Prezident: Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır
SiyasətDünən, 12:25
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumu iştirakçılarına müraciət ünvanlayıb.
Qaynarinfo xəbər verir ki, müraciəti Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.
Müraciətdə deyilir:
"Hörmətli Forum iştirakçıları,
İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) ilk Media Forumunda Sizi səmimi-qəlbdən salamlayıram. Bu Forumun Azərbaycanın təşəbbüsü ilə birinci dəfə Bakı şəhərində keçirilməsi mühüm hadisədir.
Bildiyiniz kimi keçən il Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilmişdir. Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən bu təşkilat ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Bu, ölkəmizə olan beynəlxalq etimadın göstəricisi, təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürü idi. 1,2 milyard əhalini əhatə edən və böyük iqtisadi potensiala malik D-8 təşkilatına üzv olan dövlətlər ortaq dini-mədəni dəyərləri bölüşürlər. Bu gün artıq üç qitəni əhatə edən D-8 platforması dayanıqlı iqtisadi artım, rəqəmsal transformasiya, süni intellekt, qlobal iqlim dəyişmələri ilə mübarizə və enerji təhlükəsizliyi kimi mühüm sahələrdə inkişafı irəli aparmaq üçün geniş imkanlara malikdir. Azərbaycan enerji, nəqliyyat və kommunikasiya sahələrində D-8 ölkələri ilə çoxşaxəli tərəfdaşlıqlar qurmaqla regional və beynəlxalq əməkdaşlığın mühüm iştirakçısına çevrilmişdir.
Azərbaycan D-8 ailəsinin üzvü olduğu gündən təsisatın inkişafı ilə bağlı səylər göstərir. Bu, təkcə iqtisadi deyil, həm də mədəni, sosial və humanitar əməkdaşlıq sahələrində özünü büruzə verir. Azərbaycanın D-8-ə üzvlüyə qəbul edilməsindən ötən bir ilə yaxın müddət ərzində ölkəmizin təşəbbüsü ilə Bakı şəhərində D-8 ölkələrinin QHT-lərinin ilk dəfə görüşü təşkil olunmuş, D-8 Həftəsi çərçivəsində "D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoq"u baş tutmuşdur. Azərbaycan bundan sonra da təsisat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verməyə davam edəcəkdir.
Dost ölkələrin ictimai-siyasi xadimlərini, kommunikasiya üzrə mütəxəssislərini, media nümayəndələrini bir yerə toplayan bu Forumun qlobal informasiya məkanında meydana çıxan yeni çağırışları müzakirə etmək və ortaq məqsədlərə çatmaq üçün səmərəli platforma olacağına inamımı ifadə edirəm. Qlobal böhranlar, bəşəriyyət qarşısında duran yeni sınaqlar və çətinliklər dövründə ölkələrimizin bir-birinə qarşılıqlı dəstək göstərməsi, o cümlədən media sahəsində həmrəyliyi nümayiş etdirməsi olduqca vacibdir.
Müasir dünyada informasiya adi xəbər olmaqla məhdudlaşmır, beynəlxalq münasibətlərin, ictimai rəyin və iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilərək xalqlar arasında etimadın və anlayışın formalaşmasında mühüm rol oynayır.
Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır. Təəssüflər olsun ki, qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, "deepfake"-lər, süni intellektin imkanlarından sui-istifadə və digər manipulyasiya halları dayanmadan artmaqdadır. Bu amillər ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərməklə yanaşı bütövlükdə beynəlxalq sabitliyə zərbə vurur və ölkələr arasında etimadı sarsıdır. Bu səbəbdən, D-8 Media Forumunun əsas vəzifələrindən biri – doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin qurulması üçün üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın formalaşdırılmasıdır.
Azərbaycan media sahəsində bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir, bu istiqamətdə daim mühüm təşəbbüslərlə çıxış edir. Biz milli media strategiyamızı beynəlxalq təcrübə ilə uzlaşdıraraq, jurnalistlərin peşəkarlığının artırılmasına, faktlara əsaslanan xəbərlərin yayılmasına və media savadlılığının inkişafına xüsusi diqqət yetiririk. Eyni zamanda, biz regional əməkdaşlıq vasitəsilə ortaq informasiya platformalarının yaradılmasını dəstəkləyirik.
Bugünkü Forum dost ölkələrin media qurumları arasında qarşılıqlı təcrübə mübadiləsi üçün əlverişli imkanlar yaradan yeni əməkdaşlıq müstəvisidir. İnanıram ki, burada səslənəcək ideyalar, təkliflər və irəli sürüləcək birgə layihə təşəbbüsləri gələcəkdə D-8 ölkələrinin informasiya siyasətində mühüm rol oynayacaqdır.
