Bəxti gətirən casus – Pentaqona işləyən SSRİ alimini edamdan Reyqan xilas edib

1976-cı ildə ABŞ hərbi hava qüvvələrinin komandanı Harold Braun SSRİ-yə səfər edib. SSRİ Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunda baş elmi işçi işləmiş Vladimir Potaşov məmurun tərcüməçisi təyin edilib. Yaxşı davranışa malik olan tərcüməçi qonağın işlərinə çox da müdaxilə etməyib. Bu, Braunun xoşuna gəlib və tərcüməçini ABŞ-yə dəvət edib.
Həmin dövrdə ABŞ-yə sərbəst formada getmək çox çətin və qəliz məsələ olub. Lakin 5 il sonra danışıqlar üçün tərcüməçi lazım olanda Potaşov istəyinə nail ola bilib. Braun o zaman artıq müdafiə naziri vəzifəsini icra edib.
Sovet ölkəsindən gələn qonaqla bir neçə kəlmə danışdıqdan sonra o, artıq işinə getməyə hazırlaşıb. Lakin Potaşov amerikalını kənara çəkib və sakitcə ondan MKİ nümayəndəsi ilə görüş təşkil etməyi xahiş edib. Braun xahişi sakitcə qəbul edib və onun istəyini yerinə yetirib.
Sovet tərcüməçisi dərhal özünə bank hesabı açılmasını tələb edib. Lakin “işəgötürənlər” potensial casusdan onun faydalı olduğunu sübut etməyi tələb ediblər. Məlum olub ki, alim nəinki ABŞ və Kanada ilə bağlı strateji məsələlərə cavabdeh olan institutda işləyir, həm də orada DTK-nin qeyri-rəsmi nümayəndəsidir.
Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları tez bir zamanda “könüllü”yə əsas sahələri öyrədib, ona tapşırıqların yerinə yetirilməsi, şifrələmə, gizli yazı və alqoritmləri başa salıblar. Nəticədə Potaşov “Medium” kod adını alıb. Moskvaya qayıdandan sonra o, tam məsuliyyətilə işləməyə başlayıb, sistematik olaraq əlində olan bütün sirləri amerikalılara ötürüb.
Əvvəlcə bunlar müasir elmi nailiyyətlər olub. Daha sonra amerikalılar casusdan SSRİ ilə ABŞ arasında qarşılıqlı əlaqənin istiqamətini dəyişdirmək planlarından ibarət analitik hesabat alıblar. “Medium”un əldə etdiyi məlumatları nəzərə alaraq, o, ölkələr arasında yarana biləcək ziddiyyətlərlə bağlı proqnoz hazırlayıb.
Alim amerikalılara onlar üçün anlaşılmaz siyasətçi olan Andropovun da iştirak etdiyi nüvə silahı ilə bağlı danışıqlarda ciddi köməklik göstərib. Nəticədə 1984-cü ildə sovet tərəfinin təşəbbüsü ilə Avropada strateji silahların azaldılması və nüvə silahlarının məhdudlaşdırılması məsələsi üzrə danışıqlar dayandırılıb.
Casus amerikalılara SSRİ-nin aydın mövqeyini çatdırıb və bu məsələdə Amerikanın maraqlarının effektiv təşviqi ilə bağlı proqnozlar hazırlayıb.
O, SSRİ Müdafiə Nazirliyinin strukturunda yeni bölmənin - kosmik komandanlığın yaradılması barədə xaricdəki “şef”lərinə dərhal məlumat verib. Hətta sovetin təkrar istifadə edilə bilən kosmik gəmisinin buraxılışında gecikmənin səbəblərini açıqlayıb.
Yüksək məlumatlı agentin hesabatları təkcə 1980-ci illərdə Vaşinqtona SSRİ ilə münasibətlərini qurmağa böyük kömək etməyib, həm də sonralar müəyyən dərəcədə NATO-nun Şərqə doğru genişləndirilməsi və “Anti-ballistik raket müqaviləsi”ndən çıxmaq qərarına yardımçı olub.
Amma bu cür ehtiyatlı və savadlı insanlar da sonda sadə zərərli xüsusiyyətləri üzündə yaxanı ələ verirlər. “Medium” SSRİ-nin sirlərini qarşı tərəfə ötürərək qazandıqlarını içki içməyə, bahalı əyləncə məkanlarına səfərlərə, gənc məşuqələrinə hədiyyələrə xərcləyib. Özü də, beş “sevgili canan”a pul çatdırmaq müşkül olub.
MKİ agenti sadəlövhcəsinə bunun üçün sərvət qazanacağına inanaraq institut direktorunun ofisindən hökumətin kommunikasiya kataloqunu oğurlayıb. Amma üzərində “Yalnız rəsmi istifadə üçün” qeydi olan sənədin yoxa çıxması hərtərəfli araşdırmanın başlanmasına səbəb olub. Nəticədə sovet əks-kəşfiyyatı Potaşovu 24 saatlıq nəzarətə götürüb və bu müddət ərzində elmlər doktoru ilə Moskvada diplomatik pərdə altında fəaliyyətə başlayan Lenqli rezidenturasının cinayət əlaqəsinə dair təkzibolunmaz sübutlar əldə ediblər.
Potaşov 1986-cı ildə həbs olunub. O, istintaqda deyib ki, guya amerikalılar onu zorla saxlayıb, bədəninə narkotik vasitələr yeridiblər və onlar üçün işləməyə məcbur ediblər. Bu versiya təsdiqini tapmadıqdan sonra o, fəlsəfə, hətta din barədə danışaraq özünə haqq qazandırmağa çalışıb.
Bütün hallarda casusu ölüm hökmü gözləsə də, onun bəxti gətirib. Onun həbsdə olduğu vaxt ABŞ prezidenti Ronald Reyqan Moskvada rəsmi səfərdə olub.
Vəziyyətdən xəbər tutan Reyqan naharda Qorbaçovdan soruşub: “Cənab Qorbaçov, casusluq cəsədsiz müharibədir, elə deyilmi?”. Təbii ki, Qorbaçov söhbətin nədən getdiyini anlayıb.
Potaşovun SSRİ-yə on milyardlarla dollar dəyərində ziyan vurmasına baxmayaraq, Mixail Qorbaçovun göstərişi ilə o, güllələnməyib, cəmi 13 il müddətinə azadlıqdan məhrum edilib. Altı il sonra, 1992-ci ildə keçmiş baş elmi işçi amnistiyaya əsasən azadlığa çıxıb. O, dərhal xarici pasport və viza alaraq ABŞ-yə gedib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
4 iyul 2025 12:42
- Pezeşkian Xankəndiyə GƏLDİ
4 iyul 2025 10:19
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
4 iyul 2025 09:31
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
4 iyul 2025 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
3 iyul 2025 23:58
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
3 iyul 2025 19:59
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
3 iyul 2025 13:14
- Prezident bu yolun açılışını ETDİ
3 iyul 2025 11:58
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
3 iyul 2025 09:46
- Azərbaycanın deputatı -Özbəkistanın mədəniyyət elçisi- medalı ilə təltif edilib
3 iyul 2025 13:05
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
04 iyul 19:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16
- Azərbaycanın deputatı -Özbəkistanın mədəniyyət elçisi- medalı ilə təltif edilib
03 iyul 02:06
- Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olundu – Gənclər Kitabxanasında
03 iyul 01:15
- Azərbaycan güləşçisi Avropa çempionu olub
03 iyul 00:46