Distant təhsil: Hüquqi, texniki və metodoloji boşluqlar
Mədəniyyət25 may 2025 13:06

Distant təhsil müəllim və tələbələrin şəxsən görüşmədiyi təhsil prosesidir. Bu təhsilin mahiyyəti ondan ibarətdir ki, materialın öyrənilməsinin bütün mərhələləri - mühazirə və təcrübədən imtahanlara, həmçinin digər testlərə qədər onlayn şəkildə baş verir. Müəllimlər və tələbələr arasında qarşılıqlı əlaqə videozənglər, söhbətlər və onlayn simulyatorlar kimi internet texnologiyaları üzərindən həyata keçirilir.
2020-ci ildə distant təhsilə tələbat kəskin şəkildə artdı, hətta əvvəllər yalnız oflayn rejimdə dərs deyən müəllimlər də pandemiya zamanı bu formata keçdilər. Eyni zamanda, onların yarısı gələcəkdə onlayn texnologiyalardan istifadəni davam etdirməyi planlaşdırırdı. Bu gün də tələbələrin yarıdan çoxu distant təhsilə üstünlük verir. Eyni zamanda, müəllimlərin və tələbələrin müəyyən faizi distant əldə edilən biliklərin keyfiyyətinin daha yüksək olduğuna inanır. İşəgötürənlər də onlayn öyrənməyə müsbət yanaşırlar. Üstəlik, dünyada şirkətlərin 80%-i iş prosesində distant formatından istifadə edir.
Azərbaycanda 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında” qanunda təhsilalma formalarından biri kimi distant təhsil nəzərdə tutulsa da, bu istiqamətdə konkret addım atılmayıb.
Bugünlərdə Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) distant təhsil xidmətlərinin təşkili ilə bağlı yeni dövlət standartı qəbul etməsi bu sahədə ümid qığılcımı közərdib. Bu standart distant təhsil xidmətlərinin göstərilməsi, layihələndirilməsi, monitorinqi və qiymətləndirilməsi proseslərini əhatə edir. Eyni zamanda, bu sahədə beynəlxalq normalara uyğunluğun təmin olunmasına xidmət edir. Təşkilatın məlumatında bildirilir ki, yeni standartın tətbiqində əsas məqsəd müasir texnologiyaların imkanlarından istifadə etməklə təhsil sistemində çevikliyi və əlçatanlığı artırmaq, eyni zamanda vətəndaşlara yerindən asılı olmayaraq, keyfiyyətli təhsil almaq üçün geniş imkanlar yaratmaqdır. Bununla belə, ekspertlər hələ ki, hazırda təsdiqlənən qaydaları distant təhsilin ölkəmizdə tam tanınması kimi qəbul etmirlər. Hesab edirlər ki, bu, sadəcə gələcəkdə bu təhsilin Azərbaycanda tanınmasına imkan verəcək ilkin hüquqi baza rolunu oynaya bilər.
Təşkilatın yeni standartı həmçinin "bizdə distant təhsilə hazırlıq hansı səviyyədədir?”, "bu formata keçid gələcəkdə diplomların tanınması və işəgötürmədə problemlər yarada bilərmi?” və s. tipli sualları da meydana çıxarır.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bu standartın hazırlanmasını vacib hesab edir: "Bu məsələ uzun illərdir cəmiyyətdə geniş müzakirə olunurdu. Bütün hallarda bu standartın qəbul edilməsi təhsilimizə öz töhfəsini verəcək və inkişafı üçün daha da imkanlar yaradacaq”. C.Məmmədovun fikrincə, ancaq təkcə standartın qəbulu yetərli deyil. Standartlarla yanaşı, qanunun da qəbuluna ehtiyac var, eyni zamanda Nazirlər Kabineti bu istiqamətdə addımlar atmalıdır: "Milli Məclisdə bir müddət əvvəl hazırlanan "Ali təhsil haqqında” qanunda bu məsələ ilə bağlı müəyyən müddəalar yer tapmışdı. Nəzərdə tutulmuşdu ki, "Distant təhsil haqqında” qanunda bu cür məsələlər yer alsın. Hesab edirəm ki, ən qısa vaxtda bu haqda qanunun qəbuluna ehtiyac var və bu istiqamətdə müəyyən addımlar atmalıyıq”. Millət vəkili qeyd edir ki, bu gün Azərbaycan təhsilində tez-tez rastlaşdığımız problemlərdən biri də distant təhsillə bağlı diplomların tanınmamasıdır: "Vətəndaşlar tez-tez bu məsələ ilə bağlı bizə müraciət edir, narahatlıqlarını bildirirlər. Diplomların tanınmaması və qəbil edilməməsi çıxış yolu deyil. Biz bu istiqamətdə mütləq ciddi düşünməli, qərar qəbul edib real prosesə başlamalıyıq. Əks halda, bu istiqamətdə müzakirələrin və narahatlıqların davam etməsinin şahidi olacağıq”.
