Ramiz Mehdiyevə yaxın kəşfiyyat rəhbəri haqda şok iddialar
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbərinin övladlarını biznesi və Azərbaycana səfərləri...
Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin ailəsinin biznesi haqda ilginc iddialar yayılıb. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Narışkinin övladları və yaxın qohumları Qərb ölkələrinə əvvəlki kimi səfərlər edir və Ukrayna müharibəsindən əvvəl olduğu kimi gəlirli biznes fəaliyyəti ilə məşğuldurlar.
Yada salaq ki, Sergey Narışkin son 10 ildə Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edir. Daha əvvəl Prezident Administrasiyasında və Dövlət Dumasında yüksək vəzifələr tutub. O, həmçinin “Vahid Rusiya” partiyasının rəhbər strukturlarında təmsil olunur.
“Metla” nəşrinin araşdırmasına görə, Narışkinlərə məxsus əmlakların əsas hissəsi onun oğlunun adına rəsmiləşdirilib. 47 yaşlı Andrey Narışkin “LSR Qrupu”da baş direktorun müavini vəzifəsində çalışır. Şirkət rusiyalı oliqarx Andrey Molçanova məxsusdur və ölkənin ən iri tikinti şirkətlərindən biri sayılır. Molçanovun Vladimir Putinlə yaxın əlaqələri qeyd olunur.
Araşdırmaya əsasən, Andrey Narışkin Sankt-Peterburqda bir neçə bahalı mənzilə sahibdir. Onlardan biri Krestovski adasında yerləşən “Morskoy 33” yaşayış kompleksindədir və bazar dəyəri 185 milyon rubl təşkil edir.
Bundan başqa, onun eyni rayonda yerləşən “Lumiere” kompleksində 85 milyon rubl dəyərində daha bir mənzili var. Üçüncü mənzil isə “Na Petrovskom” yaşayış kompleksində yerləşir (120 kv.m, 50 milyon rubl).
Narışkinin həmçinin Peterburq və Leninqrad vilayətində əlavə mənzilləri və iki fərdi evi mövcuddur. Bu mülklərdən biri elit “MillCreek” kottec qəsəbəsində yerləşir.
Baş kəşfiyyatçının qızı Veronika Narışkina də biznes fəaliyyəti ilə məşğuldur. O, “AySiEm Vud” şirkətində 18,75% paya sahibdir. Şirkət ağac emalı və taxta materiallarının istehsalı ilə məşhurdur. Şirkətə Krasnoyarsk vilayətində 1,1 milyon hektar meşə sahəsi 49 illik icarəyə verilib. 2024-cü ildə şirkətin gəliri 850 milyon rubl olub və məhsulların bir hissəsi ixrac edilib. Qeyd olunur ki, Narışkinin qızı son vaxtlar Seyşel adalarında, Taylandda və Şri-Lankada əylənir. Əvvəllər o da yəhudi oliqarxın yaxın adamının dəvəti ilə Azərbaycanda və Türkiyədə dincəlib.
Narışkinin gəlini Svetlana Narışkina məxsus “Aqro-Alyans” şirkəti xaricə, o cümlədən Rusiyaya ilə düşmənçilik edən NATO ölkələrinə aqrar məhsullar ixrac edir. Eyni zamanda, o, dövlət sifarişləri çərçivəsində də fəaliyyət göstərir və son 3 ildə Rusiyanın müxtəlif regionlarında, o cümlədən cəzaçəkmə müəssisələri ilə çoxsaylı müqavilələr bağlayıb. Onun adına Sankt-Peterburqda 145 milyon rubl dəyərində elit mənzil də rəsmiləşdirilib.
Araşdırmada qeyd olunur ki, Narışkinin oğlu və gəlini İsrail, Finlandiya, Fransa, Almaniya, Türkiyə, Polşa, Belçika, Yunanıstan, İsveçrə və Azərbaycan da daxil olmaqla bir çox ölkələrə səfərlər ediblər.
Narışkinin həyat yoldaşı isə xarici səfərlərdə diplomatik pasportdan istifadə edir. 2023-cü ildə onun Parisdə Rusiya səfirliyinə məxsus avtomobillə görüldüyü bildirilmişdi.
Araşdırma ailə üzvlərinin həm iri həcmli aktivlərə sahib olduğunu, həm də beynəlxalq səfərlər və biznes əlaqələri vasitəsilə geniş iqtisadi fəaliyyət apardığını ortaya qoyur.
Sonda qeyd edək ki, Rusiyada ən müxtəlif vəzifələrdə işlədiyi dövrdə Narışkinin hazırda ev dutağı edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə mübhəm əlaqələri olub. Hətta bəzi media iddialarında Mehdiyevi “Narışkinin adamı” kimi təqdim eduilib. Təsadüfi deyil ki, Mehdiyev vəzifədə işlədiyi vaxtlarda dəfələrlə onunla həm Moskvada, həm də Bakıda görüşüb.
