“Təbəssüm”ün balaları hər kəsə təbəssüm bəxş etdi FOTOLAR
2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm ” uşaq- musiqili teatrının adı çoxumuza yaxşı tanışdır. Təbəssüm rəqs qrupu 18 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində onlar çox uğurlar, çox nailiyyətlər əldə edib. Dünyanın bir çox ölkələrində – Türkiyə, Gürcüstan, Türkmənistan, Qırğızıstan, Macarıstan, Bolqarıstan, Ukraniya, Avstriya, Hollandiya və eyni zamanda Beynəlxalq festivallarda ölkəmizi layiqincə təmsil etmişlər. Hətta, Təbəssüm rəqs qrupu bu ölkələrdə qızıl medallar qazanmış Qran-Pri və Laureat adına layiq görülmüşdür. Hollandiyada keçirilən Uşaq Eurovision müsabiqəsində Azərbaycanı ilk dəfə məhz Təbəssüm təmsil etmişdir.
Hər il Türkiyədə 23 Nisan Uşaq Şənliyi keçirilir və Təbəssüm 14 dəfə orada iştirak etmişdir. Bu il də uşaqlar Bursa şəhərində keçirilən 40-cı TRT Beynəlxalq 23 Nisan Uşaq Şənliyində Azərbaycanı çox uğurla təmsil etdi. Uşaqlarımız Türkiyə Respublikasının Prezidenti, Baş naziri, Türkiyə Milli Məclisinin Sədri ilə, TRT-nin genəl müdiri və bir çox vəzifəli şəxslərlə görüşmüşdü.
04.06.2018-ci il tarixdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Respublikası Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” uşaq-musiqili teatrının “ Bizim nəğməli dünyamız” adlı hesabat konserti keçirildi.
Konsertin keçirilməsində məqsəd Azərbaycan və Dünya xalqlarının mədəniyyət və incəsənətinə sevgi aşılamaq, uşaqlarda xoş əhval-ruhiyyə yaradıb, onlara əyləncəli anlar yaşatmaqdır.
“Təbbəssüm” növbəti dəfə bir-birindən maraqlı, rəngarəng rəqslər və mahnılardan ibarət konsert proqramı ilə gələn qonaqların görüşünə çıxdı. Təbəssüm uşaq-musiqili teatrı zamanın nəbzini tutur. Müasir musiqi, mahnı və rəqslərlə yanaşı, Təbbəssüm həmişə vətənimizin qədim və klassik adət-ənnənələrinə, folkloruna, musiqisinə və rəqslərinə müraciət edir. Konsertdə milli və müasir rəqslərlə yanaşı, müxtəlif dünya xalqlarının – “Acar”, “Türkmən”, “Özbək”, “Qırğız”, “Hind”, “Gürcü”, “Yunan”, “Belarus”, “Şərq” rəqsləri də nümayiş olundu. Təbəssümün repertuarı geniş və zəngindi. Onların arasında cizgi filmlərə və nağıl kompozisiyalarına çox böyük yer ayrılır. Təbəssüm gözəl rəqslərlə uşaqların sevimli nağıl qəhrəmanlarını səhnədə canlandırdı. Konsert müddətində ifa olunan rəqslər gələn qonaqlar tərəfindən bəyənilərək, gurultulu alqışlara səbəb oldu.
Sonda Mərkəzin direktoru Əminə xanım səhnəyə çıxaraq uşaqların tədris ili boyu gördüyü işlərdən və əldə etdikləri nailiyyətlərdən söhbət açdı və belə gözəl tədbirin keçirilməsində əməyi keçən müəllimlərimizi “Fəxri fərman”la mükafatlandırdı.


















- Xalq artisti vəfat etdi
13 aprel 2026 18:14
- Litvanın Azərbaycandakı səfiri KATIN qətliamı ilə bağlı paylaşım etdi
13 aprel 2026 14:18
- ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA
13 aprel 2026 12:46
- Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını - Tələb etdi )))))
13 aprel 2026 11:41
- Orban uduzdu, müxalifət liderini təbrik etdi
12 aprel 2026 23:56
- İrandakı səfirliyimiz fəaliyyətini bərpa etdi
12 aprel 2026 19:53
- İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? /DOSYE
12 aprel 2026 00:02
- Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
11 aprel 2026 19:19
- Bu gün paytaxtda 550 küçə yuyuldu - Fotolar
11 aprel 2026 18:40
- Hərbçilərimz Türkiyədə birgə təlimdə - Fotolar
11 aprel 2026 12:36
- Azərbaycan gimnastları dünya kubokunda QIZIL MEDAL qazandılar
13 aprel 18:25
- Xalq artisti vəfat etdi
13 aprel 18:14
- Kuba prezidenti: ABŞ-dan qorxmuram, inqilab uğrunda canımı verməyə hazıram
13 aprel 17:11
- Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi
13 aprel 14:27
- Litvanın Azərbaycandakı səfiri KATIN qətliamı ilə bağlı paylaşım etdi
13 aprel 14:18
- Pensiyalar SABAH ödəniləcək
13 aprel 13:11
- ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA
13 aprel 12:46
- Şahin Şıxlinski və oğluna hökm oxundu
13 aprel 11:58
- Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını - Tələb etdi )))))
13 aprel 11:41
- Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA
13 aprel 00:18
- Orban uduzdu, müxalifət liderini təbrik etdi
12 aprel 23:56
- Tramp: İranı bir gündə silərəm
12 aprel 23:05
- Xərçəng riskini azaldır
12 aprel 20:08
- İrandakı səfirliyimiz fəaliyyətini bərpa etdi
12 aprel 19:53
- Erməni əsirliyindəki tovuzlu Tamaranın qardaşına MƏKTUBU - Canım sənə qurban, nə olar məni...
12 aprel 16:27
- Qaqarinin varisləri - İlk kosmonavtın qızlarının başına nə gəlib?
12 aprel 14:45
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
12 aprel 14:21
- Tərtərdə ŞOK İDDİA: Bibərlərə şprislə su vurulub -süni çəki- ilə satılır
12 aprel 11:29
- Mehriban Əliyevadan Pasxa bayramı münasibətilə - Paylaşım
12 aprel 10:13
- Hər gün ispanaq yeməyin faydasını bilirsiniz?
12 aprel 00:07
- İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? /DOSYE
12 aprel 00:02
- Azərbaycanda 80 manat pensiya alan Qarabağ veteranlarının sayı açıqlandı
11 aprel 23:34
- ABŞ İranın dondurulmuş aktivlərini azad etməyə razılaşıb - KİV
11 aprel 21:48
- İlham baba mənə KAMAZ göndərdi
11 aprel 20:47
- Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
11 aprel 19:19
- Bu gün paytaxtda 550 küçə yuyuldu - Fotolar
11 aprel 18:40
- Ramiz Mehdiyevə yaxın kəşfiyyat rəhbəri haqda şok iddialar
11 aprel 13:44
- Hərbçilərimz Türkiyədə birgə təlimdə - Fotolar
11 aprel 12:36
- Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
11 aprel 11:43
- Səhiyyə Nazirliyinin nevroloqu cavablandırır: Parkinson xəstəliyini necə tanımaq olar?
11 aprel 10:59
