Yazıçının oğlunun evdən qaçmasının günahkarı… - ŞOK AÇIQLAMA

"Tanınmış yazıçı Müşfiq Xanın oğlunun evdən qaçması cəmiyyətimiz üçün ciddi bir siqnaldır. O, məktubunda dərslərin onu sıxdığını, yorulduğunu və bu səbəbdən evdən ayrıldığını bildirib. Bu, təkcə bir fərdin problemi deyil, ümumi təhsil sistemimizin uşaqlar üzərində yaratdığı təzyiqin nəticəsidir".
Musavat.com bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert qeyd edir ki, hazırkı təhsil sistemində şagirdlərin həyatında balans yoxdur:
"Onlar günlərinin böyük hissəsini dərs oxumağa, hazırlıqlara və imtahana hazırlaşmağa sərf edirlər. Uşaqlıq çağları, oyun, sərbəst zaman və sosiallaşma imkanları minimuma enib. Belə mühitdə böyüyən uşaqların psixoloji yorğunluq yaşaması, hətta özlərini çıxılmaz vəziyyətdə hiss edərək qaçmaq kimi radikal qərarlar verməsi təəccüblü deyil.
Məsələ təkcə ali məktəblərə qəbulun çətinliyində deyil, həm də ümumi təhsil yanaşmamızdadır. Qəbul imtahanlarına hazırlıq sistemi şagirdlərə bilik qazandırmaqdan çox, test texnikasına öyrəşdirmək məqsədi daşıyır. Müxtəlif ölkələrin təhsil modellərində imtahan yükünün balanslı şəkildə paylandığını görmək mümkündür. Məsələn, Finlandiya və Estoniya kimi ölkələrdə imtahan sistemi uşaq psixologiyasına uyğun qurulub. Bizdə isə məktəb və hazırlıq prosesi şagirdləri bir yarış iştirakçısı kimi formalaşdırır".
Kamran Əsədovun fikrincə, problemin həlli üçün təhsil sistemində ciddi dəyişikliklər edilməlidir:
"Şagirdlərin asudə vaxtı və psixoloji rahatlığı nəzərə alınmalıdır. Məktəblərdə tədris yükü balanslaşdırılmalı, təcrübəyə və interaktiv metodlara üstünlük verilməlidir. Uşaqların psixoloji sağlamlığına xüsusi diqqət yetirilməli, psixoloq xidməti effektiv olmalıdır. Qəbul imtahanlarının forması və məzmunu müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır.
Əks halda, təhsil sistemimizin təzyiqi altında böyüyən nəsil ya psixoloji sarsıntılar keçirəcək, ya da müxtəlif yollarla bu sistemdən qaçmağa çalışacaq".
- İlham Əliyevdən Qərbi azərbaycanlılarla bağlı MÜHÜM AÇIQLAMA
21 may 2025 13:01
- Prezidentdən korrupsiyaya qarşı mübarizə ilə bağlı MÜHÜM AÇIQLAMA
20 may 2025 12:30
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Şok açıqlama: Hitlerin 1945-ci ildə özünü öldürməsi yalanlanır
12 aprel 2025 13:00
- Adam öldürdükdən sonra Polşaya qaçan şəxs Azərbaycana gətirildi
11 aprel 2025 20:44
- Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
10 aprel 2025 19:50
- Loğman Klinikası-nın KÜLLİ MİQDАRDА borcu vаr
8 aprel 2025 21:51
- Ağdaban faciəsindən 33 il ötür
8 aprel 2025 00:39
- Ədalət Verdiyevə bəraət verildi
7 aprel 2025 19:38
- Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib
24 may 17:43
- Abdullah Gül Özbəkistana üz tutdu
24 may 17:27
- Bakıda məşhurlaşan qurbağa əti- Zəhərli maddələr çoxdur - VİDEO
24 may 14:06
- Sahil Babayevin başladığı islahatlar - Sıra digər nazirliklərdə?
24 may 13:56
- Bakıda qəbir yerlərinin qiyməti niyə artır?
24 may 12:26
- Köçəryan gecə Moskvadan qayıtdı...-Kiminlə görüşdü? Hansı tapşırığı aldı?..-"Hraparak"
24 may 11:02
- Tutun sağlamlığımıza faydası
24 may 10:50
- Lukaşenko İlham Əliyevi təbrik etdi
24 may 00:28
- Törətdiyi cinаyət əməlinə görə qalmaqallı eks vəkil Sevil Hacıyeva barəsində İTTİHАM HÖKMÜ çıxarıldı
23 may 22:59
- Bakıda icra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
23 may 20:19
- Axtarışda olan məşhur milyonçunun oğlu məhkəməni uduzdu - adını da, alimenti də verəcək! - ŞOK QƏRAR
23 may 19:25
- Veysəloğlu Şirkətlər Qrupu -Qida təhlükəsizliyi ayı- elan etdi
23 may 19:12
- Prezident bu ölkələrin DİN rəhbərlərini qəbul etdi - FOTOLAR
23 may 11:35
- Çingiz Abdullayev: Bəlkə də, aclıqdan ölsəydim, rüşvətxor olardım..
23 may 00:01
- Şahbaz Şərif Azərbaycana gələcək
22 may 20:46
- Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
22 may 15:15
- Özümü məhkəmənin qabağında yandırmalı olsam belə... məşhur milyonçunun gəlini süründürməçiliyə üsyan etdiFOTO
22 may 14:19
- Bizim Kainat yurdumuz (Esse)
22 may 12:58
- Fuad Nağıyev Aparat rəhbəri vəzifəsini ona tapşırdı
22 may 12:12
- QMİ Qurban bayramı ilə bağlı fətva verdi
22 may 11:42
- 2 milyonluq yeyinti - Direktor həbs edildi
22 may 11:39
- ABŞ-da İsrail səfirliyinin iki əməkdaşı öldürüldü
22 may 11:36
- Çernobıl faciəsi haqda silinən səs yazıları: Qorbaçovun düşməninə çevrilən alimin sonu
22 may 11:09
- Ermənistana dedik ki, Kəlbəcər və Laçını saxlayın, 5 rayonu qaytarın - Lavrov
22 may 01:04
- Pakistan ordusunu geri çəkir - Razılaşma
22 may 00:51
- Azərbaycan pambıq lifini Türkiyəyə 2,5 manata satıb, tibbi pambığı isə 9,3 manata alır
22 may 00:32
- Rusiyada Stalinə maraq niyə artır?
22 may 00:23
- NАR-ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk B4B kitabı təqdim olundu
21 may 23:51
- Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri başa çatıb
21 may 23:07
- Həccə gedəcək ən gənc azərbaycanlı zəvvarın 13 yaşı var
21 may 19:45