İlham Əliyevin Robert Fiko ilə təkbətək görüşü oldu (YENİLƏNİB)
Siyasət9 dekabr 2025 20:01
Dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin adından rəsmi ziyafət verilib.
Qaynarinfo xəbər verir ki, dövlət başçıları ziyafətdə çıxış ediblər.
Prezident Peter Pelleqrininin çıxışı
-Cənab Prezident, əziz İlham.
Hökumət nümayəndələri, xanımlar və cənablar, əziz dostlar.
Cənab Prezident, bu gün Sizi mötəbər nümayəndə heyətinizlə birlikdə Bratislava qəsrində salamlamaq mənim üçün böyük şərəfdir.
Mənim Sizin ölkənizə bir neçə dəfə səfər etmək imkanım olub. Həmişə doğma ölkəmizə ölkəniz haqqında güclü təəssüratlarla qayıtmışam. Ölkəniz minillikər boyu özündə müdriklik, cəsarət və gözəlliyi əks etdirib. O, alov rəmzini təcəssüm etdirir. Bu, təkcə Abşeronun əbədi yanan alovu deyil. Bu, mehribanlıq, qətiyyət, mətanət və fəxarət alovudur. Sizin zəngin tarixiniz musiqidə yazılıb, lakin onu həm də Qobustan qayalarında görmək olar. Ötən il bu möhtəşəm yeri ziyarət etmək mənə nəsib oldu. Siz, cənab Prezident, ölkənizin gələcəyini ambisiya, innovasiya və inamla qurursunuz. Bratislavaya geri dönərkən mən də sizə yaxın olduğumuzu hiss etdim.
Coğrafi məsafənin bizi ayırdığına baxmayaraq, ilk baxışdan iki ölkə bir-birinə göründüyündən daha yaxındır. Əsrlər boyu Azərbaycan sivilizasiyaların qovuşuğunda yerləşmiş və bir-birindən uzaqda olan ölkələri tarixi ticarət yolları ilə birləşdirmişdir. Xalqınız digər millətlərə hörmət bəsləmək və dialoq qurmaq xüsusiyyəti ilə seçilir.
Slovakiya hazırda BMT və NATO-da dərin köklər salaraq tarixən güclər arasında toqquşmaların, rəqabətin şahidi olmuşdur və indi Avropanı Şərqlə birləşdirən regionda bir hab rolunu oynayır. Bütün hallarda biz dialoqun, diplomatiyanın, sülhün və beynəlxalq hüquqa hörmətin tərəfdarıyıq. Biz səmimi, açıqqəlbli, qonaqpərvər və ənənələri sevən bir xalqıq. Biz dostluğa, mehribanlığa və digər humanist keyfiyyətlərə hörmət göstərməyə sadiqik.
Ola bilsin məhz buna görə və həm də şəxsi təmaslarımız vasitəsilə illər boyunca qurduğumuz Slovakiya-Azərbaycan tərəfdaşlığı təbii bir tərəfdaşlıq kimi görünür və istənilən ab-havada daimi xarakter daşıyır. Biz həmişə sizin ərazi bütövlüyünüzə və münaqişənin davamlı, sülh yolu ilə həllinə dəstək göstərmişik. Avqustda imzalanmış razılaşma "sülhə nail olmaq mümkündür” kimi güclü mesaj verən böyük bir nailiyyətdir. Bu da dünyanın digər yerlərində bizlər üçün bir ilham mənbəyi olmalıdır. Enerji təchizatımız təhlükə altında olduqda biz Sizə müraciət edə bilərik.
Ötən il Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni imzaladıqda biz münasibətlərimizə yeni enerji ilə təkan verdik. Sizin Bratislavaya ilk rəsmi səfəriniz bu münasibətlərin gücünü əks etdirir. Bu gün apardığımız müzakirələrin nəticələri onu göstərir ki, biz münasibətlərə diqqət yetirsək və onları daha da inkişaf etdirsək bunun bəhrəsini görərik. Biz bunu xüsusilə enerji, iqtisadiyyat və müdafiə sektorlarında görürük. Mübaliğəsiz deyə bilərəm ki, biz münasibətlərimizin yeni fəslinə qədəm qoyuruq. Biz bu sektorlarda əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş imkanlar görürük və onlardan kənarda üzümüzə yeni fürsətlər açılır.
