Ağsu sakinləri yaxın zamanda Mikayıl İsmaylovla bağlı Prezidentə VİDEO MÜRACİƏT edəcək

Mikayıl İsmayılovun xalqdan və dövlətdən oğurladığı, dəyəri milyardlar olan sərvətin tam siyahısını yaxın zamanda dərc edəcəyik…
Zaman-zaman ölkə mətbuatında SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun ölkə daxilində və xaricdə olan biznes şəbəkəsi, mülkləri, restoranları, obyektləri, mənzilləri, villaları, şirkətləri və s barədə uzun bir siyahı dərc olunaraq yayılıb. (Biz Mikayıl İsmayılovun özəl-şəxsi həyatı ilə bağlı yayılan xəbərlərə toxunmuruq.)
Və bu xəbərlərin heç biri təkzib olunmayıb.
İlk öncə onu qeyd edək ki, bizim bir media olaraq Mikayıl İsmayılovun və digərlərinin mal-mülkünü, sərvətini, pulunu saymağa fikrimiz və marağımız yoxdur.
Bu məqamda yada böyük türk şairi, kommunist Nazim Hikmətlə bağlı bir hadisə düşür.
… Kommunist olduğu üçün Türkiyədə polis tərəfindən izlənən Nazim Hikməti bir gün jandarma yaxalayır. Və görür ki, şair yumşaq yataqda dincəlir. Jandarma soruşur: “Paşa nəvəsi, üzv olduğun KOMMUNİST firqəsi BƏRABƏR-likdən danışır...bəs sən burda yumşaq, qu tükündən, təmiz yataqda dincəlirsən, firqədaşlarını isə həbsxanalarda BİT-BİRƏ basıb yeyir”...
Nazim Hikmət deyir ki, komutan sağ olsun, mən BİT-BİRƏ-nin BƏRABƏR-liyindən deyil, ZƏNGİN-liyin BƏRABƏR-liyindən danışıram və istəyirəm ki, hamımız zəngin olaq...
Bəli, biz də istəyirik ki, bütün vətəndaşlrımız, o cümlədən Mikayıl İsmayılov zəngin olsun. Amma…
Amma bu zənginlik halal, qanuni yolla olmalıdır. Oğurluq, quldurluq, rüşvət, korrupsiya yolu ilə deyil.
İndi gəlin, Mikayıl İsmayılovun mediaya bəlli olan biznes imperiyasına nəzər salaq.
“Evlər kralı” Mikayıl İsmayılovun təkcə Bakıda 200-dən artıq mənzili var və hər ay kirayədən milyonlar qazanır.
Xeyli sayda avtosalonlar, Hövsanda dəyəri milyonlar ola villalar, “Kapital Motors” şirkəti, paytaxtın mərkəzində yerləşən “Central Baku”, “Özsüt” restoranları, Fəvvarələr Meydanı ərazisində çoxsaylı daşınmaz əmlakı, “Modern hospital”, Teymur Əliyev küçəsində villalar, villanın həyətindəki 300 minə başa gələn hovuz, Nərimanov rayonu ərazisində malikanələr, 100 hektarlarla torpaq sahələri…Hələ bu harasıdır ..
Mikayıl İsmayılovun Şamaxıda Kirovkada, Çuxuryurdda villaları,
Ağsu dolaylarında 3 dənə restoran, Şərədil, Axırıncı aşırım, Panorama…hər birinin dəyəri 5 milyon manat,
Ağsuda marketlər, apteklər, 10 yerdə villa, İdman kompleksi, Tədris mərkəzi, Rabitə banka icarəyə verdiyi binalar,
Regional Qaz İdrəsinə verdiyi və ayda 7500 manat icarə haqqı aldığı bina,
Notariusa icarəyə verdiyi binalar, Azqranata aid dükanlar,
Ağsuda “Azqranat zavodu”na aid toxum mağazaları,
Ağsuda “Gəncə təndiri”nə icarəyə verdiyi obyekt,
Ağsu-Kürdəmir yolunda “Ağsu taxıl MMC”-yə 15 min manata icarəyə verdiyi obyekt,
Ağsuda biri dövlət vəsaiti hesabına yaradılan 2 ferma,
Ağsuda və kəndlərində 1000 ha torpaq sahələri,
Kürdəmirdə 1000 ha torpaq sahəsi, həbs olunan icra baçısından alıb,
Şamaxıda üzüm bağları və pansionatlar,
Gədəbəydə dəyəri 10 milyon olan otel-pansionat,
Türkanda istilikxanalr,
Pirallahıda obyektlər,
Türkiyənin İzmir şəhərində obyektlər,
Q.Qarayevdə dəyəri 6 milyon olan Psixoloji Mərkəz,
Mikayıl İsmayılov təkcə icarəyə verdiyi obyektlərdən ayda 6 milyon manat icarə haqqı alır…
Elə bilirsiniz siyahı bununla bitir…?
İstər-istəməz ortaya sual çıxır:
Görəsən, dəyəri 100 milyon deyil, milyard olan bu sərvətin mənbəyi nədir ?
Bəlkə Mikayıl İsmayılova babasından miras qalıb ?
