Günahsız yerə 47 il həbsdə qaldı: 1,4 milyon dollar təzminat ALACAQ
Yaponiyada məhkəmə 1966-cı ildə bir qətldə günahlandırılaraq 47 il həbsdə qaldıqdan sonra günahsız olduğu müəyyən edilən Hakamata İvaoya 1,4 milyon dollar təzminat ödənilməsinə qərar verib.
Musavat.com xəbər verir ki, bu barədə "Kyodo News" məlumat yayıb.
Məlumatda bildirilir ki, 1966-cı ildə eyni ailədən dörd nəfəri qətlə yetirmək ittihamı ilə həbs edilən və 1968-ci ilin sentyabrında edama məhkum olunan boksçu Hakamata illər sonra açdığı təzminat iddiasını udub.
2014-cü ildə işin yenidən açılmasına qərar verilənə qədər 47 il ərzində edam edilmə qorxusu altında həbsdə saxlanılan Hakamata, hər gün üçün 84 dollar təzminat tələb edib.
2024-cü ilin sentyabrında, 89 yaşında olarkən qətl ittihamından bəraət qazanan Hakamatanın vəkilləri onun 47 illik haqsız məhkumluğunun psixoloji və fiziki fəsadlarının ölçüyəgəlməz olduğunu bildiriblər.
Vəkillər Hakamatanın uzun illər edam cəzası qorxusu ilə yaşadığını əsas gətirərək ona maksimum həcmdə təzminat ödənilməsini tələb ediblər.
Məhkəmə həbsdə olduğu müddətdə yaşadığı "psixoloji və fiziki əziyyətlərə" görə Hakamata İvaoya 1,4 milyon dollar təzminat ödənilməsinə qərar verib.
Hadisə və Hüquqi Proses
Ginnesin Rekordlar Kitabı tərəfindən "dünyanın ən uzun müddət həbsdə qalan edam məhbusu" adlandırılan Hakamata 1966-cı ildə Tokio şəhərinin cənub-şərqində yerləşən Şizuoka bölgəsində, soya məhsulları istehsal edən bir fabrikdə işləyərkən eyni ailədən dörd nəfəri bıçaqla qətlə yetirmək ittihamı ilə həbs olunub.
1968-ci ilin sentyabrında edam cəzasına məhkum edilən Hakamatanın hökmü 1980-ci ilin dekabrında qüvvəyə minib. 1981-ci ilin aprelində o, yenidən məhkəmə qarşısına çıxmaq üçün apellyasiya şikayəti versə də, Şizuoka Bölgə Məhkəməsi 1994-cü ilin avqustunda bu tələbi rədd edib.
2014-cü ilin martında Şizuoka Bölgə Məhkəməsi yeni sübutların ortaya çıxması ilə işin yenidən araşdırılmasına qərar verərək Hakamatanın sərbəst buraxılmasına hökm edib.
Nəhayət, Şizuoka Bölgə Məhkəməsi 2024-cü ilin sentyabrında qətl hadisəsinə dair sübut kimi təqdim edilən geyimlərin etibarlı hesab edilməyəcəyini bildirərək Hakamatanın bəraətinə qərar verib.
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
5 mart 2026 12:35
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
25 fevral 2026 21:07
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
