Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanladı
Siyasət14 noyabr 2025 12:01
Prezident İlham Əliyev "Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
NUH.az xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli konfrans iştirakçıları,
Sizi "Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda beynəlxalq konfransın açılışı münasibətilə Xankəndidə səmimi-qəlbdən salamlayıram.
Qardaş ölkələri təmsil edən xüsusi xidmət orqanlarının nümayəndələrinin bu tədbirdə iştirakı təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsinə olan ümumi baxışımızın bariz göstəricisidir.
Bugünkü tədbirin ölkələrimiz və bütövlükdə region üçün strateji əhəmiyyət daşıyan beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunması mövzusuna həsr olunması təsadüfi deyil. Son zamanlar dünyanın müxtəlif bölgələrində müşahidə olunan qarşıdurmalar beynəlxalq və regional təhlükəsizliyi ciddi şəkildə təhdid edən müxtəlif çağırışların artmasına səbəb olur. Bu mənada ölkələrimizin ərazisindən keçən, Avropa ilə Asiyanı birləşdirən geniş nəqliyyat şəbəkəsinin mühafizə olunması üçün xüsusi xidmət və təhlükəsizlik orqanları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi böyük önəm daşıyır.
Bu gün bizim ölkələr Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişaf etdirilməsində aparıcı rola malikdirlər. Azərbaycan müasir dəmir və avtomobil yolları, eləcə də hava və dəniz limanları infrastrukturuna böyük sərmayələr yatırır. Biz bu nəqliyyat və kommunikasiya xətlərini təkcə iqtisadi rifah mənbəyi kimi deyil, eyni zamanda Türk dövlətlərinin siyasi, mədəni, təhlükəsizlik və müdafiə sahələrində daha sıx inteqrasiyası üçün vacib təməl kimi görürük.
Zəngəzur dəhlizinin açılması ölkələrimiz arasında birbaşa və maneəsiz əlaqələrin qurulmasında mühüm rol oynayacaqdır. Bu layihənin reallaşması nəticəsində yükdaşıma həcminin çoxalması regionun rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaqdır. Bununla belə, nəqliyyat qovşaqlarımızın artan rolu onları destruktiv qüvvələrin hədəfinə çevirir. Nəqliyyat və kommunikasiya xətlərimiz beynəlxalq terrorçuluqla, transmilli mütəşəkkil cinayətkarlıqla, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə, qaçaqmalçılıqla, eləcə də kritik nəqliyyat infrastrukturunun idarəetmə sistemlərinin iflicinə yönəlmiş kibertəhdidlərlə üzləşir.
Nəhəng regional layihələrin icrasına mane olmaq məqsədi daşıyan xarici müdaxilə və sabitliyi pozma cəhdləri də xüsusi qeyd edilməlidir. Məhz buna görə də xüsusi xidmət orqanları arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi həyati zərurətə çevrilmişdir. Əsas nəqliyyat obyektlərinə, marşrutlara və ümumiyyətlə dövlətlərimizə qarşı planlaşdırılan pozuculuq aktları barədə fasiləsiz və operativ məlumat mübadiləsinin aparılması və birgə profilaktik tədbirlərin görülməsi olduqca vacibdir.
Müvafiq kontekstdə tranzit xətlərimizdən istifadə etməyə cəhd göstərən terrorçu təşkilatların və cinayətkar qrupların destruktiv fəaliyyətinin qarşısının alınması üçün əlaqələndirilmiş əməliyyat tədbirlərinin hazırlanması və reallaşdırılması da prioritet fəaliyyət istiqamətləri sırasında yer almalıdır. Bu əməkdaşlıq kibertəhdidlərdən müdafiə, eləcə də nəqliyyat axınlarına nəzarət və monitorinq üçün qabaqcıl texnologiyaların tətbiqi sahəsində təcrübə mübadiləsini də əhatə etməlidir.
Nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyi sahəsində əməkdaşlığımızın effektivliyi qardaş dövlətlərin iqtisadi inkişafının və uzunmüddətli sabitliyinin zəmanətidir. Əminəm ki, bugünkü tədbir və ən əsası xüsusi xidmət orqanlarının daimi birgə işi ölkələrimizin təhlükəsizliyi, sabitliyi və rifahı ilə bağlı ümdə məsələlərin həllinə kömək edəcək, xalqlarımızın dinc və firavan inkişafına töhfə verəcəkdir.