Məlumdur ki, Mikayıl İsmayılovun babasının ən çoxu 5-10 qoyunu-keçisi ola bilərdi ?
Bəlkə Mikayıl İsmyılov xəzinə, qızıl küpü tapıb ?
Bəlkə Mikayıl İsmyılov hansısa ixtira edib, elmi kəşf edib, xəbərimiz yoxdur…
Heç bizneslə də, elmi kəşflə, ixtira ilə də bu boyda sərvət qazanmaq mümkün deyil.
Bəs onda bu MİLYARD-ın mənbəyi nədir ?
Mikayıl İsmayılov ömrünün böyük hissəsini dövlət müəssisələrində mühasib, baş mühasib, direktor, sonradan SOCAR-da vitse-prezident işləyərək dövlətdən konkret məbləğdə maaş alıb.
Deməli, bu yüz milyonlar xalqdan, dövlətdən oğurlanıb.
Onu da qeyd edək ki, dövlət qulluğunda çalışan Mikayıl İsmayılovun sahibkarlıq-biznes fəaliyyəti ilə məşğul olması da qanunla qadağandır.
Onda sual olunur ki, bu boyda sərvəti Mikayıl İsmayılov hansı yolla əldə edib ?
Bax, əsas məsələ budur. Və bu suala gec-tez Mikayıl İsmayılov cavab verəcək.
Sonda cənab Prezidentimizə mürciət edirik.
Cənab Prezident !
Mikayıl İsmaylovun malik olduğu bu 100 milyonların mənbəyi nədir ?
Möhtərəm Prezident !
Həmişə deyirsiniz ki, Sizdən bir çox məlumatları gizlədirlər və dürüst informasiya üçün mətbuatdan kömək istəyirsiniz.
Möhtərəm Prezident !
Xalqdan və dövlətdən oğurlanan pulların xalqa qaytarılması üçün biz hər zaman Sizə dəstək verməyə hazırıq.
P.S. Sonda onu qeyd edək ki, yaxın zamanda Mikayıl İsmayılovun xalqdan və dövlətdən oğurladığı sərvətin tam-dəqiq siyahısını dərc edəcəyik.
Və yaxın zamanda Ağsu sakinləri Mikayıl İsmayılovun qanunsuz əməlləri ilə bağlı VİDEO-KONFRANS keçirib möhtərəm Prezidentimizə MÜRACİƏT edəcəklər. Özü də 3 dildə.
Bizi izləyin.
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
9 oktyabr 2025 01:38
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
8 oktyabr 2025 21:37
- Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
8 oktyabr 2025 12:54
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
8 oktyabr 2025 10:29
- AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
8 oktyabr 2025 10:17
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
8 oktyabr 2025 02:20
- Tovuzda itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü
8 oktyabr 2025 01:52
- Doğum nisbətinin ən aşağı və ən yüksək olan ölkələr (SİYAHI)
8 oktyabr 2025 01:43
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
7 oktyabr 2025 12:45
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
7 oktyabr 2025 11:25
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
09 oktyabr 01:38
- Millimiz Fransaya 8-0 məğlub oldu
09 oktyabr 01:29
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
09 oktyabr 01:19
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
09 oktyabr 00:50
- Prezident qardaş ölkələrə təşəkkür etdi
08 oktyabr 21:42
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
08 oktyabr 21:37
- Prezident qəbul keçirdi - Fotolar
08 oktyabr 13:15
- Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
08 oktyabr 12:43
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
08 oktyabr 10:29
- AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
08 oktyabr 10:17
- Bu gün III MDB Oyunlarının bağlanış mərasimi olacaq
08 oktyabr 10:07
- Coca-Cola qaraciyəri spirtli içkilərdən çox zədələyir
08 oktyabr 02:31
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
08 oktyabr 02:20
- İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu - Fotolar
08 oktyabr 02:08
- Tovuzda itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü
08 oktyabr 01:52
- Doğum nisbətinin ən aşağı və ən yüksək olan ölkələr (SİYAHI)
08 oktyabr 01:43
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
07 oktyabr 17:08
- Füzuli məscidinin təməli qoyuldu
07 oktyabr 15:53
- Fizika üzrə Nobel mükafatı laureatları məlum oldu
07 oktyabr 14:08
- İlham Əliyev Vladimir Putini təbrik etdi
07 oktyabr 14:00
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
07 oktyabr 12:45
- Bakıda parkda söyüş söyən vəzifəli şəxs həbs edildi
07 oktyabr 12:33
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
07 oktyabr 11:25
- Berdiməhəmmədov Qəbələdədir
07 oktyabr 10:17
- Bir yemək 650, şərab 1700 manat - Bakının ən bahalı restoranları
07 oktyabr 10:06
- Leninqradın ADAM ƏTİ YEYƏNLƏRİ - ÇOXU QADINLAR OLUB
07 oktyabr 00:59
- TƏBİB-in xanım işçisi bıçaqlandı
06 oktyabr 23:12
- Bakcell-in meqa lotereyasının qalibi bəlli oldu!
06 oktyabr 22:55
- Hakan Fidan Azərbaycana gəldi
06 oktyabr 21:57
- Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)
06 oktyabr 15:34