Bakcell regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq

İnnovasiya və sürət lideri "Bakcell” regionun ən nüfuzlu innovasiya tədbiri -"INMerge” Sammitinin tərəfdaşı olacaq. Sammit çərçivəsində "Bakcell”in dəstəyi ilə baş tutacaq "Telco 2 Techco” panel müzakirəsində şirkətin baş icraçı direktoru Klaus Müller çıxış edəcək. Tədbirdə qlobal texnologiya və telekommunikasiya şirkətlərinin nümayəndələrinin iştirakı nəzərdə tutulur. Panel müzakirəsi zamanı dəyişən dünyada baş verən çağırışlar, telekommunikasiya sənayesindən texnologiya sənayesinə keçid, son dövr yeniliklər, süni intellekt əsaslı məhsul və xidmətlərlə bağlı müzakirələr aparılacaq.
"Bakcell” innovasiya və süni intellekt əsaslı həllərlə Azərbaycanın rəqəmsal transformasiyası və texnologiya ekosisteminin inkişafında yaxından iştirak edir. Bu həllər şirkətin həm əməliyyat proseslərində, həm də "Bakcell”in müştərilərinə təqdim etdiyi gündəlik məhsul və xidmətlərində öz əksini tapır. Eyni zamanda, şirkətin dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət strategiyası çərçivəsində innovasiyalar və süni intellekt ilə bağlı geniş, əhatəli fəaliyyət planı həyata keçirilir.
"Paşa Holding” tərəfindən 29-30 sentyabr tarixlərində təşkil olunacaq "INMerge” Sammiti Cənubi Qafqaz və Mərkəzi Asiyada innovasiya, texnologiya və sahibkarlıq sahələrində liderləri, startapları, investorları və dövlət nümayəndələrini bir araya gətirən ən mühüm texnoloji tədbirdir. Builki "INMerge” Sammitində 5000-dən çox iştirakçı, 150-dən artıq spiker və 100-dən çox startapın iştirakı nəzərdə tutulur. Sammit zamanı iştirakçılar ən son trendlər, süni intellekt, data analitika, kibertəhlükəsizlik və digər aktual mövzular üzrə fikir mübadiləsi aparacaq, eləcə də qlobal əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə edəcəklər.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Oxşar xəbərlər
- BAKCELL-in brend strategiyası beynəlxalq nəşrdə...
21 iyun 2025 13:51
- Azərbaycana YAY fəsli daxil oldu
21 iyun 2025 11:06
- Məmurlara saxta diplom ittihamı - Araşdırma başlanacaqmı?
21 iyun 2025 10:52
- Rusiyada yaşayan azərbaycanlı kişilər 4 ARVAD ala BİLƏCƏK – ŞƏRTLƏR
20 iyun 2025 09:54
- BAKCELL -PwC illik CEO sorğusu-nda iştirak edib
20 iyun 2025 01:56
- Bakcell 4-cü -YAŞAT- düşərgəsinin tərəfdaşıdır
19 iyun 2025 00:26
- Bakıda azyaşlı qız QƏTLƏ yetirilibmiş - Ana 23 il sonra tutulub
18 iyun 2025 00:29
- Dedi ki, xanım generala hədiyyə almaq lazımdır - Dələduzluq işinin ŞOK detalları
17 iyun 2025 17:28
- Britaniya kəşfiyyatına bu qadın rəhbərlik edəcək – MI6 tarixində İLK DƏFƏ
16 iyun 2025 09:26
- Tarixdə iz qoyan sənəd - Şuşa Bəyannaməsi
15 iyun 2025 23:31
Xəbər lenti
- Milli Məclis ölkə iqtisadiyyatı üçün çox önəmli qanun layihəsini qəbul etdi
21 iyun 13:58
- BAKCELL-in brend strategiyası beynəlxalq nəşrdə...
21 iyun 13:51
- Fransa səfiri ilk dəfə Şuşaya getdi, elə sözlər dedi ki...
21 iyun 12:36
- Şantaja görə həbs edilən sayt rəhbəri və baş redaktora hökm oxundu
21 iyun 12:27
- Azərbaycana YAY fəsli daxil oldu
21 iyun 11:06
- Məmurlara saxta diplom ittihamı - Araşdırma başlanacaqmı?
21 iyun 10:52
- Eskalatorlar niyə işləmir? - QURUMDAN AÇIQLAMA
21 iyun 10:38
- Deputat Azər Allahverənov Zabrat qəsəbəsində vətəndaş qəbulu keçirib
21 iyun 01:33
- Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı: Elçi də göndərmək istədi, razı olmadıq – ÖZƏL
21 iyun 00:08
- Azərbaycanda axund 16 yaşlı qızı qaçırdı- AXTARIŞDADIR
20 iyun 23:36
- Azərbaycan-Türkiyə qardaşlığı və sarsılmaz müttəfiqliyinin bariz nümunəsi...
20 iyun 22:21
- Ərdoğanla Paşinyan arasında GÖRÜŞ
20 iyun 21:45
- Həbsdə olan sabiq icra başçıları (SİYAHI)
20 iyun 20:57
- Suraxanıda 17 yaşlı oğlanın intiharı dəhşətli cinayətlərin üstünü açdı- Manyak qonşu tərəfindən zorlanıbmış
20 iyun 14:58
- DTX əməliyyat keçirdi: Qaxın icra başçısı SAXLANILDI- EKSKLÜZİV
20 iyun 14:44
- DİN-in Hərbi İnstitutunda növbəti buraxılış oldu - FOTO/VİDEO
20 iyun 13:06
- Naxçıvanda icra başçılarını Prezident təyin edəcək
20 iyun 12:53
- SON DƏQİQƏ! Xameneinin bunkeri yenidən vuruldu
20 iyun 12:21
- Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul etdi (FOTO)
20 iyun 11:14
- Daha bir rayonda yasda EHSAN verilməsi ləğv edildi
20 iyun 11:08
- Fərhad Əhmədovdan milyonlarla rüşvət alan Fransa vətəndaşı Bakıda məhkəmə qarşısında
20 iyun 11:01
- NAR-ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır
20 iyun 10:04
- Rusiyada yaşayan azərbaycanlı kişilər 4 ARVAD ala BİLƏCƏK – ŞƏRTLƏR
20 iyun 09:54
- Azərbaycanın qızıl idxalı 18 DƏFƏ artdı - 4 ayda 27 TON
20 iyun 09:43
- Qadın SAXTA diplomla 20 il PSİXİATR işləyib
20 iyun 09:20
- Bu ağacları həyətə əkməyin: Bədbəxtlik gətirir
20 iyun 09:03
- BAKCELL -PwC illik CEO sorğusu-nda iştirak edib
20 iyun 01:56
- Ölkəyə səs salan QƏTLLƏR
20 iyun 00:23
- Kahramanmaraşda Azərbaycan Məhəlləsinin Açılışı – Tarixi Qardaşlığın Yeni Səhifəsi
19 iyun 23:33
- - Titanik - faciəsindən neçə nəfər xilas oldu: Rəqəmlər niyə hələ də dəqiq deyil?
19 iyun 23:11
Video & Fotoqalereya
Video
Fotoqalereya