Bütün tədbir iştirakçılarını bir daha Qarabağda ürəkdən salamlayır, konfransın praktiki əhəmiyyətli nəticələrlə yekunlaşmasını arzulayıram!"
Oxşar xəbərlər
- Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
31 yanvar 2026 11:37
- Süleyman Mikayılov Qaradağın icra başçısı vəzifəsindən azad edildi
31 yanvar 2026 11:30
- Bir qrup şəxsə 2026-cı il Gənclər üçün Prezident mükafatları verildi (SƏRƏNCAM)
31 yanvar 2026 11:23
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
30 yanvar 2026 12:20
- Azərbaycanda neçə general-polkovnik var? - TAM SİYAHI
30 yanvar 2026 00:17
- Şahin Bağırova general-polkovnik, üç nəfərə general-mayor rütbəsi verildi
29 yanvar 2026 19:34
- Zəngilana növbəti köç karvanı yola salındı
29 yanvar 2026 11:45
- Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək (SƏRƏNCAM)
29 yanvar 2026 01:40
- Prezident Azərbaycan və Gürcüstan DİN-ləri arasındakı sazişi - Təsdiqlədi
28 yanvar 2026 21:14
Xəbər lenti
- Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
31 yanvar 11:37
- Süleyman Mikayılov Qaradağın icra başçısı vəzifəsindən azad edildi
31 yanvar 11:30
- Bir qrup şəxsə 2026-cı il Gənclər üçün Prezident mükafatları verildi (SƏRƏNCAM)
31 yanvar 11:23
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 15:25
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 15:18
- Sabiq nazir Siruz Abasbəylinin 80 illiyidir
30 yanvar 13:52
- Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
30 yanvar 12:20
- Bakıda binada blok çökdü: Sakinlər evdən çıxa bilmirlər (VİDEO)
30 yanvar 12:14
- Azərbaycanda neçə general-polkovnik var? - TAM SİYAHI
30 yanvar 00:17
- BİZİM VARİS ... Xalqa xidmət Allaha xidmətdir
29 yanvar 20:42
- Şahin Bağırova general-polkovnik, üç nəfərə general-mayor rütbəsi verildi
29 yanvar 19:34
- Vətən müharibəsi iştirakçısı DƏM QAZINDAN ÖLDÜ (FOTO)
29 yanvar 16:29
- Şəhid atası vəfat etdi
29 yanvar 11:57
- Zəngilana növbəti köç karvanı yola salındı
29 yanvar 11:45
- Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək (SƏRƏNCAM)
29 yanvar 01:40
- Prezident Azərbaycan və Gürcüstan DİN-ləri arasındakı sazişi - Təsdiqlədi
28 yanvar 21:14
- Həbsdə olan jurnalistin ailəsində növbəti faciə
28 yanvar 19:15
- Putinlə Əhməd əl-Şaraanın görüşü başladı
28 yanvar 18:03
- Azərbaycanda yeni nəslin BOYU azalır
28 yanvar 15:33
- Əkrəm Əylisli sükutu pozdu: Anarla görüşümün heç bir əhəmiyyəti yoxdur - MÜSAHİBƏ
28 yanvar 14:18
- Vaqif Səmədoğlunun xanımı: Mən istəmədim ki, övladımız olsun
28 yanvar 13:01
- ARAZ supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir
28 yanvar 12:19
- Abbas Abbasovun evində AXTARIŞ: Mehdiyev işi ALOVLANDI
28 yanvar 12:07
- Azərbaycan və Ermənistanın Almaniyadakı səfirləri görüşdü
28 yanvar 12:00
- Mehdiabaddan 28 MAY-a tramvay yolu çəkiləcək
28 yanvar 11:47
- 12-ci erməni Qarabağdan niyə getmək istəmədi - Həkəri körpüsünə çatanda dedi ki...
28 yanvar 00:28
- Ramiz Mehdiyevin adı keçən 18 illik uşaq oğurluğu dosyesi yenidən açılır – DTX-dən cavab
27 yanvar 21:29
- GƏRGİN DEBAT: Pənah Hüseynlə Nemət Pənahlının SÖZ DUELİ – Elçibəy, 20 yanvar, İran mövzusu....
27 yanvar 14:39
- Azərbaycan xaricdən BİRİ 8658 MANATA İNƏKLƏR ALIB
27 yanvar 12:29
- Prezident Sumqayıt Sənaye Parkında açılışlar etdi (YENİLƏNİB)
27 yanvar 12:16
Video & Fotoqalereya
Video
Fotoqalereya
