Ağsuda əməliyyat: 2 ay əvvəl Prezidentin MEDAL verdiyi Sənan Feyzullayev həbs olundu

İcra başçısı Rövşən Bağırov öz “qara kassir”inə BƏRAƏT almaq istəyir...
İyunun 20-də Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Qax rayonunda keçirdiyi genişmiqyaslı əməliyyat zamanı rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev, onun müavinləri və digər vəzifəli şəxslərin saxlanılıb.
İcra başçısı və onunla birlikdə saxlanılanlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər korrupsiya cinayətləri üzrə ittiham olunurlar.
Musa Şəkiliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Musa Şəkiliyevin və müavinlərinin həbsi cəmiyyətdə ciddi rezonans doğurdu. Çünki neçə il idi ki, icra başçılarının həbsi dayanmışdı. Deməli bu prosesə yenidən start verilib və daha hansı icra başçılarının həbs olunacağı cəmiyyət üçün maraqlıdır. Yəni Musa Şəkiyevdən sonra növbə hansı icra başçısınındır ?
Mediada uzun illərdir qanunsuz əməlləri barəsində yazılanlardan ehtimal etmək olur ki, növbə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırova çatıb.
Rövşən Bağırov vəzifəyə təyin olunduğu vaxtdan ( 2007-2021-ci illər Lerik RİH-nin başçısı, 2021-ci ildən Aqsu RİH-nin başçısı ) dəfələrlə mətbuatın gündəminə gəlib.
Mediada Rövşən Bağırovla bağlı yazılan neqativ məqalələri, vətəndaş şikayətlərini, dövlət qurumlarına müraciətləri oxuyanda adam dəhşətə gəlir.
Rövşən Bağırov barəsində yazılan 100-lərlə şikayətlərdən yalnız 1-inin üzərində dayanaq. Necə deyərlər, dəniz suyunun dadını bilmək üçün bir damcı da yetər.
İcra başçısının səyyar qəbulunda olan Ağsu rayonu Muradlı kənd sakini Eyyub Əkbərov yazır ki, mənim qanuni pay torpaq sahəmin ərazisindən SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılova məxsus “Az-Granata” MMC şirkətinə kanalizasiya xətti çəkiblər. Bu kanalizasiya xətti düzgün çəkilmədiyi üçün mənim sahəmi hər gün batırır. Mən səyyar qəbulda olanda bu problemlə bağlı ayağa qalxıb icra başçısına müraciət etdim. O məni elə acıladı, təhqir edərək dedi ki, sən kimsən ki, mənə bu sözləri deyirsən?
Təsəvvür edirsiniz Ağsu sakini ona məxsus qanuni pay torpaq sahəsi ilə bağlı icra başçısından kömək istəyir, icra başçısı isə Mikayıl İsmayılovun şirkətinin adını eşidən kimi vətəndaşı təhqir edir...
Rövşən Bağırovdan soruşuruq ki, Prezident səni Ağsuya icra başçısı təyin edəndə xalqa qulluq elə deyib, yoxsa Mikayıl İsmayılova ?
Sözün qısası, Rövşən Bağırovun 15 il Lerikdə, 5 ildir isə Ağsuda mənimsədiyi milyonlar, biznes obyektləri barədə yazmaqla bitən deyil.
Ona görə də konkret məsələyə keçək.
Məlumdur ki, 2024-cü ilin sentyabr ayında korrupsiya halları ilə bağlı Ağsu RİH-də əməliyyat keçirilib.
Ağsu RİH-nin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Feyzullayev Sənan Nadir oğlu və Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun Ağsu rayonu üzrə məsləhətçisi Əsgərov Vüqar Səxavət oğlunun qanunsuz hərəkətləri ilə bağlı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Sual olunur ki, RİH-nin şöbə müdiri Sənan Feyzullayev icra başçı Rövşən Bağırovun “xeyir-duası” olmadan rüşvət ala bilərdimi ?
Ağsu sakinləri Sənan Feyzullayevi icra başçısı Rövşən Bağırovun “qara kassa”sı kimi tanıyırlar.
Ən dəhşətlisi bilirsiniz nədir ?
Deməli, həbsindən 2 ay öncə Prezident İlham Əliyevin 24 iyun 2024-cü il tarixli, № 171 sərəncamı ilə Feyzullayev Sənan Nadir oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. ( Mənbə: https://e-qanun.az/framework/57114 ).
Məgər möhtərəm Prezidentimiz təltif olunan 100-lərlə Feyzullayev Sənan kimilərini şəxsən tanımalıdır?
Əlbəttə, yox. Prezidentin rayonda səlahiyyətli nümayəndəsi icra başçısı Rövşən Bağırovdur. Deməli, Sənan Feyzullayevin medal alması üçün xeyir-duanı-təqdimatı da Rövşın Baöırov yazıb və Prezidenti aldadıb.