ADA Universitetinin baş müəllimi, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın (İŞ) üzvü Orxan Kərimzadənin sözlərinə görə, dünyada distant təhsilə keçid prosesi son illərdə, xüsusilə pandemiya dövründən sonra sürətlənib. ABŞ, Böyük Britaniya, Avstraliya kimi inkişaf etmiş ölkələrdə universitetlərin əksəriyyəti distant və hibrid təhsil formatlarını uğurla tətbiq edir: "Bu ölkələrdə distant təhsilin keyfiyyəti və tanınması üçün ciddi akkreditasiya mexanizmləri mövcuddur. UNESCO və digər beynəlxalq qurumlar da distant təhsilin keyfiyyətinə dair standartlar hazırlayır və tətbiqini təşviq edir”.
O.Kərimzadə bildirir ki, Azərbaycanda distant təhsilə keçid üçün ilkin addımlar atılsa da, hələ də hüquqi, texniki və metodoloji çərçivədə boşluqlar var: "Yeni qəbul olunan AZSTAND standartı müsbət təşəbbüsdür, lakin bu sahənin tam hüquqi bazasını formalaşdırmaq üçün ilk növbədə "Ali təhsil haqqında” yeni qanun qəbul olunmalıdır. Daha sonra Nazirlər Kabineti distant təhsilin təşkili, qiymətləndirilməsi, müəllim hazırlığı, texniki infrastruktur və akkreditasiya qaydalarını müəyyən etməlidir. Eyni zamanda, təhsil müəssisələri öz proqramlarını distant formaya uyğunlaşdırmalı və müəllim heyəti bu formatda tədris aparmaq üçün təlimlərdən keçməlidir”. İŞ üzvü hesab edir ki, gələcəkdə diplomların tanınması məsələsində problemin yaranmaması üçün distant təhsilin keyfiyyəti və şəffaflığı təmin olunmalıdır: "Beynəlxalq praktikada diplomun distant və ya əyani alınmasından çox, proqramın akkreditasiyası və ali təhsil müəssisəsinin nüfuzu əsas götürülür. Əgər Azərbaycan distant təhsil proqramlarını beynəlxalq standartlara uyğun qurarsa, bu cür problemlər minimal olacaq”. O.Kərimzadə ümumiyyətlə, bu təhsil formatını əhəmiyyətli hesab edir: "Distant təhsilin əhəmiyyəti böyükdür. Bu format regionlarda yaşayan, işləyən və ya əlilliyi olan şəxslərin təhsilə çıxışını artırır”.
Mənbə: "Kaspi" qəzeti
Oxşar xəbərlər
- İstanbulda keçirilən Rusiya-Ukrayna-Türkiyə görüşü yekunlaşdı
24 iyul 2025 00:07
- Azərbaycanın paytaxtı Bakı HƏYAT indeksinə görə dünyada 236-cı yerdədir
23 iyul 2025 11:34
- Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
22 iyul 2025 01:38
- Bakı ŞİH sürtkü yağları satan şirkətdən İTLƏR ÜÇÜN 426 MİN MANATA YEM ALIR
19 iyul 2025 10:35
- Proporsional seçki sisteminin bərpasına heç bir ehtiyac yoxdur - Əli Hüseynlidən SENSASİON MÜSAHİBƏ
19 iyul 2025 00:28
- Məleykə Abbaszadə qadınları SAĞMAL İNƏKLƏ müqayisə etdi: Gündə sağılmaq ağırdır..
