Baba Rzayev məşhur falçısını axtarır – Elman Əliyevi tapana 20 min vəd edib
“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev şiddətli töhmət alandan sonra olduqca çaşqın duruma düşüb. Baş nazir Əli Əsədovun imzaladığı müvafiq sərəncamı az qala ölüm hökmü kimi qəbul edən Baba Rzayev düşdüyü vəziyyətdən çıxış yolları arayır.
Musavat.com-a daxil olan məlumata görə, Baba Rzayev əlimyandıda köhnə falçısı Elman Əliyevi axtarır.
Falçı xaricdə yaşadığından və bütün telefon nömrələrini dəyişdiyindən Baba Rzayev onun tapılması üçün bütün imkanlarını səfərbər edib. Elman Əliyevi tapmaq üçün Almaniyaya adam göndərib. Bundan başqa, falçının telefon nömrəsini tapana 20 min manat mükafat da təyin edib. Hələlik falçı Elmanın axtarışları nəticə verməyib. Baba Rzayevlə falçı Elmanın əlaqələri yeni deyil. İllər öncə Elman Əliyevin Baba Rzayevin xidməti kabinetində cadu etməsi görüntüləri sosial şəbəkələrdə yayılıb. Yayılmış videolardan belə anlaşılır ki, Baba Rzayevin küfrə, harama marağı, inamı hədsizdir. Elman Əliyevin son dərəcə böyük həvəslə axtarışları da görünür, elə batil, ikrahdoğuran inamından doğur.
Mətbuatda Baba Rzayev kimi tanınmasını istəyən Balababa Rzayev və onun həyat yoldaşı Nərminə Həsənova hakim partiyanın üzvləridir. Bakıda Böyük Şor şosesində işıqlı, çilçıraqlı binası ilə göz oxşayan “Santral Elektrik” LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə 70 faizi Baba Rzayevə, 30 faizi onun həyat yoldaşı Nərminə Həsənovaya məxsusdur. “Santral Elektrik”in əsasını 2000-ci ildə Türkiyədən olan tərəfdaşı ilə birlikdə qoyub. Sonralar, 2003-cü ildə türkiyəli iş adamı öz payını Baba Rzayevə satıb. “Bakelektrikşəbəkə”yə sədr keçdikdən sonra onun, “Santral Elektrik”i də qeyri-rəsmi idarə etdiyi bildirilir. Sonradan “Santral Elektrik”ə rəhbərlik səlahiyyəti İlham Həsənova – Baba Rzayevin qaynına verilib.
Büdcədən maliyyələşən sifarişləri həyata keçirən “Göknur Bakı LTD”, “GBS” MMC şirkətləri “Santral Elektrik”lə təkcə eyni ünvanı bölüşmür. Bu şirkətlərin təsisçi və rəhbərləri də Rzayevlər ailəsinin üzvləridir.
“General Boards System” – GBS Məhdud Məsuliyyətli Cəmiyyətini Baba Rzayevin oğlu və qardaşı – Fuad Rzayev və Emin Rzayev 2003-cü ildə təsis ediblər. Şirkət elektrik avadanlıqları istehsalı ilə məşğuldur. “GBS” MMC-nin son işləri Bakı Beynəlxalq Hava Limanı, Muğam Teatrı, Park Bulvar və “Landmark”ın işıqlandırmasını təmin etmək olub. Ölkə rəhbərinin tapşırığı ilə yoxlama aparan Dövlət Nəzarəti Şöbəsinin rəyinə əsasən, “Bakıelektrikşəbəkə” ASC təqribən 90 milyon manat məbləğində 236 müqaviləni dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərini pozaraq tender keçirmədən, razılıq almadan birbaşa bağlayıb, bəzi malların alınmasına təcili zərurət yarandığını əsas gətirərək birbaşa müqavilələrin bağlanmasına icazə alsa da, bəzən müqavilələri razılıqdan 4-11 ay sonra imzalayıb, bir sıra hallarda isə tenderdən yayınmaq məqsədilə malların məbləği süni surətdə ayrı-ayrı hissələrə bölüşdürülüb. Təkcə 2011-ci il üçün tender reyestrində göstərilənlərə görə, “Bakıelektrikşəbəkə”nin “Gök-Nur Bakı”ya rəsmi müqavilələr əsasında ödədiyi pulların ümumi həcmi 338 milyon 368 min 86 manatdır. “Gök-Nur Bakı LTD” müxtəlif növ kabellərin istehsalı və quraşdırılması ilə məşğuldur. “Gök-Nur Bakı LTD” istehsal etdiyi məhsulları dollarla, əsasən dövlət qurumlarına satır.
Bundan başqa, əsasən Bakının Xəzər rayonu ərazisində Baba Rzayevə məxsus çoxsaylı əmlak və biznes obyektləri var. Məsələn, Mərdəkan qəsəbəsi, 28 May küçəsində, keçmis tikinti materialları mağazasının yerləşdiyi 5 hektar ərazidə kottec tipli evlər tikilir, mini şəhərcik salınır.
Yaxınlarda ərazidəki kotteclər fantastik qiymətə satışa çıxarılacaq.
Şüvəlan qəsəbəsi, Heydər Əliyev küçəsində keçmiş Gülçülük sovxozunun ərazisində 1 hektarda Baba Rzayevə məxsus bağ evi var. Dübəndi bağ massivində, Mayak deyilən ərazidə də Baba Rzayevin iqamətgahı yerləşir. İqamətgahın ərazisi 1 hektardır. Anadan olduğu Zirə qəsəbəsinin əkinə yararlı torpaqlarının 68 faizi Baba Rzayevin əlində cəmlənib. Zirədə 100 hektarda salınmış göbələkçilik fermasını əmisi oğlu Firuz Rzayev idarə edir. Firuz Rzayev Baba Rzayevə məxsus olan və Dübəndidə yerləşən “Dübəndi” və “Qaya” restoranlarını da idarə edir. Bakının Səbail, Xətai, Nəsimi, Yasamal ərazilərində də 200-dən artıq mənzilə sahib olması da gələn məlumatlar sırasındadır.
Şağan qəsəbəsi, Olimpiya kompleksinə gedən yolun sağ tərəfində əvvəllər “Bakelektrikşəbəkə”nin stansiyası olub. 25 sot ərazisi olan stansiya sökülüb, torpağı isə saxta sənədlər əsasında “Azəreneji” prezidentinin nataraz əmlak siyahısına əlavə edilib. Qala qəsəbəsində yerləşən keçmiş Kərpic zavodunun 30 hektarlıq ərazisi də həmin siyahıdadır.
Dübəndi qəsəbəsinin bağlar yaşayış massivində bir vaxtlar mətbuat və teatr işçilərinə ayrılmış 400-dən artıq bağ torpaq sahəsi də zəbt olunaraq Baba Rzayevin topdağıtmaz sərvətlərinə qatılıb. Bir vaxtlar “Azərişıq”ın avtomobil qarajı olmuş torpaq sahəsi də, Gürcüstanda “Sairme” müalicə-sağlamlıq kurortu, hotel biznesi, göbələk biznesi, Dubayda biznesi mövcuddur.
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 2025 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 2025 16:31
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 2025 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 2025 16:06
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 2025 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 2025 00:06
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 2025 21:12
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 2025 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 2025 09:02
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
- İlham Əliyev Keniya Prezidentini təbrik etdi
11 dekabr 10:44