Atalar demişkən, yalanın və…ömrü 2-cə ay çəkib. Və döşünə MEDAL taxan Sənan Feyzullayev HƏBS OLUNUB.
Bu hələ harasıdır ?
2024-cü ilin sentyabrında həbs olunan Sənan Feyzullayev haqqında konkret qərar yoxdur.
Mediada yayılan xəbərə görə, Sənan Feyzullayev barəsində istintaq işi 2024-cü il dekabr ayında yekunlaşıb və Şamaxı Rayon Məhkəməsinə göndərilib. 7 aydır ki, məhkəmədən xəbər yoxdur.
Görəsən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi və digər dövlət qurumları hara baxır ?
Deyəsən Rövşən Bağırov öz “qara kassir”inə bəraət almaq və yenidən vəzifəyə qaytarmaq üçün nə mümkündürsə edir. Çünki Sənan Feyzullayev icra başçısına xəbər göndərib ki, məhkəmədə açaram haa, tökərəm haa...
Sözün qısası, Qaxdan sonra növbədə birinci Ağsu gəlir. Hazır ol, Rövşən Bağırov.
Rövşən Bağırovun SAXTA DİPLOM MƏSƏLƏSİNƏ növbəti yazıda aydınlıq gətircəyik.
Bizi izləyin.
- Putin: 250 il əvvəl ABŞ-ı Britaniyadan qurtaran BİZ OLMUŞUQ !
6 iyul 2025 18:14
- Kadırovun müraciəti yayıldı: Mənim xəstəliyim...
6 iyul 2025 14:47
- Trampın sərvəti neçə milyard dollardır?..- Nyu-York Tayms
6 iyul 2025 11:53
- Şir küçədə qadına və iki uşağa hücum etdi - VİDEO
6 iyul 2025 09:40
- Fındıq mafiyası iş başında - Bağları məhv edir....
6 iyul 2025 01:39
- Qarabağ xanlığının timsalında: Rusiyaya güvənmək fəlakətə gətirir
5 iyul 2025 10:44
- Sərnişinlərin YAYDA kondisionersiz avtobus dərdi
5 iyul 2025 09:59
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
4 iyul 2025 19:44
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
4 iyul 2025 12:42
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
4 iyul 2025 09:51
- Dağıstan rəhbərinin azərbaycanlılara MÜRACİƏTİ
06 iyul 21:26
- Sərdar Ayaz Sadiq Azərbaycana GƏLDİ - FOTO
06 iyul 21:04
- Məhəmməd Rza şahın xanımı Fərəh Pəhləvinin BAKI SƏFƏRİ
06 iyul 18:50
- Putin: 250 il əvvəl ABŞ-ı Britaniyadan qurtaran BİZ OLMUŞUQ !
06 iyul 18:14
- Nikahsız analar, sənədsiz uşaqlar: Kimdir günahkar?
06 iyul 17:29
- Rusiya partlayış törətdi, Azərbaycana məxsus SOCAR YDM-ləri dağıldı - FOTO
06 iyul 16:12
- Kadırovun müraciəti yayıldı: Mənim xəstəliyim...
06 iyul 14:47
- Məni dostlarım öldürdü - Akif Səmədin şeirləri
06 iyul 12:58
- Trampın sərvəti neçə milyard dollardır?..- Nyu-York Tayms
06 iyul 11:53
- Şir küçədə qadına və iki uşağa hücum etdi - VİDEO
06 iyul 09:40
- Şəmkirdə 3 azyaşlı göldə BOĞULUB ÖLDÜ - Fotolar
06 iyul 09:24
- Bakıda insanlar TƏŞVİŞ içində - küçəni bürüyən bu canlılar nədir?
06 iyul 09:08
- Fındıq mafiyası iş başında - Bağları məhv edir....
06 iyul 01:39
- Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək (SƏRƏNCAM)
05 iyul 23:31
- Masallıda 78 il sonra ortaya çıxan həqiqət: Çay plantasiyası yaxınlığında əzablı ölüm
05 iyul 23:03
- ABŞ-də öldürüldüyü deyilən azərbaycanlı müğənni...
05 iyul 22:34
- Türkiyədən Rusiyaya sərt SİYASİ MESAJ - proses QIZIŞDI
05 iyul 13:37
- Bəziləri mənə dedilər ki, bu səfər sizin üçün təhlükəli ola bilər. Amma...
05 iyul 11:11
- Qarabağ xanlığının timsalında: Rusiyaya güvənmək fəlakətə gətirir
05 iyul 10:44
- Sərnişinlərin YAYDA kondisionersiz avtobus dərdi
05 iyul 09:59
- Bu gün Aşuradır
05 iyul 09:49
- Rusiyada olan Samirə dəhşət yaşadı: Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...
05 iyul 09:29
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
05 iyul 00:58
- Ermənistan Rusiyaya NOTA verdi
05 iyul 00:44
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
04 iyul 21:56
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
04 iyul 19:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14