düşüb müəllimlərə adam tapşırırdı. Ölkə rəhbərliyi həmişə bildirmişdir ki,  imkanlı məmurların yaxınları özlərini təvözakar aparmalıdır. Rektorun qohumlarının bahalı maşınları unversitet həyətində, yarışlarda olduğu kimi şütüyür.
Ancaq bu hərəkətlər dağıdılan pulların adı tutulmasın, onlar haqqında fikirləşən olmasın və fikri başqa istiqamətə yönəltməkdən başqa bir şey deyil. Bu da ancaq dağıdılan vəsaitlərdən fikri yayındırmaq üçündür.
Onlarla adamı işindən gücündən edib, aldadlb Unversitetə çağırıb, sonrada, müxtəlif bəhanələrlə yolları ayırmaqdan danışır. Özbaşınalıq o qədər artıb ki, veteranlara iş gördürüb, pulunu vermir. Müxtəlif bəhanələrlə, vaxtı uzadır, çox inad edəndə, təzyiqlər göstərir.
Unversitetdə moşenniklik, özbaşınalıq, dələduzluq o qədər artıb ki, belə bir traqikomik hadisə baş verib: Bir vəzifə sahibi ziyalını Vilayət Vəliyev aldadıb, işindən gücündən edib, gətirib universitetdə vəzifə verib. Üstündən bir müddət sonra ona unversitet adına xərcli bir iş tapşırıb, deyib işi yerinə yetir nə xərc çəksən qaytaracağıq. O ziyalıda inanıb 3000-4000 xərc çəkib, işi tamamlayıb, üstündən aylar, illər keçir nəinki pulunu qaytarırlar, hələ adınada söz çıxarırlar ki, guya o ziyalını işə götürəndə o ziyalı pul söz vermişdi, pulu vermir. Bu başıbəlalı ziyalı onu unversitetə gətirən dekanla hər bu Vilayət Vəliyevin özünə münasibətindən danışanda dekan əli ilə, "jest”lə "5” göstərirmiş. Bu ziyalıda deyir bəlkə səhv başa düşür. Ancaq  o, onu unversitetə gətirən prorektorun yanında olanda, baxır ki, o da əli ilə jestlə "5” göstərir. Sonra naəlac qalan bu ziyalı unversitetdə çoxdan işləyən biri ilə, bu haqda danışır, həmin şəxsdə ziyalıya vəzifələrin necə satıldığı haqqında məlumat verirlər. Bu ziyalıda 3000-4000 manatının necə batdığını və o "5”liyin də nə qədər olduğunu başa düşür. Nə qədər ziyalıda olsa, dələduzluq və moşenniklikdən başı çıxmasada bilir ki, başa düşür ki, "5”liklər qurtaran deyil lap bu gün 3000-4000 manat kimi sabah "5”liklər "6”lıq, "7”lik olacaq. Nə isə, ziyalılarında ard-arda unversitetdən kənarlaşdırılmasınında sirri belə açılır.
Unversitetdə sadalanan rəzillikləri edən rektorun, prorektorun, dekanların nə şəhidlərimizlə, nə qazilərimizlə nə də veteranlarımızla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur (bunlar o adamlardandı ki, müxtəlif çirkli əlaqələri ilə yaxınlarını müharibə alovundan kənar saxlamağı bacarıblar). Türklərin bir məsəli yada düşür: "Ölüsü ölməyənə halva şirin gələr”. Odur ki, inanırıq ki, bunların etdikləri  göydə Allahın yerdə Möhtərəm Prezidentimizin nəzərindən yayınmayacaq.
Məsələ ilə bağlı Texniki Universitetdən heç bir açıqlama almaq mümkün olmadı .
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Oxşar xəbərlər
                                - Milli Məclis Bəyanat qəbul etdi: Prezident və Birinci vitse-prezidentə məktub ünvanladı  
                                            31 oktyabr 2025 12:29
- Ramiz Mehdiyevin  -barmağı-  ilə azadlıq: 8 milyonluq dələduzluq  -qəhrəman-ı Elnur İbrahimov həbsdən necə qurtuldu 
                                            31 oktyabr 2025 00:39
- Ramiz Mehdiyevin yaxın adamı Mikayıl İsmayılovun Almaniyada 36 mənzili üzə çıxdı 
                                            31 oktyabr 2025 11:10
- Dəfn olunan İTKİN - ŞƏHİDİN  anası: İndi RAHAT  ÖLƏ  BİLƏRƏM 
                                            30 oktyabr 2025 22:01
- Ramiz Mehdiyevin gizli  -prinsi-  hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə  QUDASI       Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR 
                                            30 oktyabr 2025 13:37
- NAR-ın   Çoox Şanslı  lotereyasının ilk avtomobil qalibi sükan arxasında
                                            30 oktyabr 2025 11:26
- Prezident İlham Əliyev Rumıniya Senatının sədrini qəbul etdi (FOTO) 
                                            29 oktyabr 2025 23:20
- TƏBİB-in rəhbərliyi Gülnarə Muxtarovanın cəmiyyətimizə yüksək xidmətlərini nəzərə alacaqdır...
                                            29 oktyabr 2025 14:04
- Bir qrup var, istədiyini edir, insanları soymaqla məşğuldur...  - Videomüsahibə
                                            29 oktyabr 2025 10:59
- General Mirzəyev 9 il azadlıqdan məhrum edildi 
                                            29 oktyabr 2025 02:12
