Biz başqalarını düşünsək…

Yazımıza çox məşhur bir söhbətlə başlayırıq: “Gecə dənizdə fırtına olmuş, şahə qalxan dalğalar dəniz ulduzlarını qumlu sahilə atmışdı. Səhər tezdən yaşlı bir adam sahildə dolaşaraq dəniz ulduzlarını götürüb dənizə atırdı ki, ölməsinlər. Bu zaman bir gənc ona yaxınlaşır və kilometrlərlə uzanıb gedən qumlu sahili göstərərək deyir:
- Eh qoca, yüz minlərlə dəniz ulduzu qumların üstündə ölüb gedəcək. Sən indi üç-beşini dənizə atmaqla nə dəyişəcək?
Qoca gənci mənalı-mənalı süzür:
- Mənim üçün bir şey dəyişməsə də, bunun üçün çox şey dəyişəcək, - deyir və əlindəki dəniz ulduzunu mavi suların qoynuna atır...
Əslində, bu misalda bir çox mövzu üçün çıxış nöqtəsi var. Amma tam əminliklə deyə bilərik ki, hansı çıxış nöqtəsi olursa-olsun, hamısının tək ortaq məxrəci insanlıq, xeyirxahlıq, başqalarına fayda vermək olacaq.
Bizdə çox maraqlı, maraqlı olduğu qədər də düşündürücü bir məsəl var: “Heç kim bu dünyadan bir şey aparmayacaq”. Məsələyə dünya nemətləri baxımından yanaşsaq, hər şey doğrudur, amma daha geniş aspektdən mövzuya baxsaq, vəziyyət tam fərqli görünəcək, yəni, hər kəs bu dünyadan hər şeyini özü ilə aparacaq.
Əslində, bizim bu dünyada gördüklərimiz görə bilmədiklərimizin zərrəsi, kölgəsi qədər belə deyil. Adı ədəbiyyat tarixinə düşməyən böyük fikir adamı Səməd Mənsur deyir ki, bu dünyada gördüyün nə varsa, hamısı rəngdir. Amma nə yazıq ki, biz çox vaxt mövzuya ən bəsit, ən gərəksiz tərəfindən baxmağa adət etmişik. İndi demək istədiyimiz odur ki, “hər kəs bu dünyadan hər şeyini özü ilə aparacaq” düşüncəsi ilə yaşayanlar heç vaxt özlərini, şəxsi mənfəətlərini düşünmürlər.
Onu da deyək ki, insan üçün ən böyük qazanc Allahı düşünərək bəndələrinə yaxşılıq etməkdir. Kim həyatı yalnız ölümə qədər görürsə, təbii ki, hər şeydə öz mənfəətini düşünəcək, ancaq kim ölümün o üzünü düşünürsə, əlbəttə, hər cür fədakarlığa qatlanacaq.
Axirət inancının, yəni, öləndən sonra yenidən dirildilib hesaba çəkilmək düşüncəsinin insana aşıladığı ən mühüm xarakterik cəhətlərdən biri də başqalarının xeyri üçün çalışmaqdır. Yeri gəlmişkən onu da deyək ki, biz zəfərlə deyil, səfərlə mükəlləfik. Yəni, ola bilsin ki, başladığımız işi tamamlaya bilmədik, ya istədiyimiz nəticə əldə edilmədi. Bizim üçün mühüm olan odur ki, niyyət də, isitqamət də doğru olsun, tədbiri əldən buraxmayaq. Çünki bəzən məğlubiyyət kimi görünən hallar çox böyük zəfərlərə qapı olur.
Bütün işlər Allah rizası üçün görülsə belə, nəticə etibarilə o işin savabı yenə o işi görən şəxsin özünə qayıdır. Çünki Allah bütün xeyirxah əməllərin əvəzini, mükafatını verəcək.
Bəqərə surəsinin 272-ci ayəsində buna təminat verilir:
“Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin mənfəəti ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödənəcək və əsla haqsızlıq görməyəcəksiniz!”
Uca Yaradan Ali İmran surəsinin 92-ci ayəsində isə möminləri mallarının ən yaxşısını Allah yolunda verməyə çağırır: “Sevdiyiniz şeylərdən haqq yolunda sərf etmədikcə savaba çatmazsınız”.
