
Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu (YENİLƏNİB)
Siyasət20 sentyabr 2025 15:32

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin sentyabrın 20-də Bakıda rəsmi qarşılanma mərasimi olub.
Qaynarinfo xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Ruanda Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Prezidenti Pol Kaqameni qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Ruanda Prezidentinə raport verib.
Ruanda Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
***
Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 20-də Ruanda Prezidenti Pol Kaqame ilə təkbətək görüşü olub.
***Sentyabrın 20-də Azərbaycan Respublikası ilə Ruanda Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin iştirakı ilə mübadiləsi mərasimi olub.
Sonra Azərbaycan və Ruanda prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.
***Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.
Görüşdə dövlət başçıları Azərbaycan ilə Ruanda arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etdilər, ölkələrimizin iqtisadi-ticari, mədəni, humanitar sahələrdə də əməkdaşlığının buna uyğun surətdə inkişaf etirilməsinin zəruriliyini vurğuladılar. Bu xüsusda ölkələr arasında energetika, kənd təsərrüfatı, turizm, tələbə mübadiləsi və "ASAN Xidmət” təcrübəsinin Ruandada tətbiq olunması məsələlərinə dair fikir mübadiləsi aparıldı.
Söhbət zamanı, həmçinin Azərbaycanla Ruanda arasında ikitərəfli hüquq-müqavilə bazasının genişləndirilməsi məsələsinə toxunuldu.

Oxşar xəbərlər
- Ramiz Mehdiyevin cinayət maddələri: 193-1.3.2, 278.1 - DÖVLƏT ÇEVRİLİŞİ
14 oktyabr 2025 23:16
- Zakir Qaralov Akkordu dirçəldir? - 15 milyonluq borc sıfırlandı
14 oktyabr 2025 20:39
- Azərbaycanlı kəşfiyyatçı Ukraynada həlak oldu (FOTO)
14 oktyabr 2025 15:19
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 2025 12:13
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 2025 11:15
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 2025 00:47
- 92 yaşlı prezident yenidən NAMİZƏD OLDU
12 oktyabr 2025 16:33
- Azərbaycanda 16 yaşlı qız ana oldu - ATA TAPILMIR
12 oktyabr 2025 13:26
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 2025 12:22
- MDB liderlərinin Düşənbədə kritik sammiti başladı
10 oktyabr 2025 09:53
Xəbər lenti
- Ramiz Mehdiyevin cinayət maddələri: 193-1.3.2, 278.1 - DÖVLƏT ÇEVRİLİŞİ
14 oktyabr 23:16
- Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edildi - 4 aylıq HƏBS
14 oktyabr 22:19
- Prezidentin tarixi Misir səfərindən görüntülər - VIDEO
14 oktyabr 21:06
- Zakir Qaralov Akkordu dirçəldir? - 15 milyonluq borc sıfırlandı
14 oktyabr 20:39
- Sayt rəhbərləri və səhifə inzibatçılarına MÜRACİƏT - Nailə İSLAMZADƏ
14 oktyabr 15:17
- Şərqin Marksı - O, niyə Allahın tarixi prosesə müdaxiləsini qəbul etmirdi?
14 oktyabr 15:08
- Azərbaycanlı kəşfiyyatçı Ukraynada həlak oldu (FOTO)
14 oktyabr 13:44
- Divarların o üzündə qalan nəfəs - Əlişir Əhəd yazır
14 oktyabr 12:33
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 12:13
- İlham Əliyev Rebuild Karabakh sərgisinin iştirakçılarına müraciət ünvanladı
14 oktyabr 11:50
- Bakıda beynəlxalq konfrans keçirilir
14 oktyabr 11:14
- Ağsu sakinlərinin Mikayıl İsmayılovla bağlı Prezidentə MÜRACİƏTİ
14 oktyabr 10:57
- Prezidentin Trampla görüşündən - Fotolar
14 oktyabr 02:56
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 22:38
- Prezident bu şəxsləri təltif etdi
13 oktyabr 22:09
- Elçin Mirzəbəyli ƏHD Partiyasından ayrıldı
13 oktyabr 22:04
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 11:15
- Ərdoğana çox hörmət edirlər - Tramp
13 oktyabr 09:53
- Çoxsaylı QƏTLLƏR TÖRƏTMİŞ cinayətkar Bakı aeroportunda tutuldu
13 oktyabr 09:47
- Əlisəmid Kür vəfat etdi
13 oktyabr 09:35
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 00:47
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 23:25
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 22:58
- Timoşenko AÇIQLADI: Müharibənin sonu yaxınlaşır
12 oktyabr 19:50
- Sabah leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12 oktyabr 19:31
- Prezident Misirə getdi (FOTO)
12 oktyabr 18:45
- 92 yaşlı prezident yenidən NAMİZƏD OLDU
12 oktyabr 16:33
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 13:57
- Azərbaycanda 16 yaşlı qız ana oldu - ATA TAPILMIR
12 oktyabr 13:26
- Tufan Sadıqov büdcədən 30 MİLYARD mənimsəyib? - ŞOK
12 oktyabr 13:11
Video & Fotoqalereya
Video
Fotoqalereya