Xəbər lenti
                                - Milli Məclis Bəyanat qəbul etdi: Prezident və Birinci vitse-prezidentə məktub ünvanladı  
                                            31 oktyabr 12:29
- Elm və Təhsil Nazirliyində yoxlamalar başladı  
                                            31 oktyabr 11:46
- Milli Məclisin iclası başladı: 11 məsələyə baxılacaq
                                            31 oktyabr 11:18
- Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı
                                            31 oktyabr 11:07
- Ramiz Mehdiyevin  -barmağı-  ilə azadlıq: 8 milyonluq dələduzluq  -qəhrəman-ı Elnur İbrahimov həbsdən necə qurtuldu 
                                            31 oktyabr 00:39
- Ramiz Mehdiyevin yaxın adamı Mikayıl İsmayılovun Almaniyada 36 mənzili üzə çıxdı 
                                            30 oktyabr 23:58
- Dəfn olunan İTKİN - ŞƏHİDİN  anası: İndi RAHAT  ÖLƏ  BİLƏRƏM 
                                            30 oktyabr 22:01
- Ramiz Mehdiyevin gizli  -prinsi-  hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə  QUDASI       Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR 
                                            30 oktyabr 13:37
- Saxlanılan icra başçısının qızı hakim, bacısı oğlu nazir müşaviridir 
                                            30 oktyabr 13:20
- Jurnalist Vüqar Məmmədov saxlanıldı - Hurriyyet TV-də əməliyyat  
                                            30 oktyabr 13:10
- AZADLIQ  AŞIĞI  da  DANIŞDI: Ramiz Mehdiyev bağda mənə BİR  DƏFƏ...))  lmir...
                                            30 oktyabr 11:52
- DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı  SAXLANILDI  
                                            30 oktyabr 11:32
- NAR-ın   Çoox Şanslı  lotereyasının ilk avtomobil qalibi sükan arxasında
                                            30 oktyabr 11:26
- Ramiz Mehdiyevə verilən fəxri adlar, ordenlər silindi - Foto
                                            30 oktyabr 10:36
- Qubaya 10 sm qar yağdı (VİDEO)
                                            30 oktyabr 10:17
- BAKCELL   bu gün  Zeekr 001  hədiyyə edəcək - Son saatlar!
                                            30 oktyabr 00:42
- Prezident İlham Əliyev Rumıniya Senatının sədrini qəbul etdi (FOTO) 
                                            29 oktyabr 23:20
- Tamilla Əliyeva AQTA-da məsul vəzifəyə təyin edilib (AÇIQLAMA)
                                            29 oktyabr 22:32
- İlham Əliyevin Serbiyaya səfəri gözlənilir  
                                            29 oktyabr 14:08
- TƏBİB-in rəhbərliyi Gülnarə Muxtarovanın cəmiyyətimizə yüksək xidmətlərini nəzərə alacaqdır...
                                            29 oktyabr 13:57
- Vaşinqtonda Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşəcək
                                            29 oktyabr 11:24
- Bir qrup var, istədiyini edir, insanları soymaqla məşğuldur...  - Videomüsahibə
                                            29 oktyabr 10:59
- General Mirzəyev 9 il azadlıqdan məhrum edildi 
                                            29 oktyabr 02:12
- Oğuz qoluna aid türk dilləri: qədim tayfalardan müasir xalqlara uzanan mədəni zəncir 
                                            29 oktyabr 01:19
- Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir 
                                            29 oktyabr 00:21
- İlham Əliyev Ərdoğanı TƏBRİK ETDİ
                                            28 oktyabr 21:58
- Dünyada ilk müsəlman qadın deputat - Pəri xanım Sofiyeva KİMDİR...
                                            28 oktyabr 21:32
- Prezident Horovlu kəndinin AÇILIŞINDA
                                            28 oktyabr 15:15
- Bu gün  QAÇAQ  SƏFİRƏ-nin   yaxın adamının məhkəməsidir 
                                            28 oktyabr 13:32
- Fəzail Ağamalının gizlətdiyi  OĞLU   üzə çıxdı – BU ÖLKƏDƏ YAŞAYIRMIŞ 
                                            28 oktyabr 13:03
Video & Fotoqalereya
                                Video
                                        
                                    Fotoqalereya
                                        
                                    
 
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                    