Quran əxlaqına yiyələnmiş bir mömin həmişə əliaçıq və comərd olur. O, insanların səadəti naminə bütün imkanlarını tərəddüdsüz səfərbər edir. Başqa sözlə, maddi-mənəvi yardımlaşma möminin xarakterik xüsusiyyətidir.
Ehtiyac sahibinə yardım etmək dinimizin əmridir. Allah (c.c.) Qurani-Kərimdə dəfələrlə buyurur ki, Allahın sizə verdiyindən siz də ehtiyac sahiblərinə verin. Dinimizdə yardımlaşmanın zəkat, fitrə sədəqəsi, infaq, sədəqə, borc vermə, mömin qardaşının maddi-mənəvi bir çətinliyini aradan qaldırma, yaşlı bir insanın qoluna girib yolun qarşı tərəfinə keçirmə, dostlarına kömək etmə kimi müxtəlif formaları var. Bəndələrə əl uzadana Allah da kömək edər, dar gündə dadına çatar. Peyğəmbərimiz (s.ə.s.) bu həqiqəti bir hədisində belə bəyan edir: “Kim bir bəndənin dünyəvi dərdini aradan qaldırsa, Allah da onun üxrəvi (axirət) dərdini aradan qaldırar. Kim dara düşmüş bir adamın dadına çatsa, Allah da onu dünyəvi və üxrəvi çətinliklərindən qurtarar. Bəndə bəndəyə yardım etdikcə Allah da o bəndəyə kömək edər”.
Başqalarının dərdini düşünmək, əliaçıqlıq və comərdlik etmək zənn edildiyi kimi insanın malını azaltmır, əksinə, mənəvi faydaları və savabları ilə yanaşı, maddi vəziyyətinin yaxşılaşmasına müsbət təsir göstərir. İnsan bu fəziləti ilə bir tərəfdən ictimai həyatda etibar qazanır, bir tərəfdən də canı və malı hifz olunur. Allahın rəhmət xəzinələrinin açarı sayılan comərdlik bərəkət qapılarının açılmasına, maddi və mənəvi rifaha səbəb olur. Möminin əlində-ovucunda olanı möhtaclardan əsirgəməməsi, din qardaşını öz ehtiyacından üstün tutması onun hörmət və etibarını artırır. Mömin bu fəziləti sayəsində Allaha yaxınlaşır, Uca Allah da onun ilahi dərgahdakı məqamının böyüklüyünü bəndələr arasında hiss etdirir.
Bütün cəmiyyətin səadəti və rifahı onu təşkil edən fərdlərin səadətindən və rifahından asılıdır. Yardımlaşma varlılarla kasıblar arasındakı uçurumu aradan qaldırır, onlarda bir-birinə qarşı sevgi və hörmət hissləri oyadır.
“Yerdəkilərə mərhəmət edin ki, göydəkilər də sizə mərhəmət etsinlər” müjdəsi, əslində, bu mövzuda bizə çox mətləblərdən xəbər verir.
O cəmiyyət abad olur ki, orada insanlar bir-birinin xeyrini düşünür, yaxşılıq üçün çalışırlar. Əmin olaq ki, biz başqalarını düşünsək, mütləq bizi də düşünən olacaq. Əsas olan bu həqiqətə inanmaq və bu düşüncədən gələn vəzifələri yerinə yetirməkdir.
Murad Məmmədov
- Bu gün məktəblərdə -Son zəng- çalınacaq
14 iyun 2025 09:05
- Qorxu və qisas
20 mart 2025 23:45
- 3500 dollar ilə başladı, indi Kanadada 2 şirkəti, adına 12 patent var - Ceyhun Nəcəfli kimdir?