Ümidvaram ki, yeni imkanlar və əlaqələr, yeni iqtisadi imkanlar kəşf edə və turizm, mədəniyyət, yaxud idman sahəsində əməkdaşlıq vasitəsilə xalqlarımız arasında əlaqələr yarada bilərik.
Cənab Prezident, xanımlar və cənablar, biz etimad üzərində güclü, qarşılıqlı tərəfdaşlıq qurmuşuq.
Sağ olun.
x x x
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli cənab Prezident, əziz qonaqlar.
İlk növbədə, cənab Prezident, Slovakiyaya rəsmi səfərə dəvət etdiyinizə görə Sizə bir daha təşəkkürümü bildirirəm. Qonaqpərvərliyinizə və dostluğunuza görə minnətdaram. Biz uzun müddətdir ki, bir-birimizi tanıyırıq, dəfələrlə görüşmüşük. Lakin bu, xüsusi statusa malik rəsmi səfərdir. Səfər böyük hörmətə və rəğbətə layiq, həqiqi dost olan ölkəyə həyata keçirilir. Ölkələrimiz kifayət qədər bir-birindən uzaqda yerləşsə də, Siz xalqlarımız arasında oxşarlığı qeyd etdiniz. Bu fikirlərinizə tam şərik çıxıram.
Aramızda çox oxşarlıqlar mövcuddur. Əsrlər boyu böyük imperiyaların tərkibində olmuşuq. Biz sosialist blokun dövlətləri hesab edilən ölkələrdə yaşamışıq. Müstəqil deyildik. Müstəqilliyimizin çox məhdud hüdudları olub. Demək olar ki, eyni vaxtda - 1990-cı illərin əvvəllərində əsl müstəqil ölkələr olduq. O vaxt müstəqilliyi və bütün təsisatları, həmçinin gələcəyimizi sıfırdan qurmalı idik. İndi isə 30 ildən bir qədər artıq müddətdə Slovakiyanın əldə etdiyi tərəqqiyə nəzər salsaq görərik ki, həmin irəliləyiş xalqınızın güclü iradəsi, tarixiniz, mədəniyyətiniz və milli mənsubiyyətiniz sayəsində əldə olunub. Bu gün böyük təəssürat bağışlayan qədim Qəsrdə birgə olduğumuz zaman mən bir daha enerjili, müqavimətli və müstəqil siyasət yürütməkdə bacarıqlı olmağınızın mənbəyini gördüm.
Əsrlər boyu milli mənsubiyyətinizi qoruyub saxlaya bilmisiniz, baxmayaraq ki, bu, asan deyildi. Çox millətlər tarix boyu assimilyasiyaya uğrayıb. Bir çox millətlər dövləti qurmaq, dövlətçiliyi qoruyub saxlamaq bacarığını əldən buraxdılar. Lakin Siz bu vəzifənin öhdəsindən gəldiniz. Bu gün Slovakiya adambaşına düşən ümumi daxili məhsula, sənayenin inkişafına, insan kapitalına və yaşayış standartlarına görə aparıcı ölkələrdən biridir. Ölkəniz uğur qazanmaq, öz milli mənsubiyyətini, ləyaqətini qoruyub saxlamaq və dostluq qurmaq istəyən ölkələr üçün örnək ola bilər. Biz Azərbaycanda Slovakiyanı olduqca sülhsevər, dostluğu və imkanları yaradan, dostluğu dəyərləndirən ölkə kimi görürük. Bütün bunlar aramızdakı münasibəti əks etdirir.
Cənab Prezident, biz bu gün təsisat inkişafı səviyyəsinə yüksəlmiş əməkdaşlığın, faktiki olaraq, çərçivəsini Sizinlə birgə yaratdıq.
Siz ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni qeyd etdiniz. Həqiqətən biz münasibətləri mümkün qədər ən yüksək səviyyəyə qaldırdıq. Bu gün görüşlər və müzakirələr zamanı, eləcə də tarixi yerləri ziyarət edərkən biz nailiyyətləri bir daha gördük. Çox böyük potensialın şahidi olduq. Əldə olunmuş bu cür əməkdaşlıq daha güclü körpüləri salmaq imkanını yaradacaq, nəinki ikitərəfli gündəlik əsasında işləmək və işi davam etdirmək, o cümlədən qonşular üçün imkanları yaradacaq. Aramızda çox dayanıqlı bağlantılar qurulacaq. Energetika infrastrukturu artıq bizi bir-birimizə bağlayır.