15 iyul 2025 00:33
- Orxon yazıları və ortaq Türk dili təklifi
14 iyul 2025 23:09
- Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
13 iyul 2025 09:15
- Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi -Qida Təhlükəsizliyi Ayı-na yekun vuruldu
11 iyul 2025 14:43
- Keçmiş nazir xanımı və gəlinlərindən DANIŞDI: İkisi də əcnəbidir - VİDEO
11 iyul 2025 13:15
Xəbər lenti
- Cavid Qurbanovun oğluna yüksək vəzifə verildi
24 iyul 00:42
- Azərbaycanda bəzi siqaretlər bahalaşdı - YENİ QİYMƏT
24 iyul 00:24
- İstanbulda keçirilən Rusiya-Ukrayna-Türkiyə görüşü yekunlaşdı
23 iyul 22:45
- Narkozu çox vurdular, 3 yaşlı uşağımın ürəyi partladı (VİDEO)
23 iyul 14:57
- Əli Cam və oğlu azadlığa çıxdı
23 iyul 14:29
- Qədim Romada qızlar neçə yaşında ərə verilirdi? - Bu gün vəhşilik kimi görünür
23 iyul 12:16
- Azərbaycanın paytaxtı Bakı HƏYAT indeksinə görə dünyada 236-cı yerdədir
23 iyul 11:34
- Tofiq Zülfüqarovdan xəbərdarlıq: Azərbaycanı mühasirəyə almaq planı işə düşüb…
23 iyul 10:09
- Azərbaycan alimləri Rusiya ərazisinə BURAXILMASIN - Aleksandr Dyukov
23 iyul 09:10
- Rusiyada daha bir azərbaycanlı biznesmen saxlanıldı
23 iyul 01:24
- Bakıda yeni metro stansiyaları tikiləcək - 35,4 MİLYON manat ayrıldı
22 iyul 23:50
- Bolqarıstan-Türkiyə sərhədində DİPLOMAT 200 kq kokainlə saxlanıldı
22 iyul 23:25
- İlham Əliyev Donald Trampa təşəkkür etdi
22 iyul 15:56
- NAR Daşkəsən festivalında iştirak etdi FOTO
22 iyul 15:48
- Bakıda XUTOR sökülür
22 iyul 10:40
- ABŞ Martin Lüter Kinqin qətli ilə bağlı 230 mindən çox sənədin məxfiliyini ləğv edib
22 iyul 10:30
- Generalların saxlanıldığı həbsxanaya yeni - Rəis təyin edildi
22 iyul 10:02
- Xırdalanda tikilən binada faciə
22 iyul 09:43
- İlham Əliyevdən Milli Mətbuat Günü münasibətilə paylaşım
22 iyul 09:31
- Bakı meriyası it yeməyinə YARIM MİLYON pul ayırıb - adamlara AYIB OLMADIMI? - aparıcıdan ÜSYAN
22 iyul 02:56
- AZAL-ın təyyarəsini BU VURUB - Fotosu
22 iyul 01:46
- Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
22 iyul 01:38
- Prezident media nümayəndələrini təltif etdi (SƏRƏNCAM)
21 iyul 19:23
- Bakıda HƏNBƏLİ-lik məzhəbini yaymaq istəyən şəxsə bu cəza verildi
21 iyul 16:02
- Süni intellektin etdiyi ən qorxulu 10 şey
21 iyul 00:36
- Bakıda BOLT sürücüsü maşında cinsi əlaqədə olduğu MƏMURU belə ŞANTAJ ETDİ
21 iyul 00:24
- Birinci mərtəbəni restoran kimi kirayə veririk...
20 iyul 23:36
- Ərdoğan Azərbaycan xalqına və İlham Əliyevə təşəkkür etdi
20 iyul 23:16
- Netanyahu ZƏHƏRLƏNDİ
20 iyul 18:10
- Sabahdan hava dəyişir
20 iyul 18:03
Video & Fotoqalereya
Video
Fotoqalereya