D-8 Media Forumunun xalqlarımız arasında əməkdaşlıq, qarşılıqlı etimad və həmrəyliyin möhkəmlənməsinə, informasiya təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcəyinə ümidvar olduğumu bildirir, forumun işinə uğurlar diləyirəm".
Oxşar xəbərlər
- Trampın Ukrayna ilə bağlı 28 bəndlik SÜLH PLANI: Bənd-Bənd
21 noyabr 2025 01:09
- Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı: Qızınız Kama xanım mənə… VİDEO
20 noyabr 2025 19:51
- Mehdiyevin ətrafından olan hər kəsin vəkili redaksiyamıza məktub yazdı - Şaiq bəyin =dolu portfeli=
20 noyabr 2025 17:20
- Qarakənd faciəsindən 34 il ötür
20 noyabr 2025 17:02
- Ağdamın işğaldan azad edilməsindən 5 il ötür
20 noyabr 2025 16:54
- Prezident ailəsi kitab təqdimatında - Fotolar
19 noyabr 2025 14:25
- Prezident onları təbrik etdi - Yenilənib
18 noyabr 2025 11:22
- Əhməd Oruc insult keçirdi - Vəziyyəti ağırdır
18 noyabr 2025 11:26
- Prezident Milli Dirçəliş Günü ilə bağlı paylaşım etdi
17 noyabr 2025 11:45
- Milli Qəhrəmanın qızının toyu oldu - VİDEO
17 noyabr 2025 00:18
Xəbər lenti
- Mikoyan: Müsəlman hara, general olmaq hara - Həzi Aslanovun QƏTLİ
21 noyabr 21:22
- Elmira Axundovanın yaxın adamı ilə bağlı Ali Məhkəməyə müraciət edildi
21 noyabr 19:21
- Daxili işlər naziri Gürcüstana səfər etdi, birgə saziş imzalandı
21 noyabr 13:28
- Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri Bakıya gəldi
21 noyabr 12:39
- Prezident: Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır
21 noyabr 12:25
- Trampın Ukrayna ilə bağlı 28 bəndlik SÜLH PLANI: Bənd-Bənd
21 noyabr 01:09
- Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı: Qızınız Kama xanım mənə… VİDEO
20 noyabr 19:51
- Mehdiyevin ətrafından olan hər kəsin vəkili redaksiyamıza məktub yazdı - Şaiq bəyin =dolu portfeli=
20 noyabr 17:20
- Qarakənd faciəsindən 34 il ötür
20 noyabr 17:02
- Ağdamın işğaldan azad edilməsindən 5 il ötür
20 noyabr 16:54
- Gəncədə dəfn edilən 19 ispan pilot Azərbaycana niyə gəlmişdi? (VİDEO)
20 noyabr 16:24
- Prezidentdən Ağdamla bağlı paylaşım (VİDEO)
20 noyabr 15:28
- Prezident ailəsi kitab təqdimatında - Fotolar
19 noyabr 14:25
- Xalq artisti vəfat etdi
19 noyabr 14:14
- Pensiya alanların nəzərinə: Yanvardan artım belə hesablanacaq (VİDEO)
19 noyabr 14:03
- Prezident onları təbrik etdi - Yenilənib
18 noyabr 11:22
- Asiya İnkişaf Bankının prezidenti VEYSƏLOĞLU-nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu (FOTO)
18 noyabr 10:42
- Zaur Mirzəyev azadlığa çıxdı
17 noyabr 22:31
- Əhməd Oruc insult keçirdi - Vəziyyəti ağırdır
17 noyabr 19:25
- Prezident Milli Dirçəliş Günü ilə bağlı paylaşım etdi
17 noyabr 11:45
- Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
17 noyabr 00:38
- Milli Qəhrəmanın qızının toyu oldu - VİDEO
17 noyabr 00:18
- Prezidentin səfəri başa çatdı - Fotolar
16 noyabr 23:59
- İlham Əliyev liderlərin iclasında (YENİLƏNİR)
16 noyabr 11:08
- Kaş boşanmış olardım - Şəhid xanımı Gülüstan Əliyeva
16 noyabr 10:59
- Polad Həşimovun qızı: Paraddakı hərbçilərin arasında atamı da görürdüm...
16 noyabr 10:49
- Sadəcə sənin adın var könlümdə... - Günün mahnısı
16 noyabr 01:28
- Ukrayna və Rusiya razılığa gəldi
16 noyabr 00:49
- İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
15 noyabr 22:51
- İlqar Hacıyev də Baş Prokurorluğa çağırıldı
15 noyabr 21:58
Video & Fotoqalereya
Video
Fotoqalereya