20 avqust 2024 07:45
- Azərbaycan bu qədər dayazdır?.. - Akademik Nizami Cəfərov barəsində
6 yanvar 2024 13:41
- Dünya QUCAQLAŞMA günü
22 mart 2023 10:21
- Antibiotiklərin reseptsiz satışı qadağan edilməlidir -Professor
10 yanvar 2023 13:19
- Qloballaşma bitdi. Mədəniyyətlərin müharibəsi başladı
9 aprel 2022 10:32
- İslamdan imtina etdi, çayda boğmaq istədilər, DAHİ
19 iyun 2021 22:19
- Onu Moskvanın əlindən Heydər Əliyev də ala bilməyib
1 aprel 2021 23:33
- Qorbaçovdan ABŞ-a məsləhət
20 yanvar 2021 14:12
- Bakıda ata gizli telefon işlədən qızını DÖYÜB ÖLDÜRDÜ
19 iyun 21:20
- -Azərbaycan- məhəlləsinin açılış mərasimi: Prezidentlər iştirak edib - VİDEO
19 iyun 20:49
- Ağsu sakinləri Baş prokurorun qəbulunbda oldu - Amma Mikayıl İsmayılov haqqında heç bir tədbir görülmədi
19 iyun 12:09
- Prezident BP şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
19 iyun 11:20
- Hamının sevdiyi qarğıdalının orqanizmə faydası
19 iyun 11:09
- İrəvan məhkəməsi milyarder Karapetyanı 2 aylıq həbs etdi
19 iyun 01:46
- İlham Əliyev sabah Türkiyəyə gedəcək
19 iyun 01:19
- Alimlər Hun hökmdarı Attilanın Sibir köklərini tapdı
19 iyun 00:35
- Bakcell 4-cü -YAŞAT- düşərgəsinin tərəfdaşıdır
19 iyun 00:26
- Bakıda öz evimizə -kupça- ala bilmirik – Gürcüstanda problemi 2 ilə həll ediblər
18 iyun 23:05
- AZAL-da Cəmil Manizadənin ŞƏXSİ İDARƏÇİLİK yanaşması...
18 iyun 22:53
- Olmayan səhiyyəmizin peşə bayramı, yaxud TAUN ZAMANI BAYRAM...
18 iyun 22:02
- Paşinyan Ərdoğanla bunu müzakirə edəcək — DETALLAR
18 iyun 21:44
- Tel-Əviv DƏHŞƏT İÇİNDƏ: İran 400 ballistik RAKET ATDI, İsrail Tehranı HƏDƏF ALDI: yer-göy DAĞILIR
18 iyun 17:46
- Fəzail Ağamlı da partiya sədrliyindən GEDİR
18 iyun 17:00
- Atam məni tacik qızdan ayırmaq üçün həbs etdirmək istəyir
18 iyun 13:08
- İlham Əliyev Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb
18 iyun 11:15
- İran şahının oğlu meydana çıxdı: İslam Respublikası bitdi – İranı geri almağın vaxtıdır!
18 iyun 10:53
- 28 May stansiyasında BƏDBƏXT HADİSƏ - Tələbə qatar yoluna düşdü
18 iyun 10:33
- Bakıda azyaşlı qız QƏTLƏ yetirilibmiş - Ana 23 il sonra tutulub
18 iyun 00:29
- Bu şənbə rəsmi iş günüdür
17 iyun 23:21
- SON DƏQİQƏ! İranın keçmiş PREZİDENTİ Əhmədenejat ÖLDÜRÜLDÜ
17 iyun 21:41
- Bakıda Osmanlı əsirləri və qardaş yardımı mövzusunda beynəlxalq konfrans keçirildi (FOTO)
17 iyun 21:23
- Qayınatasının 12 minini oğurlayıb SEVGİLİSİNƏ verən GƏLİNƏ hökm oxundu
17 iyun 20:46
- Dedi ki, xanım generala hədiyyə almaq lazımdır - Dələduzluq işinin ŞOK detalları
17 iyun 17:28
- İlham Əliyev Afrim Qaşini qəbul etdi - FOTOLAR
17 iyun 17:07
- Bu gün satılan narkotiklər insanı zombiyə çevirir - Nail Kəmərli nələrlə üzləşdiyindən danışdı VIDEO
17 iyun 16:47
- İsrail 4 gün əvvəl vəzifəyə təyin olunan generalı öldürdü - Foto
17 iyun 10:59
- Rusiya Kiyevə zərbə endirdi - 14 ölü
17 iyun 10:03
- Tehrandan DƏHŞƏTLİ KÖÇ başladı, Trampdan SƏRT ÇAĞIRIŞ: Hamı Tehrandan ÇIXSIN! - FƏLAKƏT! VİDEO
17 iyun 09:49