Əli Həsənovun qəza törədən nəvəsinə qarşı daha bir iddia - 150 min manatlıq dava
Nərimanov Rayon Məhkəməsində baş nazirin keçmiş müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi yol qəzasında yaralananlardan biri – Türkiyə vətəndaşı Songül Tekişin iddiasına baxılıb.
Songül Tekiş 7 il olar qabiliyyətinin 80 faizini itirdiyini deyir. Nəticədə I qrup əlil olub və əlil arabasından yararlanır.
O, hazırda istifadə etdiyi sensorlu gəzdirmə cihazının keyfiyyətcə yetərsizliyi ucbatından səmərəsinin də azaldığını söyləyir. Bu üzdən, yüksək texnologiyalı, müasir cihaza ehtiyacı var, ancaq almağa maddi imkanı çatmır, axı elə cihazın qiyməti 76 min avrodan çoxdur. Onun sözlərinə görə, aparatın alınmasından ötrü Allahverdiyevin ailəsinə xəbər göndərsə də, nəticəsi olmayıb. Songül Tekiş Azərbaycanda Nail Allahverdiyevin atası Elman Allahverdiyevlə onun rəhbərlik etdiyi “Gardenia” MMC-yə qarşı məhkəmə iddiası qaldıraraq, qarşı tərəfdən cizahın dəyəri qədər – 76 min 850 avro tələb edir.
Musavat.com xəbər verir ki, 2017-ci il avqustun 3-də baş vermiş qəzada Songül Tekişlə yanaşı, yanında olan həyat yoldaşı Mutallib Tekiş də ağır xəsarət alıb. O vaxt cütlük səkidə gedərkən, idarəetməni itirən avtomobil yoldan çıxaraq, onları vurub.
Allahverdiyevlər ailəsi Tekiş cütlüyü ilə 2017-ci ildə müqavilə bağlayaraq, çəkilən tibbi xərclərə və mənəvi ziyana görə Songül Tekişə 265 min dollar ödəmək, eləcə də daha sonra yaranacaq bütün müalicə və qulluq xidmətlərini qarşılamaq öhdəliyi götürüb. Vəd olunan vəsait ödənilib.
Songül Tekiş müqavilədəki “daha sonra da yaranacaq bütün müalicə və qulluq xidmətlərini qarşılamaq öhdəliyi”nə əsaslanaraq, məhkəmədə iddia qaldırıb:
“Mən və ərim o qəzada əlil olmuşuq, 3 övladımızla başqalarının köməyinə möhtac qalmışıq. Omürlük, əlil olaraq, yaşamağa məhkumuq. Bu şəkildə yaşamaq həm mənə, həm də ailə üzvlərimə əzabdır. Amma ölə də bilmirəm, axı hüquqa zidd olduğu təlqin edilir”.
Qarşı tərəf onun iddiasına etiraz edir. Elman Allahverdiyevin nümayəndəsi bildirib ki, Tekiş ailəsinə münasibətdə öhdəliklər tam yerinə yetirilib. Onlar da 2017-ci ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsinə Nail Allahverdiyevdən şikayətçi olmadıqları, bundan sonra da ona qarşı heç bir tələbləri olmayacağı barədə ərizə təqdim ediblər.
Ancaq Songül Tekiş 2021-ci ildə 1 milyon 550 min dollar, 993 min Türkiyə lirəsi və 22 min avro pul tələbiylə onlara qarşı iddia qaldırıb. Bakı Apellyasiya Məhkəməsi bu iddianın nevrotronik sensorlu gəzmə cihazının dəyəri sayılan 22 min avroluq hissəsini təmin edib.
“O qərar da icra olunub. Hazırkı iddia isə tam əsassızdır. Üstəlik, bu tələbi irəli sürmək üçün qanunla müəyyən edilmiş müddət də ötürülüb”, - Allahverdiyevin nümayəndəsi etirazını belə əsaslandırıb.
Bugünlərdə Songül Tekişin iddiasına baxan Nərimanov Rayon Məhkəməsi onu təmin etməyib. Türkiyə vətəndaşı qərardan narazı qalıb və yuxarı instansiya məhkəməsinə şikayət vermək niyyətindədir.
Nail Allahverdiyevin törətdiyi qəza 2017-ci il avqustun 3-də baş verib. 1994-cü il doğumlu Nail Allahverdiy idarə etdiyi “Gelandewagen” markalı avtomobillə qarşısındakı maşını arxadan vurub, nəticədə idarəetməni itirib. Avtomobil beton yolayrıcını aşaraq, kənar yola çıxıb və piyadalar Vaqif Əsədov, Mutallib və Songül Tekiş cütlüyünü vurub. Ardından ətrafdakı binanın fasadına çırpılaraq yanıb.
Qəza nəticəsində piyada Əsədov və avtomobildə Allahverdiyevin yanında olmuş Mehdi Əliyev ölüb. Nail Allahverdiyevin özünün də qolu sınıb.
Hadisədən sonra həbs olunan Nail Allahverdiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-in 263.3-cü (yol hərəkəti qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə təqsirli bilinib və 6 il həbs cəzası alıb. Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 ilə endirdəndən sonra o, məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.
Daha sonra Ali Məhkəmə Nail Allahverdiyevə münasibətdə CM-in 70-ci (şərti məhkumetmə) maddəsini tətbiq edib və o, şərti cəza ilə azadlığa buraxılıb.
Nail Allahverdiyevin babası Əli Həsənov 1998-2018-cu illərdə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə rəhbərlik edib, 2019-cu ildə təqaüdə göndərilib.
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