Biz tərəfdaşlığımızın müxtəlif sahələrində fəal çalışırıq və əminəm ki, rəsmi səfərim işbirliyimizə əlavə təkan verəcək. Biz Slovakiyada dostları, mehribanlığı, hörməti görürük və Sizin xalqınıza, hökumətinizə, Slovakiya dövlətinə eyni hisslər bəsləyirik. Mən, cənab Prezident, tərəfdaşlığımıza verdiyiniz bütün töhfələrinizə görə təşəkkürümü bildirmək istəyirəm. Mən Sizi Prezident kimi rəsmi səfərə dəvət etmək istərdim. Siz həm Baş nazir, həm Parlament spikeri kimi bizə səfər etmisiniz, lakin Prezidentin rəsmi səfərinin, əlbəttə ki, xüsusi statusu var. Ümid edirəm, Sizi gələn il Azərbaycanda görəcəyəm.
Mən, həmçinin Qarabağın yenidən qurulmasına verdiyiniz dəstəyə görə Sizə və Slovakiyadakı dostlarımıza minnətdaram. Hazırda tikilən "Ağıllı kənd” Slovakiyanın azad olunmuş ərazilərdə əldə etdiyi uğurun rəmzinə çevriləcək. 851 ev və 10 yaşayış binasından, eləcə də məktəb, uşaq bağçası və tibbi mərkəzdən ibarət kənd nailiyyətlərinizin və əbədi dostluğumuzun təzahürü olacaq. İşğaldan azad edilmiş ərazilərin bərpası bu gün Azərbaycanın bir nömrəli hədəfidir. Slovakiya nəinki bu işlərdə, o cümlədən minalardan təmizləmədə bizə yardım edir.
Slovakiyadan aldığımız xüsusi avadanlıq insan həyatını xilas etməyə, sağlamlığı qorumağa imkan yaradır. Əfsuslar ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi bitdikdən sonra 400-dən artıq insan minalara görə öz həyatını itirib, yaxud ciddi yaralanıb. Sizdən aldığımız avadanlıq həqiqətən insan həyatını qoruyur.
Qonaqpərvərliyinizə görə bir daha minnətdaram.
***
Dekabrın 9-da Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Milli Şurasının sədri Rixard Raşi ilə təkbətək və geniş tərkibdə görüşləri olub.
Slovakiya Milli Şurasının sədri dövlətimizin başçısını qarşılanıb.
Azərbaycan Prezidenti xatirə kitabını imzalayıb.
Əvvəlcə Prezident İlham Əliyevin Slovakiya Respublikasının Milli Şurasının sədri Rixard Raşi ilə təkbətək görüşü oldu. Sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş olub.
Slovakiya Milli Şurasının sədri dövlətimizin başçısını Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması və tarixi normallaşdırma sənədi ilə əlaqədar təbrik edib.
İki ölkənin parlamentləri arasında mövcud əlaqələrdən məmnunluğunu bildirən Rixard Raşi Azərbaycana, Qarabağa səfərini xatırladı, işğaldan azad edilmiş Ağdamın Baş Qərvənd kəndinin yenidən qurulmasında Slovakiya şirkətlərinin iştirakını ölkələrimiz arasında dostluğun nümunəsi kimi qiymətləndirib.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev Azərbaycanla Slovakiya arasında keçən il strateji tərəfdaşlıq sənədinin imzalandığını və əlaqələrimizin bu zəmində inkişafını vurğulayıb.
Görüşdə Azərbaycanla Slovakiya arasında parlament diplomatiyasının əhəmiyyətinə toxunulub, beynəlxalq parlamentlərarası təsisatlar çərçivəsində ölkələrimizin parlament təsisatları xətti ilə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Söhbət zamanı enerji, müdafiə sənayesi, humanitar, idman, birbaşa aviareyslər, turizm və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğu qeyd edilib.
***
Dekabrın 9-da Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək görüşü olub.