- Dostlarından İsa Arasla bağlı İNANILMAZ SÖZLƏR– Mənim və Viktorun sevgilisi idi
18 aprel 2026 12:09
- Bakının bu ərazilərində torpağın 1 SOTU 2 MİLYONDUR
18 aprel 2026 11:49
- Bir qrup şair və yazıçıya Prezident təqaüdü verildi - EKSKLÜZİV
17 aprel 2026 20:40
- Kərkükdə 100 il sonra bir İLK
17 aprel 2026 11:34
- BOZ kardinal-ın boz günü...
17 aprel 2026 11:21
- Rusiyada deportasiya dalğası gözlənilir
17 aprel 2026 00:12
- 18 gündür infarkt keçirən Nərgiz türmədə ağır durumda...
16 aprel 2026 11:52
- Baku Kids Company MMC şirkəti yayılan xəbəri TƏKZİB ETDİ
16 aprel 2026 10:45
- Tramp: İran münaqişəsi sona yaxınlaşır
15 aprel 2026 11:48
- Partiya sədrlərinin ixtisası: tarixçi, hüquqşünas, həkim, jurnalist...
15 aprel 2026 11:11
- Paşinyandan müxalifətə: Onlar Qarabağı ələ keçirmək istəyirlər, bu, Ermənistanın sonu olar
18 aprel 15:59
- Abdin Fərzəliyev JURNAL satan şirkətdən 96 000 manatlıq ƏT ALIR
18 aprel 14:55
- Bazar günü 25 dərəcə isti olacaq
18 aprel 13:47
- Sevinc Çılğınla -Poeziya saatı- keçiriləcək
18 aprel 13:33
- Banklardan SOYĞUNÇULUQ - Faizlər görün NEÇƏ DƏFƏ ARTIB
18 aprel 12:36
- Şahbaz Şərif və İlham Əliyev Antalyada ikitərəfli tərəfdaşlığı müzakirə ediblər
18 aprel 12:21
- Dostlarından İsa Arasla bağlı İNANILMAZ SÖZLƏR– Mənim və Viktorun sevgilisi idi
18 aprel 12:09
- Bakının bu ərazilərində torpağın 1 SOTU 2 MİLYONDUR
18 aprel 11:49
- Prezident Diplomatiya Forumu ilə bağlı paylaşım etdi
18 aprel 00:46
- Başlıbel qətliamından 33 il keçir
18 aprel 00:21
- Birinci xanımlar Antalya Forumununda - Foto
17 aprel 21:39
- Bir qrup şair və yazıçıya Prezident təqaüdü verildi - EKSKLÜZİV
17 aprel 20:40
- Tramp Hörmüz boğazını açdığına görə İrana təşəkkür etdi
17 aprel 20:18
- Prezidentlə xanımı Antalyada tədbirdə iştirak edir
17 aprel 16:49
- 4200 manata DOVŞAN və QURBAĞA ALIR
17 aprel 15:55
- QOÇ ƏT- lə bağlı böyük qalmaqal: Menyuda 5.5, qəbzdə 8.2 manat...
17 aprel 15:38
- Atalıq testindən qaçış, NARKOTİK damğası - Mikayıl İsmayılovun gəlininin işi qaranlıq məcraya sürüklənir
17 aprel 14:00
- Kişinyovdan Moskvaya zərbə: Rusiyalı komandanlar...
17 aprel 13:50
- Əliyevlə Şaraa görüşdü - Fotolar - Yenilənib
17 aprel 12:36
- Kərkükdə 100 il sonra bir İLK
17 aprel 11:34
- BOZ kardinal-ın boz günü...
17 aprel 11:21
- Rusiyada deportasiya dalğası gözlənilir
17 aprel 00:12
- General adından sui-istifadə, aldadılan insanlar və… — Alibek Kurbanovun qorxu ssenarili oyunları: General kimdir?
16 aprel 23:03
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
16 aprel 19:43
- Bakıda 1 kilosu 238 MANATA gilas satılır – FOTO
16 aprel 19:08
- Sahibə Qafarova Simonyanla görüşdü - Foto
16 aprel 17:25
- Prezident və birinci xanım Türkiyəyə səfərə yollandı (FOTO)
16 aprel 15:03
- Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb
16 aprel 14:33
- İran və ABŞ arasında razılaşma mümkünsüzdür
16 aprel 13:06
- Prezidentin fərmanı icra olundu: Bu gündən ETİBARƏN...
16 aprel 12:47