Söhbət zamanı Azərbaycan-Slovakiya strateji tərəfdaşlıq əlaqələrinin inkişafından məmnunluq bildirildi. Ötən il Baş nazir Robert Fitsonun ölkəmizə, hazırda isə Azərbaycan Prezidentinin Slovakiyaya rəsmi səfərlərinin ikitərəfli münasibətlərimizin genişləndirilməsinə böyük töhfə verəcəyinə əminlik vurğulandı.
Siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu qeyd edilərək, digər istiqamətlər üzrə də əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların mövcudluğu bildirildi.
Robert Fitso Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı əldə edilmiş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.
Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı regional sülhün təmin olunması istiqamətində Azərbaycanın bundan sonra da səylərini davam etdirəcəyini vurğuladı.
Görüşdə işğaldan azad edilmiş torpaqlarımızda Slovakiya şirkətinin iştirakı məmnunluqla qeyd olundu, ölkələrimizin arasında əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
v

v

Oxşar xəbərlər
- Prezident Məhəmməd Əbdülsalam ilə görüşdü
3 fevral 2026 11:33
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- İlham Əliyev Əbu-Dabiyə getdi (FOTO)
2 fevral 2026 20:43
- Generala ərə gedən xanım digər generalın bacısı qızıdır
2 fevral 2026 20:34
- İlham Əliyev: Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik! (YENİLƏNİB)
2 fevral 2026 11:11
- Bu gün Azərbaycanda Gənclər Günüdür
2 fevral 2026 11:02
- İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
1 fevral 2026 12:15
- Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
31 yanvar 2026 11:37
- Süleyman Mikayılov Qaradağın icra başçısı vəzifəsindən azad edildi
31 yanvar 2026 11:30
Xəbər lenti
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
03 fevral 14:03
- İcra məmurları belə geyinəcək (FOTO)
03 fevral 13:54
- Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı - Evrascon-da nə baş verir?
03 fevral 13:46
- Prezident Məhəmməd Əbdülsalam ilə görüşdü
03 fevral 11:33
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
02 fevral 23:03
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
02 fevral 23:03
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
02 fevral 21:25
- İlham Əliyev Əbu-Dabiyə getdi (FOTO)
02 fevral 20:43
- Generala ərə gedən xanım digər generalın bacısı qızıdır
02 fevral 20:33
- Oliqarx oğlunun 200 minlik maşınına həbs qoyulub - SƏBƏB
02 fevral 14:33
- Səlim Müslümovun milyonluq evi və obyekti satılır
02 fevral 13:26
- Baş Prokurorluqda yeni təyinat
02 fevral 12:15
- İlham Əliyev: Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik! (YENİLƏNİB)
02 fevral 11:11
- Bu gün Azərbaycanda Gənclər Günüdür
02 fevral 11:02
- Ağdərili cütlüyün qaradərili körpəsi doğuldu: Bu necə baş verib?
01 fevral 13:26
- İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
01 fevral 12:15
- Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
31 yanvar 11:37
- Süleyman Mikayılov Qaradağın icra başçısı vəzifəsindən azad edildi
31 yanvar 11:30
- Bir qrup şəxsə 2026-cı il Gənclər üçün Prezident mükafatları verildi (SƏRƏNCAM)
31 yanvar 11:23
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 15:25
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 15:18
- Sabiq nazir Siruz Abasbəylinin 80 illiyidir
30 yanvar 13:52
- Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
30 yanvar 12:20
- Bakıda binada blok çökdü: Sakinlər evdən çıxa bilmirlər (VİDEO)
30 yanvar 12:14
- Azərbaycanda neçə general-polkovnik var? - TAM SİYAHI
30 yanvar 00:17
- BİZİM VARİS ... Xalqa xidmət Allaha xidmətdir
29 yanvar 20:42
- Şahin Bağırova general-polkovnik, üç nəfərə general-mayor rütbəsi verildi
29 yanvar 19:34
- Vətən müharibəsi iştirakçısı DƏM QAZINDAN ÖLDÜ (FOTO)
29 yanvar 16:29
- Şəhid atası vəfat etdi
29 yanvar 11:57
- Zəngilana növbəti köç karvanı yola salındı
29 yanvar 11:45
Video & Fotoqalereya
Video
Fotoqalereya
